Məhkəmə qərarları › İş №2-1(102)-943/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-943/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-943/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması 09.06.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X3 (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(103)-432/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən 30 yun 2018-ci ildə verilmiş bakalavr diplomuna əsasən iddiaçı 23.10.2015-ci ildə Xarkov Milli Avtomobil-Yol Universitetinə daxil olmuş, 30.06.2018-ci ildə həmin Universiteti bitirmiş, Nəqliyyat texnologiyaları hazırlıq istiqaməti bakalavr dərəcəsinə yiyələnmiş və nəqliyyat və infrastruktura peşə dərəcəsi verilmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 30 iyun 2018-ci il tarixdə A-70671-18 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Diploma əlavədən müəyyən olunur ki, iddiaçı Universitetdə 2015-ci ildən 2018-ci ilə kimi olan dövrdə oxuduğu müddət ərzində nəqliyyat və infrastruktura ixtisası üzrə tədris olunmuş fənlərdən, təcrübələr, dövlət imtahanı və kurs işlərindən (layihələr) kafi, məqbul və yaxşı qiymətlər almış, nəqliyyat və infrastruktura dərəcəsi üzrə dövlət imtahanı vermişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 17.12.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iddiaçının 20 iyun 2019-cu il tarixli elektron müraciətinin nəticəsi barədə 09.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisa slarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə əlavədə qeyd olunmuş məlumatın verilmişdir. Qeyd olunan Əlavədən müəyyən olunur ki, iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Xarkov Milli Avtomobil-Yol Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən mü raciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 27 yanvar 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.06.2018-ci il tarixli, B18 № 069625 nömrəli diplomun tanınması və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə Bakı şəhərində fəaliyyət göstərən Dnepropetrovski Milli Universitetinin X2 fakültəsinə qəbul olunmuşdur. 2008-ci ildə məlum olmayan səbəbdən üçüncü kursda təhsil aldığı vaxt Universitet bağlanmışdır. O təhsilini 2015-ci ildə Xarkov Milli Avto mobil-Yol Universitetinin Avtonəqliyyat İşinin Təşkili fakültəsinə üçüncü kursuna qiyabi əsaslarla qəbul olunmuşdur. Ali təhsil üçün tələb olunan 5 (beş) il müddəti müvəffəqiyyətlə başa vuraraq 2018-ci ildə “nəqliyyatın texnologiyaları” ixtisası üzrə həmin ali məktəbi bitirmiş və ona bununla bağlı İnstitut tərəfindən müvafiq diplom verilmişdir. Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmalar ədalətsiz və birtərəfli olmuşdur. İddiaçı tərəfindən dərs yükünün çatdırılması üçün universitetin rektorunun adına ərizə ilə müraciət edilərək 14 gün ərzində imtahanların verilməsinə icazə verilməsi xahiş edilmiş və rəhbərlik tərəfindən ona razılıq verilmiş, müvəffəqiyyətlə imtahanlarını başa çatdırmışdır. Yuxarıda qeyd edilən əsaslarla Təhsil Nazirliyinin diplomunu tanımaması onun bir vətəndaş kimi təhsil hüququnu pozur.

5. Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Ekspert qrupu tərəfindən iddiaçının sənədləri araşdırılarkən, diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01.09.2004-cü ildən 30.06.2007-ci il tarixədək Olesya Qovçar adına Dnepropetrovski Milli Universitetinin Bakı filialında qiyabi formada təhsil almışdır. Olesya Qovçar adına Dnepropetrovski Milli Universitetinin Bakı filialının təhsil fəaliyyətini həyata keçirmək üçün lisenziyası və akkreditasiyası mövcud olmamışdır. “Təhsil haqqında” Qanunun 16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüq uqi təminat verilir. Təqdim olunmuş sənədlərdə iddiaçının 2015-2018-ci illərdə Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universitetində 3 il müddətində təhsil aldığı qeyd edilib. İddiaçının Xarkov Milli Nəqliyyat və yol Universitetinə köçürülməsi və ya bərpa edilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Ukrayna Respublikası Xarkov Milli Nəqliyyat və yol Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür.

6. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2020-ci il tarixli protokol qərarı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X4 ilə əvəz edilmişd ir.

7. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 2015-2018-ci illər ərzində Azərbaycan Respublikasının sərhədlərindən giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə sorğu edilmiş, məhkəməyə təqdim edilmiş sərhədkeçmə məlumatında qeyd edilmişdir ki, iddiaçının 2015-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 25.09.2015-ci il çıxış Ukrayna, 20.11.2015-ci il giriş Ukrayna, 12.03.2016-cı il çıxış Ukrayna, 25.03.2016-cı il giriş Ukrayna, 27.05.2016-cı il çıxış Gürcüstan, 27.05.2016-cı il giriş Gürcüstan, 14.03.2017-ci il çıxış Ukrayna, 29.03.2017-ci il giriş Rusiya, 17.05.2018-ci il çıxış Ukrayna, 01.06.2018-ci ildə giriş Gürcüstan.

8. Bakı İnzibati M əhkəməsinin (hakim X6, 2-1(112)-2521/2020 saylı iş) 5 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus bakalavr diplomundan, eyni zamanda həmin diploma əlavədən məlum olur ki, iddiaçı 2015-2018-ci illərdə 3 il müddətində təhsil almışdır. Sərhədkeçmə haqqında hesabatdan isə görünür ki, iddiaçı təhsil aldığı müddət qarşılığında təhsil aldığı ölkədə İ tədris ilində 02 ay 09 gün, İİ tədris ilində 13 gün, İİİ tədris ilində 13 gün müddətində Ukrayna Respublikasında olmuşdur. Halbuki, iş materiallarına əlavə edilmiş Diploma Əlavənin ixtisasın səviyyəsi barədə məlumat qrafasında təhsil proqramının 4 il 10 ay qiyabi təhsil, 240.00 ECTS olduğu qeyd olunmuşdur. İşin qeyd edilən hallarını və cavabdeh orqanın imtinasını n əzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən diploma əlavədə qeyd edilən tədris yükünün yerinə yetirilməsi, təcrübə keçməsi və dövlət imtahanları verməsi qeyri-mümkündür. İddiaçının təhsil forması kimi qəbul edilsə belə, qiyabi təhsil forması ən az 5 il müddətində müəyyən olunduğu halda, iddiaçı qiyabi formada 2015-2018-ci illərdə cəmi 3 il müddətində təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nda isə bu hal, yəni xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması mənfi ekspert rəyinin verilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X7 və X9, 2-1(103)-432/2021 saylı iş) 17 fevral 2020-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin 5 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. İddiaçı 5 mart 2021-ci il tarixdə qərarın surətin almış, 5 aprel 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilmə si, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən “ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.”

14. Qaydaların 3.7-ci bəndinə əs asən yuxarıda qeyd edilən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

15. Göründüyü kimi, iddiaçının müraciətinə verilən mənfi ekspert rəyinin hansı hallarda verilə biləcəyini dəqiq müəyyən edən yuxarıdakı 3 haldan heç biri hazırkı iş üzrə mövcud olmamışdır. Belə olan halda, aşkar surətdə görünür ki, cavabdehin İmtinasına səbəb olan ekspert rəyi əsassız olmuşdur.

16. İddiaçı 2004-cü ildə Bakı şəhərində fəaliyyət göstərən Dnepropetrovski Milli Universitetinin X2 fakültəsinə qəbul olunmuş, 2008-ci ildə məlum olmayan səbəbdən üçüncü kursda təhsil aldığı vaxt Universitet bağlanmışdır. Təhsilini davam etdirmək üçün oxuduğu Universitetdən verilmiş göndəriş əsasında 2015-ci ildə Xarkov Milli Avtomobil-Yol Universitetinin Avtonəqliyyat İşinin Təşkili fakültəsinə üçüncü kursuna qəbul olunmaqla qiyabi əsaslarla təhsil almışdır. Ali təhsil üçün tələb olunan 5 (beş) il müddəti müvəffəqiyyətlə başa vuraraq 2018-ci-cü ildə ‘‘nəqliyyatın texnologiyaları” ixtisası üzrə həmin ali məktəbi bitirmiş və ona bununla bağlı Universitet tərəfindən müvafiq diplom verilmişdir.

17. İddiaçı tərəfindən dərs yükünün çatdırılması üçün universitetin rektorunun adına ərizə ilə müraciət edilərək 14 gün ərzində imtahanların verilməsinə icazə verilməsi xahiş edilmiş və rəhbərlik tərəfindən ona razılıq verilmiş, iddiaçı müvəffəqiyyətlə imtahanlarını başa çatdırmışdır. Bununla bağlı Universitetin rektoruna icazə verilməsi barədə ərizəyə cavabın surəti də iddia ərizəsinə əlavə edilmişdir.

18. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəllənin 372.1-c i maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək hərarəti olduğundan iclasa gələ bilməyəcəyini bildirmiş, iclasın 10 gün müddətinə təxirə salınmasını xahiş etmiş, bu barədə məhkəməyə sübut təqdim edilmədiyinə görə onun xahişi nəzərə alınmamışdır.

21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üz rə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 22. “Təhsil haqqında” Qanun: Maddə

27. Təhsil haqqında dövlət sənədi 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (-). Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-). 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməs i (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. (-).

23. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 24. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

25. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətləri n ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə v ə dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; tə hsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüqu qlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

27. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş: 5-ci bənd. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəc ələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

28. İnzibati Prosessual Məcəllə: Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayə tlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddiaçı 23 oktyabr 2015-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək Xarkov Milli Nəqliyyat və yol Universitetinin nəqliyyat texnologiyalarını hazırlıq istiqaməti üzrə oxumuş, bakalavr ali təhsil dərəcəsi üzrə diplom verilmiş, təhsilini qiyabi formada həyata keçirmişdir.

33. İddiaçı bildirmişdir ki, 2004-2007-ci illərdə Ukrayna Respublikası Dnepropetrovski Milli Universitetinin Bakı fi lialında X2 fakültəsində oxumuş, 2008-ci ildə məlum olmayan səbəbdən üçüncü kursda təhsil aldığı universitet bağlanmışdır.

34. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət etmiş, cavabdeh tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması qənaətinə gəlib diplomu tanımaqdan imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

35. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların və Azərbaycan Respublikasının 18 iyul 2000-c i il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş tələbləri apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir.

36. Kasasiya şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

37. İddiaçı ilə bağlı qeydiyyat vərəqindən görünür ki, o, Xarkov Milli Nəqliyyat və yol Universitetində 2015-2018-ci illərdə qiyabi formada bakalavr təhsili almışdır. İ il – 2 ay 9 gün, İİ il- 13 gün, İİİ il- 13 gün müddətində həmin ölkədə olmuş, diplom üzrə ixtisasının tanınması ilə bağlı ekspert qrupu tərəfindən ona mənfi rəy verilmişdir.

38. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdehin ekspert rəyinə əsasən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diplomun tanınmasından imtina olunmuşdur.

39. Cavabdehin Dövlət Sərhəd Xidmətindən əldə etdiyi sərhədkeçmə haqqında məlumatdan görünür ki, iddiaçı təhsil aldığı müddət ərzində Ukrayna Respublikasında 2015, 2016, 2017 və 2018-ci illərdə qısa müddətdə olmuşdur.

40. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində (sessiya dövründə) olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa u yğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının sessiya müddətində təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.

41. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisa s dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

42. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının isə aldığı ixtisasın mənimsənilməsi üçün tələb olunan müddətdə təhsil aldığı məktəbdə olmadığından aldığı təhsilin səviyyəsi qənaətbəxş olmadığından və bu Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

43. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iddiaçının 2004-2007-ci illərdə Ukrayna Respublikası Dnepropetrovski Milli Univ ersitetinin Bakı filialında X2 fakültəsində oxumasına dair işdə arayış olsa da, adı çəkilən filialın qanuni əsasla fəaliyyət göstərməsi (qeydiyyatı və akkreditasiyası) sübuta yetməmişdir.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması mənfi rəy verilməsi üçün əsas olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

45. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ar aşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.

46. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

47. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-432/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar