Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-943/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi; ünvanlı sosial yardımın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh tərəfindən ona hər ay təqdim edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi, hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(103)-2365/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İİ qrup və onun arvadı X10 ümumi görmə ilə əlaqədar üçüncü qrup müddətsiz əlildir. İddiaçı 2016-cı ilin avqust ayında “VEMTAS” vasitəsi ilə ona ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir.
2. Cavabdehin 16 avqust 2017-ci il tarixli məlumatına görə iddiaçının ailəsini təmsil edən şəxs qismində X33 və X43 (VEMTAS) 3 avqust 2016-cı il tarixli müraciəti əsasında onun ailəsinə 1 avqust 2016-cı il tarixdən 1 avqust 2018-ci il tarixədək “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin daxil etdiyi məlumatların yoxlanması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkarlanmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir. 3. “Torp ağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktı ilə müəyyən olunmuşdur ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998ci il tarixli, 9 saylı qərarı ilə X11 və onun ailə üzvləri X22, İddiaçı, X8 və Ağayev Böyükağa Əliağa oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 8 yanvar 2021-ci il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, JN – 769, nömrəli dövlət aktına əsasən İddiaçı adına və JN – 358 dövlət aktına və JN – 289A Şəhadətnaməyə əsasən X3 adına paylı torpaq sahələrinin olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 21 avqust 2017-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona cavabdeh tərəfindən hər ay təqdim edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsini və ona hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi 4 il sosial yardım almış, 5-ci ilə gəldikdə isə bildirmişlər ki, “VEMTAS” internet vasitəsi ilə sənədlər qəbul edilir. O da 2016cı ilin aprel ayından müraciət etməyə başlamışdır. Üç dəfə müraciəti qəbul edilməmişdir. İddiaçı bununla bağlı nazirliyə müraciət etmiş, müra ciəti 3 avqust 2016-cı il tarixdə qəbul edilmiş, ona mesaj vasitəsilə avqust ayının 24-ü bildiriş gəlmiş və həmin bildirişdə göstərilmişdir ki, ona iki il müddətinə ayda 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçı bundan sonra 5 ay müddətində 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində olan yardımı almışdır. Hətta yeni illə əlaqədar olaraq ona ərzaq yardımı da verilmişdir. 2017-ci ilin yanvar-mart aylarında ona təyin olunan həmin sosial yardım verilməmişdir. Lakin, ona yenə bayramla əlaqədar olaraq ərzaq yardımı edilmişdir. Aprel ayında yenə o, müraciət etmiş, bildirilmişdir ki, ona ödənilən ünvanlı sosial yardımdan imtina edilmişdir. Səbəbini soruşduqda isə bildirmişlər ki, onun 0.22 ha pay torpağı var. Lakin, bun a baxmayaraq o, 2ci qrup əmək qabiliyyətsiz əlil olduğu üçün həmin torpaqdan istifadə edə bilmədiyini bildirmişdir. Həm də həmin torpaq mülkiyyət olaraq nənəsinə məxsusdur. O isə 5 ay müddətində bu yardımı nəyə görə kəsmədiklərini və bununla bağlı nəyə görə yanvar ayında rəsmi imtina cavabı verilmədiyini bildirmişdir. Onlar isə bununla bağlı heç bir cavab verə bilməmişlər. Ona bildirmişlər ki, o, yenidən VEMTAS ilə müraciət etsin və həmin torpağın rəsmi olaraq orda qeyd etsin və ona yenidən sosial yardım təyin edilsin. Ancaq bildirmişlər ki, 5 ay müddətində almadığı sosial yardım hesablanmayacaqdır. İddiaçı isə qəti şəkildə etiraz edərək razılaşmamışdır. Bundan başqa, hər ailənin minimum gəliri 115 manat olduğu halda, onun ailəsinin 460 manat gəliri olmalıdır, ancaq o, 55 manat pensiya alı r, yoldaşı üçüncü qrup gözdən əlildir və 47 manat pensiya alır. Ailəsinin gəliri ümumi 102 manatdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5090/2017 saylı, 2017-ci il 26 sentyabr tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi əsl cavabdehlə əvəz edilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 2018-ci il 27 aprel tarixli qərarı (X1) ilə iddia rədd edilmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olu nmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1983/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərarı (hakimlər: X23 (sədrlik edən və məruzəçi), X28 və X18) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-234/2019 saylı, 2019-cu il 30 aprel tarixli qərarı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X16) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 sentyabr tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 03 oktyabr tarixli, 2-1(103)-1683/2019 nömrəli qərardadı (hakimlər: X42 (sədrlik edən və məruzəçi), X24 və X29) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. d. birinci instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 21 may tarixli, 2-1(112)-851/2020 nömrəli qərarı (hakim X30) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya 3 avqust 2016-сi il tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilmiş və iddiaçıya hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. İddiaçı 2016-cı il tarixə olan ehtiyac meyarının 117 manat təşkil etdiyini və ailə tərkibinin 4 nəf ərdən ibarət olduğunu göstərmişdir. 2016-cı il üçün ehtiyac meyarının həddi 117 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 117*4=468 manat təşkil etmişdir. Həmçinin, iddiaçı 2-ci dərəcəli əlil, onun arvadı 3-cü dərəcəli əlil olduğundan onlara aylıq ümumilikdə 102 manat məbləğində əlilliyə görə pensiya ödənilmişdir. Bu halda ailəyə 468-102=366 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər və həmin məbləğdən qaydalarda müəyyən edilmiş digər xərclər nəzərə alındıqda (ev telefonu, mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği) məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən onun ailəsinə aylıq 300 manat məbləğində ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi tələbində haqlıdır.
17. Cavabdeh həmin qərar dan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2021-ci il tarixli, 2-1(103)-125/2021 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir.
19. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvanlı sosial yardımın dayandırılması barədə qərarın ləğv edilməsi və 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixə qədər 19 ay olmaqla hər ay 300 manat, cəmi 5700 manat ödənilməmiş sosial ya rdımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2021-ci il tarixli, 2-1(103)-125/2021 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2021-ci il tarixli, 2-1(103)-125/2021 nömrəli qərarı (X51 (sədrlik edən və məruzəçi), X9 və X12) ilə Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya 3 avqust 2016-сi il tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilmiş və iddiaçıya 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixə qədər ödənilməmiş 19 ay üçün hər ay 148,47 (bir y üz qırx səkkiz manat qırx yeddi qəpik) manat olmaqla, cəmi 2820,93 (iki min səkkiz yüz iyirmi manat doxsan üç qəpik) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ödənilməli sosial yardımın məbləğinin hər ay üçün 300 manat hesablanmalı olması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, sosial yardımın təyin edilməsi, məbləğin müəyyənləşdirilməsi avtomatik olaraq X33 və X57 (VEMTAS) tərəfindən həyata keçirildiyindən, 1 avqust 2016-cı il tarixdən iddiaçıya “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı sosial yardım təyin edildiyindən, ödənilməli olan dövr üzrə (1 yanvar 2017-ci il tarixdən 2018-ci il 01 avqust tarixə qədər) sosial yardım ın məbləği hər ay üçün 148.47 manat müəyyən edilməlidir. Ünvanlı sosial yardımın ödənilməsinin dayandırılmasının əsassız olduğu müəyyən edildiyindən 1 yanvar 2017-ci il tarixdən 1 avqust 2018-ci il tarixə qədər ödənilməmiş ünvanlı sosial yardım iddiaçıya ödənilməlidir.
23. İddiaçı həmin qərarı mübahisələndirməmişdir.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. ə. kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1265/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı (hakimlər: X25 (sədrlik edən və məruzəçi), X13 və X2) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mar t 2021-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
26. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə kollegiyası razılaşır ki, qərarda istinad edilən mənzilin və “Torpağa mülkiyyət hüququna dair” JN– 769, Kod 80903018 nömrəli dövlət aktına əsasən iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin fərqli təyinatlı daşınmaz əmlaklar olduqları aşkardır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəməyə təqdim olunmuş və apellyasiya instansiyası məhkəməsinin də qərarda istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 2021-ci il 8 yanvar tarixli yazılı məlumatına görə, JN–769 nömrəli dövlət aktına əsasən İddiaçı ad ına torpaq sahəsinin olması ilə yanaşı, JN – 358 dövlət aktına və JN – 289A Şəhadətnaməyə əsasən X3 da adına paylı torpaq sahələrinin olduğu göstərilmişdir. İmanova (2000-ci il 22 fevral tarixdə nikaha daxil olduqdan sonrakı soyadı “Ağayeva”) Sevinc Nurəddin qızının da iddiaçının ailə üzvü olduğu nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7.7-ci bəndinin tələblərinə uyğun tədqiq etməli və qiymətləndirməli idi. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün işin yuxarıda q eyd olunan hallarını “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsinin müddəaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaların müddəaları nəzərə alınmaqla tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməli idi. Belə ki, burada, söhbət təkcə həmin Qaydaların 3.7.7-ci bəndinin (ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda) tətbiqindən getmir. Qeyd olunan normativ aktlar ünvanlı sosial yardımın təyin edilməli olub-olmadığı ilə yanaşı, həm də bu yardımın məbləğinin dəqiq müəyyən edilməsi üçün təyinatından asılı olmayaraq b ütün daşınmaz əmlaklar barədə məlumatların verilməsini tələb edir. Belə ki, qeyd olunan Qaydaların tələbinə görə, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır (5.1-ci bənd). Ailənin gəlirinin Qaydaların 5-ci bəndinin tələblərinə uyğun düzgün hesablanması üçün isə, sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar, o cümlədən daşınmaz əmlaklar barədə məlumatlar təqdim olunmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırarkən və onlara qiymət verərkən istinad edilən Qaydaların 3.7.7-ci bəndi ilə məhdudlaşmalı deyil. f. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(103)-2365/2021 nömrəli q ərarı (hakimlər: X19 (Sədrlik edən və məruzəçi), hakimlər X26 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının və arvadının adına 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakı olmuşdur. Belə ki, “Torpağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktı ilə müəyyən olunmuşdur ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 9 saylı qərarı ilə X11 və onun ailə üzvləri X22, İddiaçı, X8 və Ağayev Böyükağa Əliağa oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 8 yanvar 2021-ci il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, JN – 769, nömrəli dövlət aktına əsasən İddiaçı adına və JN – 358 dövlət aktına və JN – 289A Şəhadətnaməyə əsasən X3 adına paylı torpaq sahələrinin olması göstərilmişdir. Göründüyü kimi, iddiaçının və arvadının hər birinin adında ayrı-ayrılıqda 2 torpaq sahəsi var və qeyd edilən Qaydaların 3.7.7-ci bəndinin tələblərinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsasdır. İddiaçı tərəfindən ailən in mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkar olunduğundan, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtinası əsaslı olmuşdur.
29. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
30. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı və onun ailə üzvləri (arvadı və özü əlilliyi olan şəxsdir, övladl arı isə yetkinlik yaşına çatmamışdır) əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas qrupuna aid edilməsinə baxmayaraq onların konstitusion hüquqları pozulmuşdur. Qanunvericilikdə birbaşa olaraq ailənin ünvanlı sosial yardımı alması hüququnu əmək qabiliyyətinin olub-olmaması ilə əlaqələndirmişdir. İş materiallarından görünür ki, iddiaçı özü İİ qrup əmək qabiliyyətsiz əlildir, lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının arvadının əmək qabiliyyətli olub-olmaması məsələsini araşdırmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arvadı X4 yalnız yüngül işlərdə işləyə bilməsinə dair TSEK tərəfindən verilmiş rəy (şikayətə əlavə olunur) nəzərə alınmamışdır. Nəticədə ailə sosial yardım almaq hüququndan məhrum olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasında və “Ünvanlı dövlət so sial yardımı haqqında” Qanunda konkret olaraq iddiaçının pozulan hüququn hüquqi təminatı göstərilsə də, apellyasiya instansiyası məhkəməsi iyerarxiya baxımından aşağı qüvvəli aktı yəni, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarını əsas götürərək qanunazidd mövqe göstərmişdir.
31. Həmçinin apellyasiya instansiyası məhkəməsi Nazirlər Kabinetinin 37 nömrəli, 5 fevral 2016-ci il tarixli Qərarına istinad edərək əmək qabiliyyətsiz əlliliyi olan şəxsin (iddiaçının) və gözdən əlliliyi olan şəxsin (arvadının) hər birinin adına paylı torpaq sahəsinin olmasını əsas götürərək ailənin ünvanlı dövlət sosial yardımı alması hüququnun olmamasını təsbit etmişdir. Belə ki, məhkəmə, inzibati məhkəmə icraatının prinsiplərinə zidd olaraq, araşdırmamışdır ki, əmək qabiliyyətsiz ər və gözdən əlil arvad torpaq sahəsinə formal olaraq sahib olmuş və bundan gəlir əldə edilməsi mümkün deyildir.
32. Apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdiyi sübutlarla kifayətlənmişdir. İnzibati məhkəmə icraatın təbiətindən, publik hüququn birbaşa özündən irəli gələn xüsusiyyətlərə görə, çəkişmə prinsipi tətbiq olunmasına baxmayaraq inzibati orqanın səlahiyyətləri daha genişdir. Nəzərə alınmalıdır ki, iddiaçı əhalinin sosial baxımından həssas təbəqəsinə aiddir və ona apellyasiya instansiyasında hüququ yardım göstərilməmişdir. İddiaçının işə ədalətli baxılması üçün təkbaşına sübut toplamaq imkanları məhduddur. b. kassasiya şikayətinə etirazın dəlillər i
33. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun (sosial yardımın təyin edildiyi 2016-cı il 1 avqust tarixdə qüvvədə olan redaksiyada): 10.1. Sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək ha llar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 10.3. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları: 3.7. Aşağ ıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 4.7. Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
36. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər v ə ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı in zibati mübahisə üzrə başlamış iş artıq 2 dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışı predmeti olmuş, iş ikinci dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında 2-1(102)-1265/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərar qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2021-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməklə, hazırkı qərarın 26-cı bəndində apellyasiya instansiyası məhkəməsi üçün İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər verilmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1265/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarında öz əksini tapmış məcburi göstərişləri tam icra etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X17 ilə X14 arasında 22 fevral 2000-ci il tarixdə Salyan rayon VVAQ şöbəsində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir.
42. X10 İİİ qrup ömürlük əlildir. İddiaçı İİ qrup uşaqlıqdan əlildir. Əmək qabiliyyəti yoxdur
43. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 27 iyun 2001-ci il təvəllüdlü X31 və 24 may 2004-cü il təvəllüdlü X38 adlı iki övladı vardır.
44. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 3 avqust 2016-cı il tarixli, **********93201 nömrəli müraciətinə görə sosial yardım ın təyin olunmasından ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilməməsi səbəbindən imtina edilmişdir.
45. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ailəsini təmsil edən şəxs qismində X33 və X43 (VEMTAS-a) 3 avqust 2016- cı il tarixli müraciəti əsasında ailəsinə 1 avqust 2016-cı il tarixdən 1 avqust 2018-ci il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin daxil etdiyi məlumatların yoxlanması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkarlanmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir.
46. Belə ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə X11 və onun ailə üzvləri X22, İddiaçı, X8 və Ağayev Böyükağa Əliağa oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır.
47. Bundan əlavə, JN – 769, nömrəli dövlət aktına əsasən İddiaçı adına və JN – 358 dövlət aktına və JN – 289A Şəhadətnaməyə əsasən X3 adına paylı torpaq sahələrinin olması göstərilmişdir.
48. Buna g örə də apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7.7-ci bəndinin tələblərinə istinadən qeyd etmişdir ki, əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsasdır.
49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkar olunduğundan, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 20 16-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtinasının əsaslı olması barədə doğru nəticəyə gəlmişdir.
50. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(103)-2365/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
51. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(103)-2365/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.