Məhkəmə qərarları › İş №2-1(102)-943/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-943/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-943/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina səbəbi ilə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarının və xx.xx.2024cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarın ın 4.840,80 AZN hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-617/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2705/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv edil məsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-617/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)2705/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli №**********305100 saylı qərarı və xx.xx.2024-cü il tarixli № 3-21-2-2/2-19719/2024 saylı qərarı 4.840,80 AZN hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANS İYASİNDA İCRAAT

6. Kassasiya instansiyasında icraat zamanı iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş və bununla əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İddiadan imtina barədə ərizə təmin olunmalı və iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. İPM-in 55.1-ci maddəsinin tələbindən göründüyü kimi, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina edə bilər.

10. İddiaçının ərizəsi həmin normanın tələblərinə uyğundur.

11. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiadan imtina qəbul edilir. İş üzrə icraata xitam verilir. İddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar