Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-944/2021 18.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: ədliyyə qulluqçusuna pensiya təyin olunması; hərbi xidmət və təhsil müddətinin xidmət illərinə əlavə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.12.2020-ci il tarixli, 2-1(103)-1598/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1966-cı ildə anadan olmuş, 11.07.1983-cü tarixində əmək fəaliyyətinə başlamış, 1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır.
2. İddiaçı 10.05.1993-cü il tarixindən 05.07.1995- ci il tarixinədək Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləmiş, 05.07.1995-ci il tarixindən 12.01.2001-ci il tarixinədək Ədliyyə polis orqanlarında xidmətdə olmuş, 14.05.2002-ci il tarixindən 09.12.2017-ci tarixinədək Bakı şəhəri Binəqədi rayon MN və Mİ şöbəsinin məhkəmə nəzarətçisi, böyük məhkəmə icraçısı vəzifələrində işləmişdir, 09.12.2017-ci il tarixindən hal-hazıradək Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində işləyir.
3. İddiaçı 18.10.2019-cu il tarixində cavabdehə müraciət etməklə 2017-ci ilin iyul ayına kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona görə də ona pensiya təyin olunmasını xahiş etmiş, lakin cavabdeh 20.10.2019-cu il tarixli cavab məktubuna əsasən iddiaçının ədliyyə orqanlarında stajının 25 ildən az olmasına istinad edərək ona pensiya təyin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19901995-ci illərə olan dövr üzrə Bakı Dövlət Universitetində təhsil aldığı 5 il müddəti 2 il 6 ay hesablayıb nəzərə almaqla və 10.05.1993-29.06.1995-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində işlədiyi müddətin xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 26 il 6 ay stajına malik olmasını, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Na zirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixində qəbul etdiyi 631 nömrəli qərarında göstərilir ki, zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrin ə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. İddiaçı 19841986-cı illərdə hərbi xidmətdə olmuş, 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır. Hərbi xidmətdə olduğu dövr mübahisəli deyil və müvafiq qaydada staj kimi qəbul edilir. Lakin 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil aldığı 5 il yuxarıda istinad edilən qərarın tələblərinə zidd olaraq 2 il 6 ay staj kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir. Əslində isə yuxarıda istinad etdiyi qərara əsasən 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil aldığı dövr də nəzərə alınmaqla iş stajı 26 il 5 ay 1 gün olması qəbul edilməli və ona 01.07.2017-ci il tarixinə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında pensiya təyin olunmalı idi.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 0 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən isə bu müddət azı 25 il təşkil edirdi. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajı 25 ildən azdır. Belə olan halda iddiaçıya ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
7. Bakı İnzibati Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2-1(112)-1130/2020 nömrəli (hakim – Fərid Mədətli) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə iddiaçının ədliyyə orqanlarında xidmət illərini və hərbi xidmət müddətini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçıya 01.07.2017-ci il tarixindən əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il qulluq stajı mövcud dey il
9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apelyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin 10.05.1993-05.07.1995-ci illərdə Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddətin daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmasını, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab eliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.12.2020-ci il tarixli, 21(103)-1598/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – İlham Kərimli və Afaq Nuriyeva) apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2-1(112)-1130/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməsi, iddiaçının 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin 10.05.199305.07.1995-ci illərdə Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddət daxil edilməklə xüs usi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olması, müvafiq staj illəri üzrə 01.07.2017- ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları ilə iddiaçının 01.07.2017-ci ilədək ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə ona qulluq stajı 21 il 11 ay 25 gün təşkil edir və 1 il 11 ay 6 gün hərbi xidmət illəri, 2 il 6 ay təhsil müddəti də nəzərə alındıqda iddiaçının tələb edilən 25 il stajı mövcud olur ki, bununla da iddiaçının pensiya hüququ yaranır.
13. Məhkəm ə qərarı cavabdehə 08.02.2021-ci il tarixində təqdim edilmişdir.
14. Cavabdeh həmin qərardan 05.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.12.2020-ci il tarixli, 2-1(103)1598/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 nömrəli Qərarının tətbiqi maddi hüquq pozuntusudur. Həmin qərara əsasən Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyala rı haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən onların həqiqi hərbi xidmətdə, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci deyil, 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi hallarına münasibətdə tətbiq edilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsi isə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara pensiya təyin edilməsi hallarını tənzimləyir. İddiaçının hərbi qulluqçu kimi pensiya hüququna malik olmadığı, eləcə də, belə bir tələblə çıxış etmədiyi açıqdır. 16. “Dövlət pensiyaları haqqında” SSRİ qanunu və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi maddi hüquq pozuntusudur. Ona görə ki, hər iki qanun qüvvədən düşüb. Onların hazırda tətbiqinə imkan verən hər hansı şərt də yoxdur. “Əmək pensiyaları haqqında” Qanun isə təhsil müddətini sığorta stajına daxil etmir. 17. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinin tətbiqi maddi hüquq pozuntusudur. Həmin maddəyə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, sözügedən maddə Azərbaycan Respublikasında deyil, digər SSRİ respublikalarında çalışmış şəxslərin sığorta stajı ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı işdə belə bir hal yoxdur. Be ləliklə, iddiaçı 01.07.2017-ci il tarixinədək 25 il qulluq stajına malik olmadığından ona “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçü n aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqç u kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə 9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 10.03.2017-ci il tarixli Qanunla 9.7.1-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüq uqu verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli 631 nömrəli qərarı:
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, f övqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
25. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 9.7-ci maddəsinin 01.07.2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyasına əsasən ədliyyə işçilərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ bu Qanunun 9.7.1-ci maddəsinə uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olduqda yaranır. Deməli iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranması üçün 01.07.2017-ci il tarixinə qədər 25 il qulluq stajı olmalıdır.
30. Cavabdeh inzibati orqan iddiaçının ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 21 il 11 ay 25 gün stajını qəbul edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi qulluq və təhsil müddətini, həmçinin 10.05.1993-05.07.1995-ci il tarixlərində iddiaçının Xətai rayon Xalq Məhkəməsində iclas katibi vəzifəsində işlədiyi müddəti iddiaçının xüsusi rütbəli şəxs kimi staj müddətinə daxil edərək iddianı təmin etm işdir.
31. Cavabdeh, iddiaçının təhsil müddətinin staj kimi hesablanması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli qərarının hazırkı işə tətbiqini əsassız hesab edir. Cavabdeh öz mövqeyini belə əsaslandırır ki, həmin qərarda təhsil müddəti Qanunun 9.5.1-ci maddəsinə şamil olunmuşdur. Hazırkı iş üzrə iddiaçı isə Qanunun 9.7.1-ci maddəsi ilə pensiya təyin edilməsini tələb etdiyindən həmin norma iddiaçıya şamil edilə bilməz.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəalar xüsusi rütbəli şəxslərə də şamil edilir. Belə olan halda, hərbi qulluqçulara pensiya hesablanarkən onların təhsil müddətlərinin x idmət müddətlərinə əlavə olunması ilə bağlı müddəa xüsusi rütbəli şəxslərə də şamil olunmalıdır.
33. Hazırkı qərarın 23-cü bəndindən görünür ki, həmin normanın məzmununa görə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə götürülməzdən əvvəl ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
34. İddiaçı da 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində qiyabi təhsil aldığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətin hər bir ilini altı ay saymaqla iddiaçının iş stajına əlavə etmişdir. Odur k i, bununla bağlı cavabdehin dəlilləri əsassızdır və məhkəmə haqlı olaraq iddiaçının 5 illik təhsil müddətinə görə 2 il 6 ay hesablanıb pensiya təyin edilməsini qərara almışdır.
35. Bundan başqa, cavabdeh kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “Dövlət pensiyaları haqqında” SSRİ qanunu və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədən düşdüyünə görə həmin qanunların hazırkı işə tətbiq olunması əsassızdır.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surət də təyin edilir.
37. Göründüyü kimi, “Dövlət pensiyaları haqqında” SSRİ qanunu və “Vətəndaşların pensiya təminatı haqqında” Qanun hazırda qüvvədən düşmüş olsa da, hazırkı qanunvericilik iddiaçıya münasibətdə stajın hesablanmasında həmin qanunlara istinad edilməsinə yol verir.
38. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixinədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmasın ı tələb etmək hüququna malikdir.
39. Məhkəmə kollegiyası iddiaçının hərbi xidmət dövrünün onun iş stajına əlavə edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini də əsaslı hesab edir. Belə ki, hazırkı qərarın 23-cü bəndində göstərilən normaların məzmunundan da görünür ki, iddiaçının hərbi xidmətdə olduğu 01 il 11 ay 06 günün xidmət illərinə əlavə edilməsi də qanunauyğundur.
40. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının 10.05.199305.07.1995-ci illərdə Xətai rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddəti də xüsusi rütbəli şəxs kimi staj müddətinə əlavə etmiş, bu zaman “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 1.1-ci maddəsinə və Nazirlər Kabinetinin “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 2.2.1-ci bəndinə istinad etmişdir. Cavabdeh də bu halı kassasiya şikayətində mübahisələndirməmişdir. Belə olan halda, iddiaçının xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 21 il 11 ay 25 gün stajı, hərbi xidmətdə olduğu 1 il 11 ay 6 gün, məhkəmə aparatında ali hüquq təhsili tələb edən vəzifədə 2 il 1 ay 25 gün toplandıqda iddiaçının tələb edilən 25 ildən artıq iş stajı olur ki, bu da ona ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsinə əsasdır.
41. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinin tətbiqinin maddi hüquq pozuntusu olmasını qeyd etsə də, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən və məhkəmənin qərarının məzmunundan görünür ki, məhkəmə öz nəticəsini əsaslandırarkə n həmin normaya yox, mübahisənin həlli üçün zəruri hesab edilən maddi hüquq normaları istinad etmiş, həmin normaları da işin hallarına əsaslı tətbiq etmişdir.
42. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianı təmin etmişdir.
43. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kim i öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı isə bunun əksini sübut etmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.12.2020-ci il tarixli, 21(103)-1598/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.