Məhkəmə qərarları › İş №2-1(102)-944/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-944/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-944/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində daimi istifadə hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X4”) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2-1(103)836/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 12/446 nömrəli, 1989-cu il 13 noyabr tarixli qərarın 7 və 7.1-ci bəndlərinə əsasən, 16 saylı Müəssisəyə ayrılmış torpaq sahəsi uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq alınaraq həmin sahədə "xxxx" Kooperativinin müraciəti əsasında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Bakı şəhər Sovetinin B aş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 1990-cı il tarixli, 90/133 nömrəli akta və torpaq ayırma cizgisinə əsasən 1 ha torpaq sahəsi "xxxx" Kooperativinə naturada ayrılaraq təhvil verilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2007-ci il 4 iyun tarixdə "xxxx" Kooperativinin müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsinin faktiki ölçüsünə, yəni 6020,65 kv. metrinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

3. Hazırkı İddiaçı MMC-nin “İNŞAATÇİ” kooperativinin, sonradan “İNŞAATÇİ SERVİS” istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir.

4. İddiaçı ərizə i lə cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi şossesi, 128-ci keçiddə yerləşən 6020,25 kv.m. torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir.

5. Cavabdeh 2019-cu il 25 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən müraciət ərizəsi İddiaçı MMC tərəfindən ünvanlanmamışdır və təqdim olunmuş 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. Həmçinin, torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsi məqsədəuyğundur. Bununla yanaşı sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin ic rası tərəflərindən mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi şosesi, 128-ci keçiddə yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzərində İddiaçı MMC-nin daimi istifadə hüququnun qeydiyyata alınması ilə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.11.1989-cu il tarixli 12/466 saylı sərəncamı ilə "xxxx" Kooperativinə Bakı şəhəri, Binəqədi şossesi, 128-ci keçiddə yerləşən 10000 kv.m. torpaq sahəsi daimi istifadə hüququ əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin 6020,25 kv.m. hissəsi kooperativin fakt iki istifadəsində olmaqla həmin sahəyə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi (keçmiş Kirov) RİK XDS-nin 40/81 saylı 27.01.1989-cu il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış "xxxx" Kooperativinin, sonradan Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı Bölgə Şöbəsində 27.02.2004-cü il tarixdə, 0104-P41-39513 nömrə ilə dövlət qeydiyyatına alınmış “İnşaatçı Servis” İstehsal Kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. İddiaçı sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı 31.10.2019-ci il tarixli, ********** saylı ərizəsi ilə cavabdehə müraciət etsə də, cavabdeh təşkilat 25.11.2019-cu il tarixli, *** *******74 saylı məktubu ilə ərizədə 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilmədiyini, həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsini məqsədəuyğunluğunu səbəb gətirilərək torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən İddiaçı MMC-yə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Torpaq sahəsi qanuna müvafiq ilkin olaraq "xxxx" MTK-ya ayrılmış, həmin sahə də naturada təhvil verilmişdir. Hüquqi varisi olan İddiaçı MMC hal-hazıra kimi sahiblik və istifadə hüquqları həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, torpaq sahəsi 1989-cu ildən etibarən MMC-nin faktiki istifadəsindədir və həmin sahəyə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2020 saylı 6 noyabr 2020-ci il tarixli (hakim Ş.Həsənova) qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə iddiaçının daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi varisi olduğu quruma ("xxxx" Kooperativinə) müvafiq ərazidə torpaq sahəsinin ayrılmasına dair hüquqi akt (Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarı) mübahisələndirilərək ləğv edilmədiyindən, eləcə də etibarsız sayılmadığından bu sənəd sübut kimi mötəbər qiymətləndirilməlidir. Ayrılmış torpaq sahəsinin ölçüsünə gəldikdə isə qeyd edilən qərarda bu barədə konkret göstərilməsə də, işdə olan sənədlərlə (Bakı şəhər X2 İcraiyyə Komitəsinin 59/917 №-li, 1979-cu il 17 may tarixli qərarı, Bakı şəhər Sovetinin Baş Memarlıq və şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 1990-cı il tarixli, 90/133 №-li akt, 2007-ci il 16 may tarixli akt) müəyyən edilir ki, iddiaçının hazırda istifadəsində olan faktiki torpaq sahə sinin ölçüsü onun iddia etdiyi həcmdə - 6020,25 kv. metrdir. Bu ölçü həm də vaxtilə müvafiq səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində də təsdiqini tapır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraatda “İnzibati icraat haqqında” Qanunun 15 və 24-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında, həmçinin etirazında göstərdiyi digər dəlili isə (müraciətin iddiaçı tərəfindən olunmamasını) formal mülahizə kimi qiymətləndirir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 128-ci keçiddə (Bakı şəhəri, B inəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə iddiaçının istifadə hüquqlarının qeydiyyatı üçün əsasdır. Həmin hüquqların qeydə alınmasından cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarını pozur.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər - A.Nuriyeva sədrlik edən və məruzəçi, İ.Kərimli və C.Yusifov) 2 iyul 2021-ci il tarixli 2-1(103)-1004/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)854/2020 saylı 6 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “AZEN X6.Vi.” və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 2005-ci il 29 aprel tarixli, 901-İİQ Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra sazişin hökumət təminatının və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. İşin halları ilə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikasının 2005-ci il 29 aprel tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X5” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur və belə olan halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz.

14. İddiaşı kassasiya şik ayəti verərək apellyasiya instanisyası məhkəməsinin 2 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2046/2021 saylı 07 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – İ.Hüseynov - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1004/2021 saylı 2 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia olunan torpaq sahəsinin “X5” Şirkətinin istifadəsinə veril miş torpaq sahəsi ilə üst-üstə düşməsi ehtimalı olduğundan, işə təkrar apellyasiya instansiya qaydasında baxılarkən məhkəmə tərəfindən “X5” Şirkəti hazırkı icraata cəlb olunmalı, torpaq sahəsi ilə bağlı hüquq və vəzifələrinə dair məsələ onun iştirakı ilə həll olunmalıdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Apellyasiya icraatı zamanı “X5” Şirkəti hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.Cəmilova sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) 2-1(103)-836/2022 saylı 26 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2020 saylı 6 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyas ı məhkəməsi hesab etmişdir ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 12/446 saylı 13.11.1989-cu il tarixli qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. İddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozul ması kimi qiymətləndirilməlidir.

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instanisyası məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayətinin dəlillərində imtina məktubunda qeyd olunan əsaslara istinad etmişdir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin üzərindən elektrik xətti keçir və kadastr məlumatlarına əsasən Dövlət Neft Şirkətinin ərazisidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Resp ublikası Qanunu Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Maddə 8.0.9-cu və 8.0.9.2 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tiklililərə dair – çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət o lunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 15.1 Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2 Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyində n kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

29. Hazırkı mübahisə mahiyyət etibarı ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin 13 noyabr 1989-cu il tarixli 12/446 saylı qərarı ilə "xxxx" kooperativinə (iddiaçı həmin kooperativin hüquqi varisidir) istehsalat bazasının tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində onun istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

30. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüq uqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

31. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddd ir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

32. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

33. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar ından görünür ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 12/446 nömrəli, 1989-cu il 13 noyabr tarixli qərarın 7 və 7.1-ci bəndlərinə əsasən, 16 saylı Müəssisəyə ayrılmış torpaq sahəsi uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq həmin sahədə "xxxx" Kooperativinin müraciəti əsasında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Bakı şəhər Sovetinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 1990-cı il tarixli, 90/133 nömrəli akta və torpaq ayırma cizgisinə əsasən 1 ha torpaq sahəsi "xxxx" Kooperativinə naturada ayrılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2007-ci il 4 iyun tarixdə "xxxx" Kooperativinin müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsinin faktiki ölçüsünə, yəni 6020,65 kv. metrinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırkı İddiaçı MMC-nin “İNŞAATÇİ” kooperativinin, sonradan “İNŞAATÇİ SERVİS” istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir.

34. Göründüyü ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq X2 icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılır dı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

35. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yü klülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

36. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

37. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.

38. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

39. Bundan əlavə, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərarın hər hansı subyekt, o cümlədən “X5” Şirkəti tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. 40. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvv ədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. 41. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Bakı şəhər X3 İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əs asdır.

42. Cavabdehin imtinasında istinad etdiyi və məhkəmə icraatının gedişində dəfələrlə dəyişdirdiyi əsaslarla, o cümlədən qərarda torpaq sahəsinin göstərilməməsi, icarə müqaviləsinin təqdim edilməsi, torpağın AR Dövlət Neft Şirkətinin ərazisi olması və sair əsaslarla bağlı məhkəmə kollegiyası, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün no tariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

43. Bundan əlavə qeyd etmək lazımdır ki, istinad olunan Azərbaycan Respublikasında “Suraxanı” neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş iddiaçıya torpaq sahəsi ayrılmasından uzun müddət sonra bağlanılmışdır və torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. Belə ki, həmin Saziş “Suraxanı” neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü, yəni artıq mövcud olan yataq üzrə həmin məsələlərin tənzimlənməsini nəzərdə tutur və bu mənada həmin Sazişin müddəaları iddiaçının istifadə hüququnun məhdudlaşdırılması istiqamətində təfsir olunmamalıdır.

44. Həmçinin nəzərə almaq lazımdır ki, iddi açının üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan fəaliyyətlə məşğul olmaq üçün lazımi tədbirlər həyata keçirmiş və müvafiq iqtisadi və kommunikasiya infrastrukturu yaratmışdır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 13.11.1989-cu il tarixli, 12/446 saylı qərarı əsası nda həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

46. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

47. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 21(103)-836/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar