Məhkəmə qərarları › İş №2-1(102)-944/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-944/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-944/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1955-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illəri sığorta stajına hesablanmaqla əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3312/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. MT-İ N0293502 №-li əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Biləsuvar rayonu 8 saylı Təmir-Tikinti İdarəsində xarrat işləmişdir.

2. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələri sıralarında xidmət etmişdir.

3. İddiaçı yaşa görə ə mək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 3 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi stajı 20 il 10 ay olmaqla qanunla tələb olunan 25 ildən azdır. Fondun 9 saylı regional ərazi filialının 18 dekabr 2020-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş 8 saylı Təmin-Tikinti idarəsində xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilədək işləmə faktını həmin idarənin arxiv sənədləri Dövlət arxivinə verilmədiyindən və harada saxlanılması barədə məlumat olmadığından yoxlamaq mümkün olmamışdır. Beləliklə həmin dövrlər sığorta stajına daxil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, “iş illəri sığorta stajına hesablanmaqla əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı, MT-İ N0293502 №-li əmək kitabçasında qeyd edilmiş 8 saylı Təmir-Tikinti İdarəsində işlədiyi 23 dekabr 1992-ci il tarixdən 30 sentyabr 1998-ci il tarixədək müddət nəzərə almaqla, əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1992 – xx.xx.1998-ci illər ərzində əmək fəaliyyəti müddətinin yoxlanılmas ının mümkün olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

6. Cavabdeh iddiaya dair etiraz verərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardir (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2 020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (DSMF-yə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunverıciliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, ümumi iş stajı 20 il 10 ay olmaqla qanunla tələb olunan 25 ildən azdır. DSMF 9 saylı Regional Ərazi Filialının 18 dekabr 2020-ci il tarixli aktına əsasən əmək kıtabçasında qeyd olunmuş 8 saylı Təmir-Tikinti İdarəsində 23 dekabr 1992-ci il tarixdən 30 sentyabr 1998-ci il tarixədək iş stajının olması faktını həmin İdarənin arxiv sənədləri Dövlət Arxivinə veri lmədiyindən və harada saxlanılması barədə məlumat olmadığından yoxlamaq mümkün olmamışdır. Beləliklə, həmin dövrlər sığorta stajına daxil edilmir. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 705,34 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmur.

7. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-1291/2022 nömrəli (hakim R.L.Kərimli) qərarı ilə iddiа təmin edilərək iddiaçıya əmək kitabçasında əks olunmuş 23 dekabr 1992-ci il tarixdən 30 sentyabr 1998-ci il tarixədək olan dövr sığorta stajına daxil edilməklə yaş a görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, DSMF orqanının iddiaçı ilə eyni dövrdə eyni qurumda işləmiş X1 iş stajını sənədlərin arxivdə aşkar olunmaması səbəbindən sığorta stajı kimi nəzərə almaması ilə yaranmış inzibati mübahisə üzrə məhkəmə qərarında həmin illər sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin olunması öhdəliyi qoyulmuşdur. Hazırkı iddiaçının əmək kitabçasında əks olunan həmin stajının sığorta stajı kimi nəzərə alınmaması, «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsində təsbit edilmiş "bərabərlik prinsipi”nə birbaşa ziddir. Bütün yuxarıda qeyd olunanlar, eləcə də iddiaçıya məxsus əmək kitabçasında müvafiq qeydi aparmış İradə Məmmədovanın həmin İdarədə işləməsi təsdiqini t apması, belə nəticəyə gəlməyə əsas verir ki, əmək kitabçasındakı sözügedən qeydlər (o cümlədən İdarə rəisi kimi X1 təsdiqlədiyi qeyd) qeyrimötəbər sayıla bilməz. İddiaçının Biləsuvar rayonu 8 saylı Təmir-Tikinti İdarəsində 1992 1998-cü illərdəki əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin hərəkətlərinin «İnzibati icraat haqqında» Qanunun həmçinin 13.1, 19-cu maddələrinin tələbləri ilə uzlaşmaması nəticəsini yaradır. İş üzrə məhkəmə icraatında müəyyən edilir ki, iddiaçının 1992 – 1998-ci illərdəki həmin əmək fəaliyyəti nəzərə alınmadan 20 il 10 ay sığorta stajının toplanması (cavabdehin imtinasına əsasən) və 1 yanvar 2006-cı il tarixdən sonra əmək fəaliyyəti ilə məşğul olmaması işin mübahisə olunmayan hallarına aiddir. Tərəflərin gətirdiyi dəlillər iddiaçı nın 25 il sığorta stajının toplanması ilə bağlı olduğundan, onun 1992 – 1998-cü illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi daxili edilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. Həmin illər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə vurğulayır ki, iddiaçının Biləsuvar rayonu 8 saylı Təmir-Tikinti İdarəsində 1992 – 1998-ci illərdəki əmək fəaliyyəti üzrə alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilməməsinin pensiya hesablanm asında nəzərə alınmaması 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 8-ci hissəsində tənzimlənmişdir. Həmin maddəyə (8-ci hissəsi) əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, qeyd edilənlərə görə belə qənaət yaranır ki, iddiaçının 1992 – 1998-ci illərdə əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının aparılmaması (hətta bu hal sübut olunsa belə) ona əmək pens iyasının təyinatı zamanı həmin dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında 23 dekabr 1992-ci il tarixdən 30 sentyabr 1998-ci il tarixədək olan dövr üzrə iş stajının sığorta stajına daxil edilməməsi və bu səbəbdən də yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçıya 65 yaşdan, yəni 1 iyul 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməli və müvafiq pensiya məbləği ödənilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3312/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmi ş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında 23 dekabr 1992-ci il tarixdən 30 sentyabr 1998-ci il tarixədək olan dövr üzrə iş stajının sığorta stajına daxil edilməməsi və bu səbəbdən də yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

14. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2ci, 7-ci, 21.1-ci, 25-ci, 43.1-ci, 44.1-ci, 48.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təmina tına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli q ərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 19. “İn zibati icraat haqqında” Qanun: Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə b ilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab ed ir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi i lə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “8 saylı Təmir Tikinti İdarəsi”nin sənədləri arxivdə saxlanılmadığı üçün iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrlərin yoxlanılması mümkün olmamışdır.

26. Şikayətin dəlillərinə münasibətdə nəzərə almaq lazımdır ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqd im olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

27. Hazırkı qərarın 19-22-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.

28. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iş illərinə dair qeydləri ilə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının 01 yanvar 1992-ci il tarixindən 01 yanvar 2006-cı il tarixinədək müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olund uğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

29. Qeyd edilməlidir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 illik sosial sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan müddət nəzərə alınarsa tamamlanmış olur. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Biləsuvar rayonu 8 saylı Təmir-Tikinti İdarəsində işləməsi iş materialları ilə sübuta yetirilir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illik sosial sığorta stajı 1998-ci ilin sentyabr ayının 30-dək olan müddət əmək kitabçasında qeyd edilməklə tamamlandığından, sonrakı dövrün araşdırılması, o cümlədən xx.xx.2006-cı il tarixdən sonrakı müddətdə fərdi uçot məlumatlarının yoxlanılması zərurəti yoxdur.

30. Göründüyü kimi, cavabdehin qeyd olunan dəlillərinə dair məhkəmələr tərəfindən hərtərəfli araşdırma aparılmış və araşdırma nəticəsində cavabdehin dəlilləri təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlillərini əsassız hesab edir.

31. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

32. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Res publikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3312/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar