Məhkəmə qərarları › İş №2-1(102)-944/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-944/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-944/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsini n İnzibati Kollegiyasının N1(107)-638/N0N3 nömrəli, 30 noyabr N0N3-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. N. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 31 yanvar N0N3-cü il tarixli, 4/3-681 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barəsində müs bət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 3676 nömrəli məktubuna əsasən iddiaçı döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.N0N0-ci il tarixdə Zaqatala rayon Səfərbərl ik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən döyüşlərdə iştirak etmək üçün çağrılmışdır. xx.xx.N0N0-ci il tarixdə N saylı hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibinə düşmüşdür. Bölük komandiri baş leytenant hazırda kapitan rütbəsi almış Ramil Süleymanov, baş çavuş hazırda baş gizir Məhəbbət Həsənov, anbar rəisi isə baş gizir Asim Umudov olmuşdur. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında erməni silahlı birləşmələrinə qarşı əks hücumlarda iştirak etmişdir. Müharibə başa çatdıqdan sonra N0N0-ci ilin noyabr ayının sonlarında iddiaçının adı N saylı hərbi hissənin siyahılarından çıxarılaraq, həmin hərbi hissənin 5-ci taboruna salınmışdır. Lakin iddiaçı 5-ci taborda xidmət aparmamışdır. İndi ona məlum olur ki, 5-ci taborun tərkibində olan döyüşçülərə müharibə veteranı adı verilməmişdir. Döyüşlər başa çatdıqdan sonra adının hansı səbəbdən 5-ci tabora dəyişdirilməsi hələ də iddiaçıya məlum deyildir.

5. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin N8 sentyabr N0N3-cü il tarixli, N-1(116)-1414/N0N3 saylı qərarı ilə (hakim XN) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddiaçıya müharibə veteranı adının verilməsindən imtina olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu süb ut olunmur, inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

8. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair müraciətinə yenidən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə” komissiyaya göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(107)-638/N0N3 nömrəli iş üzrə 30 noyabr N0N3-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X5 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin N8 sentyabr N0N3-cü il tarixli, N1(116)-1414/N0N3 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, cavabdehin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehin üzərində iddiaçının müraciəti ilə bağlı yenidən inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 1N. Şikayətdə qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 4037 nömrəli məktubuna əsasən, İddiaçı N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət keçmiş, lakin döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçdikləri üçün onların barəsində arayış məlumat tərtib edilməsi mümkün olmadığı göstərildiyi üçün ona ‘‘Müharibə veteranı" adı və vəsiqəsi verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğu n hesab edilməmişdir. Lakin, məhkəmə araşdırması zamanı əldə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N nömrəli hərbi hissənin şəxsi heyətinin döyüş əməliyyatlarına cəlb olunması haqqında əmrdən çıxarışdan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmişdir.

13. Komissiya tərəfindən İddiaçı müraciətinə baxılan zaman hərbi hissə tərəfindən qeyd edilən əmrlər təqdim edilməmişdir. Belə ki, Komissiya N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 4037 nömrəli məktubunda İddiaçı döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçdiyi qeyd edildiyi üçün Komissiya tərəfindən iddiaçıya ‘‘Müharibə vetera nı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

14. N nömrəli hərbi hissənin sözügedən məktubunun tərtib edilməsinə əsas olaraq N nömrəli hərbi hissə komandirinin N nömrəli hərbi hissənin qərargah rəisinə ünvanlandığı xx.xx.N0NN-ci il tarixli məktub olmuşdur. Həmin məktubda N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 3506 nömrəli məktubuna cavab olaraq aşağıda adları qeyd edilən hərbi qulluqçuların (siyahıda iddiaçı əsgər İddiaçı adı da qeyd edilib)Vətən müharibəsində iştirak etmələrinə dair hərbi hissə komandirinin şəxsi heyətin döyüş əməliyyatlarına cəlb olunması barədə əmrində adları olmayan şəxsi heyətin siyahısının döndərilməsi qeyd edilmişdir. Buradan da göründüyü kimi N nömrəli hərbi hissə komandanlığı N nömrəli hərbi hissəyə göndərdiyi birinci məktubunda iddiaçının dö yüş əməliyyatlarında iştirak etmədiyi qeyd edilmiş, lakin sonradan tələb olunan sorğularda iddiaçının döyüş əməliyyatlarında cəlb edilməsi ilə bağlı hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N nömrəli əmrindən çıxarış təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

67. İddiaçının tələblərinin təmin olunması 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənəd ək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.N. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.N-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4. Bu Məcəllənin 67.N-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N0. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N1. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). NN. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. N3. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. N4. Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətin də əks etdirdiyi mövqeyi ilə əlaqədar aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. N5. Belə ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mahiyyətindən, eləcə də xahiş hissəsindən belə anlaşılır ki, cavabdeh əlavə araşdırmalar aparmaqla iddiaçının iddia tələbində mübahisələndirdiyi xüsusatı yenidən qiymətləndirmək niyyətindədir. N6. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə iki səbəbdən razılaşmır. N7. Əvvəla kassasiya şikayətinin məzmunundan da görünür ki, cavabdeh iddiaçının Vətən müharibəsində iştirak etdiyini dolayı olsa da qəbul edir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir: “... Həmin məktubda N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 3506 nömrəli məktubuna cavab olaraq aşağıda adları qeyd edilən hərbi qulluqçuların (siyahıda iddiaçı əsgər İddiaçı adı da qeyd edilən) Vətən müharibəsində iştirak etmələrinə dair hərbi hissə komandirinin şəxsi heyətin döyüş əməliyyatlarına cəlb olunması barədə əmrində adları olmayan şəxsi heyətin siyahısının döndərilməsi qeyd edilmişdir. Buradan da göründüyü kimi N nömrəli hərbi hissə komandanlığı N nömrəli hərbi hissəyə göndərdiyi birinci məktubunda iddiaçının döyüş əməliyyatlarında iştirak etmədiyi qeyd edilmiş, lakin sonradan tələb olunan sorğularda iddiaçının döyüş əməliyyatlarında cəlb edilməsi ilə bağlı hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N nömrəli əmrindən çıxarış təqdim edilmişdir”. N8. Digər tərəfdən iş materiallarında olan apelyasiya şikayətindən görünür ki, cavabdeh kassasiya şikayətinə qeyd edilən məqamları (ziddiyyətlərin araşdırılması) apelyasiya instansiyası məhkəməs ində də təqdim etmişdir. Başqa sözlə məktublar arasında olan ziddiyyətin araşdırılması, iddiaçının döyüş əməliyyatlarında həqiqətən iştirakı ilə bağlı məsələlərin aydınlaşdırılması üçün cavabdehin kifayət qədər zamanı olmuşdur. N9. Cavabdeh işə Ali Məhkəmədə baxılanadək olan 6 aylıq zaman kəsimində (apelyasiya şikayəti xx.xx.N0N3-cü il tarixdə verilmiş, Ali Məhkəmənin qərarı xx.xx.N0N4cü il tarixdə qəbul edilmişdir) yuxarıda qeyd edilən hallarla bağlı ətraflı araşdırma səlahiyyətinə malik olsa da, belə bir araşdırma aparmamışdır. Baxmayaraq ki, inzibati prosessual qanunvericilikdə inzibati orqan tərəfindən belə bir araşdırmanın aparılması institutu mövcuddur. Belə ki, İPM-in 67-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan ) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 30 Lakin göründüyü kimi cavabdeh nə araşdırma aparmış, nə də ki, belə bir araşdırmanın aparılmasına cəhd etmişdir.

31. Əkinsə iş materiallarında olan cavabdehin özünün tabeliyində olan hərbi hissələr tərəfindən verilmiş arayışlar iddiaçının həqiqətən də Vətən müharibəsində iştirak etdiyini təsdiq edir. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xx.xx.N0N3-cü il tarixli 3-43-6N/N-637/N0N3 nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.N014-cü ildən xx.xx.N014-cü ilədək N nömrəli hərbi hissədə, xx.xx.N014-cü ildən xx.xx.N015-ci ilədək N nömrəli hərbi hissədə, xx.xx.N015-ci ildən xx.xx.N015-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N nömrəli hərbi hissədə, xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Qeydiyyat kartasının 1N-ci bəndində “Vətən Müharibəsində iştirak edib” qeydi yazılmışdır. “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmrinə əsasən xx.xx.N0N0-ci il tarixdə SQ-dən ehtiyata buraxılmışdır (təxris edilmişdir). 3N. Bundan əlavə N nömrəli hərbi hissənin xx.xx.N0N3-cü il tarixli N635 nömrəli məktubunda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xx.xx.N0N0-ci il tarixdə maddi-texniki təminat bölüyünün mühafizə manqasının komandiri vəzifəsinə xidmətə qəbul edildiyi və xx.xx.N0N0-ci il tarixdə maddi-texniki təminat bölüyünün mühafizə manqasının komandiri vəzifəsindən hərbi qeydiyyata durmaq üçün Zaqatala rayon Şöbəsinə göndərildiyi, əsgər İddiaçı madditexniki təminat bölüyünün tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir.

33. Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N9 dekabr tarixli N373 nömrəli Sərəncamı ilə iddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaql a), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçər kən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında v əsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

35. Beləliklə, hazırki iş üzrə iddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri təqdim edildiyindən iddiaçının iddia tələbi əsaslıdır.

36. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(107)-638/N0N3 say lı iş üzrə 30 noyabr N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar