Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-945/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı Səddar oğlunun cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyata buraxılmış hərbi qulluqçunun mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və XN oğlundan ibarət tərkibdə, İddiaçı Səddar oğlunun, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı Səddar oğlunun cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi və mənzil kira yə haqqının ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N019-cu il 1N dekabr tarixli N-1(103)-N566/N019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı N00N-ci il 5 aprel tarixdən N018-ci il 17 dekabr tarixədək Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarında gizir qismində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və N saylı hərbi hissə komandirinin N saylı N018-ci il 17 dekabr tarixli əmrinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Binəqə di rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsini və mənzil kirayə haqqının ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh N019-cu il 8 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1N-ci maddəsinin 7-cı bəndinə əsasən, yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Az ərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Lakin, həmin bənddə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi mümkün olmamışdır. İddiaçı N019-cu il N9 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, hal-hazırda ailəsi ilə birgə kirayədə yaşayır mənzil almağa imkanı yoxdur kirayə pulunu verə bilmir, aldığı pensiya dolanacağına, kirayə puluna çatmadığından vəziyyəti ilə əlaqədar aidiyyəti orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin N019-cu il 14 avqust tarixli N-1(81)N597/N019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1N-ci maddəsində hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququnun olması təsbit olunmuşdur və cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N019-cu il 1N dekabr tarixli N-1(103)-N566/N019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə N0N0-ci il 7 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan N0N0-ci il 5 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iş üzrə yeni qərar ın qəbul edilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, məsələyə aydınlıq gətirilməsi üçün Binəqədi İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş və cavabında (məhkəməyə təqdim olunmuşdur) “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1N-ci maddəsinin N-ci hissəsinin birinci abzasına uyğun olaraq həll olunmalı olduğu tövsiyə olunmuşdur. Bu səbəbdən iddia təmin oluna və iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilməz. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin t əmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.N-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdehin həm imtinasının, həm də apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar yox, yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxu d istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 1N-ci maddəsinin N-ci bəndinin 1ci abzasına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 4-cü abzasına gö rə, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.N01N-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.N. başqa şəhər və rayon mərkəzlərində – 75 manat; 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Normaların məzmunundan göründüyü kimi, cavabdehin istinad etdiyi müddəa «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 1N-ci maddəsinin 7 -cı bəndi iddiaçının həmin maddənin N-ci bəndi ilə nəzərdə tutulmuş hüquqlarına təsir etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N019-cu il 1N dekabr tarixli N-1(103)-N566/N019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-945/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-945/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver