Məhkəmə qərarları › İş №2-1(102)-945/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-945/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-945/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət V ergi Xidmətinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin 8 iyul 2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki xidmət yerinə bərpa edilməsi, 8 iyul 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günə kimi olan müddət üçün əmək haqqının hesablanması və iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-127/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən “xxxx” MMC-yə məxsus təsərrüfat subyektlərində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri, həmçinin 13.08.2018-ci il tarixli səyyar ve rgi yoxlamasının keçirilməsi haqqında qərara əsasən cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması gedişində departamentin əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı bir sıra nöqsanlara yol vermələri ilə bağlı daxil olmuş məlumat əsasında daxili təhlükəsizlik departamenti tərəfindən xidməti araşdırma aparılmışdır.

2. İnzibati orqanın araşdırması nəticəsində müəyyən edilmişdir ki, Departamentin 13.08.2018-ci il tarixli qərarına əsasən “xxxx” MMC-də 01.07.2015-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın aparılması departamentin əməkdaşları X1 və X14 həvalə edilmişdir. Həmçinin, yoxlama zamanı pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə 21.09.2018-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar çıxarılmış və qeyd olunan qərarın icrası da həmin əməkdaşlara tapşırılmış, 13.11.2018-ci il tarixli qərarla səyyar vergi yoxlamasının keçirilməsi X11 və X4 tapşırılmışdır.

3. A.Ələkbərov və E.İsayev tərəfindən 21.09.2018-ci il tarixdən 19.10.2018-ci il tarixədək olan dövr üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş 19.10.2018-ci il tarixli VN seriyalı 008473 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda cəmiyyətin sahibliyində 10.549.161,80 manatlıq mal qalığı olduğu qeyd edilmiş, aktda qeyd edilən məlumatlar qənaətbəxş hesab edilmədiyindən və şübhə doğurduğundan departamentin regional gəlirlər idarəsinin 29.10.2018-ci il tarixli xidməti məlumatı ilə vergi ödəyicisində təkrar operativ vergi nəzarətinin təyin edilməsinə zərurət yarandığı bildirilmiş və müvafiq olaraq təsərrüfat subyektləri üzrə 05.11.2018-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarlarla operativ vergi nəzarəti təd birləri keçirilmiş və ümumilikdə 1.749.562,87 manat dəyərində mal qalığı olduğu müəyyən edilmişdir

4. Bundan sonra departamentin 31.01.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən cəmiyyətin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y st-nın cənubu, Lökbatan Xocasən yolunun cənub-şərq hissəsində (icarə müqaviləsinə əsasən Sədərək TM-nin ərazisində) yerləşən (**********-11001 kodlu) obyektində “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi” məsələləri üzrə 31.01.2019-cu il tarixdən 28.02.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi departamentin səyyar vergi yoxlamaları idarəsinin səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X12 tapşırılmışdır (18.02.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” qərar nəzərə alınmaqla).

5. C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə cəmi alış məbləği 1.876.496,1 manat olan 217 adda malın olduğu aşkar olunmuş və nəticəsi 16.02.2019-cu il tarixli 008465 saylı aktla rəsmiləşdirilmişdir.

6. C.Təhməzov tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirinin qərarda göstərilən (**********-11001 kodlu) obyektdə keçirilmədiyi, siyahıya alınmış malların həmin obyektdə olmadığı, eyni zamanda “Sədərək” firmasının araşdırmaya təqdim etdiyi 14 mart 2019-cu il tarixli 61 nömrəli arayışına əsasən “xxxx” MMC-nin 01.01.2019-cu il tarixdən “Sədərək” Ticarət Mərkəzində 2-ci ərazi, sıra-15, korpus 3, 71 və 73 nömrəli 60 kv.m sahəsi olan anbarların fəaliyyətini dayandırdığı, həmin obyektdə 11.01.2019-cu il tarixli TS-00069-45-hş-2019 saylı müqaviləyə əsasən X7 fəaliyyət göstərdiyi müəyyən edilmişdir.

7. C.Təhməzov araşdırmaya təqdim etdiyi izahatında 26.02.2019-cu il tarixdə cəmiyyətin 2 nəfər əməkdaşı ilə birlikdə “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında (sağ hissəsində) yerləşən, cəmiyyətin əməkdaşları tərəfindən ona göstərilən anbarda qərarda qeyd olunan məsələ üzrə operativ vergi nəzarəti tədbiri keçirdiyini, tədbirdən qabaq müəssisə tərəfindən ona təqdim edilmiş iltizamda obyektdə 1.876.496,0 manat dəyərində mal qalığının olduğunun qeyd olunduğunu, tədbir zamanı ona göstərilən obyektdə təxminən 510.000,0 manat dəyərində mal aşkar etdiyini, iltizamda qeyd olunan məbləğlə faktiki aşkar olunan məbləğ arasında ziddiyyət olduğunu, bunu müəssisənin əməkdaşlarına bildirdiyini, həmin vaxt ona yaxınlıqda (bir neçə metr məsafədə yerləşən) olan ikinci obyekti göstərdiklərini, həmin obyektin qərarda olmadığını onlara bildirdikdə obyektin X9 tərəfindən 13 fevral 2019-cu il tarixli müqavilə əsasında cəmiyyətə icarəyə verilməsini təsdiq edən icarə müqaviləsini təqdim etdiklərini, ümumilikdə “Sədərək” Ticarət Mərkəzində olan obyektə getmədiyini və həmin obyektdə yoxlama keçirmədiyini, yoxlama yerinə getməmişdən öncə AVlS-in “İş qovluğu” modulunda obyektin konkret olaraq harada olmasını araşdırmadığını (araşdırma zamanı C.Təhməzovun həqiqətən də OVN tədbirindən əvvəl müəssisənin İş qovluğuna obyektlə bağlı baxış keçirmədiyi müəyyən olunmuşdur), qərarda ünvan olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi qeyd olunduğunu, bu səbəbdən ona göstərilən obyektin qərarda qeyd olunan obyekt olduğunu zənn etdiyini bildirmişdir. 8. “xxxx” MMC-də departament tərəfindən aparılan operativ vergi nəzarəti tədbirlərinin və səyyar vergi yoxlamasının nəticələrinin kifayət qədər qənaətbəxş olmaması səbəbindən Vergilər Nazirliyinin vergi auditi departamentinin nəzarəti ilə 13.03.2019-cu il tarixli qərarlara əsasən cəmiyyətin müxtəlif təsərrüfat subyektlərində vergi nəzarəti tədbirləri həyata keçirilmiş və 13.03.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarlara əsasən cəmiyyətə məxsus gəlir və xərclərin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektr on daşıyıcıda surətləri, kompüter prosessorları, digər elektron daşıyıcılar, zəruri sənədlər və əşyalar götürülmüşdür. Əldə edilmiş qara mühasibatlıq sənədləri əsasında vergilər hesablanmaqla səyyar vergi yoxlaması yekunlaşdırılmış və nəticələri 02.05.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir.

9. Cəmiyyətə məxsus kompüter prosessorlarından götürülmüş sənədlər və məlumatlar əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin Departamentin əməkdaşları ilə birbaşa əlaqələri olmuş və nəzarət tədbirlərinin keçirilməsi barədə qəbul olunmuş qərarlardan vergi ödəyicisi əvvəlcədən məlumatlandırıldığı üçün bu tədbirlər nəticəsiz olmuşdur.

10. İnzibati orqan müəyyən etmişdir ki, iddiaçı həmin dövrdə şöbə rəhbəri vəzifəsini icra etməsinə baxmayaraq səyyar vergi yoxlamasının qanunamüvafiq formada k eçirilməsinə nəzarət etməmiş, onun “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovla yaxın münasibətlərinin olduğunu, Ə.Abbasovun həyat yoldaşı X13 ilə ortaq mülkiyyətlərində olan Sumqayıt şəhəri, 1-ci məhəllə b 2, s 45 ünvanında yerləşən 131.9 m2 sahəsi olan obyektlərinin (qeyri-yaşayış sahəsi) olduğunu müəyyən etmişdir. (İddiaçı araşdırmaya təqdim etdiyi izahatında qeyd olunan obyektin və Ə.Abbasovla yaxın münasibətlərinin olduğunu təsdiq etmişdir).

11. Bundan başqa inzibati orqan müəyyən etmişdir ki, vergi orqanının 13.08.2018, 20.09.2018, 21.09.2018, 05.11.2018, 13.11.2018, 14.11.2018 və 15.11,2018ci il tarixli qərarlarının 26.11.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərilmişdir.

12. Həmin sənədlərə 16.11.2018-ci il tarixdə V_ABDUREHMANOV AVİS istif adəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur.

13. A.Ələkbərov və E.İsayev araşdırmaya təqdim etdikləri izahatlarında “xxxx” MMC-də 01.10.2018-19.10.2018-ci il tarixlərdə yoxlama apardıqlarını, yoxlamaya müəyyən günlərdə birlikdə, bəzən isə bir nəfərin getdiyini, yoxlamaya gün ərzində 4-5 saat vaxt sərf etdiklərini bildirmiş, Axtarış&Hesabat informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onların əksər vaxtlarda Departamentin inzibati binasında olduqları, ümumiyyətlə yoxlama aparmadıqları, adları qərarda olduğu müddət ərzində yoxlama ilə bağlı heç bir iş görmədikləri, habelə lüzumsuz olaraq yoxlamanın müddətini uzatdıqları müəyyən edilmişdir. İddiaçı şöbə rəisi vəzifəsinin müvəqqəti icrası zamanı tabeçiliyində olan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili q aydaların tələblərinə uyğun təşkil etməmiş, “xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri zamanı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və bütün digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına yol verilmişdir.

14. Cavabdeh 08.07.2019-cu il tarixdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 46-cı maddəsinin 5-ci hissəsinə uyğun olaraq xidmətinə xitam verilməsinə dair əmr qəbul etmişdir. İddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin qəbulu üçün əsas kimi 25.06.2019-cu il tarixli xidmət i məruzə göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı 31 oktyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 08 iyul 2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki xidmət yerinə bərpa edilməsi, 08 iyul 2019-cu il tarixdən əvvəlki iş yerinə bərpa olunan günə kimi olan müddət üçün əmək haqqının hesablanması və iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində müxtəlif vəzifələrdə işləmişdir. Son vəzifəsi 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicilərinin dövlət qeydiyyatı və uç ot şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən (01.08.1992-ci il tarixdən) 22 yaşında təyinatla işə qəbul olmuş və vergi orqanında fasiləsiz çalışmışdır. Respublikada vergi orqanının qurulmasında əməyi olmuşdur. Vergi orqanından başqa digər iş yeri olmamışdır. Bu müddət ərzində test və attestasiyalardan müvəffəqiyyətlə keçmişdir. Vergi xidməti müşaviri rütbəsinə qədər yüksəlmişdir. İşlədiyi 27 il ərzində barəsində rəhbərlik tərəfindən heç bir intizam tədbiri görülməmişdir. Əmək Məcəlləsində göstərilir: Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan halla rda əmək vəzifələrini kobud şəkildə pozduqda; “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 46-cı maddəsində göstərilir:

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. İddiaçı hesab edir ki, 27.06.2019-cu il tarixli əmr qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Əmrin əsaslandırma hissəsində göstərilir ki, riskli vergi ödəyicisi ilə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Xidməti məruzədə isə bu halı əsaslandırmaq üçün iddiaçının barəsində yoxlamalar a parılan “xxxx” MMC-nin təsisçilərindən biri olan Ədalət Abbasov adlı şəxsin həyat yoldaşı ilə paylı mülkiyyət sahibi olması göstərilmişdir. Əmlakın ilkin mülkiyyətçiləri, 2003-cü ildə iddiaçının qardaşı və başqa bir şəxs olmuşdur. Sonradan paylı mülkiyyətçi rəhmətə getmiş, mülkiyyət hüququ ona aid hissədə vərəsəlik hüququ əsasında həyat yoldaşına keçmişdir. Sonuncu da rəhmətə getdikdən sonra mülkiyyət hüququ yenə də vərəsəlik hüququ əsasında onun qızına, Abbasov Ədalətin həyat yoldaşına keçmişdir. Qardaşı isə özünə aid hissədə mülkiyyət hüququndan, yəni mülkiyyətə sərəncam vermək hüququndan istifadə edərək öz payını iddiaçıya bağışlamışdır. Bu hallar iddiaçı ilə Abbasov Ədalət arasında qeyri-sağlam münasibətlərin olmasının göstəricisi deyildir və ola da bilməz. Bu əsaslar ilə qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Yuxarıda göstərildiyi kimi əmrdə göstərilmişdir ki, iddiaçı riskli vergi ödəyicisinin təsisçisi ilə ortaq sahibkarlıq fəaliyyəti vardır. Bu isə iddiaçının həyat yoldaşı ilə birgə mülkiyyətində əmlakın olması ilə əsaslandırılmışdır. Halbuki, əmlaka sahib olmaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil, bundan əlavə qeyd edilən əmlak icarəyə verilmişdir. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Maddənin məzmunundan da görünür ki, mülkiyyətlərində olan əmlakın icarəyə verilməsi sahibkarlıq fəaliyyəti hesab edilmir. Aydın olur ki, əmrdə qeyd edilən hal-riskli vergi ödəyicisi ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı təsdiqini tapmır. Belə olan halda əmr ləğv edilməlidir. Qan unsuz əmri əsaslandırmaq üçün cavabdeh iddiaçının müvəqqəti olaraq şöbə rəisi vəzifəsini icra etdiyi dövrdə tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi və səyyar vergi yoxlamasının müddətinin lüzumsuz uzadıldığı göstərilmişdir. Bu hallar həqiqəti əks etdirmir. Belə ki, iddiaçının nəzarətində ümumilikdə 90 vergi yoxlaması var idi. Bu yoxlamaların 12-si şəxsən müfəttiş olaraq onun icraatında olmuşdur. Bu yoxlamaların heç birində çatışmazlıq və başqa nöqsanlar aşkar edilməmişdir. Cavabdeh bunun əksini təsdiq edən heç bir sübut təqdim edə bilməz. Yoxlamanın müddətinin lüzumsuz olaraq uzadılmasına dair isə məhkəmənin nəzərinə çatdırır ki, müddətin uzadılması və ya dayandırılması ümumiyyətlə iddiaçının səlahiyyətlərində olmamışdır. Təcrübəyə əsasən yoxlamanı həyata k eçirən müfəttiş yoxlamanın müddətini uzadılmasını əsaslandıraraq departament rəisinə müraciət edir. Departament rəisinin əsaslandırılmış müraciəti əsasında isə yuxarı vergi orqanı yoxlamanın müddətinin uzadılmasına dair əsaslandırılmış qərar qəbul edir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əş yaların tədqiqi; səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəf rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğu cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Yuxarıda göstərilən halları təsdiq etmək üçün riskli vergi ödəyicisi barəsində yoxlamanın müddətinin uzadılmasına dair qərarları iddiaya əlavə etdiyini bildirmişdir. Bu qərarlardan da görünür ki, yoxlamanın müddətinin uzadılması iddiaçının qərarı ilə və ya hər hansısa bir iştirakı ilə qəbul edilməmişdir. Yoxlamaların müddətinin uzadılması demək olar ki, bütün yoxlama icraatlarında baş verir. Hətta iddiaçının nəzarətində olan 90 vergi yoxlamasının demək olar ki, hamısı yuxarı vergi orqanının qərarı ilə müddəti uzadılmışdır. Belə olduğu təqdirdə iddiaçının yoxlamanın müddətinin lüzumsuz yerə uzatmaqda ittiham edilməyi ümumiyyətlə başa düşülən deyil. Bu əsas ilə qəbul edilmiş əmr ləğv edilməlidir. Əmrdə ittiham edildiyi hallardan biri də riskli vergi ödəyicisinə hansısa məlumatları ötürməyidir. Bu hallarda həqiqəti əks etdirmir. Xidməti məruzədə göstərilmişdir ki, vergi orqanının 13.08.2018. 20.09.2018. 05.11.2018. 13.11.2018. 14.11.2018. və 15.11.2018-ci ci il tarixli qərarlarını 26.11.2018-ci il tarixində "WhatsApp" proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərmiş və həmin sənədlərə 16.11.2018-ci il tarixində öz AVİS istifadəçi adı ilə baxışlar keçirtmişdir. Yoxlamalar onun nəzarətində olmuşdur. Qeyd edilən qərarlar ilə yanaşı digər yoxlamalar üzrə qəb ul edilmiş qərarlara da girib baxış keçirtmək, qeydlər götürmək onun iş funksiyalarına daxildir. Bu addım ilə iddiaçı heç bir qaydanı pozmamışdır. Qərarların iddiaçı tərəfindən vergi ödəyicisinə göndərilməsi halı heç bir sübut ilə təsdiq edilməmişdir. Belə ki, iddiaçı 16.11.2018-ci il tarixində baxış keçirtdiyi sənədləri nədən "WhatsApp" proqramı ilə 10 gün sonra göndərməyi sual yaradır. Bu sənədlər doğrudan da vergi ödəyicisinə ötürüləcək qədər vacib idisə, nədən sənədlər 10 gün sonra, həmçinin hansısa proqram vasitəsi ilə ötürülsün ki?! Tarixləri qeyd edilmiş qərarların ümumiyyətlə məxfi olması cavabdeh tərəfindən sübut edilməlidir. Bu isə mümkün deyildir. Belə ki, qəbul edilmiş bu qərarların hər biri vergi ödəyicisinə mütləq şəkildə təqdim edilir. VM-nin 24.0.9-cu maddəsinə əsasən vergi orqanı, vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə borcludur. Cavabdeh bu qərarların nə zaman vergi ödəyicisinə təqdim edildiyini (tanış edildiyini) təsdiq edən sənədləri də təqdim etməlidir. Bu sənədlər təsdiq edəcəkdir ki, qərarların hansısa gizli yolla vergi ödəyicisinə göndərilməsinə heç bir lüzum yox idi. Tərəfindən hansısa nöqsanlara yol verilmiş olsa belə, hətta bu halda belə xidmətinə xitam verilməsi qanunsuzdur.

17. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X15, 2-1(118)-278/2020 saylı iş) 14 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, qaydalara zidd olaraq iddiaç ı xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermiş, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmiş, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürmüş, bununla da vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir.

19. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

20. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X20 -məruzəçi, X16 və X8, 2-1(105)-127/2021 saylı iş) 24 fevral 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

21. İddiaçı 11 mart 2021-ci il tarixdə qərarın surətini almış, 9 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

22. Kasasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, Sumqayıt Apelyasiya M əhkəməsinin İnzibati kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

25. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunun ilə təsdiq edilmiş “Dövlət vergi xidməti haqqında Əsasnamə”: Maddə

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; (-). Maddə 4

6. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Maddə

48. İntizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edili r. Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

49. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər.

50. İntizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

51. Vergi orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur.

52. İntizam tənbehi tətbiq edilmiş vergi orqanlarının vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər.

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: (-); 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surə tdə yerinə yetirilmədikdə; (-). 27. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir

28. Əmək Məcəlləsi: Maddə

5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular (-).

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normal ar onlara tətbiq edilir. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a)əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; (-). Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-); ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (-). Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (-).

2. Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəss isənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

29. Vergi Məcəlləsi: Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: (-); 24.0.9. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə borcludur. Maddə

38. Səyyar vergi yoxlaması (-). 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. (-). Maddə

99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. (-). 99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: (-); 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; (-). 30. “İnzibati icraat haqqında” Qanun: Maddə

61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əs aslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (-). Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. (-).

31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. Sübutların araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahat ları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağl ı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qəra rdadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

32. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

33. Apelyasiy a məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

36. İddiaçı 1992-ci ilin avqust ayından vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Vergi orqanlarında xidmətinə xitam verilən vaxt 2 saylı Ərazi Vergilər Dep artamentində vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi olmuşdur.

37. Cavabdeh 08.07.2019-cu il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin” 46cı maddəsinin 5-ci hissəsinə əsasən iddiaçının vergi orqanlarında xidmətinə xitam vermişdir. 38. 08.07.2019-cu il tarixli əmrin iddiaçıya aid hissəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsinin a) bəndinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, Vergilər nazirinin 04.07.2006-cı il tarixli nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.13-cü və 4.15-ci bəndlərinin, 01.08.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi” Qaydalarının 5.9-cu bəndinin və 9 dekabr 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1-ci, 3.2.2-ci, 4.0.1-ci və 4.0.2-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. 39. 08.07.2019-cu il tarixli əmrin verilməsinə əsas olaraq Vergilər Nazirliyinin Təhlükəsizlik departamentinin 27.06.2019-cu il tarixli xidməti məruzəsi göstərilmişdir.

40. Xidməti məruzəyə görə iddiaçı 1) xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol vermiş, 2) tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etmiş, 3) riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla ona məlumatlar ötürmüş, 4) həmin vergi ödəyicisi ilə ortaq sahibkarlıq fəaliyyətində olmuşdur.

41. İddiaçının 1) xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verməsi, 2) tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi ilə bağlı apelyasiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanının müvafiq əmri ilə şöbə rəhbərinin vəzifə səlahiyyətləri 14.06.2018-ci il tarixdən iddiaçıya həvalə edilmiş və iddiaçı şöbə rəisi vəzifə səlahiyyətlərini tam icra etməyə başlamışdır. İddiaçı şöbə rəisi vəzifəsinin müvəqqəti icrası zamanı tabeçiliyində olan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili qaydal arın tələblərinə uyğun təşkil etməmiş, “xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri zamanı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və bütün digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmişdir. İddiaçı “xxxx” MMC-də aparılan səyyar vergi yoxlaması zamanı tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etdiyini araşdırmaya təqdim etdiyi izahatında etiraf etmiş, lakin bunu şöbəyə müvəqqəti rəhbərlik etməsi və öhdəsində yoxlamaların sayının çox olması ilə əsaslandırmış, operativ vergi nəzarət tədbirlərinə ümumiyyətlə nəzarət etmədiyini qeyd etmiş, yo xlama müddətinin lüzumsuz uzadılmasını yoxlamada iştirak edən əməkdaşların üzərinə qoyaraq yol verilən qanun pozuntularına görə məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki, şöbə rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etdiyi müddət ərzində şöbə tərəfindən aparılan bütün növ yoxlama və digər vergi nəzarət tədbirlərinə bilavasitə nəzarət etmək iddiaçının vəzifə borcuna aid edilmişdir.

42. Müəyyən edilmişdir ki, vergi orqanının 13.08.2018, 20.09.2018, 21.09.2018, 05.11.2018, 13.11.2018, 14.11.2018 və 15.11,2018-ci il tarixli qərarları 26.11.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərilmişdir. Həmin sənədlərə 16.11.2018-ci il tarixdə iddiaçının istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur.

43. Cəmiyyətə məxsus kompüter prose ssorlarından götürülmüş sənədlər və məlumatlar əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin Departamentin əməkdaşları ilə birbaşa əlaqələri olmuş və nəzarət tədbirlərinin keçirilməsi barədə qəbul olunmuş qərarlardan vergi ödəyicisi əvvəlcədən məlumatlandırıldığı üçün bu tədbirlər nəticəsiz olmuşdur.

44. A.Ələkbərov və E.İsayev araşdırmaya təqdim etdikləri izahatlarında “xxxx” MMC- də 01.10.2018-19.10.2018-ci il tarixlərdə yoxlama apardıqlarını, yoxlamaya müəyyən günlərdə birlikdə, bəzən isə bir nəfərin getdiyini, yoxlamaya gün ərzində 4-5 saat vaxt sərf etdiklərini bildirmiş, Axtarış&Hesabat informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən onların əksər vaxtlarda Departamentin inzibati binasında olduqları, ümumiyyətlə yoxlama aparmadıqları, adları qərarda olduğu müddət ərzində yoxlama ilə bağlı heç bir iş görmədikləri, habelə lüzumsuz olaraq yoxlamanın müddətini uzatdıqları müəyyən edilmişdir.

45. İddiaçı şöbə rəisi vəzifəsinin müvəqqəti icrası zamanı tabeçiliyində olan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili qaydaların tələblərinə uyğun təşkil etməmiş, “xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri zamanı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və bütün digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına yol verilmişdir.

46. Apelyasiya instansiyası məhkəməsi iddiaçının vergi orqanlarında xidmətinə xitam verilməsinə əsas kimi Xidməti məruzədə qeyd edilmiş 1) xidməti fəaliyyəti zamanı şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verməsi, 2) tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi ilə bağlı araşdırma aparmış, iddiaçının vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etdiyi dövrdə şöbə rəhbəri kimi vəzifə funksiyalarını tam yerinə yetirməməsi, səyyar vergi yoxlamalarının lüzumsuz olaraq uzadılması, iddiaçının şöbə müdiri vəzifəsini müvəqqəti icra edərkən tabeliyində olan əməkdaşlarının fəaliyyətinə nəzarətin zəif olmasına istinad etmişdir.

47. Apelyasiya məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, “xxxx” MMC vergidən yayınmağa cəhd göstərən riskli vergi öd əyicilər siyahısına daxil edildiyi üçün qeyd olunan cəmiyyət barəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlaması və bir neçə operativ vergi nəzarət tədbirləri keçirilmiş, hər dəfə keçirilən tədbirlər zamanı cəmiyyətin təsisçisi Ədalət Abbasovun bu tədbirlər barədə əvvəlcədən məlumatlı olması açıq-aşkar yoxlama və vergi nəzarət tədbirlərini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən öz qulluq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə şəxsi maraqlar naminə vergi ödəyicisinə məlumatların ötürüldüyünə dəlalət edir. 14.06.2018-ci il tarixdən vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası iddiaçıya həvalə edilmiş və bu səbəbdən də “xxxx” MMC-də aparılan səyyar vergi yoxlaması və operativ vergi nəzarət tədbirlərinə bilavasitə iddiaçı tərəfindən nəzarət həyata keçirilmişdir. İddiaçının “xxxx” MMC-nin təsisçisi Ədalət Abbasovun arvadı ilə paylı mülkiyyətə sahib olması onunla əlaqələrinin olduğuna dəlalət edir və bu hal iddiaçı tərəfindən yoxlama və operativ vergi nəzarət tədbirləri barədə məlumatların cəmiyyətin təsisçisinə ötürüldüyünə əsas yaradır. Vergi orqanının 13.08.2018, 20.09.2018, 21.09.2018, 05.11.2018, 13.11.2018, 14.11.2018 və 15.11.2018ci il tarixli qərarlarının 26.11.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərildiyi, həmin sənədlərə 16.11.2018-ci il tarixdə iddiaçının AVİS istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur. İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yoxlama və vergi nəzarət tədbirləri barədə məlumat və sə nədləri Ə.Abbasova əvvəlcədən ötürməklə nəzarət tədbirlərin nəticələrinin uğurlu olmasına maneələr yaratmış, bununla da vergi orqanlarında məlumatın təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi və vergi orqanları əməkdaşlarının etik davranış qaydalarının tələblərini pozmuşdur.

48. Şikayətin vergi ödəyicisinin təsisçisinin həyat yoldaşı ilə paylı mülkiyyətə sahib olmasına və vergi nəzarət tədbirləri barədə məlumatlar və sənədlərin ötürülməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz izahatında “xxxx’’ MMC-nin təsisçisi X6 həyat yoldaşı X13 ilə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinə paylı mülkiyyətə sahib olduğunu təsdiq etmişdir. Bu hal hüququn qeydə alınması barədə çıxarışla da təsdiq olunmuşdur. 49. “xxxx” MMC vergidən yayınmağa cəhd göstərən riskli vergi ödəyicilər siyahısına daxil edildiyi üçün qeyd olunan cəmiyyət barəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlaması və bir neçə operativ vergi nəzarət tədbirləri keçirilmiş, hər dəfə keçirilən tədbirlər zamanı cəmiyyətin təsisçisi Ədalət Abbasovun bu tədbirlər barədə əvvəlcədən məlumatlı olduğunu bildirmişdir ki, bu da açıq-aşkar yoxlama və vergi nəzarət tədbirlərini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən öz qulluq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə şəxsi maraqlar naminə vergi ödəyicisinə məlumatların ötürüldüyünə dəlalət edir. 50. 14.06.2018-ci il tarixdən vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası iddiaçıya həvalə edilmiş və bu səbəbdən “xxxx” MMC-d ə aparılan səyyar vergi yoxlaması və operativ vergi nəzarət tədbirlərinə bilavasitə iddiaçı tərəfindən nəzarət həyata keçirilmişdir.

51. Vergi orqanının 13.08.2018, 20.09.2018, 21.09.2018, 05.11.2018, 13.11.2018, 14.11.2018 və 15.11.2018-ci il tarixli qərarlarının 26.11.2018-ci il tarixdə “WhatsApp” Messenger proqramı vasitəsi ilə vergi ödəyicisinə göndərildiyi, həmin sənədlərə 16.11.2018-ci il tarixdə iddiaçı AVİS istifadəçi adı ilə baxışların keçirildiyi müəyyən olunmuşdur.

52. İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yoxlama və vergi nəzarət tədbirləri barədə məlumat və sənədləri Ə.Abbasova əvvəlcədən ötürməklə nəzarət tədbirlərin nəticələrinin uğurlu olmasına maneələr yaratmış, bununla da vergi orqanlarında məlumatın təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükə siz istifadənin təmin edilməsi və vergi orqanları əməkdaşlarının etik davranış qaydalarının tələblərini pozmuşdur.

53. İddiaçının vergi ödəyicisinin səyyar vergi yoxlaması zamanı yoxlama müddətinin lüzumsuz uzadılması və tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının müvafiq əmri ilə şöbə rəhbərinin vəzifə səlahiyyətləri 14.06.2018-ci il tarixdən iddiaçıya həvalə edilmiş və iddiaçı şöbə rəisi vəzifə səlahiyyətlərini tam icra etməyə başlamışdır.

54. İddiaçı şöbə rəisi vəzifəsinin müvəqqəti icrası zamanı tabeçiliyində olan əməkdaşlara nəzarəti vergi qanunvericiliyinin və daxili qaydaların tələblərinə uyğun təşkil etməmiş, “xxxx” MMC-də aparılan yoxlama və digər vergi nəzarət tədbirləri za manı əməkdaşların fəaliyyətinə düzgün nəzarət etməmiş, onlara yoxlama və digər vergi nəzarət tədbirləri zamanı köməklik göstərməmiş və bununla da vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş yoxlama və digər vergi nəzarət tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmişdir.

55. Cavabdeh tərəfindən müvafiq əmrlə vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verildiyi zaman həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinin tələblərinin nəzərə alınmamasına dair şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

56. Sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin və vergilər nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş daxili intizam qaydalarının tələb lərini pozmuş, şöbə rəhbəri vəzifəsini icra edərkən səyyar vergi yoxlamasının müddətinin lüzumsuz olaraq uzadılmasına yol verməklə, tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil etməklə, riskli (vergidən yayınmaya meylli olan) vergi ödəyicisi ilə yaxın münasibətdə olmaqla, ona məlumatlar ötürməklə, habelə vergi ödəyicisinin təsisçisi ilə işgüzar əlaqələr yaratmaqla vergi orqanlarının nüfuzunu aşağı salan hərəkətlərə yol vermiş, məlumat təhlükəsizliyi ilə bağlı tələbləri pozmuşdur. İddiaçı barəsində intizam tənbehi tədbirinin görülməsi barədə əmrdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin və nazirliyin daxili intizam qaydalarının müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır. 5

7. İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci bəndidir. Həmin Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər.

58. İddiaçının öz hərəkətləri ilə xidməti intizamı kobud şəkildə pozması sübuta yetdiyindən onun barəsində hazırda mübahisə olunan inzibati akt qəbul edilmişdir.

59. Cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir.

60. Odur ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-127/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar