Məhkəmə qərarları › İş №2-1(102)-945/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-945/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-945/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-3225/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına və diplomuna əsasən 1978-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, xx.xx.1983-cü ildə həmin institutu bitirmiş, xx.xx.1983-cü ildə mühəndis vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə İsmayıllı rayon Təsərrüf at hesablı Madditexniki Təchizat Bazasına mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə Qum adası X9 İdarəsinə Bahar buruğuna quyuların istismarı və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə Şelfqazavtomatika Mərkəzi 4 saylı Sahəyə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixində 8 saylı DDSÖ-nə 5-ci dərəcəli NÖC və Avtomatika üzrə çilingər işinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə həmin özüldə 11-ci dərəcəli NÖC və avtomatika üzrə mexanik vəzifəsinə, xx.xx.2006-xx.xx.2008-ci illərdə həmin özüldə 12-ci dərəcəli NÖC və avtomatika üzrə mexanik vəzifəsinə, xx.xx.2009-cu ildə 13 sayl ı DDSÖ-nə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci ildə işdən azad edilmişdir. xx.xx.2013-cü ildə "xxxx" MMC-də NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı ildə Dənizdə NÖA üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-yə X6 avadanlığı üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 2. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, AQS 468/20 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən 03 iyun 2013-cü il tarixindən "xxxx" MMC-də X6 Avadanlığı üzrə mütəxəssis vəzifəsində çalışır. Bu müddət ərzində “Günəşli yatağı” 13 saylı dərin dəniz stasionar özülündə, həmçinin “Ümid” yatağı SDÖ və “Bulla 6” SDÖ platformasın da eyni vəzifədə çalışmışdır. İşlədiyi müddətdə onun ümumi aylıq əmək haqqı 2141 (iki min yüz qırx bir) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1-ci bəndinin a) yarımbəndində göstərilmiş “nəzarətölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar” vəzifəsi ilə "xxxx" MMC-də X6 Avadanlığı üzrə mütəxəssis vəzifəsinin adları fərqli olsa da, əmək funksiyaları eynilik təşkil edir. İşəgötürən işçinin öhdəliklərinə görə heç bir maddi məsuliyyət daşımır.

3. SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən təqdim olunmuş xx.xx.2021ci il tarixli, SOCAR**********30020123X00042 nömrəli məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00208 nömrəli arxiv arayışında göstərilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Bayıl Limanı” X5 İdarəsində işləmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” Tresti yaradılmış və “Bayıl Limanı” X5 İdarəsi Trestin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli, 65 saylı əmri ilə "Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X5 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” Trestinin strukturun un təkmiləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən “Xəzər” X5 İdarəsi ləğv edilmiş və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCARın xx.xx.2013-cü il tarixli, SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat Bölümü kimi “Kompleks qazma işləri “ Trestinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” Trestinin “Təşkilati-struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR-ın **********0040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehs alat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir: xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək “Qum adası” X9 İdarəsi 241b saylı Bahar buruğunda 4-cü dərəcəli qazma köməkçisi peşəsinə qəbul edilmişdir, əmr № 54/k, xx.xx.1995-ci il; xx.xx.1999-cu ildə İşdən azad edilmişdir, əmr № 29/k, xx.xx.1999-cu il; xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək “Bayıl Limanı” DKQ-nin 8 saylı DDSÖ-də 5-ci dərəcəli NÖC və A üzrə çilingər peşəsinə qəbul edilmişdir, əmr № 43/k, xx.xx.2004-cü il; xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək 8 saylı DDSÖ-də 11-ci dərəcəli NÖC və A üzrə mexanik vəzifəsində işləmişdir,əmr № 106/ş, xx.xx.2004-cü il; xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilədək 8 saylı DDSÖ-də 12-ci dərəcəli NÖC və A üzrə mexanik vəzifəsinə keçirilmişdir,əmr № 51/ş, xx.xx.2006-cı il; xx.x x.2008-ci ildən xx.xx.2009-cu ilədək 8 saylı DDSÖ-də 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir,əmr № 218, xx.xx.2008ci il; xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək 13 saylı DDSÖ-də 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir,əmr № 30/k, xx.xx.2009-cü il; xx.xx.2012-ci ildə İşdən azad edilib. Əmr № 585/k, 30.08. 2012-ci il. Bu müddətdə iş stajı: 08 il, 11 ay, 02 gün. Güzəştli iş stajı: 08 il, 11 ay, 02 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın 1100000a-11297 kodu ilə qazmaçılar, 1100000a-18494 kodu ilə nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşələri və Azərbaycan Re spublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.1 a) nəzarət ölçü cihazları və avtomatika üzrə mexanik peşəsi, 10.1 b) mexanik peşəsi üzrə 08 il, 11 ay, 02 gün güzəştli iş stajı vardır. 4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 0690 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2013-xx.xx.2016-cı il tarixləri ərzində “monitorinq və ölçü avadanlığı üzrə mütəxəssis”, xx.xx.2016-xx.xx.2021-ci il tarixlərində isə “dənizdə nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis” vəzifələrində çalışmışdır. İddiaçı işlədiyi müddətdə əsas əmək mə zuniyyətilə yanaşı əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 6 gün əlavə məzuniyyət hüququndan da istifadə etmişdir. İddiaçı işlədiyi vəzifələrin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın 10.1-ci bəndində göstərilən “nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar” peşəsinin əmək funksiyaları ilə eynilik təşkil edir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdi r.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 5 noyabr 1983-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" MMC-nin ona dair 23 dekabr 2020-ci il tarixli, AQS 468/20 nömrəli arayışında İddiaçı xx.xx.2013-cü il tarixindən bugünədək X6 Avadanlığı üzrə mütəxəssis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi mütəxəssis vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 1 ay 20 gün (xx.xx.2004-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunve riciliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16205,47 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 85356,74 manat olmaqla, cəmi 101562,21 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə, Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi, 60 yaşının tamam olduğu xx.xx.2020-cu il tarixind ən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat məbləğində hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 60 yaşı tamam olan gündən - 09 oktyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona müvafiq pensiya ödənişlərinin ödənilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı t ələbini mübahisəyə dair işin bu qərarın 1-4-cü bəndlərində qeyd olnmuş hallarına istinadla əsaslandırmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajının 16 ildən, ümumi stajının isə 36 ildən çox olduğunu qeyd etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş və göstərmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) ç alışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə n istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 5 noyabr 1983-cü il tarixli, ИT-İ ******* nömrəli əmək kitabça sında və "xxxx" MMC-nin ona dair 23 dekabr 2020-ci il tarixli, AQS 468/20 nömrəli arayışında Dənizdə Nəzarət-ölçü Avadanlığı üzrə mütəxəssis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi mütəxəssis vəzifəsi yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 2 gün) təşkil edir.

11. Bakı İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli, 2-1(112)-1612/2022 nömrəli qərarı (hakim:X3) ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni 9 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil barədə sənədə və əmək kitab çasına əsasən ümumi iş stajı 40 il 09 ay 22 gün təşkil edir. Onun xx.xx.1998-xx.xx.1999 və xx.xx.2004-xx.xx.2012-ci ilədək 08 il,11 ay, 04 gün+xx.xx.2013-xx.xx.2016, xx.xx.2016–xx.xx.2020-ci il tarixədək (60 yaş tamam olan günədək) 07 il 04 ay 07 gün olmaqla, ümumilikdə 16 il 03 ay 11 gün güzəştli iş stajı vardır. Həmçinin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 38400,00 manat hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16205,47 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 85356,74 manat olmaqla, cəmi 101562,21 manat pensiya kapitalı vardır. Başqa sözlə, iddiaçının fərdi hesa bında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-3225/2022 nömrəli qərarı (hakimlər:X8 (sədrlik edən və məruzəçi), X4 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə qarşı etirazın dəlilləri təkrar olaraq sadalanmışdır. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: k işilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilə n həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə k ollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının (cavabdeh pensiya kapitalını mübahisələndirmir) mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırı lmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərinin, o cümlədən də iddiaçının işlədiyi peşənin güzəştli pensiya hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş peşəyə uyğunluğunun müəyyən olunması üçün iddiaçının iş yerindən nəzarət-ölçü cihazları üzrə mütəxəssisin vəzifə təlimatı və izahlı arayış tələb olunmuş, həmin peşə üzrə görülən işlərin, həmin peşəyə aid əmək funksiyalarının məzmunu və xarakteri araşdırılmış və bundan sonra peşələrin uyğunluğuna qiymət verilmişdir. Nəzərə almaq lazımdır ki, müəyyən hallarda peşələrin uyğunluğuna qiymət verilməsi üçün siyahıda nəzərdə tutulmuş peşə adlarının sadəcə olaraq hərfi ifadə tərzindən çıxış etmək yetərli sayılmaya bilər (peşə adının dəyişikliyə uğraması, tərcümə və ya yazı xətaları və s. səbəblərdən) və bu xüsusat, xüsusən də iddiaçının və iş yerinin təkid etdi yi hallarda, ətraflı araşdırılmadan iddiaçının ziyanına təfsir oluna bilməz. Bu zaman peşələrin məzmun baxımından uyğunluğu həm də şəxsin işlədiyi peşə üzrə vəzifə təlimatlarına və standartlarına əsasən mütləq yoxlanılmalı və yoxlamanın nəticəsi nəzərə alınmaqla qiymətləndirilməlidir.

30. Hazırkı mübahisəyə münasibətdə məhkəmələr tərəfindən qeyd edilən qaydada araşdırma aparılmış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu müəyyən edilmişdir. Odur ki, iddiaçının bu qərarın 19-20-ci bəndlərində istinad olunan normalarda təsbit edilmiş şərtlərə uyğun olaraq, 9 oktyabr 2020-ci il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli iş stajının və qanunla müəyyən olunmuş mə bləğdə pensiya kapitalının mövcud olduğuna və bununla bağlı yaşa görə əmək pensiyası hüququnun yarandığına dair apelyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslı hesab olunmalıdır.

31. Xüsusi olaraq qeyd olunmalıdır ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində aydın olmayan və ya ziddiyyətli halların araşdırılması məqsədi ilə müvafiq tədbirlər görmək, sorğular vermək, eləcə də müvafiq sənədlərin və arayışların (o cümlədən iş yerindən güzəştli arayışın, onun işlədiyi vəzifə və ya peşə üzrə gördüyü işin xarakteri, funksional məzmunu barədə təlimatların, vəzifə standartl arının, izahlı arayışların) tələb olunmasını və qiymətləndirilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir və obyektiv qanunauyğun qərarın qəbul edilməsi məqsədlərinə xidmə t etməli və bunun üçün yetərli olmalıdır. Nəzərə almaq lazımdır ki, bu zaman inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 29-32-ci bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Əksinə, cavabdehin əvəzinə məhkəmələr tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul olunmuşdur.

34. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təm inat hüququnun pozulmasına səbəb olmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-3225/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar