Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-945/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi; göndərişdə göstərilən diaqnozların iddia tələbini istisna etməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tib bi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2-1(107)-624/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2010-cü il tarixdən “İkitərəfli koxlear nevrit ağıreşitmə” diaqnozu ilə 2 il müddətinə ilkin sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuşdur.
2. Daha sonra xx.xx.2014-cü il tarixdən “İkitərəfli xr. Koxlear nevrit. Ağıreşitmə İİİİV dərəcə anadangəlmə ağır dərəcədə nitq qüsuru” diaqnozu ilə 2 il müddətinə təkrar sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuşdur. 3. 01.12.2016-cı il tarixdən “İkitərəfli xr. Koxlear nevrit. Ağıreşitmə İİİ-İV dərəcə anadangəlmə ağır dərəcədə nitq qüsuru” diaqnozu ilə 18 yaşınadək (növbəti müayinə tarixi: xx.xx.2022) təkrar sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuşdur. 4. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində xx.xx.2022-ci il tarixdən “Eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit” diaqnozu ilə orqanizmin funksiyalarının 60% pozulması ilə müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək orqanizm funksiyasının 81100 % pozulmasına görə birinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabde hin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tərəfin dəlillərinə görə, iddiaçının əlillik dərəcəsi 2023-cü ildən əsassız olaraq İİİ dərəcəyə salınmışdır. O eşitmir, danışmır, gözlərinin biri 5 %, digəri 9 % görür, çox əsəbidir. İddiaçı İ qrup əlillik verilməli olduğu halda, İİİ qrup əlillik dərəcəsi verilmişdir. Halbuki, təxminən 5-6 yaşından etibarən iddiaçıya qəyyum təyin olunmuşdur. Lakin 2022ci ildən qəyyumluğu ləğv olunmuşdur. Onun, nəinki, əmək qabiliyyəti yoxdur, ümumiyyətlə, uşaq qəyyumsuz, sərbəst hərəkət edə bilmir. Hazırda 19 yaşı var. Odur ki, ona İ dərəcə əlillik statusunun verilməsinə zərurət meydana gəlmişdir. Faktla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, bugünədək müsbət cavab ala bilməmişdir.
7. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, Şə ki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olan İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin B00070036ZZN nömrəli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir (Ətraflı səbəb: “Xəstəliyin funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir.”). Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin B00070036ZZN nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (H93.3 Eşitmə sinirinin xəstəlikləri. İkitərəfli xroniki koxlear nevrit.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 9.1.1-ci bəndinə əsasən orqanizmin funksiyasının 60% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır.
8. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(116)-555/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
9. Cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmiş e kspertiza nəticəsində verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 29 aprel 2024-cü il tarixli T 238/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərindəki xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Odur ki, adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən “Diaqnozun mətni: H93.3- Eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit.” Xəstəliklərin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 9.1.1. bəndinə əsasən orqanizmin funksiyasının 60% pozulmasına görə müddətsiz əlillik təyinatı düzgün olmuşdur.
10. Şəki İnzibati Məhkəməsinin 2024-cü il 19 avqust tarixli, 2-1(116)-555/2024 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9-cu yarımbölməsində “Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri”nin qiymətləndirmə meyarları təsbit edilmişdir. Təqdim edilmiş rəydən də göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz həmin meyarların 9.1.1-ci bəndinə uyğun olaraq “7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması)” kimi qiymətləndirilmişdir. Ümumiyyətlə, h əmin yarımbölmədə eşitmənin itirilməsinin müxtəlif qiymətləndirmə əsasları nəzərdə tutulsa da, orqanizm funksiyasının pozulmasının 80-100 faiz dərəcəsi mövcud deyildir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya təyin edilmiş əlilik onun mövcud sağlamlıq vəziyyətinə uyğun olduğundan iddia tələbi təmin olunmamalıdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2-1(107)-624/2024 nömrəli qərarı ilə (hakimlər V.Məlikov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və Ə.Kərimov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2024-cü il 19 avqust t arixli, 2-1(116)-555/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıda təkcə eşitmə deyil, eyni zamanda görmə qabiliyyətinin də yüksək dərəcədə pozulması müəyyən edilir. Bu baxımdan, iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 10-cu bölməsinə “Görmənin və eş itmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları” meyarlarına uyğun qiymətləndirilməli idi. Belə ki, iddiaçıya qoyulmuş diaqnoz həmin Meyarların 10.1.4-cü bəndinə uyğun olaraq “yüksək dərəcəli zəifgörmə (görmə itiliyi (yaxşı görən gözlə korreksiya ilə) 0,1-0,05) tam və ya praktiki eşitmənin tam itirilməsi ilə birgə” qiymətləndirilməli idi. Bu da orqanizmin funksiyalarının pozulmasının 85-90 faiz dərəcəsində pozulması deməkdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının sağlamlıq vəziyyətində olan bu ciddi pozuntuları araşdırmamış, iddiaçının, ümumiyyətlə, sərbəst hərəkət edə bilmədiyini nəzərə almamış, vəsatətlərə baxmayaraq təkrar ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyət i orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası ”:
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi -həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır....
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”: 9.1. 9.1.1. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qulağın eşitmə pozuntusu törədən anadangəlmə inkişaf qüsurları Qiymətləndirmə 7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) H 60-H95 Q 16 60 müddə tsiz
21. Azərbaycan Res publikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9
4. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, i şə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət m ümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyin təyin edilməsindən imtina olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
28. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2023-cü il tarixli müayinənin əsasını təşkil edən Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli B00070036ZZN nömrəli göndərişdə iddiaçı barəsində diaqnozlar belə qeyd edilmişdir: “əsas diaqnoz – H93.3 “Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit”; ağırlaşma – H90.3 “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, İkitərəfli neyrosensor ağıreşitmə İV dərəcə. Anadangəlmə nitq pozğunluğu (ağır dərəcə)”; yanaşı xəstəliklər - F70.1 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yüngül əqli gerilik İQ 67%”. TSEK-in xx.xx.2023-cü il qərarı ilə iddiaçıya “Əlilliyin müəyyən olunması Meyarları”nın 9.1.1-ci bəndinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 60% pozulması ilə müddətsiz üçüncü dərəcə əlillik təyin olunmuşdur.
29. İddia tələbi və məhkəmə baxışının predmetini isə iddiaçıya orqanizm funksiyasının 81-100% pozulmasına görə birinci dərəcə əlilliyin təyin edilməsi təşkil edir.
30. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıda təkcə eşitmə deyil, eyni zamanda görmə qabiliyyətinin də yüksək dərəcədə pozulması müəyyən edilir. Bu baxımdan, iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”n ın 10-cu bölməsinə “Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları” meyarlarına uyğun qiymətləndirilməli idi. Belə ki, iddiaçıya qoyulmuş diaqnoz həmin Meyarların 10.1.4-cü bəndinə - “yüksək dərəcəli zəifgörmə (görmə itiliyi (yaxşı görən gözlə korreksiya ilə) 0,1-0,05) tam və ya praktiki eşitmənin tam itirilməsi ilə birgə” uyğundur.
31. Bununla əlaqədar kollegiya qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli B00070036ZZN nömrəli göndərişdə göstərilən diaqnozların, kassasiya şikayətində istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın “Görmənin və eşitmənin kombinə olunmuş tam it irilməsi – H00-H95” adlanan 10.1-ci bəndinin 10.1.4-cü yarımbəndində əks olunmuş diaqnoza - “yüksək dərəcəli zəifgörmə (görmə itiliyi (yaxşı görən gözlə korreksiya ilə) 0,1-0,05) tam və ya praktiki eşitmənin tam itirilməsi ilə birgə” uyğunluğu müəyyən olunmur. Bu hal, iş materiallarında mövcud olan tibbi sənədlər ilə də öz təsdiqini tapmışdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2- 1(107)-624/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.