Məhkəmə qərarları › İş №2-1(102)-946/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-946/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-946/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilm əsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2-1(103)-53/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 19 yanvar 1973-cü ildən əmək fəaliyyətinə başlamış, 19 yanvar 1973-cü ildən 29 aprel 1974-cü ilədək “Pesçaniy” X1 İdarəsində 3-cü dərəcəli qazmaçı köməkçisi və Alət meydançasının yükləyicisi vəzifəsində işləmiş, may 1974-cü il tarixdən iyun 1976cı il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1976xx.xx.1976-cı illərdə “Pesçaniy” X1 İdarəsində Alət meydançasının yükləyicisi işləmiş, xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC-də süpürgəçi, çilingər şagirdi, 1- ci dərəcəli çilingər-təmirçi, 2-ci dərəcəli çilingər-təmirçi, 3-cü dərəcəli çilingər-təmirçi, 2-ci dərəcəli quraşdırıcı-çilingər, 3-cü dərəcəli quraşdırıcı-çilingər, 1-ci qrup usta, sahə rəisi, 10-cu dərəcəli sahə rəisi, 11-ci dərəcəli sahə rəisi vəzifələrində çalışmışdır.

2. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı ona xx.xx.2010-cu il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019cu il tarixli, 15/**********9 saylı məktubla iddiaçıya onun tələbinin təmin olunmasından güzəştli əmək stajını edən arayış təqdim edilmədiyi üçün imtina olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 3 yanvar 2010-cu il tarixdən 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 3 yanvar 2010-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 22 ildən çox zərərli əmək şəraitində sığorta stajı olduğundan cavabdehin imtinası qanunsuzdur.

6. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakim iyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 may 2019-cu il tarixli, 2-1(82)1262/2019 nömrəli qərarı ilə (hakim E. Mustafayev) iddia təmin edilmiş, iddiaçıya 03 yanvar 2010-cu il tarixdən 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 03 yanvar 2010-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixə qanunla tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olduğundan onun pensiya hüququ xx.xx.2010-ci il tarixdən – 55 yaşdan yaranır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 avqust 2019-cu il tarixli, 2-1(103)-1661/19 nömrəli qərarı ilə (hakimlər S. Seyidova - sədrlik edən və məruzəçi, V. Məmmədov və İ. Əhmədov) 2 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 18 noyabr 1976-cı ildən 01 fevral 1998-ci ilə qədər Bakı "xxxx" (sonradan Elektriktökmə ASC) zavodunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci bəndində (metal emalı) nəzərdə tutulmuş müxtəlif peşələrdə işləmişdir. İddiaçının qanunla tələb olunan ümumi və güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdi r. kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 21(102)-3142/2019 nömrəli qərarı ilə (hakimlər N. Rəsulbəyova - sədrlik edən və məruzəçi, Z. Quliyev və İ. Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 avqust 2019-cu il tarixli, 2-1(103)1661/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının "xxxx" ASC-də işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci - Metal emalı bölməsində nəzərdə tutu lmuş peşə və vəzifələrlə eynilik təşkil etdiyini qeyd etsə də, bu dəlilini əsaslandırmamışdır. Belə ki, metal emalı dedikdə metalların metallurgiya istehsalatında xammal kimi istifadə üçün hazırlanması başa düşülür. Belə olan halda, apelyasiya instansiya məhkəməsi iddiaçının "xxxx" ASC-də fəaliyyəti zamanı tutduğu peşə və vəzifələrin xarakterinin metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edib-etməməsi istiqamətində araşdırma aparmalı idi. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2-1(103)-229/2020 nömrəli qərarı ilə (hakimlər V. Ağayev - sədrlik edən və məruzəçi, A. Nuriyeva və C.Yusifov) cavabdehin apelyasiya şikayəti qismən tə min edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya 03 yanvar 2011ci il tarixdən 56 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 03 yanvar 2011-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, iddiaçının işlədiyi peşə və vəzifələri araşdırılmış və aydın olmuşdur ki, iddiaçının tutduğu vəzifə elektrik motorları korpuslarının tökülməsi ilə bağlıdır ki, bu da metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərin peşələri ilə eynilik təşkil edir.

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair ye ni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

17. Ali Məhkəmənin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2-1(102)1118/2020 nömrəli qərarı ilə (hakimlər X. Məmmədov - sədrlik edən və məruzəçi, Z. Quliyev və İ. Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 21(103)-229/20 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddiaçıya 56 yaşdan pensiyanın təyin edilməsi İPM-in 52-ci maddəsinin (bax 25-ci bənd) tələblərinin pozulması ilə nəticələnmiş, mə hkəmə bu zaman iddia tələbindən kənara çıxmışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının tələbi ona 55 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsindən ibarətdir. Bu halda, məhkəmə ilk növbədə həmin tələb üzrə araşdırmasını aparmalı, bununla bağlı işin hallarını iddiaçı ilə müzakirə edərək zəruri hesab etdikdə ona iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım etməlidir. Sözügedən qaydada işin halı müzakirə olunmadan və iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım edilmədən iddiaçının tələb etmədiyi qaydada iddianın təmin edilməsi məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməlidir. apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

19. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 57 yaşının tamam olduğu xx.xx.2012- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2-1(103)-53/2022 nömrəli qərarı ilə (hakimlər E. Nağıyeva - sədrlik edən və məruzəçi, H. Həmidov və A. Hüseynov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinin tələbi nəzərə alınmaqla, müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəl ki üç il üçün, yəni xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

21. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 57 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olduğu iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən yaransa da, ona pensiya “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabde h inzibati orqana müraciət etdiyi tarixdən 3 il geriyə, yəni xx.xx.2016-cı il tarixdən ödənilməlidir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin yeganə dəlili iddiaçının güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsindən ibarətdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

25. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqın da” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pe nsiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XİV. “Metal emalı” “ Tökmə istehsalı” üzrə 2150100a-19252 tökmə sexlərinin yığıcıları 2150100a-18559 təmirçi çilingərlər 2150100b-23428 sahə ustaları, böyük ustalar 2150100b-24097 sahə rəisləri

27. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası m əhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi q aydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarı da istinad olunan normalarına baxımından və Ali Məhkəmə tərəfindən hazırkı iş üzrə verilmiş göstərişlər nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni apelyasiya məhkəməsi lazımi qaydada və hərtərəfli araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Cavabdehin kassasiya şikayətinin yeganə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC apelyasiya məhkəməsinin sorğusuna xx.xx.2021-ci il tarixli, 26 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçı 18 noyabr 1976-cı ildən 01 fevral 1998-ci ilə qədər həmin müəssisədə işləmişdir və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Metal emalı”. “ Tökmə istehsalı” üzrə XİV bölməsində (2150100a-19252; 2150100a-18559; 2150100b-23428; 2150100b-24097 kodlarla) nəzərdə tutulmuşdur. Yəni iddiaçının iş yeri tər əfindən onun güzəştli iş stajı barədə arayış da təqdim edilmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 21(103)-53/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar