Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-946/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ- nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2210/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi AR Dövlət Əmlak Komitəsi (DƏK) tərəfindən özgəninkiləşdirilərək iddiaçının mərhum atası Petxan Cabarova satılmış və həmin obyektə dair onun mülkiyyət hüququ xx.xx.1996-cı ildə 2 nömrəli reyestr kitabında 267 qeydiyyat nömrəsi ilə qeydə alınaraq şəhadətnamə verilmişdir.
2. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2004- cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası Petxan Cabarov xx.xx.2004cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
3. Bakı şəhəri 5 №-li Dövlət Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X2 vəfat etmiş X3 qanun üzrə vərəsələri olaraq hər biri miras əmlakdan bərabər hissələrdə irs almaq hüquqları təsbit olunmaqla vərəsəlik şəhadətnaməsi verilmişdir, həmin şəhadətnamə üzrə verilən miras əmlak - ünvan 2 ünvanda yerləşən 33 nömrəli ayaqqabı təmiri emalatxanasıdır (Həmin emalatxana irs qoyan şəxsə AR DƏK-nin kit.2, səh.2, xx.xx.1996-cı il tarixli şəhadətnaməsinə əsasən məxsusdur.)
4. İkinci vərəsə (iddiaçının bacısı) X1 işə əlavə olunmuş ərizəsindən zəmin miras payından imtina edərək İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir.
5. İddiaçı ünvan 1 ünvanında yerləşən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh tərəfindən həmin müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlak sökülərək yerində daşdan qeyri-yaşayış binası inşa edildiyi, yeni inşa edilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərin təqdim edilmədiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və dəmir konstruksiyadan ibarət 10 kv.m qeyri-yaşayış sahəsi mərhum atası Petxan Cabarov keçmiş, Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 267 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən (toxunulmaz mülkiyyət hüququ əsasında) xüsusi mülkiyyətində olmuşdur. Mərhum atası Petxan Cabarov xx.xx.2004-cü il tarixdə vəfat etmiş, həmin vaxt vərəsəliyin dairəsinin müəyyən edilməsi ilə bağlı işi vərəsəlik açılmış və ona Bakı şəhəri Yasamal rayonu 5 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Hal-hazırda ünvan 1 ünvanında yerləşən sözügedən qeyri-yaşayış sahəsi istifadəsindədir. Əlavə olaraq, həmin əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanına müraciət etmiş, onun müraciətinə cavabdeh idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubu ilə xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlakın sökülərək yerində daşdan qeyri-yaşayış binası inşa edildiyi, yeni inşa edildiyi və qeyri-yaşayış binasına dair “Daşınmaz ə mlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərin təqdim edilmədiyi bildirilməklə qeydiyyatdan imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan işi mahiyyəti üzrə araşdırmadan, və ya araşdırmağa maraqlı olmadığından mülkiyyət hüququmu qeydiyyata almamış, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququmu pozmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinasının əsasını təşkil edən arqumentlər əsassızdır və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsindən imtina üçün əsas kimi götürülə bilməz. İşin hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən iddiaçının mərhum atasının mülkiyyətində olmuşdur. 30 dekabr 2004-cü il tarixdə Bakı şəhəri 5 nömrəli dövlət notariat kontoru tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən iddiaçı həmin əmlakdan irs almaq hüququna malikdir.
11. Məhkəmə belə qənaətə gəlir ki, həmin şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadət namə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına əsas olan sənəd kimi qiymətləndirilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2210/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasi ya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 2V-1-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunan metal konstruksiyalı əmlakda əsaslı təmir işləri aparılaraq yerində daşdan qeyri-yaşayış binası inşa edilmişdir. Yeni inşa edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müəyyən o lunmuşdur ki, sözügedən daşınmaz əmlakın faktiki sahəsi 7,7 kv.m-dir.
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində və yuxarıda qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarə sinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə b ütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüqu q normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktublarının, iddia tələbinə dair etirazın və apell yasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlili, mübahisələndirilən qeyriyaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmamasıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 1-4-cü bəndlərində qeyd edilən sənədlərlə müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi ilk öncə həmin vaxt fəaliyyət göstərən AR DƏK tərəfindən iddiaçının mərhum atasının adına verilmiş şəhadətnaməyə əsasən onun mülkiyyəti kimi reyestrdə qeydə alınmış, onun 2004-cü ildə ölümündən sonra dövlət notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə iddiaçının və bacısının adına rəsmiləşdirilmiş və sonuncu konkret halda özünə düşən payından qardaşının (iddiaçının) xeyrinə imtina etmişdir.
30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mərhum atasının adına olan mülkiyyət şəhadətnaməsi və onun ölümündən sonra notariusun qanun üzrə vərəsəlik şəhadətnaməsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qeydiyyatın aparılması üçün əsas verən sənədlərdir.
31. Odur ki məhkəmə tərkibi qeyd edir ki, cavabdehin iddiaçı tərəfindən hazırkı qərarın 20-ci bəndi ndə qeyd edilən Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir.
32. Bundan başqa məhkəmə kollegiyası cavabdehin daha bir dəlilinə münasibətdə qeyd edir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, cavabdeh idarənin mütəxəssisləri tərəfindən 21 noyabr 2022-ci il tarixdə qeyriyaşayış sahəsinə baxış keçirilərkən qeyri-yaşayış sahəsinin 1 mərtəbəli və ümumi sahəsinin 7.7 kv.m olması, çöl tərəfdən dəmir profil üzərinə alkopan üzlük bərkidilməsi müəyyən edilmişdir. Göründüyü kimi, burada metal konstruksiyalı əmlakın sökülərək yerində daşdan qeyri-yaşayış binasının inşa edilməsi kimi hər hansı fakt aşkar olunmamış, qeyd aparılmamışdır. Həmçinin vərəsəlik h üququ haqqında şəhadətnamədə də vərəsələrə keçən həmin əmlakın (emalatxananın) metal konstruksiyalı olması göstərilməmiş, ayaqqabı təmiri emalatxanası kimi ona satıldığı ehtiva olunmuşdur.
33. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qeyri-yaşayış sahəsinə istifadə hüququnun qeydə alınmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2210/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.