Məhkəmə qərarları › İş №2-1(102)-946/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-946/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-946/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Ve rgi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 21(107)-564/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üçün vergi orqanına təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsində ƏDV-yə 18 faizlə cəlb olunan dövriyyəsinin 121586,24 (ƏDV-siz) manat ƏDV-dən azad olunan dövriyyəsinin 90160,14 manat, cəmi əməliyyatlarının 211 746,38 manat olmasını, əvəzləşdirilən dövriyyə hissəsində əvəzləşdirilən dövriyyə məbləğinin isə 106 669,99 (ƏDV-siz) manat olmasını bəyan edilmişdir.

2. Cavabdeh vergi orqanı tərəfindən ƏDV vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən uyğunsuzluq aşkarlanaraq iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubu göndərilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir.

3. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi və ya təsdiqedici sənədlər əlavə olunaraq müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün, 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilməklə 15.630,38 manat (kameral qaydada hesablanmış 18.315,29 - bəyan edilmiş 2.684,91 = 15.630,38) əlavə vergi məbləği hesablanaraq bu barədə xx.xx.2022-ci il tarixdə **********167600 nömrəli “Vergilərin, sosial sığort a və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********167600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun hesabına yığılmış vergi borcu 2020-ci ilin aprel ayında əlavə dəyər vergisindən azad olan malların texniki olaraq səhvən vergi tutulan dövriyyə kimi fiskalizasiya edilməsi nəticəsində yaranmışdır. Bununla bağlı müvafiq sənədlərlə birlikdə Dövlə t Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilmiş və həmin artıq hesablanmış vergi borcunun silinməsi xahiş edilmişdir. Lakin, onun müraciətinə Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsindən müsbət cavab verilməmişdir. Bundan sonra Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 20325,59 manat, İşsizlikdən sığorta fonduna olan 3,16 manat, İcbari Tibbi Sığorta Fonduna olan, 13 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, onun 17 avqust 2022-ci il tarixə olan 20325,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 6125,79 manat, faizlər üzrə 14059,8 manat, maliyyə sanksiyası üzrə 140 manat) borcu alqı-satqı olunan malların düzgün fiskalizasiya edilməməsi nəticəsində yaranmışdır ki, həmin nöqsan barədə də, dərhal müvafiq olaraq Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilmişdir.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 4 saylı Ərazi Vergilər İdarəsində uçotda olan İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üçün vergi orqanına təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsində ƏDV-yə 18 faizlə cəlb olunan dövriyyəsinin 121586,24 (ƏDV-siz) manat ƏDV-dən azad olunan dövriyyəsinin 90160,14 manat, cəmi əməliyyatlarının 211 746,38 manat olmasını, əvəzləşdirilən dövriyyə hissəsində əvəzləşdirilən dövriyyə məbləğinin isə 106 669,99 (ƏDV-siz) manat olmasını bəyan etdiyi halda, 2020-ci ilin mart ayı üzrə təqdim edilmiş e-qaimə fakturaların dəyəri 2 483,04 manat (ƏDV-siz) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin 204 496,44 manat (ƏDV-siz) olmaqla, ümumilikdə 206 979,48 manat olması, həmçinin əvəzləşmə üçün DELTA QRUP C.O." MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İJ seriyalı 015986 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 191,83 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 15,61 manat (ƏDV-Siz) qaimə üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq, 15,61 (ƏDV-siz) manat əvəzləşməsinə yol verilmiş, "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İC seriyalı 937468 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 3 270,33 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 2118,66 manat (ƏDV-siz) e-qaimə faktura üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq, 2 118,66 manat (ƏDV-siz) əvəzləşməsinə yol verilmiş, “BOLLUQ LTD" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İE seriyalı 865704 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 428,39 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 314,17 manat (ƏDV-siz) qaimə üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq 314,17 manat (ƏDV-siz) məbləğin əvəzləşməsinə yol verilmişdir. Qeyd olunan uyğunsuzluqlarla bağlı xx.xx.2022-ci il tarixdə **********948400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu vergi ödəyicisinə göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi və ya təsdiqedici sənədlər əlavə olunaraq müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün, 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilməklə 15.630,38 manat (kameral qaydada hesablanmış 18.315,29 - bəyan edilmiş 2.684,91 = 15.630,38) əlavə vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixdə **********167600 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndəri lmişdir. Sözügedən qərar xx.xx.2022-ci il tarixdə elektron qutuda oxunmuşdur. Hazırki iddia İnzibati Prosessual Məcəlləyə uyğun olaraq mübahisələdirmə haqqında iddiadır və iddiaçı iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə təqdim etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-743/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 9/1299 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, vergi ödəyicisi tərəfindən 90160,14 manat məbləğində malların satışı ƏDV-yə cəlb edilməyən satış dövriyyəsinə aid edildiyi halda İddiaçı tərəfindən 2019 və 2020-ci İl lər üzrə aparılan əməliyyatlara görə vergidən yayınma halının olmadığı müəyyən edilir....təqdim edilmiş iş materiallarında ödəyicisi tərəfindən alış-satış əməliyyatlarını özündə əks etdirən EVHF, E-qaimə-lər ilə bağlı cədvəl məlumatlarının olmasına baxmayaraq, həmin məlumatlarda malın adı, növü və s. göstərilməmişdir. Yəni belə olan halda ümumi satış dövriyyəsindən ƏDV-dən azad olunan və olunmayan dövriyyəni konkret olaraq müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında un satışına dair məlumatlar mövcud olmuşdur.

9. Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-53/2024 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********167600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik s ığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, qərarların elektron üsulla çatdırılması “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilməlidir. Hazırkı işdə isə mübahisələndirilən qərarın istinad olunan Qanunun tələblərinə uyğun şəkildə çatdırılmasına dair müvafiq sübut yoxdur. Həmçinin, mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir. İddianın əsaslığı ilə bağlı isə qeyd e dilmişdir ki, mübahisənin həlli baxımından əhəmiyyətli olan hal iddiaçının ƏDV-dən azad olunan dövriyyəsinin (90160,14 manat) müəyyən edilib-edilməməsidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 9/1299 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, vergi ödəyicisi tərəfindən 90160,14 manat məbləğində malların satışı ƏDV-yə cəlb edilməyən satış dövriyyəsinə aid edildiyi halda İddiaçı tərəfindən 2019 və 2020-ci İllər üzrə aparılan əməliyyatlara görə vergidən yayınma halının olmadığı müəyyən edilir. Həmçinin ekspert rəyində göstərilmişdir ki, iş materiallarında ödəyicisi tərəfindən alış-satış əməliyyatlarını özündə əks etditən EVHF, E-qaimə-lə bağlı cədvəl məlumatlarının olmasına baxmayaraq, həmin məlumatlarda malın adı, növü və s. göstərilməmişdir. Yəni, belə olan halda ümumi satış dövriyyəsindən ƏDV-dən azad olunan və olunmayan dövriyyəni konkret olaraq müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında un satışına dair məlumatlar mövcud olmuşdur. Cavabdeh orqan təqdim edilmiş ekspert rəyi ilə razılaşmamış və məhkəməmühasibat ekspertizasının yenidən keçirilməsini xahiş etmişdir. Cavabdeh orqanın təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı zəruri sənədlərin təqdim edilməsi tərəflərə təklif edilmiş və ötən müddət ərzində ekspertiza tədqiqatına tələb olunan sənədlər təqdim edilməmişdir. Müvafiq ekspert rəyi alındıqdan sonra cavabdeh orqan tərəfindən əla və məlumatların verilməsini və təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətin irəli sürülməsini məhkəmə icraatın yubandırılması kimi qiymətləndirir. Qeyd olunan hal ilkin inzibati icraatın natamam və səthi aparılmasını, əlavə dəyər vergisindən azad olan malların texniki səhv nəticəsində vergi tutulan dövriyyə kimi fiskalizasiya edilməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə inzibati orqanın hər hansı araşdırma aparmamasını sübut edir. Buna görə də, iddiaçı, cavabdehin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki ic raat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(107)-564/2024 nömrəli qərarı ilə (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və Ə.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.5, 6.1, 21.1-ci, Vergi Məcəlləsinin 36.2, 37.2, 37.2-1, 37.3, 164.1, 164.1.27-ci və “İnzibati İcraat haqqında” Qanunun 11.1, 11.2, 17, 19.1, 24.1-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar q əbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: - Vergi ödəyicisinin vergi hesab faktura məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdən - xx.xx.2019-cu il tarixədək 283 365,33 manat dəyərində ƏDVdən azad olunan, 1 326 840,17 manat dəyərində isə (ƏDV nəzərə alınmadan) ƏDV-yə 18% dərəcə ilə cəlb edilən mallar olmaqla, ümumilikdə 1 610 205,5 manat dəyərində isə (ƏDV nəzərə alınmadan) əldə etməsi müəyyən edilmişdir. Vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdə təsərrüfat subyektlərində ümumilikdə 6 276,52 manat dəyərində ƏDVdən azad olunan mallarının olması (Mal qalığı – operativ vergi nəzarəti) və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək e-qaimə faktura ilə 283 365,33 manat dəyərində ƏDV-dən azad olunan mallar əldə etməsini, ümumilikdə 289 641,85 manat (aldığı) dəyərində ƏDV-dən azad olunan mal əldə etməsini nəzərə alaraq, 2019-cu ilin iyun-dekabr ayları üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən ƏDV-dən azad olunan dövriyyəsinin 312 187,53 manat (satdığı) olmasını bəyan etməsi nəticəsində 2019-cu ilin sonuna (xx.xx.2019-cu il tarixə) təsərrüfat subyektində ƏDV-dən azad olunan mallarının qalması müəyyən edilməmişdir. - Vergi ödəyicisinin təsərrüfat subyektində ƏDV-dən azad olunan malların qalmamasını nəzərə alaraq, e-qaimə faktura məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixədək 14 036,05 manat dəyərində ƏDVdən azad olunan mallar əldə etməsini nəzərə alaraq, kassa məlum atlarına əsasən xx.xx.2020ci il tarixdən-xx.xx.2020-ci il tarixədək 10 214,70 manat dəyərində yeni nəsil nəzarət kassa aparatına ƏDV-dən azad olunan, 103 852,31 manat dəyərində isə ƏDV-yə cəlb olunan mallar daxil etmiş, xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək 29 719,49 manat dəyərində ƏDV-dən azad olunan mallar əldə etməsini nəzərə alaraq, kassa məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək 9 955,60 manat dəyərində yeni nəsil nəzarət kassa aparatına ƏDV-dən azad olunan, 87 798,05 manat dəyərində isə ƏDV-yə cəlb olunan mallar daxil etmiş, xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək 40 102,75 manat dəyərində ƏDV-dən azad olunan mallar əldə etməsini nəzərə alaraq, kassa məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək 17 037,01 manat dəyərində yeni nəsil nəzarət kassa aparatına ƏDV-dən azad olunan, 49 655,42 manat dəyərində isə ƏDV-yə cəlb olunan mallar daxil etmişdir ki, bu hallar onu təsdiq edir ki, İddiaçının ƏDV-dən azad olunan malların NKA-ya bilməyərkədən ƏDV-yə cəlb olunan dövriyyə kimi fiskalizasiya etməsi əsassızdır və həqiqəti əks etdirmir. - vergi ödəyicisinin 2020-ci il üzrə vergi orqanına təqdim etdiyi gəlir vergisi bəyannaməsinə əsasən malların dəyərinə 4,9% ticarət əlavəsi tətbiq etdiyini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 470 278,17 manat dəyərində ƏDV-dən azad olunan mal əldə etməsini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən 2020-ci ilin mart ayı üzrə yeni nəsil kassa aparatı məlumatlarına əsasən ƏDV -dən azad olan əməliyyatlarının 37 207,31 manat olmasını nəzərə alaraq, 523 635,22 manat dəyərində ƏDVdən azad olunan dövriyyəsinin olmasını bəyan etmişdir ki, bu da müvafiq aylar üzrə vergi ödəyicisinin ƏDV-yə cəlb edilən mallarının ƏDV-dən azad olunan mallar kimi dövriyyədə əks etdirməsi deməkdir. - vergi ödəyicisinin e-qaimə fakturalar əsasında əldə etdiyi ƏDV-dən azad olunan malların ümumi dəyəri ilə ƏDV bəyannamələrində bəyan etdiyi ƏDV-dən azad olunan malların dəyərinin müqayisəsi nəticəsində vergi ödəyicisinin 2020-ci ilin mart ayı üzrə 90 160,14 manat dəyərində ƏDV-dən azad olunan malları təqdim etməsi barədə iddiaları əsassızdır. - yeni nəsil kassa aparatı məlumatlarına əsasən vergi ödəyicinin 2020-ci ilin mart ayı üzrə kassa əməliyyatlarının ƏDV-dən azad olunan və ƏDV-yə 18% dərə cə ilə cəlb edilən dövriyyəsinin ƏDV məbləği nəzərə alınmaqla ümumi dəyəri 278 513,09 manat olmasına baxmayaraq, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üzrə vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannaməsində ƏDV-dən azad olunan dövriyyəsinin 90 160,14 manat, ƏDV-yə 18% dərəcə ilə cəlb olunan dövriyyəsinin ƏDV məbləği nəzərə alınmaqla 143471,73 manat olması nəticəsində ümumilikdə 233 631,90 manat dövriyyəsinin olmasını bəyan etmişdir ki, nəticədə yeni nəsil kassa aparatı məlumatlarının ƏDV dövriyyəsi ilə müqayisə edilməsi nəticəsində 44 881,19 manat məbləğin ƏDV dövriyyəsindən yayındırılması nəticəsində kənarlaşma yaranmışdır ki, yuxarıda qeyd olunan faktlarla bağlı ekspert tərəfindən rəy bildirilməmişdir. - apellyasiya instansiyası məhkəməsi hazır kı iş üzrə nəticəyə gələrkən faktiki olaraq yalnız Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1299 nömrəli rəyinə əsaslanmış, hər hansı bir digər sübut növündən istifadə etməmişdir. Halbuki iş materiallarında tədqiq edilməli yetərincə sübutlar olmuş, lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutları araşdırmamış və onlara hüquqi qiymət verməmişdir. - apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməli olduğu halda (İPM 87.8-ci maddə) işdə olan ekspert rəyinin əsassız və ziddiyyətli olması ilə bağlı apelyasiya şikayətində qeyd edilən dəlillərə apelyasiya instansiya məhkəməsi tərəfindən qərarda hər hansı münasibət bildirilməmişdir.

16. Kassasiya şikayətinin hüquqi əsasını Vergi Məcəlləsinin 37.4, 161.1, 164.1, 166.1, 166.1.1, 173.1, 173.2-ci maddələri, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsi, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 26-cı maddələri, İPM-in 1.2, 58.7, 13, 48, 92.0.3-cü, Mülki Prosessual Məcəlləsinin 82.4, 88, 175, 217, 220.4-cü maddələri təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması ver gi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sən ədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün ver gi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlama sı keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır Maddə

159. Vergitutma obyekti... 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə

164. ƏDV-dən azadolmalar və güzəştlər 164.1 Malların ix racından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:... 164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 10 il müddətinə; 19. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar... məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir; ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;... Maddə

13. Ekspertin vəzifələri... təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;... Maddə

26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu... tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması.... Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır

20. Mülki Prosessual Məcəllə: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və mad di sübutları tələb və müayinə etməklə təmin edir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Maddə 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən mə hkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qəra r qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: 1) Potocka və digərləri Polşaya qarşı, § 57 2) H. Belçikaya qarşı, § 53 3) Suominen Finlandiyaya qarşı, § 36 4) X1rşı, § 29; § 30 5) Hiro Balani İspaniyaya qarşı, § 27; § 28 6) Helle Finlandiyaya qarşı, § 60 7) Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı 23. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı.

24. S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndiri lməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır. 3

1. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üçün təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin düzgünlüyü yoxlanılarkən cavabdeh tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi Mart ayı ərzində e-qaimə ilə 2483,04 manat (ƏDV-siz) + online kassa ilə 204 496,44 manat (ƏDV-siz) = cəmi 206 979,48 manat (ƏDV-siz) ƏDV dövriyyəsinə 18 faiz dərəcə ilə cəlb olunan dövriyyəsi olduğu halda, təqdim olunan Bəyannamədə 121 586,24 manat ƏDV dövriyyəsi göstərmiş və nəticədə 85 393,24 (206 979,48 - 121 586,24) manat kənarlaşma yaranmışdır.

32. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, ** ********948400 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 15 630,38 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********167600 nömrəli Qərar qəbul edilmişdir.

33. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qərarlarının qanuniliyinin yoxlanılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/1299 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “vergi ödəyicisi tərəfindən 90160,14 manat məbləğində malların satışı ƏDV -yə cəlb edilməyən satış dövriyyəsinə aid edildiyi halda İddiaçı tərəfindən 2019 və 2020-ci İllər üzrə aparılan əməliyyatlara görə vergidən yayınma halının olmadığı müəyyən edilir... təqdim edilmiş iş materiallarında ödəyicisi tərəfindən alış-satış əməliyyatlarını özündə əks etdirən EVHF, E-qaimə-lər ilə bağlı cədvəl məlumatlarının olmasına baxmayaraq, həmin məlumatlarda malın adı, növü və s. göstərilməmişdir. Yəni belə olan halda ümumi satış dövriyyəsindən ƏDV-dən azad olunan və olunmayan dövriyyəni konkret olaraq müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında un satışına dair məlumatlar mövcud olmuşdur”

34. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən cavabdeh tə rəfindən əlavə vergilərin hesablanmasının qanunsuz olduğu qənaətinə gələrkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəyə əsaslanmışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyi hazırkı qərarın 19-cu bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, həmin bənddə qeyd olunan qanunvericiliyin tələbi ondan ibarətdir ki, ekspert rəyinin tədqiqat hissəsində ekspertizanın predmeti və obyektləri təsvir edilməli, aparılmış tədqiqatların xarakteri, ardıcıllığı və tamlığı, istifadə olunan metodikaların mötəbərliyi açıqlanmalı, gəlinmiş nəticələr, ekspert qarşısına qoyulmuş suallara verilən cavablar təhlil olunmalı və əsaslandırılmalıdır. Lakin sözügedən rəydə hər bir sual üzrə ayrıayrılıqda tədqiqat aparılmamış, istifadə edilən metodlar göstərilməmiş, suallar üzrə nəticələr qeyd olunmamışdır.

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əsas dəlili ondan ibarətdir ki, onun satdığı mallar ƏDV-dən azan olunan mallar olmuşdur, lakin göstərilən dəlili təsdiq edən hər hansı bir sübutu məhkəməyə və ekspertizaya təqdim etməmişdir. Ekspert buna münasibətdə isə qeyd etmişdir ki, “iş materiallarında ödəyicisi tərəfindən alış-satış əməliyyatlarını özündə əks etdirən EVHF, E-qaimə-lər ilə bağlı cədvəl məlumatlarının olmasına baxmayaraq, həmin məlumatlarda malın adı, növü və s. göstərilməmişdir. Yəni belə olan halda ümumi satış dövriyyəsindən ƏDV-dən azad olunan və olunmayan dövriyyəni konkret olaraq müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında un satışına dair məlumatlar mövcud olmuşdur.”

37. Göründüyü kimi, məhkəmələrin istinad etdiyi ekspert rəyi qeyri dəqiq və natamadır. Yəni, mübahisənin əsas səbəbi olan suala ekspert cavab verə bilməmişdir.

38. Bundan əlavə cavabdeh apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində təkrarladığı əsas bir dəlili ondan ibarətdir ki, yeni nəsil kassa aparatı məlumatlarına əsasən vergi ödəyicinin 2020-ci ilin mart ayı üzrə kassa əməliyyatlarının ƏDV-dən azad olunan və ƏDV-yə 18% dərəcə ilə cəlb edilən dövriyyəsinin ƏDV məbləği nəzərə alınmaqla ümumi dəyəri 278 513,09 manat olmasına baxmayaraq, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üzrə vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannaməsində ƏDV -dən azad olunan dövriyyəsinin 90 160,14 manat, ƏDV-yə 18% dərəcə ilə cəlb olunan dövriyyəsinin ƏDV məbləği nəzərə alınmaqla 143 471,73 manat olması nəticəsində ümumilikdə 233 631,90 manat dövriyyəsinin olmasını bəyan etmişdir ki, nəticədə yeni nəsil kassa aparatı məlumatlarının ƏDV dövriyyəsi ilə müqayisə edilməsi nəticəsində 44 881,19 manat məbləğin ƏDV dövriyyəsindən yayındırılması nəticəsində kənarlaşma yaranmışdır ki, yuxarıda qeyd olunan faktlarla bağlı ekspert tərəfindən rəy bildirilməmişdir.

39. Göründüyü kimi, apellyasiya məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də, İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.

40. Halbuki, həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 21 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətl ərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X1rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).

43. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

44. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. (“N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)

45. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlar ı rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (“S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

46. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(107)-564/2024 nömrəli qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı, müəyyən edilməli və qanuni qərar qəbul edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 21(107)-564/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar