Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-947/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçıcavabdeh ƏMDK yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı çıxarışın verilməsi cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-1(107)592/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 mart 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02.12.1997-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı, X4, Qanuni nümayəndə, X2 və X3 0,62 ha torpaq sahəsi verilmiş və bununla bağlıxxxnömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Həmin şəhadətnamənin “həyətyanı sahənin qaiməsı “sertifikatı” qrafasında torpaq sahəsinin ümumi sahəsi 6249,8 kv.m qeyd edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 05.06.2018-ci il tarixli **********13 nömrəli məktubla bildirmişdir ki, şəhadətnamə elektron baza xəritəsində öz əksini tapmamış, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəs inin hissəsi elektron xəritə bazasında 753S və 754S nömrələri ilə, digər hissəsi isə boş ərazi kimi qeyd edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,xxxnömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,62 ha torpaq sahəsi heç kimin etirazı olmadan bu günədək onun istifadəsindədir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşıxxxnömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 6249,8 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 29 avqust 2018-ci il tarixli iş № 2-1(84)-1154/2018, (sədrlik edən hakim V.Qasımov) qərarı ilə iddianın qismən təmin edilməsi,xxxnömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 6249,8 kv.m torpaq sahəsinin 6242 kv.m üzərində İddiaçı, X4, Qanuni nümayəndə, X2 və X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan 7,8 kv.m torpaq sahəsi ilə bağlı hissəsində təmin edilməməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan q ərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 29 noyabr 2018-ci il tarixli iş № 2-1(107)-592/2018 (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Abbasov və M.Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 29 avqust 2018-ci il tarixli qərarınındəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsi işə birtə rəfli və səthi yanaşmaqla aşağıda göstərilən hallar nəzərə alınmamışdır. Belə ki, İdarənin elektron xəritə bazasında Ağdaş rayonunun Qolqəti kəndinin elektron xəritə bazasında İddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə) adına verilmiş JN-346A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz əksini tapmamışdır, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi 753 S və 754 S nömrələri ilə, digər hissəsi isə boş ərazi kimi göstərilmişdir. Əslində torpaq sahəsi naturada mövcud olmamışdır, həmçinin təqdim olunmuş elektron baza xəritəsindən çıxarışda 0,62498 hektar torpaq sahəsindən 0,26 hektar torpaq sahəsi yalnız iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsidir, yerdə qalan hissə, yəni, 0,3644 hektar hissə isə dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Şəki Apelyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli 2-1(107)-592/2018 nömrəli qərarı aşağıda göstərilən maddi hüquq normalarının pozulması halı ilə qəbul edilmişdir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəya n olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub - olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka dair digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, b aşqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır və qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rə smiləşdirilir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-1(107)-592/2018 nömrəli qərarının ləğv edilməsini və işin baxılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəmə sinin 29 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin baxılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apely asiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 29 noyabr 2018-ci il tarixli, 21(107)-592/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2-1(84)-1154/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 5, 21ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında” Qanunun 2.1, 2.2, 4.1, 8.0.5, 13. 11ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 57.1, 59.1.5, 90.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin “Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri” adlanan 91-ci maddəsində deyilir ki, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət haqqında baxır və apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin hazırki işi həll edərkən hər h ansı bir prosessual hüquq normasının pozulmasına yol verməsi yazılmamış, yəni, belə olan halda, cavabdehin kasasiya şikayətindəki apelyasiya məhkəməsi “işə birtərəfli və səthi yanaşmaqla aşağıda göstərilən hallar nəzərə alınmamışdır.” cümləsi sadəcə formal və deklarativ xarakter daşıyır. Belə ki, məhkəmə kollegiyası bu arada xatırlatmağı zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin “Sübutların araşdırılması qaydası” adlanan 58-ci maddəsi mövcuddur ki, həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin cavabdeh tərəfindən kasasiya şikayətində, yuxarıda artıq göstərildiyi kimi apelyasiya instansiyası məhkəməsinin hazırkı işi həll edərkən İnzibati Prosessual Məcəllənin nəinki 58.7-ci maddəsini, ümumiyyətl ə heç bir prosessual hüquq maddəsinin pozulmasını qeyd etməmişdir. Başqa sözlə cavabdeh apelyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsi ilə müəyyən edilmiş “Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir” müddəasına riayət etdiyini qəbul etmişdir. Cavabdeh kasasiya şikayətində göstərmişdir ki, İdarənin elektron xəritə bazasında Ağdaş rayonunun Qolqəti kəndinin elektron xəritə bazasında İddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə) adına verilmiş JN-346A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz əksini tapmamışdır, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi 753 S və 754 S nömrələri ilə, digər hissəsi isə boş ərazi kimi göstərilmişdir. Əslində torpaq sahəsi naturada mövcud olmamışdır, həmçinin təqdim olunmuş elektron baza xəritəsindən çıxarışda 0,62498 hektar torpaq sahəsindən 0,26 hektar torpaq sahəsi yalnız iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsidir, yerdə qalan hissə, yəni, 0,3644 hektar hissə isə dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, əvvəla iş materiallarında (iş vərəqi 6–10) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininxxxsaylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə mövcuddur ki, həmin şəhadətnamədə qeyd edilmişdir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 0,62 hektar torpaq sahəsi İddiaçı və ailə üzvlərinin (ümumilikdə 5 nəfər) mülkiyyətinə verilmiş və şəh adətnamə 4/309 nömrə ilə kitabda qeydə alınmışdır, sözügedən şəhadətnaməyə həmçinin 2006-cı il tarixli “Həyətyanı sahənin qaiməsi (sertifikatı)”, 2 dekabr 2006-cı il tarixli “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”, “mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi” də əlavə edilmişdir. Belə olan halda, cavabdehin kasasiya şikayətində göstərdiyi “İdarənin elektron xəritə bazasında Ağdaş rayonunun Qolqəti kəndinin elektron xəritə bazasında İddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə) adına verilmiş JN-346A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz əksini tapmamışdır”, “Əslində torpaq sahəsi naturada mövcud olmamış” kimi dəlilləri tamamilə əsassız olmaqla yanaşı iş materialları ilə də təkzib olunur. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəf indən müəyyən edilmişdir ki, həqiqətən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı, X4, Qanuni nümayəndə, X2 və X3 0,62 hektar torpaq sahəsi verilmiş və bununla bağlıxxxnömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Həmin şəhadətnamənin “həyətyanı sahənin qaimə (sertifikatı)” qrafasında torpaq sahəsinin ümumi sahəsi 6249,8 kvadrat metr qeyd edilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Həmçinin qanunverici müəyyən etmişd ir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin şəhadətnamə elektron bazada qeyd edilib-edilməməsindən asılı olmayaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı mübahisədəxxxnömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əvvəllər torpaqlar üzərində hüquqların qeydiyyatını aparan DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən 2 dekabr 2006-cı ildə qeydiyyata alınmış, lakin hazırda elektron baza məlumatlarında aşkar edilməmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində və həm apelyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, JN-346A nö mrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ikinci nüsxəsi idarədə mövcud olub, elektron adlı siyahıda və qeydiyyat kitabında 310 nömrə ilə qeydə alınıb. 0,6244 hektar torpaq sahəsinin 0,26 hektar hissəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi, yerdə qalan 0,3644 hektar torpaq sahəsi isə dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Məhkəmə 0,3644 hektar torpaq sahəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh hazırkı mübahisədə iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair (torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin ölçüsü və s.) məsələyə aydınlıq gətirmişdir. Yerləşmə vəziyyəti məlum olan torpaq sahəsinin hüquqi statusuna dair məsələ texniki deyil, hüquqi məsələdir və texniki ekspertiza tədqiqatının pred metinə aid deyil. Bu səbəbdən məhkəmə 0,3644 hektar torpaq sahəsinin mülkiyyət növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, 0,3644 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması işin mübahisəsiz halıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq göstərmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşd iyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmitədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının t orpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Bununla yanaşı, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmitədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat f ondu torpaqları. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə cavabdehin üzərinəxxxnömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 6249,8 kvadrat metr torpaq sahəsinin 6242 kvadrat metri üzərində İddiaçı, X4, Qanuni nümayəndə, X2 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin qoyulmasında və iddianın qalan 7,8 kvadrat metr torpaq sahəsi ilə bağlı hissədə təmin edilməməsində haqlı olmuşdur. Bununla yanaşı, cavabdeh kasasiya şikayətində göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu n 2, 9, 12.1, 23cü maddələrinə, Mülki Məcəllənin 139-cu maddəsinin, Torpaq Məcəlləsinin 67-ci maddəsinin normalarının pozulması ilə qəbul edilmişdir, lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin maddələrinin mətnlərini yazmaqla kifayətlənərək, sadəcə məhkəmə bu maddələr haqqında məlumatlandırmağa çalışmış, konkret pozuntuları isə bildirməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzib ati-İqtisadi Kollegiyanın 29 noyabr 2018-ci il tarixli, 2-1(107)592/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-947/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-947/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver