Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-947/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; bağ sahəsi üzərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-öçünün verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlovda n ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçı xx və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi xx və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8 iştirakı ilə) qarşı bağ sahəsinə dair çıxarışın verilməsi və sair tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2044/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8 iştirakı ilə) qarşı X6 və İstismarı Birliyinin onunla bağladığı müqaviləni nəzərə alaraq, digər şəxsin adına verilmiş əsası olmayan sənədin ləğv edilməsi və bağın adına özəlləşdirilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aaasahəsi 0.25 ha olan 1462 saylı bağ Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1968-cıil tarixli 16 saylı sərəncamına əsasən iddiaçıya məxsusdur. Həmin tarixdən etibarən hər il torpaq vergilərini ödəmiş və qəbzləri təqdim etmişdir. X7 və İstismarı Birliyinin iddiaçı ilə bağladığı xx.xx.2007-ci il tarixli sonuncu müqavilədə həmin bağ 1335 saylı bağ kimi göstərilmiş dir. İddiaçı xx.xx.2015-ci il tarixdə bağını özəlləşdirmək məqsədilə müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Azərbaycan respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş Dövlət Kadastr kitabında xx.xx.2014cü il tarixində 41041 nömrə ilə uçota alınmış A №xxx saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsiylə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, aaayerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi üzərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-öçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-5/2019 nömrəli (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş Dövlət Kadastr kitabında xx.xx.2014-cü il tarixində 41041 nömrə ilə uçota alınmış A №xxx saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsiylə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, aaayerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi üzərinə İddi açı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2044/2019 nömrəli (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-5/2019 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisələndirilən bağ sahəsi 1961-ci ildə mərhum atasının istifadəsində olmaqla, ümumilikdə 0,75 hektar olmuşdur. Həmin bağ sahəsi atasının təşəbbüsü ilə onun, qardaşı X13 və bacısı X9 arasında hər birinə 0,25 hektar olmaqla bölüşdürülmüş və adımıza icarə müqaviləsi bağlanmışdır. Qardaşı və bacısı hər birinin istifadəsinə verilmiş 0,25 hektar bağ sahəsini özəlləşdirərək, bacısı X23 xx xxxxxxxx 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən 1336 nömrəli bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almış, qardaşı X26 xx xxxxxx 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən 1337 nömrəli bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. O, isə icarəsınə verilmiş 1335 nömrəli bağ sahəsini özəlləşdirməmişdir, lakin həmin bağ sahəsini daimi istifadə etmişdir, hazırda da istifadə edir. Bu günə qədər üçüncü şəxs həmin bağ sahəsinə gəlməmişdir. Baxmayaraq ki, 1968-ci ildən mübahisəli bağ sahəsinə dair atasının adına, atasının ölümündən sonra isə özünün adına sənədləşmə aparılmışdır. Yuxarıda göstərdiyi işin faktiki hallarını iş üz rə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi də tam təsdiq etmişdir. Belə ki, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Tağıyevin sorğusuna **********38 nömrəli, xx xxxxx 2019-cu il tarixli məktubunda cavabdeh göstərir: Torpaq sahəsinin sərhədləri şərtidir və üzərində tikili yoxdur. İddiaçı X5 təqdim etdiyi 1335 saylı bağ müqaviləsinin yerləşməsi qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığı və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğundur. Lakin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə 1462/1335 saylı bağ sahəsi kimi **********40 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Yuxarıda göstərilənlərin təsdiqi olaraq mübahisələndirilən 0,25 hektar bağ sahəsinə dair vergi tədiyyələri barədə bildirişlərin və vergi tədiyyələrini qəbul e tmək üçün qəbzlərin əsilləri kasasiya şikayətinə əlavə ediliir. Bu sübutlar məhkəmə kollegiyası tərəfindən qiymətləndirilərək onun istifadəsində olan mübahisələndirilən bağ sahəsinin həqiqətən ilkin olaraq ona verildiyini və onun tərəfindən uzun illər istifadə olunmaqla, torpaq vergisi ödədiyi öz təsdiqini tapacaqdır. İş üzrə üçüncü şəxs qismində cəlb olunan şəxsin isə adına verilmiş sənədlərin saxta olması bir daha sübut ediləcəkdir. Birinci instansiya məhkəməsi işə baxarkən mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, onun icarəsində olan torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Texniki səhv olaraq onun istifadəsində olan torpaq sahəsinə üçüncü şəxsə aid olan torpaq sahəsinin koordinatları verilmişdir. Eyni zamanda hər iki məhkəmə ins tansiyasında müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi şimaldan 1461/1334 cənubdan 1463/1336 saylı bağlarla əhatə olunmuşdur. Yəni, mübahisələndirilən bağ sahəsinin cənub qonşusu bacısı X14r və o, xx xxxxxxxx 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən 1336 nömrəli bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. İddiaçının iddia etdiyi torpaq sahəsinin məhz X7 və İstismarı Birliyi ilə bağlanmış xx xxxx 2007-ci il tarixli 16480 saylı müqaviləyə əsasən onun istifadəsinə verilmiş torpaq sahəsi olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyasının yuxarıda gəldiyi qənaətlə bağlı bildirilir ki, 1-ci qənaətə cavab olaraq göstərdiyi kimi cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisa di məhkəməyə ünvanlanmış **********38 nömrəli, xx xxxxx 2019-cu il tarixli məktubunda cavabdeh göstərir: Torpaq sahəsinin sərhədləri şərtidir və üzərində tikili yoxdur. İddiaçı X5 təqdim etdiyi 1335 saylı bağ müqaviləsinin yerləşməsi qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığı və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğundur. Yəni, mübahisələndirilən 1335 saylı bağ sahəsinin onun istifadəsinə verilməsini cavabdeh etiraf edərək təsdiq etsə məhkəmə kollegiyası bu etirafı şübhə altına almışdır. Digər tərəfdən mübahisələndirilən bağ sahəsinə dair Maliyyə Nazirliyinin tədiyyə bildirişi və vergi tədiyyələrini qəbul etmək üçün verilən qəbzlərin 1969-cu ildən hal hazıra qədər onda olan əsil nüsxələrini məhkəmə kollegiyasına təqdim edərək bir daha bildirir ki, mübahisələndirilən b ağ sahəsi artıq 1960-cı illərdən onun istifadəsindədir. Üçüncü şəxs 1969–1970-ci illər üçün və sonrakı dövr üçün mübahisələndirilən bağ sahəsinə dair bağ torpaq vergisi ödəmək üçün tədiyyə bildiriş və vergi tədiyyələrini qəbul etmək üçün verilən qəbzlərdən bir dənəsini məhkəmə kollegiyasına təqdim etmək iqtidarında deyildir. Çünki həmin torpaq sahəsinə heç vaxt onun və atasının tərəfindən vergi tədiyyəsi ödənilməmişdir və torpaq sahəsinə dair onların adlarına tərtib edilən sənədlər sonradan tərtib olunmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2044/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə icl asında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkiliVəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının l əğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi xxx xxxx da vəkili H.Cəlilovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.20 19-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə çoxsaylı sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2044/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak X18 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-5/2019 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməməsi qənaətinə gələrkən xx xxxxxx 1991-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 23, 24, 25, 26-cı maddələrinə, Az ərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında» Qanunun 23.1, 23.2-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs Maraqlı şəxs olmaqla) qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş Dövlət Kadastr kitabında xx xxxxxx 2014-cü il tarixində 41041 nömrə ilə uçota alınmış A №9xxx saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, aaa yerləşən 0,25 hektar torpaq sahəsi olan 1335 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, aaasahəsi 0,25 hektar olan 1462 saylı bağ, Bakı şəhəri İcra Hakimiyyətinin x x xxxxxxx 1968-ci il tarixli 16 saylı sərəncamına əsasən iddiaçıya məxsusdur. Həmin tarixdən etibarən hər il torpaq vergisini ödəmiş və qəbzləri təqdim etmişdir. X7 və İstismarı Birliyinin iddiaçı ilə bağladığı xx xxxx 2007-ci il tarixli sonuncu müqavilədə həmin bağ 1335 saylı bağ kimi göstərilmişdir. İddiaçı xx xxxxxx 2015-ci il tarixdə bağını özəlləşdirmək məqsədilə müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Həmçinin bu arada məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar ı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin tələblərinə tam riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Bağ və binaların uzunmüddətli icarəyə verilməsi» haqqında xx xxxxxxxx 1979-ci il tarixli, 16480 saylı müqavilə ilə Bakı şəhər ZDS İK-nin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq xx xxxxxxx 1968-ci il tarixli, 16 saylı prokola əsasən Ləhiş bağ massivində yerləşən 0,25 hektar torpaq sahəsi olan 1335 saylı bağ s ahəsi İddiaçı icarəsinə verilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Bağın icarəyə verilməsi haqqında» xx xxxx 1996-cı il tarixli, 16480 saylı müqavilə ilə Bakı şəhəri, Ləhiş qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 1335 saylı bağ sahəsi İddiaçı icarəsinə verilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X7 və X19 ərazisindəki 1335 saylı bağın istifadəyə verilməsi haqqında xx xxxx 2007-ci il tarixli 16480 saylı müqavilə ilə Bakı şəhəri, aaa 0,25 hektar torpaq sahəsi olan 1335 saylı bağ İddiaçı istifadəsinə verilmişdir. İddiaçı, Bakı şəhəri, aaayerləşən 1335 saylı bağ sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən **********48 saylı, xx xxxxxx 2015-ci il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Bağ və binaların uzunmüddətli icarəyə verilməsi» haqqında xx xxxx 1968-ci il tarixli, 16250 saylı müqavilə ilə Bakı şəhər ZDS İK-nin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq xx xxxx 1968-ci il tarixli, 10 saylı protokola əsasən Ləhiş bağ massivində yerləşən 0,25 hektar torpaq sahəsi olan 1462 saylı bağ sahəsi xxx X10 icarəsinə verilmişdir. AZ-İ seriyalı, x2 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən xxx X24 xx xxxxxxx 2001-ci il tarixdə vəfa t etmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, aaayerləşən 0,25 hektar torpaq sahəsi olan 1462 saylı bağ evi tikintisi üçün torpaq sahəsi xxx X10 adına dövlət torpaq kadastrında (528948 sayı ilə) qeydə alınmış və A.xxxun adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixində, 41041 nömrə ilə uçota alınmış «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx xxxxxx 2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış ilə ünvan X2 adına hüquqi qeydiyyata alınmışdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm işdir ki, xx xxxxxx 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx xxxxxxx 2001-ci ildə ölmüş X2 vərəsəsi Bakı şəhəri,xxx yaşayan oğlu Maraqlı şəxs olduğu və şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr kitabının 52261 nömrəli vərəqində qeydiyyata alınmış RX 056419 seriya nömrəli çıxarışa və real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx xxxxxx 2015ci il tarixli, ********* arayışa əsasən ünvan ünvanında yerləşən 0,25 hektar torpaq sahəsindən ibarətdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2016-cı il tarixli, **********49 saylı mütəxəssis rəyində X5 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə xxx X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0,25 hektar olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli, 21403 saylı rəyində X5 iddia etdiyi və naturada göstərdiyi 0,25 hektar torpaq sahəsinə xxx X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0,25 hektar olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2017-ci il tarixli, **********23 saylı mütəxəssis rəyində X5 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə xxx X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0,25 hektar olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2017-ci il tarixli, 8638 saylı rəyində X5 iddia etdiyi və naturada göstərdiyi 0,25 hektar torpaq sahəsinə xxx X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0,25 hektar olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2017-ci il tarixli, **********83 saylı mütəxəssis rəyində X5 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə xxx X17 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********40 sahəsi 0,25 hektar olan çıxarış verildiyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məlumatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında əvvəlki nömrəsi 1462, yeni nömrəsi 1335 saylı bağ sahəsi olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara əsasən mərhum X10 adına qeydiyyata alındığı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin plan və ölçüsü» xx xxxxxx 1972-ci il tarixində tərtib olunmuş yerləşmə cizgisi və bağların sxematik xəritəsinə uyğun olduğu, bağ sahəsi şimaldan 1461/1334, cənubdan 1463/1336 saylı bağlarla əhatə olunduğu və X5 iddia etdiyi və göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Bakı şəhər Ərazi İdarəsindən tərtib edilmiş xx xxxxxx 2015-ci il tarixli, **********40 reyestr nömrəli planölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 23915 saylı rəyində Bakı şəhəri, aaayerləşən və 0,25 hektar torpaq sahəsi ndən ibarət olan üzərində mülkiyyət hüquqları X4 adına RX seriyalı, ******* saylı, xx xxxxxx 2015-ci il tarixli çıxarışla qeydiyyata alınmış 1462 saylı bağ sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2015-ci il tarixli, **********40 reyestr nömrəli planölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşdüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 7245 saylı rəyində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, iş üzrə iddiaçı X5 iddia etdiyi və göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinat ları ilə Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2015-ci il tarixli, **********40 reyestr nömrəli plan-ölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşdüyü müəyyən edildiyi qeyd olunmuşdur. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxx 2019-cu il tarixli, **********38 saylı məktubunda ərizəyə texniki baxış keçirildiyi, torpaq sahəsinin sərhədləri şərti və üzərində tikili olmadığı, iddiaçı X5 təqdim etdiyi 1335 saylı bağ müqaviləsinin yerləşməsi qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğun olduğu, lakin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatına əsasən göstərilən sahə 1462/1335 saylı bağ sahə si kimi **********40 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarında özü göstərmişdir ki, həm iddiaçının adına, həm də üçüncü şəxsin (onun hüquqi sələfinin) adına Ləhiş bağ massivində bağ sahələrinin ayrılmasına dair X7 və İstismarı Birliyi ilə bağlanmış müqavilələr işin materiallarına əlavə edilmişdir. Həmin müqavilələrin mötəbərliyini şübhə altına alan hər hansı sübut işin materiallarında yoxdur. Yəni, iddiaçı ilə cavabdehin hüquqi sələfləri və cavabdehin özü ilə müxtəlif vaxtlarda 3 dəfə bağlanmış müqavilələr qanunidir. Burada apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçıya müv afiq torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin (xx xxxx 1970-ci ildə qəbul edilmiş və xx xxxxxx 1991-ci il tarixədək qüvvədə olmuş) 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində ol an şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Bundan sonra, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə «Bağ və binaların uzunmüddətli icarəyə verilməsi» haqqında xx xxxxxxxx 1979-cu il tarixli, 16480 saylı müqavilə bağlansa da, ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin qeyd olunan normanın tə ləbinə müvafiq olaraq, yerində naturada ayrılmasına və iddiaçıya təhkim edilməsinə dair ilkin ayrıc aktı işin materiallarına əlavə edilməmişdir. Bundan fərqli olaraq, hazırda üçüncü şəxsin xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmiş torpaq sahəsi 1462 saylı bağ sahəsinin, qonşu sahələri 1461/1334 və 1463/1336 olmaqla ilkin cizgisi (İ cild, iş vərəqi 134) cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. X1 adına 1462 saylı bağ sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixli, A №9xxx saylı torpaq sahəsinin plan-ölçüsü verilərkən qeyd olunan ilkin cizgidə deyil, səhvən başqa sahənin koordinatlarının daxil edilməsini təsdiq edən hər hansı sübut işdə yoxdur. Bu hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatları ilə d ə müəyyən edilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin hansı sübuta əsasən iddiaçının iddia etdiyi sahənin səhvən üçüncü şəxsin mülkiyyətinə verilməsinə qənaətinə gəlməsi aydın olmamaqla ziddiyyətlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin «iddiaçıya təhkim edilməsinə dair ilkin ayrıc aktı işin materiallarına əlavə edilməmişdir» qənaəti və ifadəsi ümumiyyətlə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin müddəaları baxımından yanlış və qanuna uyğun deyil, belə ki, sözügedən sənədin cavabdehdən rəsmi olaraq, yəni, yazılı şəkildə tələb edilməsi apelyasiya instansiyası məhkəməsinin bilavasitə borcudur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxx x 2019-cu il tarixli qərarında göstərdiyi digər ifadəsi və qənaəti, yəni, «Belə olan halda, birinci instansiya məhkəməsinin hansı sübuta əsasən iddiaçının iddia etdiyi sahənin səhvən üçüncü şəxsin mülkiyyətinə verilməsi qənaətinə gəlməsi ziddiyyətlidir», yenə də İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin müddəalarına uyğun deyildir. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə dair qərar qəbul edərkən işin «aydın» olmayan və «ziddiyyətli» hallarının hansını araşdırmalı, onlara düzgün hüquqi qiymət verməli və yalnız bundan sonra iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Bu arada qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən bütün bu illər ərzində mübahisəli torpaq sahəsinə görə dövlətə müvafiq ödənişlər edildiyi, eyni zamanda idd iaçıya ayrılmış torpaq sahəsinin (№ 1335) qonşuluğunda (ətrafında) yerləşən torpaq sahələrinin (№№ 1336, 1337) iddiaçının qardaşının və bacısının istifadəsində olması araşdırma predmeti olmamış və nəticə etibarı ilə də onlara İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə çoxsaylı sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2044/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-947/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-947/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver