Məhkəmə qərarları › İş №2-1(102)-947/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-947/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-947/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və digərlərinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: piket keçirilməsinə icazə, iddianın mümkünlük şərti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və digərlərinin (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı “sərbəst toplaşmaq azadlığını pozan cavabdehin məktublarının qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vur ulmuş mənəvi zərərin əvəzinin tutulması ” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-399/2021 saylı, 1 fevral 2021-ci il tarixli qərardadından iddiaçıların verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 “Piket keçirilməsinə dair müraciət ” təqdim edərək, 6 avqust 2020-ci il tarixdə saat 11:00-da, Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə 24 iyul 2020-ci ildə yazıl şəkildə cavabdehi xəbərdar etmişlər.

2. İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı7, İddia çı8, İddiaçı9 “Piket keçirilməsinə dair müraciət ” təqdim edərək, 10 avqust 2020-ci il tarixdə saat 11:05-də Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə 29 iyul 2020-ci ildə yazıl şəkildə cavabdehi xəbərdar etmişlər.

3. İddiaçılar İddiaçı10, İddiaçı11, İddiaçı12, X1, İddiaçı14 “Piket keçirilməsinə dair müraciət” təqdim edərək, 10 avqust 2020-ci il tarixdə saat 11:30-da Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə 28 iyul 2020-ci ildə yazıl şəkildə cavabdehi xəbərdar etmi şlər.

4. İddiaçılar İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 Namiq qızı “Piket keçirilməsinə dair müraciət” təqdim edərək, 10 avqust 2020-ci il tarixdə saat 12:00-da Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binasının qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə 28 iyul 2020-ci ildə yazıl şəkildə cavabdehi xəbərdar etmişlər.

5. İddiaçı19 “Piket keçirilməsinə dair müraciət” təqdim edərək, 14 avqust 2020ci il tarixdə saat 11-00 da Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın qarşısında piket formasında 15 dəqiqə ara məsafəsi saxlamaqla və tibbi maska taxmaqla aksiya keçirilməsinin planlaşdırılması barədə 4 avqust 2020-ci ildə yazıl şəkildə cavabdehi xəbə rdar etmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İddiaçı1 və digərlərinə ünvanlanmış Ə-S08-003 nömrəli, 04.08.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müraciətdə qeyd edilən məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət edilməsi tövsiyə edilir. Qeyd olunanları nəzərə alaraq 6 avqust 2020-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırılan toplantının keçirilməsini məqsədəuyğun hesab edilmir.

7. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İddiaçı11 və digərlərinə ünvanlanmış İ-S14-003 nömrəl i, 04.08.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müraciətdə qeyd edilən məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət edilməsi tövsiyə edilir. Qeyd olunanları nəzərə alaraq 10 avqust 2020-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir.

8. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İddiaçı16 və digərlərinə ünvanlanmış İ-S15-003 nömrəli, 04.08.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Oper ativ Qərargah tərəfindən ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müraciətdə qeyd edilən məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət edilməsi tövsiyə edilir. Qeyd olunanı nəzərə alaraq 10 avqust 2020-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir.

9. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İddiaçı19 və digərlərinə ünvanlanmış İ-176-003 nömrəli, 07.08.2020-cİ il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq edilmişdir. Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müraciətdə qeyd edilən məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət edilməsi tövsiyə edilir. Qeyd olunanları nəzərə alaraq 14 avqust 2020-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçılar İddiaçı1 və digərləri 14 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdehin 4 avqust 2020-ci il tarixli, Ə-S08-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq Əhmədovlara 40.000 manat pulun tutulması, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdehin müraciətə cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsi cavabdehə həvalə edilməsi, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50.000 manat pulun tutulması, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdehin 4 avqust 2020-ci il tarixli, 1-S14-003 saylı məktubunun qanunsuz hesab edi lməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, İddiaçı10, İddiaçı11, İddiaçı12, X1 və İddiaçı14 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 50.000 manat pulun tutulması, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdehin 4 avqust 2020-ci il tarixli, 1-S15- 003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ümumilikdə 40.000 manat pulun tutulması, İddiaçı19 Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdehin 7 avqust 2020-ci il tari xli, İ-176-003 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, İddiaçı19 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutulmasını xahiş etmişlər.

11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar onlara məxsus evlərin sökülməsi ilə bağlı müvafiq kompensasiyanın ödənilməməsi ilə bağlı etiraz əlaməti kimi və sərbəst toplaşmaq azadlığından istifadə edərək Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın qarşısında piket keçirmək qərarına gəlmişlər. İddiaçılar cavabdehin cavab məktublarını qanunsuz hesab edirlər. İddiaçılar cavabdehin məktublarında qeyd edilənləri piket keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirirlər.

12. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-5843/2020 saylı iş) 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin 04.08.2020-ci il tarixli, Ə-S08-003 nömrəli, İ-S14-003 nömrəli, İ-S15-003 nömrəli və 7 avqust 2020-ci il tarixli İ-176-003 nömrəli məktublarında “planlaşdırdığınız toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir” ifadəsi inzibati orqanın qadağanedici hərəkəti deyildir, iddiaçılarının etiraz aksiyalarının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyidir. Qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. İddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən piket keçiriləcəyi barədə etdiyi xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət hesab edilə bilməz. Bundan başqa iddiaçılar mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl bu haqda cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etməmişlər.

14. İddiaçılar həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X 5, 2-1(103)-399/2021 saylı iş) 1 fevral 2021-ci il tarixli qərardadla iddiaçıların apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

16. İddiaçı 6 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş etmişlər. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

17. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piket lər düzəltmək hüququ vardır.

18. Hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında ümumi Bəyannamənin 20-ci maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur.

19. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur.

20. Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinay ətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırılması nəzərdə tutulur.

21. Göründüyü kimi sərbəst toplaşmaq azadlığına müdaxilə yalnız yuxarıda göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. 22. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

23. Cavabdehin məktublarının hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil, qadağan edilməsidir.

24. Məktubda COVİD19 pandemiyası ilə bağlı ölkədə karantin rejiminin mövcud olmasına müraciət edilməsi dəlilləri də əsassızdır.

25. Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

26. Məhkəmənin cavabdehin imtinasının qadağanedici olmaması ilə bağlı nəticəsi də əsassızdır. Belə ki, razılaşdırılmamış aksiya keçirilməsini polis tərəfindən icazə verilmir və məsuliyyət yaradılır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində bununla bağlı müvafiq normalar vardır.

27. İddiaçılar məhkəməyə Azərbaycan Respublikasının Konstit usiyasının normalarını rəhbər tutub şikayət vermişlər və həmin iddianın baxılmasından imtina edilməsi yuxarıda göstərilən əsasla iddiaçıların Konstitusiya və Azərbaycan Respublikası Konstitusiyasının tərəfdar çıxdığı beynəlxalq Konvensiyalara ziddir.

28. Vurulmuş mənəvi zərərlər bağlı cavabdehə müraciət olunma əsası ilə iddianın mümkün hesab edilməməsi ümumiyyətlə heç bir qanunla əsaslandırılmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesa b etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

49. Sərbəst toplaşmaq azadlığı İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. 32. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun: Maddə

1. Sərbəst toplaşmaq azadlığı İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azad lığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. (-).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2005-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsi, 24-cü maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi, 72-ci maddəsinin İİ hissəsi, 155-ci maddəsi, “Azərbaycan Respublikasında İnsan hüquq və az adlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin İİ hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər.

34. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mü mkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlc ə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).

35. İnzibati Prosessual Məcəllə: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında baxılan iddialar sadalanmışdır. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bi lər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

36. İddiaçıların kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

37. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiy a instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının tələblərinə riayət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçıların şikayətinin dəlilinə görə apelyasiya məhkəməsi qərardad qəbul edərkən prosessual normaların tələbinə əməl etməmişdir.

40. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

41. İddiaçılar 5 qrup olmaqla ayrı-ayrı vaxtlarda cavabdehə müraciət edərək yaşadıqları mənzillərin sökülməsi ilə bağlı kompensasiya ödənilmədiyinə görə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin binasının qarşısında ara məsafə saxlanmaqla və tibbi maska taxmaqla piket formasında 15 dəqiqə aksiya keçirmək barədə cavabdehə müraciət etmişlər.

42. Cavabdeh müraciət lərə cavab olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejimi tətbiq olunduğuna görə mövcud epidemioloji vəziyyətlə əlaqədar aksiya keçirmək deyil, aidiyyəti üzrə müraciət etmək tövsiyə olunmuş, toplantının keçirilməsi məqsədəuyğun hesab edilməmişdir.

43. İddiaçılar hesab edir ki, cavabdeh onların Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi (yığıncaqlar və birləşmək azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqlarını pozmuşdur. Cavabdeh piketin keçirilməsinə qadağa qoyulması səbəbini əsaslandırmamış, onların sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir.

44. Məhkəmə kollegiyası iddianın əsaslılığından öncə iddianın mümkünlük şərtlərinin yoxlanılmasını zəruri hesab edir.

45. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı (yuxarıda sadalanan maddi hüquq normalarının pozulub-pozulmaması) araşdırıla bilməz.

46. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

47. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir.

48. İPM-in 35.1-ci maddəsinin mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.

49. İddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər.

50. Məhkəmə kollegiyası onu da vurğulayır ki, dünyada yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasının ölkədə yayılmasının, onun törədə b iləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir.

51. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

52. Kasasiya şikayətinin təmin olunması üçün əsaslar mövcud deyildir. Şikayət təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsini n İnzibati kollegiyasının 2-1(103)-399/2021 saylı, 1 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar