Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-947/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1949, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2595/2021 nöm rəli, 07 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X4 Departamentinin 24 fevral 2020-ci il tarixli 17/M-084 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının "xxxx" MMC-nin tikinti ərazisində tut ağacının qanunsuz götürülməsi, lakin 11 saylı (Bakı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanun pozuntusu ilə bağlı tədbir görülməməsi” ilə bağlı daxil olmuş şikayət ərizəsi araşdırılmış və müəyyən olunmuşdur ki, Nərimanov rayon Bələdiyyəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə, Ə.Vahid küçələrinin kəsişməsində "xxxx" MMC-nin tikinti sahəsində olan qurumuş, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi və budanması ilə bağlı rəyin verilməsinə dair 2019-cu il 22 noyabr tarixli 03/331 nömrəli məktubla müraciət olunmuş, həmin müraciətlə əlaqədar X4 Departamentinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmiş, nəticədə Nərimanov rayonu, Təbriz küçəsi-34 ünvanında "xxxx" MMC-nin tikinti ərazisinin bərabərliyində (küçənin yaşıllıq zolağında) 1 ədəd tut, 1 ədəd qarağac olmaqla, ümumilikdə 2 ədəd ağacın köküstə tam qurumuş vəziyyətdə olduğu müəyyənləşdirilmiş və 2019-cu il 02 dekabr tarixli 22/3559 nömrəli rəylə həmin ağacların götürülməsinə razılıq bildirilmişdir. Həmçinin rəyin icrası ilə bağlı Nərimanov rayon Bələdiyyəsi tərəfindən qərar verilmiş və yaşıllığın götürülməsi vərəqəsi hazırlanmışdır. Sonradan “tut ağacının götürülməsi” ilə bağ lı Nazirliyə daxil olmuş şikayətə əsasən əraziyə təkrar baxış keçirilmiş, ərazinin əvvəlki görüntüsünü əks etdirən fotoşəkillərlə tikinti ərazisinin hazırkı vəziyyəti müqayisə olunarkən rəydə qeyd olunan ağaclar deyil, "xxxx" MMC-nin tikinti ərazisində 1 ədəd tut ağacının qanunsuz götürülərək məhv edildiyi məlum olmuş, faktla bağlı 31.01.2020-ci il tarixli ******* nömrəli protokol tərtib edilərək "xxxx" MMC-nin direktoru Sahib Cavadov inzibati qaydada cərimə olunmuşdur. 2. 31 yanvar 2020-ci il tarixdə 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvan 2 ünvanında tikinti işləri zamanı bir ədəd tut ağacının qanunsuz kəsilməsinə görə "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 18.02.2020-ci il tarixli MN seriya lı ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş, 18.02.2021-ci il tarixli MN №0481508 saylı inzibati tənbeh vermə haqqında qərar ilə həmin şəxsə 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətsizliyi nəticəsində tut ağacının məhv edilməsi ilə ona dəymiş ziyanın həcminin müəyyən edilərək cavabdehdən tutulub ödənilməsi, hərəkətsizlik edən cavabdehin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsi və "xxxx" MMC-nin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiа onunla əsaslandırılmışdır ki, 06.12.2019-cu il tar ixdə iddiaçının yaşadığı ünvan 3 ünvanında dərinliyi 10 m olan tut ağacı “Qaya Qala" MMC-nin əməkdaşları tərəfindən sökülmüşdür. Məsələ ilə bağlı əvvəlcədən 18.11.2019-cu il tarixdə cavabdehin qaynar xəttinə məlumat vermiş və qabaqlayıcı tədbirlər görülməsini xahiş etmişdir. Lakin cavabdeh hərəkətsizlik nümayiş etdirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7009/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim S.İ.Salahova) iddia tələbi mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iş materialları ilə cavabdeh orqanın vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsinə əsa s olacaq hər hansı bir hal aşkar olunmur.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2595/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2-1(112)-7009/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilmə si və iddia tələbinin mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş vəsatətə laqeyd yanaşaraq təmin etməmişdir. Vəsatətdə cavabdehə məhkəmə sorğusu göndərilərək, 18.11.2019-cu il tarixdən 06.12.2019-cu il tarixədək cavabdeh orqanın qaynar xəttinə zəng olunmuş müraciətlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Cavabdehin əməlində cinayət tərkibinin olmasına dair iddia tələbi, onun MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün hərəkətsizlik etdiyinə görə deyildir, öncədən 2 dəfə cavabdehin qaynat xəttinə zəng edib MMC-nin qara niyyəti barədə cavabdehi xəbərdar etməsinə rəğmən, cavabdehin qabaqlayıcı tədbir gö rməməsi ilə müşayiət olunan hərəkətsizliyinə görə prokurora bu barədə xəbər verilməsidir. Gövdəsinin diametri 1 metr olan, iri qollu-budaqlı ağ xar tut ağacının dibindən qoparılacağına dair əməlin məhz "xxxx" MMC tərəfindən törədilməsi barədə cavabdehin qaynar nömrəsinə ağacın MMC tərəfindən qoparılmasından demək olar ki, 1 ay öncə, 18.11.2019-cu il tarixdə və sonradan noyabr (2019) ayının sonunda bir daha təkrar məlumat vermişdir. Apellyasiya məhkəməsinin qarşısında bir daha vəsatət qaldıraraq, cavabdehə yazılı məhkəmə sorğusu göndərilərək onlara məxsus (070 və ya 055) ***-**-** nömrəsindən cavabdehin qaynar xətt nömrəsinə (168) 181119 və xatırlamadığı digər sonrakı tarixdə edilən zəngin səsyazısı və bu müraciət əsasında cavabdehdə aparılan müvafiq qeydiyyat barədə məlumatların, həmçinin nümayəndəsi (oğlu) X1 adına olan (070) və (055) 215- 90-01 nömrəsindən cavabdehin qaynar xətt nömrəsinə edilən 18.11.2019-cu il və digər tarixli zənglərin səsyazılarını məhkəməyə təqdim olunması üçün “Bakcell” və "xxxx" MMC-nə müvafiq sorğu göndərilməsini xahiş etmişik. Məhkəmə sorğularına veriləcək cavablardan cavabdehin hadisədən kifayət qədər öncə tərəfindən baş verə biləcək hadisə barəsində məlumatlandırıldığı aşkar olunacaqdır.
12. Lakin nə birinci instansiya, nə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi-prosessual hüquq pozuntularına yol verilmişdir.
13. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatların məzmununu araşdırsaydı, həmin sənədlərin kimə aid olmasını, nə zaman bizə təqdim edilməsini asanlıqla müəyyən edə bilərdi. Eyni zamanda zəruri saydığı halda, bununla bağlı cavabdehdən əlavə sübutlar da tələb edə, habelə şahidləri cəlb edib ifadəsini ala bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.
7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİ YA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Avropa İnsan hüqu qları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür. 21. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələri n məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
22. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabd ehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
23. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli g ələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nə ticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır.
25. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının "xxxx" MMC-nin tikinti ərazisində tut ağacının qanunsuz götürülməsi, lakin 11 saylı (Bakı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanun pozuntusu ilə bağlı tədbir görülməməsi” ilə bağlı daxil olmuş şikayət ərizəsi araşdırılmış və müvafiq tədbir görülərək, 31.01.2020-ci il tarixdə 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvan 2 ünvanında tikinti işləri zamanı bir ədəd tut ağacının qanunsuz kəsilməsinə görə "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 18.02.2020-ci il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və 18.02.202 1-ci il tarixli MN №0481508 saylı inzibati tənbeh vermə haqqında qərar ilə həmin şəxsə 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
26. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının şikayəti araşdırılmış və müvafiq tədbir görülmüşdür. Belə olan halda məhkəmə kollegiyası vəsatətin təmin olunmasını məqsədə müvafiq hesab etmir və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə cavabdeh orqanın vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsinə əsas olacaq hər hansı bir hal aşkar olunmur.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquq larının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından aşağı instansiya məhkəmələrinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
28. Odur ki, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 21(103)-2595/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.