Məhkəmə qərarları › İş №2-1(102)-947/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-947/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-947/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarların ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü) cavabdeh xxxna qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(103)-3661/2023 nömrəli q ərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 11 noyabr 2016cı il tarixdə iddiaçıya AR Vergilər Nazirliyinin sabiq əməkdaşı kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

2. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, iddiaçıya xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1601,28 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 15604,43 manat artıq pensiya məbləğinin ödəni ldiyi Dövlət Sosial Müdafiə X1 Departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 15604,43 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

3. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı ilə iddiaçının yenidən hesablanmış pensiya məbləği 4760 manat, 59 qəpik olmuşdur.

4. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, qərarı ilə iddiaçının yenidən hesablanmış pensiya məbləği 4841 manat, 09 qəpik olmuşdur.

5. Cavabdehin “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərarı ilə, iddiaçıdan xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasında 15604,43 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində cavabdehin hesabına ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiya sının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********2 nömrəli Qərarında xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında ona 15604,43 manat pensiya məbləğinin artıq ödənildiyi göstərilmiş və həmin vəsaitin filialın hesabına ödənilməsi tələb edilmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubunda əsas kimi cavabdeh qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə X1 departamentinin əməkdaşları tərəfindən aparılmış audit araşdırılmaları zamanı ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 811,08 manat artıq, xx.xx.2018-xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzində 790,20 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənilməsi nəticədə (811,08 + 790,20 - 3106,92 + 17110,07) ümumilikdə 15604,43 manat artıq pensiya məbləği ödənilmişdir. Eyni zamanda onun pensiyası üzrə cavabdeh təşkilat tərəfindən yenidən hesablama qərarı qəbul edilərək 2021-ci ilin yanvar ayından etibarən hər ay 519,91 manat azaldılmış, lakin qeyd olunan qərar ona bu günədək təqdim edilməmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Mü dafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 11 noyabr 2016-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi (İİ qrup) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 11 noyabr 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3033,59 manat olmaqla orta aylıq əmək haqqı 3641,69 manat təşkil etmişdir. Bununla əlaqəd ar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (3641,69 manat) 80 faizi-2913,35 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə45642,48 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 46453,56 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 811,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərənc amına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 594,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 3336,95 manat olmaqla orta aylıq əmək haqqı 3999,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3999,05 manat) 80 faizi-3199,24 manat məbləğində müəyyən edilmişdir. Lakin ona xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 3243,14 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 790,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Ve rgilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə əlavəsi 23,10 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqı 5990,96 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (5990,96 manat) 80 faizi-4792,77 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19171,08 manat məbləğ ində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 16064,16 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 3106,92 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 9,33 faizi miqdarında əlavəsi 83,50 manat, rütbəyə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 5027,86 manat olmaqla orta aylıq əmək haqqı 6051,36 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (6051,36 manat) 80 faizi-4841,09 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 67775,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 84885,33 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 17110,07 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 1601,28 manat artıq, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 3106,92 manat əskik, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 17110,07 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 15604,43 manat artıq pensiya məbləğinin ödənildiyi D övlət Sosial Müdafiə X1 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 15604,43 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdi r.

9. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2566/2022 nömrəli qərarı ilə (hakim: H.Ağalarov) iddia qismən təmin edilmiş, cavabdehin “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” Qərarındakı mövqeyi nəzərə alaraq, hesab etmişdir ki, həmin vəzifədə işləyən şəxsin əmək haqqına daxil olan əlavələrin (nıraltafaküm) onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alınması üçün təyinat (status) baxımından həmin növ əlavəni işlədiyi dövrdə almalıdır. Bu baxımdan hazırkı iş üzrə iddiaçının pensiyası təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Buna görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, pensiyanın yenidən hesablanmasına dair mübahisələndirilən inzibati aktları qəbul etmiş inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, həmin hissədə iddia təmin еdilməməlidir.

11. Bununla belə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarın qanuniliyini də qiymət vermişdir. Məhkəmə qeyd etmişdir ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının r azılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə isə cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olduğu təqdirdə isə cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati aktı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsinə görə qanunsuz hesab etmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(103)-844/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə (sədrlik edən və məruzəçi), K.Əkbərov və P.Hüseynov) Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(103)-844/2023 nömrəli qərarı

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2023-cü il tarixli, 2-1(102)- 1689/2023 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə (sədrlik edən və məruzəçi), Z.Quliyev və S.Kərimov) kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddianın predmeti olan hər iki qərarı qəbul edərkən inzibati icraat aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 25 yanvar 2021-ci il və 4 mart 2021-ci il tarixli qərarı qəbul edərkən inzibati icraat aparmasını, iddiaçını icraata cəlb etməsini, daha əvvəl qəbul etdiyi 28 yanvar 2020ci il tarixli qərarı tam, yaxud qismən dəyişdirilməsi, ləğv olunması haqqında qərar qəbul etməsini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının 19962000-ci illər ərzində aldığı əmək haqqının cavabdeh inzibati orqan tərəfindən əsas götürülərək buna uyğun olaraq da düzgün hesablama aparıldığını bildirmiş, lakin gəldiyi nəticə ilə bağlı qərarında ətraflı araşdırma aparmamış, 1996-2000-ci illər üzrə əmək haqqı məbləği, əmək haqqı məbləğinə hansı əlavələrin daxil edildiyini, onun hesablanması nı, pensiyanın hansı qaydada hesablanmasını, bu hesablamanın cavabdeh tərəfindən həqiqətən düzgün icra edildiyini qərarında əsaslandırmamışdır. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, çalışdığı dövrdə qulluq stajına görə əlavə 39 manat müəyyən edilmiş və ona ödənilmiş, yenidən pensiya hesablanarkən həmin məbləğ nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi bununla bağlı sadəcə cavabdehin dəlilini əsaslı saymış, lakin gəldiyi nəticəni əsaslandırmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. İddiaçı iddia tələbini dəqiqləşdirmiş və bu barədə ərizə verərək, cavabdeh tərəfindən qəbul olunan artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv e dilməsi ilə yanaşı, xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-12959/2023 nömrəli qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(103)-3661/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova (sədrlik edən və məruzəçi), A.Oruczadə və R.Səmədov) Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli qərarı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə və iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizədə qoyduğu iddia tələbləri təmin edilmiş, cavabdeh tərəfindən qəbul olunan “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2021-ci il tarixli **********0 nömrəli v ə xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-12959/2023 nömrəli qərarlar ləğv edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-12959/2023 nömrəli qərarlar qəbul edilməmişdən öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyasının qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tər əfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Həmçinin qeyd edilmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludu r. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, ilk apellyasiya baxışı zamanı apellyasiya instansiy ası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “.........əmək haqqına daxil olan bütün növ ödəmələr, o cümlədən qulluq stajına görə əlavə həmin əsas götürülən 60 ay üzrə müəyyən edilməli və əmək pensiyasına əlavələr hesablanmalıdır. İddiaçı pensiyaya çıxarkən 20 ildən çox stajı olsa da, hesablama son 24 ay üzrə aparılmamışdır ki, qulluq stajına görə əlavələr də həmin staja uyğun aparılsın. Qulluq stajına görə əlavənin 20 ildən çox staja görə hesablanması “sonrakı artım” kimi də qiymətləndirilə bilməz. 5 ilədək və ya 10 ilədək qulluq müddəti üçün əlavələrin məbləği artırıldıqda iddiaçıya münasibətdə tətbiq edilə bilər. Necə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinə edilmiş dəyişiklik 2020-ci il yanvarın 1-dən iddiaçıya münasibətə tətbiq edilmişdir”. Təkrar ap ellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi, qərarında iddiaçının pensiyasının yenidən hesablanmasının düzgün olduğunu, bununla belə cavabdeh orqan tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun şakildə aparlmadığı qeyd edilmişdir. Bununla bağlı qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun şakildə aparlmaması iddiaçıya təyin olunmuş pensiyanın düzgün olmayan məbləğdə ödənilməsinin davam etdirilməsinə dəlalət etməməlidir.”

24. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5-ci maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə dair etiraz təqdim edil məmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.... 27. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyəti nə (hərəkətlərinə) də şamil olunur.... Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş pros edur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin i şlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

63. İnzibati aktda olan aşkar səhvlərin düzəldilməsi 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibat i orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması hə min aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdir də əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyan ın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9 Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.

28. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının iza hatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

30. Ali Məh kəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli, 21(102)-8/2023 saylı, 18 yanvar 2023-cü il tarixli, 2-1(102)-389/23 saylı, 11 aprel 2023cü il tarixli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münas ibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ət raflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.

36. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən ilk öncə 28 yanvar 2020ci il tarixli qərarla iddiaçıya 5238 manat məbləğində pensiya təyin edilmiş, sonradan xx.xx.2021-ci il tarixli **********4 nömrəli və xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarlar ilə onun pensiyası yenidən hesablanmış və yekunda 4841 manat müəyyən edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2021-ci il tarixli **********2 nömrəli “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul edərək iddiaçıdan xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında 15604,43 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb etmişdir. Cavabdeh həmin artıq ödənilməni Dövl ət Sosial Müdafiə X1 departamentinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildiyini qeyd etmişdir.

37. Bununla bağlı qeyd edilməlidir ki, pensiyanın yenidən hesablanması və ödənilmiş pensiyanın müəyyən hissəsinin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya pensiyanın təyin edilməsi barədə qərar ləğv edilməmişdir.

38. Belə ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin ş əxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

39. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi və məhkəmə təcrübəsi də cavabdeh tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, ar tıq ödənildiyi iddia edilən pensiya məbləğinin geri qaytarılmasına dair mübahisələr üzrə Ali Məhkəmə tərəfindən xeyli sayda qərarlar qəbul olunmuş, həmin qərarlarla cavabdehin davranışı qanunsuz və əsassız hesab edilmişdir (Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)-8/2023 saylı, 18 yanvar 2023-cü il tarixli, 21(102)-389/23 saylı, 11 aprel 2023-cü il tarixli qərarları).

40. Həmçinin qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydası nda tutulur.

41. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının razılığı alınaraq artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməmişdir

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 24-26a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

43. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 21(103)-3661/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar