Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-948/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin vəkili Qəribov Rəşid Vəliyəddin oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixli 21(107)-688/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə ic lasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1980-ci il 7 iyul tarixdən 1984cü il 4 may tarixədək və 1986-cı il 12 aprel tarixdən 1994-cü il 25 fevral tarixədək Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsində fəhlə işləmişdir. 1984-cü il 13 may tarixdən 1986-cı il 21 aprel tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya 2015-ci il 6 iyul tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 1980-1984-cü illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil olunmasını xahiş etm işdir. Cavabdeh 2018-ci il 21 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, onun 1986-cı il 12 aprel tarixdən 1994-cü il 25 fevral tarixədək Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsində işlədiyi dövrün iş stajının hesablanması Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 iyun tarixli 2-1(84)-646/2018 nömrəli qərarında öz əksini tapmışdır. Lakin 1980-ci il 7 iyul tarixdən 1984-cü il 4 may tarixədək olan dövrün iş stajı öz təsdiqini tapmadığından, pensiya təyinatı zamanı nəzərə alına bilməz. İddiaçı 2018-ci il 28 iyun tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1980-1984-cü illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Ba kı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1980-1984-cü illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsində işləmişdir. Bu, onun əmək kitabçası ilə təsdiq olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 sentyabr tarixli 2-1(84)-1227/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1980-1984-cü illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsin də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1980-1984-cü illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsində işləməsi əmək kitabçası ilə təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixli 2-1(107)-688/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qər arı cavabdehə 2018-ci il 18 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 12 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə,«“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin pensiya sektorunun məsləhətçisi əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanların qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin düzgünlüyünün yerində qarşılıqlı yoxl anılmasını təmin etməlidir. Hazırkı halda, Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsinin arxiv sənədlərinin saxlanılmaması səbəbindən bu cür yoxlamanın aparılması qeyri-mümkündür. Cavabdeh hesab edir ki, əmək kitabçasında aparılmış qeydlərin qeyri-qanuni yolla əldə olunmasının mümkünlüyü ehtimalını nəzərə alaraq, iş stajı barədə əmək kitabçasında qeyd aparılması, vətəndaşın işləməsi faktının istisnasız qəbul olunması üçün əsas verə bilməz. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 12.2-ci maddələrinin tələblərinə əməl etməmişdir İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu i zahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1980-ci il 7 iyul tarixdə Azərbaycan SSR Nəqliyyat Nazirliyinin Bakı İstehsalat Avtonəqliyyat Birliyinin 2701 №-li Avtomobil dəstəsinə fəhlə qəbul edilmiş, hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq 1984-cü il 4 may tarixli əmrlə işdən a zad edilmişdir. Cavabdeh imtinanın əsası kimi qeyd edir ki, 1980-ci il 7 iyul tarixdən 1984-cü il 4 may tarixədək olan dövrün iş stajı öz təsdiqini tapmadığından, pensiya təyinatı zamanı nəzərə alına bilməz. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Cavabdehin şikayətində əsaslandığı müddəa Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq olunmuş və id diaçının pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə ləğv edilmişdir) 4.2.7-ci bəndində (2012-ci il 13 iyul tarixdə edilmiş əlavələrlə) nəzərdə tutulmuşdu. Həmin bəndə əsasən, pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşıl ıqlı yoxlanılmasını həyata keçirir. Cavabdehin şikayətində də qeyd olunduğu kimi, burada, söhbət əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasından gedir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun 1980-1984-cü illərdə (mübahisələndirilən dövrdə) çalışdığı iş yeri dövlət müəssisəsi olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006 -cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 6 dekabr tarixl i 2-1(107)-688/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-948/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-948/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver