Məhkəmə qərarları › İş №2-1(102)-948/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-948/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-948/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin TəşkilatSəfərbərlik İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası) qarşı “müddətli hərbi xidmətdən ehtiyata buraxılma” barədə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2305/2021 saylı, 3 noyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı müddətli hərbi xidmətdən ehtiyata buraxılma barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsi ndəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 3 noyabr 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsindəki birinci icraat

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

8. Ali Məhkəmə hesab etmişdir ki, iddiaçının kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkü nlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması təyin edilmişdir. İddiaçıya məlumat verilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkillə tərtib edilmiş kassasiya şikayətini təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2021-ci il tarixli qərarı qəbul edilən zaman iddiaçı azadlığını itirmişdir. Bu səbəbdən şikayət verə bilməmişdir. Ümumiyyətlə, həmin qərar iddiaçıya təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA MƏHKƏMSİNİN MÖVQEYİ

11. Ərizə və şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. İPM-in 96-cı maddəsinin istinad edilən müddəalarının tələblərindən göründüyü kimi, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

13. İşin materiallarına görə, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2021-ci il tarixli qərarından iddiaçı 9 dekabr 2021-ci il tarixdə kassasiya şikayəti vermiş, iddiaçının həmin kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kassasiya şikayət inin mümkünlük məsələsinə baxılması təyin edilmişdir. İddiaçıya məlumat verilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, bunun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq, iddiaçı vəkillə tərtib edilmiş kassasiya şikayətini təqdim etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Ali Məhkəmənin həmin qərardadı qəbul edildiyi tarixdən qanuni qüvvəyə minmişdir. Eyni ilə, şikayətin qəbulundan imtina edildiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir.

14. Qeyd olunanlar iddiaçının təkrar şikayətlə k assasiya instansiya məhkəməsinə müraciət etməsini istisna edir. Bu səbəbdən, müddətin bərpasına dair ərizə də mümkünsüzdür.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2305/2021 saylı, 3 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpasına dair ərizə üzrə kassasiya mümkün sayılmır, kassasiya şikayətinin və ərizənin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar