Məhkəmə qərarları › İş №2-1(102)-948/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-948/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-948/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Silahlı Qüvvələrdə 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması; maddi hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-c i il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202N-cü il tarixli, 2-1(107)-620/202N nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-cı il tarixli 7078 nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.

2. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbayca n Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.2002-ci ildən xx.xx.2020-ci ilədək 18 il, 9 ay, 29 gün) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı iddiaçıya tətbiq edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan İnzibati Məhkəməsinin xx.xx.202N-cü il tarixli, 2-1(120)-1422/202N saylı qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir rütbəsində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0170 gm nömrəli əmri ilə (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbayca n Respublikası Silahlı Qüvvələrində müxtəlif hərbi hissələrdə ümumilikdə N il N ay qüsursuz xidmət etmişdir.

6. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmək üçün onun Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanladığı müraciətə baxıldıqdan sonra, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinin xx.xx.2022-cı il tarixli 7078 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, N şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ vardır: 1) hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli, 2) hərbi qulluqçu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməli, N) hərbi xidmət qüsursuz olmalıdır.

8. İddiaçının göstərilən üç şərtlərdə n biri olmadığından müvafiq siyahıya daxil edilə bilməz, çünki “hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməsi” şərti mövcud deyil. İddiaçının müddətli həqiqi hərbi xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında keçdiyindən Azərbaycan Ordusunda xidmət müddətinə əlavə edilmir. Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsinin xx.xx.202Ncü il tarixli 128N nömrəli məktubundan görünür ki, iddiaçının xidmət müddəti Azərbaycan Ordusunda 18 il 9 ay 29 gün təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.202N-cü il tarixli, 2-1(116)-1449/202N nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ordu sıralarınd an ehtiyata buraxılmışdır. İddiaçının ehtiyata buraxıldığı zaman qüvvədə olan normalara əsasən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq xidməti olmuşdur. İddiaçı “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə təltif edilmişdir.

11. Beləliklə, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202N-cü il tarixli, 21(107)-620/202N nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.202N-cü il tarixli, 2-1(116)-1449/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Qüvvədən düşmüş “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 210-X İİ nömrəli Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri - quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. 17. 26.09.2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının 9-cu maddəsinin 1 hissəsində yeni redaksiya verilmişdir. Həmin dəyişikliklərə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. İddiaçının xidmət etdiyi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Azərbaycan Respublikasının Silahlı Qüv vələrinin başqa birləşmələrinə aiddir.

18. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.

19. Həmin Fərmanda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli xx.xx.2021-ci il tarixli Fərmanı ilə adında və 1-ci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz Azərbaycan Ordusunda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir.

20. Fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1.Hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli; 2.Hərbi qulluqçu Azərbaycan Respublikasının Azərbaycan Ordusunda xidmət etməli; N.Hərbi xidmət qüsursuz olmalıdır. İddiaçının həmin şərtlərinə uyğun olmadığından müvafiq siyahıya daxil edilə bilməz, çünki onun xidməti Azərbaycan Ordusunda 18 il, 9 ay, 29 gün təşkil edir.

21. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə, Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlı ğının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür.

22. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək müddətli həqiqi hərbi xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında keçmişdir. İddiaçının Sərhəd Qoşunlarında xidmətdə olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazirki iş üzrə iddiaçının 20 təqvim ili və daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcud olmamışdır.

23. İddiaçı isə qeyd olunan silahlı birləşmədə 20 təqvim ildən az xidmət etmişdir.

24. X1 Məhkəməsi tərəfindən qəbul edilmiş qərar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli xx.xx.2021-ci il tarixli Fərmanın tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 9 oktyabr 1991-ci il tarixli, 210-Xİİ №-li Qanun (xx.xx.199N-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin statusu Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır.... Maddə

5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeliyi Azərbaycan Respub likası Silahlı Qüvvələrinin Baş komandanı - Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Müdafiə nazirini Azərbaycan Respublikasının Prezidenti təyin edir. 27. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 9 oktyabr 1991-ci il tarixli, 210-Xİİ №-li Qanun (xx.xx.199N-cü il tarixdən xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada)... Maddə

4. Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. 28. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azər baycan Respublikasının Referendum Aktı 1. 9-cu maddənin İ hissəsi aşağıdakı redaksiyada verilsin: “İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”. 29. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” xx.xx.2017-ci il tarixli, 955-VQ №-li Qanun Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən i barət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.N. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ed ilir.... Maddə

16. Yekun müddəa Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 19-20, maddə N29; 1992, № 5, maddə 102, № 11, maddə 409; 199N, № 2N-24, maddə 670; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2005, № 7, maddə 576) ləğv edilir. 30. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı... Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin N2-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Sila hlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 31. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin N2-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin....

32. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhk əməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1N1.N-cü və 1N2.N-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

36. Məhkəmə kollegiyası hesab edir ki, bu Qərarın 26-N1-ci bəndlərində qeyd olunmuş maddi hüquq normaları apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. 37. xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və (sonrakı əlavə və dəyişikliklərlə) xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 5-ci maddəsinə əsasən, A zərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir.

38. Normaların məzmunundan göründüyü kimi, “Silahlı Qüvvələr” dedikdə, qanunverici Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərini və hərbi qüvvələri nəzərdə tutmuşdu.

39. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi 1996-1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etməmişdir. 40. “Azərbaycan Respublikası Silahlı Qüvvələ rinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında da məhz həmin vaxtda qüvvədə olan ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 4-cü maddəsində təsbit edilən və quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarət olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular nəzərdə tutulmuşdur. 41. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəni n İ hissəsi aşağıdakı redaksiyada verilmişdir: “İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”.

42. Azərbaycan Respublikasının Əsas Qanununa edilmiş həmin dəyişiklik nəzərə alınmaqla “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni, xx.xx.2017-ci il tarixli, 955-VQ nömrəli Qanun qəbul edilmiş, həmin Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yeni məzmunda anlayışı verilmiş, Azərbaycan Ordusu, habelə ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 210-Xİİ nömrəli Qanunun qəbul edildiyi xx.xx.1991-ci il tarixdən sonra keçən müddət ərzində yaradılmış Azərbaycan Respublikasının başqa silahlı birləşmələri Silahlı Qüv vələrin tərkib hissəsi kimi təsbit olunmuşlar.

43. Bu qeyd olunan normativ aktlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının məzmun və məqsədini dəyişməmiş, onun tətbiq dairəsini özü-özlüyündə genişləndirməmişdir.

44. Bu səbəbdəndir ki, həmin normativ aktların qəbulundan sonra yaranmış hüquqi vəziyyətə müəyyənlik gətirmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı qəbul edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir.

45. Beləliklə, iddiaçının ehtiyata buraxıldığı xx.xx.2020-ci il tarixdə qüvvədə olmuş redaksiyada “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanın məqsədləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq xidməti olduğuna dair apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəldiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi 1996-1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etmədiyindən, bununla da iddia əsassız olduğundan rədd edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202N-cü il tarixli, 21(107)-620/202N nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar