Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-949/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 02.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi Sədiyev Şahin Sədi oğlunun iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-610/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 28.03.2018-ci il tarixli, *** nömrəli qərarı ilə İddiaçı MMC-dən məcburi dövlət sosial sığorta haqqı üzrə dövlət büdcəsinə yaranmış 2014,69 manat məbləğində borcun tutulması qərara alınmış, qərar icra edilməsi üçün Şəki şəhər İcra şöbəsinə göndərilmişdir. İddiaçı MMC məhkəmədə iddia qaldıraraq qanunsuz və əsassız olduğuna, eləcə d ə hesablanmış borcun yaranma səbəbləri məlum olmadığına görə həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1105/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərarı (hakim – R.A.Məcidov) ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 28 mart 2018-ci il tarixli, *** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-610/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – R.R.Rəfiyev, hakimlər – G.Q.Abbasov və M.R.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarını ləğv edib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, işə baxan məhkəmələr borcun yaranmasını əks etdirən sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini əsas gətirmişlər. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, İddiaçı MMC-nin Vergilər Nazirliyinə təqdim etdiyi bəyannamələrdə 2016-cı il üçün 4470 manat əmək haqqı, 2017-ci il üçün 900 manat əmək haqqı hesablanmasını göstərmişdir. Lakin bu hesablanmaya əsasən ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödə nilməmişdir. İşi araşdıran məhkəmə işə birtərəfli yanaşmış və həqiqətə nail olmaq üçün cavabdeh tərəfə hüquqi yardım göstərməmiş, eyni zamanda, həm DSMF-yə, həm də Vergilər Nazirliyinə təqdim edilmiş bəyannamələri bir-biri ilə çarpaz tutuşdurmadan qərar vermişdir. Bu zaman mütləq şəkildə mühasibatlıq ekspertizası təyin etməli və hər iki Nazirliyə təqdim edilmiş bəyannamələr üzrə hesablamalar aparmaqla həqiqətə nail olunmalı idi. Tərəflərin izahatları İddiaçının nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan ba xılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilm əklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi hə mçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İşin hallarından göründüyü kimi cavabdeh 28.03.2018-ci il tarixli, *** nömrəli qərarı iddiaçının 01.10.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə dövlət büdcəsinə 2014,69 manat məbləğində borcu olduğunu əsas gətirərək qəbul etmişdir. İddianın təmin edilməli olduğuna dair mövqeyini apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, qərarda borcun yarandığı illər və borcun olmasın ı təsdiq edən hər hansı sübutlara və məlumatlara istinad edilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu və iddiaçının həqiqətən dövlət büdcəsinə ödənilməmiş 2014,69 manat məcburi dövlət sosial sığorta borcunun olduğunu sübut etməli olduğu halda, bunu sübut edə bilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi borcun mövcudluğunun sübut edilmədiyi ilə bağlı nəticəyə gələrkən xidməti vəzifəsindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatlarını onlayn və ya kağız daşıyıcılar formasında təqdim edərkən b orcun yaranma səbəbinin məlum olmaması mümkünsüzdür. Həmçinin Vergilər Nazirliyi tərəfindən göndərilmiş sığortaedənlərin müqayisəli cədvəllərinə əsasən İddiaçı MMC-nin 2016cı ildə 4470 manat, 2017-ci ildə 900 manat hesablanmış əmək haqqı ödənişləri olmuşdur. Cavabdeh kassasiya şikayətində də eyni dəlilləri təkrarlayaraq göstərmişdir ki, iddiaçının 2016 və 2017-ci illərdə hesablanmış əmək haqqı ödənişləri olsa da, bundan irəli gələn məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödənilməmişdir. İşi araşdıran məhkəmə işə birtərəfli yanaşmış və həqiqətə nail olmaq üçün cavabdeh tərəfə hüquqi yardım göstərməmiş, eyni zamanda, həm DSMF-yə, həm də Vergilər Nazirliyinə təqdim edilmiş bəyannamələri bir-biri ilə çarpaz tutuşdurmadan qərar vermişdir. Kollegiya hesab edir ki, cavabdehin sözüged ən dəlilləri mübahisələndirilən qərarla tutulması qərarlaşdırılan məcburi dövlət sosial sığorta haqqı borcunun yaranma əsasları və mənbələri barədə məlumatları aşkar etməyə yönəlmiş dəlillər olduğundan məhkəmə həmin halları araşdırmaq vəzifəsi daşımışdır. Lakin məhkəmə xidməti vəzifəsinin tələblərinə zidd olaraq həmin araşdırmanı aparmamışdır. Bu halda, onun gəldiyi iddiaçının həqiqətən dövlət büdcəsinə ödənilməmiş 2014,69 manat məcburi dövlət sosial sığorta haqqı borcunun olduğunun sübut olunmadığına dair nəticə əsassız olmuşdur. Çünki məhkəmə bu nəticəyə gələrkən həmin hallara dair bütün zəruri sübutları toplayaraq araşdırmamış və qiymətləndirməmişdir. Ona görə də, təkrar apellyasiya baxışı zamanı bununla bağı bütün sübutların, xüsusən də həm DSMF-yə, həm də Vergilər Nazirliyinə təqdim edilmiş bəyannamələrin əldə edilərək tədqiq olunması təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-610/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-949/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-949/2019
02.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver