Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-949/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Bakı şəhər Nərimanov rayon Xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Aygül Rəfiyevanın iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Bakı şəhər Nərimanov rayon Xidmət nümayəndəliyinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-655/2021 nömrəli iş üzrə 02.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Bakı şəhər Nərimanov rayon Xidmət nümayəndəliyinə qarşı 61 il 6 ay yaşının tamam olduğuna görə 07.01.2020ci ildən əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılmış pensiya ödənişinin birdəfəlik ödənilməsi üçün zəruri olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür, ümumi 25 il 2 ay 7 gün əmək stajı vardır.Yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətini qanunsuz olaraq təmin etməkdən imtina etmişdir, əsas kimi o halı göstərmişdir ki, onun təqdim etdiyi sənədlərə əsasən fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermir və tələb olunan iş stajı yoxdur. Halbuki onun iş stajı 25 ildən çoxdur ki, bu da yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)-4862/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 61 il 6 ay yaşının tamam olduğuna görə 07.01.2020-ci ildən əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılmış pensiya ödənişinin birdəfəlik ödənilməsi üçün zəruri olan hərəkətlərin icra edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ta beliyində Dövlət Sosial Müdafiə Fonduna (Bakı şəhər Nərimanov rayon şöbəsinə) həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 38 və 71-ci maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 1.0.2, 21.1, 21.2 və 32.1-1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)-4862/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərarının qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02.02.2021-ci il tarixli, 2-1(103)-655/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)4862/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq ed ilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə və Azərbaycan Respublikası ƏƏSMN-nın Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.1-ci maddəsinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16.02.1998-cı il tarixdən 31.01.2000-ci il tarixə qədər “BİLLUR” ATCS-də normalaşdırıcı texnik vəzifəsində işləməsini qanunvericiliyə əsasən sığorta stajı kimi nəzərə alınması qeyri-mümkündür. Belə ki, həmin müəssisə sığortaedən kimi DSMF orqanlarında uçotda olmamış və arxiv sənədlərində də həmin müəssisəyə dair hər hansı sənədlər aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi qərarında “BİLLUR” ATCS-i tərəfindən verilmiş 21.02.2020-ci il tarixli, 05 nömrəli arayışa istinad edərək iddiaçının müvafiq illərdə işləməsini əsas götürərək iddiaçının sığorta stajına daxil etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən sadəcə bir sıra qanunvericilik normalarının və işdəki sənədlərin sadalanması ilə yekun məhkəmə qərarı qəbul edilmiş, başqa sözlə iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmə dən, iddia tələbindən kənara çıxmaqla qəbul edilmiş, bu səbəblərdən də qərar əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi cavabdehin təqdim etdiyi dəlillərə də formal münasibət bildirmiş, həmin dəlillərdən irəli gələn zəruri araşdırmanın aparılmasını təmin etməmişdir. İddiaçının əmək kitabçasında əmək fəaliyyəti barədə qeydlər olan “BİLLUR” ATCS-in hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb-alınmamasının müəyyən edilməsindən ötrü müvafiq qurumlara - DSMF-yə, Arxivə və Vergi orqanlarına rəsmi müraciətlər edilməklə müəyyən edilməli olduğu halda qeyd olunan orqanlara rəsmi sorğular edilməmişdir.
9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tar ixli, 2-1(103)-655/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Rəfiyeva kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edi lməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, ca vabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlillər əsassızdır.
19. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasında qeyd edilmişdir ki, o 01.10.1975-ci ildən - 30.03.1977-ci ilə qədər Kirov rayon məişət xidmətində, 04.04.1977-ci ildən - 08.08.1984-cü ilə qədər Volodarski adına tikiş fabrikində, 16.08.1984-cü ildən - 01.04.1985ci ilə qədər “Məhsul” X1 Kooperasiyası İdman Cəmiyyətində, 10.04.1985-ci ildən - 10.01.1990-cı ilə qədər Volodarski adına tikiş fabrikində, 15.01.1990-cı ildən - 04.02.1991-ci ilə qədər Melitopolski ət kombinatında, 18.09.1992-ci ildən -15.01.1998-ci ilə qədər Vaqon bələdçiləri ehtiyatında, 16.02.1998-ci ildən - 31.01.2000-ci ilə qədər “xxxx” ATSC-də, 01.03.2000-ci ildən -01.09.2001-ci ilə qədər Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalında, 20.02.2002-ci ildən 01.04.2003-cü ilə qədər “Abşeron” mehmanxanasında işləmişdir.
20. Cavabdeh kasasiya şikayətində dəlil olaraq qeyd etmişdir ki, 16.02.1998-cı il tarixdən - 31.01.2000-ci il tarixə qədər “BİLLUR” ATCS-də normalaşdırıcı texnik vəzifəsində işləməsini qanunvericiliyə əsasən sığorta stajı kimi nəzərə alınması qeyri-mümkündür. Belə ki, həmin müəssisə sığortaedən kimi DSMF orqanlarında uçotda olmamış və arxiv sənədlərində də həmin müəssisəyə dair hər hansı sənədlər aşkar olunmamışdır.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası hüquqi mövqeyini bəyan edərək bildirir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
22. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zam anı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
24. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçi rilməsi və ödənilməsi qaydalarının 3.1-ci maddəsinə əsasən, sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır.
25. İşə əlavə edilmiş “Billur” ATCS-nin 21.02.2020-ci il tarixli 05 №li arayışında qeyd etmişdir ki, iddiaçı 16.02.1998-ci ildən - 31.01.2000-ci ilə qədər həmin cəmiyyətdə normal texnik vəzifəsində işləmişdir.
26. Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidmətinə əsasən müəyyən edilmişdir ki, “xxxx” ASC 06.09.2001-ci il tarixində dövlət qeydiyyatına alınmışdır və reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 05.11.2018-ci il olmuşdur. (VÖEN: **********).
27. Bununla yanaşı Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının əmək kitabçasında və “Billur” ATCS-nin 21.02.2020-ci il tarixli 05 №li arayışında əks olunan qeydlərin mötəbərliyini təkzib edən hər hansı bir sübutun cavabdeh tərəfindən işə nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində baxılarkən təqdim etmədiyini müəyyən etmişdir.
28. Göründüyü kimi, sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır ki, iddiaçının da 16.02.1998-ci ildən - 31.01.2000-ci ilə qədər “Billur” ATSC-də normalaşdırıcı texnik vəzifəsində işləmiş və onun həmin illərlə bərabər 25 ildən artıq (2006-cı ilin 01 yanvar tarixinə) iş stajı olması əmək kitabçası və işə əlavə edilmiş “Billur” ATCS-nin 21.02.2020-ci il tarixli 05 №li arayışı ilə tam sübuta yetirilir.
29. Eyni zamanada Ali Məhkəmənin İnzibati Kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
30. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta h aqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
31. Həmin qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1 işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-655/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.