Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-949/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-949/22) (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ta beliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-211/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AA*******, FİN kod: xxxxxxx) xx xxxxxxx 1954-cü ildə Ağdam rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı 18 iyul 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədr i, 4 avqust 1993-cü il tarixdən 14 mart 1997-ci il tarixədək Qaradağ rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir.
3. İddiaçı 14 mart 2011-ci il tarixdən Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunda məsləhətçi, 22 iyun 2012-ci il tarixdən böyük məsləhətçi, 3 fevral 2014-cü il tarixdən 1 may 2020-ci il tarixədək isə baş məsləhətçi vəzifələrində çalışmışdır.
4. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə 4 may 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir.
5. Cavabdehin 23 iyun 2020-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçının dövlət qulluğunda iş stajının 15 ildən az (13 il 1 ay 27 gün) olduğu bildirilmiş və iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunmasına dair müraciətindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 18 iyul 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi nəzərə alınması və bu müddətin ümumi dövlət qulluğu stajına əlavə edilərək iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət dövlət qulluğunda çalışm ış və onun ümumi dövlət qulluğu stajı 16 il 05 ay 13 gündür. İddiaçı lazımı sənədləri, o cümlədən dövlət qulluğu stajını özündə əks etdirən əmək kitabçasını və bununla bağlı digər zəruri sənədləri cavabdehə təqdim etmişdir. Cavabdeh 23 iyun 2020-ci il tarixli məktubla dövlət qulluğuna görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və əsas kimi də iddiaçının dövlət qulluğu stajının az olmasını göstərmişdir. Cavabdehin imtinası qanunsuz olmaqla yanaşı qanunla müəyyən edilmiş hüququnu məhdudlaşdırır. Cavabdeh orqan ümumi əsaslar gətirməklə iddiaçının işlədiyi 18 iyul 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi vəzifəsindəki dövlət qulluğu stajını qanunsuz olaraq nəzərə almır, ümumi formada bu vəzifənin adının müvafiq siyahıda ol madığını bildirir.
8. Cavabdehin etirazı imtina məktubu ilə eyni məzmunludur.
9. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-3834/2021 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia tələbi təmin edilmiş, iddiaçının 18 iyul 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi nəzərə alınması və bu müddətin ümumi dövlət qulluğu stajına əlavə edilərək iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək, yəni 1 sentyabr 2001-ci ilədək, Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində qulluq etmiş, buna görə də həmin dövr iddiaçının dövlət qulluğu stajına daxil edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sorğusuna cavab olaraq X2 24 dekabr 2021-ci il tarixli, 08/xx-xx/3407 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il o ktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda qəsəbə sovetliyi nəzərdə tutulmadığı və qəsəbə sovetliyində mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmadığı üçün iddiaçının 19881992-ci illərdə Qaradağ Rayon Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-211/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, hakimlər M.N.Tağızadə və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-3834/2021 nömrəli qərarı ləğv edilərək iş üzrə yeni qərar çıxarılmış, iddiası təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğunda iş stajı kimi nəzərdə tutulmadığından onun dövlət qulluğunda iş stajının 15 ildən az olması müəyyən olunur, ona görə də cavabdehin iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası əsaslı olmuşdur.
15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
16. İddiaçı hesab edir ki, cavabdeh ümumi əsaslar gətirməklə iddiaçının işlədiyi 18 iyul 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsindəki dövlət qulluğu stajını qanunsuz olaraq nəzərə almır, ümumi formada bu vəzifənin adının müvafiq siyahıda olmadığını bildirir. İddiaçının qeyd edildiyi vəzifəsinin dövlət qulluğu, o cümlədən icra hakimiyyəti orqanının ərazi üzrə dövlətin səlahiyyətli şəxsi olması hamıya məlumdur və bu halı hər hansı vasitə ilə sübut etməyə ehtiyac yoxdur. Məhkəmə qüvvədə olan maddi hüquq normalarının tələbini bir kənara qoyaraq yeganə əsas kimi X2 24 dekabr 2021-ci il tarixli 08/xx-xx/3407 nömrəli məktubuna istinad edərək iddiaçının işlədiyi 18 iyul 1988-c i il tarixdən 1 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsindəki dövlət qulluğu stajını Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında iddiaçının işlədiyi vəzifənin təsnifata uyğunlaşdırılmadığını və bu səbəbdən də dövlət qulluğu stajı kim i nəzərə alınmadığını göstərmişdir. X2 qeyd edilən məktubu “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsi ilə ziddiyət təşkil edir və iddiaçının işlədiyi, nəzərə alınmasını tələb etdiyi vəzifə həmin normada qeyd edilən vəzifə ilə üst-üstə düşür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifə lərinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.17-ci bəndində rayon X1 icraiyyə komitəsinin aparatında, 2.13-cü bəndində isə rayon X1 (məclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmış, lakin qəsəbə sovetliyində mövcud olan vəzifələr Təsnifat Toplusunda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmamışdır. Sözügedən Siyahıda qəsəbə sovetliyi nəzərdə tutulmadığı və qəsəbə sovetliyində mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmadığı üçün iddiaçının 1988-1992-ci illərdə Qaradağ Rayon Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğunda iş stajı kimi nəzərdə tutulmadığından onun dövlət qulluğunda iş stajının 15 ildən az olması müəyyən olunur. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatl arında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən aliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə
9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlə t qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəz ifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-); 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövl ət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); (-). Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya is tənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında n çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
20. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”: 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin T əsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adları 1 1. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin adları:... 1.17. Rayon (şəhər) X1 icraiyyə komitəsinin aparatında: icraiyyə komitəsinin sədri icraiyyə komitəsi sədrinin birinci müavini (müavini), icraiyyə komitəsinin katibi (məsul katibi) icraiyyə komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri, plan komissiyasının sədri, icraiyyə komitəsinin təlim-təşkilati şöbənin rəisi, baş memar, əmək üzrə müvəkkil icraiyyə komitəsinin idarə rəisinin müavini, müstəqil şöbə müdirinin müavini, plan komissiyası sədrinin müavini, baş memarın müavini, icraiyyə komitəsinin təlim-təşkilati şöbəsi rəisinin müavini, baş rəssam icraiyyə komitəsi idarəsinin əsas şöbəsinin rəisi, maliyyə şöbəsinin rəisi, ümumi şöbənin rəisi, müstəqil şöbənin əsas sektor rəisi baş mühasib, baş mühasibin səlahiyyətində olan böyük mühasib icraiyyə komitəsinin təşkilati işlər üzrə təlimatçısı, icraiyyə komitəsi sədrinin köməkçisi, icraiyyə komitəsinin qəbul otağının müdiri, nəzarətçi-müfəttiş bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslarda n mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər... 2. 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adları:... 2.13. Rayon, şəhər X1 (Məclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: icraiyyə komitəsinin sədri icraiyyə komitəsi sədrinin müavini, icra hakimiyyəti başçısının 1ci müavini, müavini) icra hakimiyyəti aparatının idarə və şöbə 2... 1.17. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: əhalisinin sayı müvafiq olaraq 50100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini yerli icra hakimiyyəti başçısının müavini bölmə rəhbəri bölmə rəhbərinin müavini sektor müdiri baş məsləhətçi böyük məsləhətçi məsləhətçi... … 2.13. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: [17] rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısı icra hakimiyyəti başçısının müavini bölmə rəhbəri (ümumi şöbə də daxil olmaqla) müdiri (rəisi), Mülki Müdafiə Qərargahının rəisi icra hakimiyyəti aparatının idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdirinin (rəisinin) müavin i bölmə müdiri, idarənin şöbə rəisi, qəbul otağının müdiri baş mütəxəssis, böyük məsləhətçi, böyük referent məsləhətçi, referent aparıcı mütəxəssis, təşkilatçı, memar 1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis... bölmə rəhbərinin müavini sektor müdiri baş məsləhətçi böyük məsləhətçi aparıcı məsləhətçi məsləhətçi...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. A li Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası mə hkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin halların ın tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının 1988-1992-ci illərdə Qaradağ Rayon Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normal arını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi tərəfindən X2 24 dekabr 2021-ci il tarixli 08/xx-xx/3407 nömrəli məktubuna istinad edilərək iddiaçının işlədiyi 18 iyul 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsindəki dövlət qulluğu stajının nəzərə alınmaması ilə bağlı yeni dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı qərarın 20-ci bəndində qeyd edilən normaya əsasən iddiaçının xx.xx.1988-xx.xx.1992-ci il tarixlərdə işlədiyi Qaradağ rayonu Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsi Azərbaycan Respublika sı Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq siyahıda öz əksini tapmamışdır. Qeyd edilən Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi qəsəbə sovetliyinin sədri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2007-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında da öz əksini tapmamışdır.
31. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi qəsəbə sovetliyinin sədri vəzifəsinin dövlət qulluğuna aid edilib-edilməməsi ilə bağlı xüsusatı araşdırarkən X2 24 dekabr 2021-ci il tarixli 08/xx-xx/3407 nömrəli məktubuna deyil, yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır.
32. İddiaçının Müşfiqabad qəsəbə sovetliyinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğunda iş stajı kimi nəzərdə tutulmadığından onun dövlət qulluğunda iş stajının 15 ildən az olması müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası əsaslı olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-211/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.