Məhkəmə qərarları › İş №2-1(102)-949/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-949/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-949/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; işin hallarının (xidmət yerini özbaşına tərk etmənin) araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dai r iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(107)-536/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya təkrar verilmiş ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətə başlamış və xx.xx.1996-cı il tarixdə Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 194 nömrəli əmri ilə ordudan tərxis olunmuşdur. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1996-cı il tarixdə N nömrəli hərbi hissədə hərbi and içmişdir.

2. İddiaçının hərbi biletinin 2 3-cü səhifəsindən görünür ki, hərbi bilet, itmiş ******* nömrəli hərbi biletin əvəzinə doldurulmuşdur.

3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu, xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2017-ci il tarixli arayışına əsasən, onun hərbi xidməti tam təsdiqlənməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin mart ayının 5-də Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərb i xidmətə çağırılaraq Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmişdir. Həmin ilin may ayında Ağdam rayonu ərazisinə döyüş bölgəsinə ezam edilərək, Daxili Qoşunların tərkibində 1992-ci ilin oktyabr ayının sonunadək Ağdam rayonunun Çıldıran, Çəmənli kəndləri istiqamətində gedən döyüşlərdə, daha sonra Milli Ordunun N nömrəli hərbi hissəsində, Gəncə Batalyonunda, Beyləqan rayonunda Harami deyilən düzdə N nömrəli hərbi hissədə tağım komandiri kimi, N nömrəli hərbi hissədə Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda və nəhayət N nömrəli hərbi hissənin tərkibində torpaqların erməni işğalından azad edilməsi uğrunda gedən 1-ci Qarabağ müharibəsində döyüş bölgəsində döyüş əməliyyatlarında iştirak etmişdir. 1993-cü ilin avqust ayının 13-də Saddam Səfərov adlı dö yüş yoldaşını xilas edərkən döyüşdə yaralanaraq Gəncə Hərbi Hospitalında 14 gün müalicə olunmuş, sonra yenidən döyüşən ordu sıralarına qoşularaq erməni işğalçıları ilə vuruşmağa davam etmişdir. Hətta 1994-cü ilin may ayında atəşkəs rejimi elan edildikdən sonra da hərbi xidmətini davam etdirmiş və yalnız 1996-cı ilin noyabr ayının N-da Müdafiə nazirinin 194 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən hərbi xidmətdən ehtiyata buraxılmışdır.

6. Cavabdeh inzibati orqan yazılı etirazını onunla əsaslandırmışdır ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-2410 nömrəli arxiv məktubundan da göründüyü kimi, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar edilərək, bütün müavinətlərdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq müh afizə orqanlarına göndərilmişdir.

7. Cavabdeh inzibati orqanın etiraz məktubuna əlavə olunmuş Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 347 nömrəli əmrilə (əsas: §-7. səh12 sıra-21, əmrdə adı “Füzuli” yazılmış, vəzifəsi yazılmamışdır) xx.xx.1994-cü il tarixdən 1ci taborun şəxsi heyətinin siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuş və xidməti vəzifəsinin icrasına başlamışdır. Ağdaş RHK-nın çağırışçısı, 1-ci taborun hərbi qulluqçusu olan iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrilə (əsas: §-9, səh-17. sıra-177, əmrdə adının qarşısında “05.04.94” yazılmışdır) ştatdan kənar edi lərək, bütün müavinətlərdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. 706 (810, 850, 851) nömrəli hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-fevral, may-dekabr 1994-cü il, N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barəsində məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N () nömrəli hərbi his sə komandirinin mart-dekabr 1992-ci il, yanvar-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri katibliyin Mərkəzi Arxivinə daxil olmamışdır.

8. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) N iyul 2023-cü il tarixli 21(116)-1716/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, həmçinin hərbi döyüşlərdə, ümumiyyətlə döyüş əməliyyatlarında iştirakını sübut edən başqa sənədlərə malik deyildir. Həmçinin, cavabdehin etiraz mə ktubuna əlavə olunmuş arxiv arayışında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi, hərbi hissə komandirinin müvafiq əmri ilə ştatdan kənar edilərək, bütün növ təminatlardan çıxarılması və ilkin istintaq materiallarının hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilməsinə dair qeydlər mövcuddur. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışı ilə onun xidmət yerini özbaşına tərk etdiyi aşkarlanmışdır. Ona məxsus hərbi bilet isə dublikat olmaqla, təkrar verilmiş və sonradan doldurulmuşdur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 07 dekabr 2023-cü il tarixli, 21(107)-536/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin N iyul 2023-cü il tarixli, 2-1(116)-1716/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin sorğusuna Tərtər Hərbi prokurorluğu və Füzuli Hərbi prokurorluğu tərəfindən verilmiş cavab məktublarında qeyd edilmişdir ki, X1 barəsində heç bir təqsirləndirici material və cinayət işi olmamışdır. Habelə, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, X1 məhkum olunmamışdır. Məhkəmə kollegiyasının sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş 15 noyabr 2023-cü il tarixli 2100 nömrəli məktubdan da müəyyən olunur ki, Ağdaş RHK-nın çağırışçısı, 1-ci taborun hərbi qulluqçusu X1 hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrilə ştatdan kənar edilərək, bütün müavinətlərdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrində qeyd olunmuş faktları təsdiq edən sənədlər Müdafiə Nazirliyinin arxivinə daxil olmamışdır. Göründüyü kimi, cavabdeh iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində ilkin istintaq materiallarının hazırlanaraq hüquq mühafizə orqanlarına göndərildiyini qeyd etsə də, həmin faktları təsdiq edən sənədlərin Müdafiə Nazirliyinin arxivinə daxil olmadığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının hərbi xidmətdə olması və qanuni əsaslarla ehtiyata buraxılması ilə yanaşı, onun xidmət keçdiyi hərbi hissə döyüş əməliyyatl arında iştirak etmişdir. Ona görə də, cavabdeh orqanın imtinası əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış və bu səbəbdən də iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Odur ki, iddiaçı tələbində haqlı olduğu üçün iddia təmin edilməlidir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı xx.xx.1994-cü il tarixdə xidmət yerini özbaşına tərk etmiş və onun həmin tarixdən sonrakı hərbi xidməti və qanuni ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə tam və hər tərəfli araşdırma aparmamış, qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə dair mülahizələrini təqdim edərək bildirmişdir ki, əgər hərbi hissəni özbaşına tərk etmişdisə, onda hansı səbəbdən təhqiqatla bağlı materiallar qorunub saxlanılmalı olduğu halda saxlanılmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan müraciətindən imtina edərkən onun hərbi hissəni özbaşına tərk etdiyini bildirməmiş, xidmətinin tam təsdiqlənməməsi səbəbilə müraciətinin təmin olunmasından imtina etmişdir. Həmçinin bildirmişdir ki, o, xx.xx.1994-cü il tarixdə Müdafiə nazirinin 194 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən hərbi xidmətdən ehtiyata buraxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədiyindən qərar ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kən di daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunm aq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edi lmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

21. Göründüyü kimi, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

22. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.

23. Hazırkı iş materiallarında olan Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 347 nömrəli əmrilə (əsas: §-7. səh-12 sıra-21, əmrdə adı “Füzuli” yazılmış, vəzifəsi yazılmamışdır) xx.xx.1994-cü il tarixdən 1-ci taborun şəxsi heyətin siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuş və xidməti vəzifəsinin icrasına başlamışdır. Ağdaş RHK-nın çağırışçısı, 1-ci taborun hərbi qulluqçusu olan iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrilə (əsas: §-9, səh-17. sıra-177, əmrdə adının qarşısında “05.04.94” yazılmışdır) ştatdan kənar edilərək, bütün müavinətlə rdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir. 706 (810, 850, 851) nömrəli hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvarfevral, may-dekabr 1994-cü il, N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barəsində məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N () nömrəli hərbi hissə komandirinin mart-dek abr 1992-ci il, yanvar-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri katibliyin Mərkəzi Arxivinə daxil olmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Tərtər Hərbi prokurorluğu və Füzuli Hərbi prokurorluğunun məktublarında qeyd edildiyi kimi, iddiaçı barəsində heç bir təqsirləndirici material və cinayət işi olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, iddiaçı məhkum olunmamışdır.

25. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrində iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan kənar edilərək, bütün müavinətlərdən çıxarılması və ilkin istintaq mater iallarının hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilməsi qeyd olunsa da, N nömrəli hərbi hissə komandirinin sözügedən əmrində qeyd olunmuş faktları təsdiq edən sənədlər Müdafiə Nazirliyinin arxivinə daxil olmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının hərbi xidmətdə olması və qanuni əsaslarla ehtiyata buraxılması ilə yanaşı, onun xidmət keçdiyi hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk öncə onu qeyd edir ki, hazırkı mübahisəni mahiyyəti üzrə düzgün həll etmək üçün araşdırılmalı olan vacib məsələ iddiaçının qanuni əsaslarla xidmətdən təxris olunub-olunmamasının müəyyən edilməsidir. Məhz, bu araşdırmanın nəticəsi olaraq iddianın mahiyyətcə əsaslı olub-olmamasına hüquqi qiymət vermək mümkündür.

27. Qeyd edilməlidir ki, iddiaçının məhkumluğunun olmaması, eyni zamanda Tərtər Hərbi prokurorluğu və Füzuli Hərbi prokurorluğunda onun barəsində heç bir təqsirləndirici material və cinayət işinin olmaması, onun hərbi xidmət yerini özbaşına tərk etməsi faktının mövcud olmaması barədə nəticəyə gəlmək üçün yetərli əsas sayıla bilməz. Yəni, qeyd edilən halların mövcudluğu o demək deyildir ki, iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməsi halı birmənalı olaraq istisna edilir.

28. İddiaçının tələbin əsası kimi istinad etdiyi hərbi biletin 23-cü səhifəsindən görünür ki, onun hərbi bileti, itmiş ******* nömrəli hərbi biletin əvəzinə doldurulmuşdur. Başqa sözlə, hərbi bilet dublikat olmaqla, təkrar verilmiş və sonradan doldurulmuşdur.

29. İddiaçıya məxsus hərbi biletdə onun xx.xx.1996-cı il tarixli 194 nömrəli əmrlə ordudan tərxis olunması qeyd olunsa da, iş materiallarında olan arxiv arayışından görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrilə ştatdan kənar edilərək, bütün müavinətlərdən çıxarılmış və ilkin istintaq materialları hazırlanaraq hüquq mühafizə orqanlarına göndərilmişdir.

30. Belə olan halda, işi araşdıran apellyasiya instansiyası məhkəməsi müvafiq sorğular göndərmə klə, arxiv arayışında istinad edilən, iddiaçının hərbi xidməti barədə nizami hissə üzrə əmrləri, o cümlədən hərbi hissəni özbaşına tərk etdiyi barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrini tələb edərək qeyd olunan ziddiyyətli məqamlara aydınlıq gətirməli idi. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd olunan ziddiyyətli məqamları araşdırmadan, bu hallara aydınlıq gətirmədən, yalnız məktublara istinad etməklə, iddiaçının xidmət yerini özbaşına tərk etməsi faktının olmaması, qanuni əsaslarla ehtiyata buraxılması qənaətinə gəlmişdir.

31. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi biletində və cavabdeh inzibati orqanın arxiv arayışında qeyd edilən iddiaçının hərbi xidməti barədə nizami hissə üzrə əmrləri, o cümlədən hərbi hissəni özbaşına tərk etdiyi barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 387 nömrəli əmrini tələb edib tədqiq etməli, hərbi biletdə, yaxud arxiv arayışında qeyd olunan əmrlərin mötəbərliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli araşdırma aparmalı, bundan sonra mübahisəyə mahiyyəti üzrə baxıb düzgün nəticəyə gəlməlidir.

32. Məhkəmə kollegiyası hesab edir ki, işə apelyasiya məhkəməsində baxılarkən işin halları tam və hərtərəfli araşdırılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar düzgün müəyyən olunmamış, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə əməl edilməmişdir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il t arixli, 2-1(107)-536/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar