Məhkəmə qərarları › İş №2-1(102)-950/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-950/2019

28.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-950/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı onun 05.08.1995-ci ildən 10.10.2005-ci ilədək “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-578/18 saylı 30.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cü il təvəllüdlü Iddiaçı 05.08.1995-ci ildən 10.10.2005-ci ilədək “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində fəhlə işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, laki n müraciətinin təmin olunmasından imtina olunmuş və bildirilmişdir ki, iş stajı yalnız əmək kitabçasına əsasən müəyyən olunur. Bundan sonra iddiaçı Iddiaçı DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı onun 05.08.1995-ci ildən 10.10.2005-ci ilədək “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələrin mövqeyi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur (hakim V.Əzizova). Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)578/18 saylı 30.10.2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)578/18 saylı 30.10.2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının 05.08.1995-ci ildən 10.10.2005-ci ilə kimi “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində fəhlə işləməsi faktını qarşılıqlı yoxlamaq mümkün olmadığından iddia tələbi əsassızdır. Kassator İnzibati Prosessual Məcəllənin 2, 33, 36.1, 12.1, 68.2, 73.1, 81.1-ci maddələrinə istinad edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1( 105)-578/18 saylı 30.10.2018-ci il tarixli qərarının ləğv ediməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı nümayəndəsi Nümayəndə vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin vəkili Vəkil və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(105)-578/18 saylı 30.10.2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-578/18 saylı 30.10.2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi 05.08.1995-ci ildən 10.10.2005-ci ilədək “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsidir. Cavabdehin imtinasının əsasını isə iddiaçının əmək stajının əmək kitabçasında qeyd olunmaması təşkil edir. İddiaçı tələbini “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş 7 nömrəli, 03.05.2013-cü il tarixli arxiv arayışı ilə əsaslandırır. Həmin arayışda iddiaçının 0 5.08.1995-ci ildən 10.10.2005-ci ilədək “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində fəhlə işləməsi qeyd edilmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmçinin qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barə də” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Başqa sözlə qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin “iddiaçının əmək stajının əmək kitabçasında qeyd olunmaması” ilə bağlı kassasiya şikayətinin dəlili əsassızdır. Bununla yanaşı qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci madd əsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı ilə razılaşarkən iddiaçı tərəfindən təqdim edilmiş “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 7 nömrəli, 03.05.2013-cü il tarixli arxiv arayışa istinad etmişdir. Halbuki, iş materiallarında həmin arayışın yalnız kserosürəti mövcuddur. Halbuki, İPM-nin 1.2-ci amddəsinə əsasən vu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş p rosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Belə olan halda yuxarda sadalanan hüquq normalarının tələbi baxımından apellyasiya instansiya məhkəməsi iddiaçının təq dim etdiyi arayışın əslini tələb etməli, onun mötəbərliliyinə qiymət verməklə iş üzrə qərar qəbul etməli idi. Həmçinin arayışın verilməsinə əsas olmuş sənədlər də məhkəmə tərəfindən tələb edilməli və iddiaçının 05.08.1995-ci ildən 10.10.2005-ci ilədək “X” Birliyinin 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində fəhlə işləməsi faktı ətraflı araşdırıldıqdan sonra qərar qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsas ən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin kassasiya şikayəti q ismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)578/18 saylı 30.10.2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar