Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-950/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünsüzlüyü, iddiaçının hüquqi marağı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 30.06.2020 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), X29, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən təsdiq edilmiş "ünvan 1 ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397.1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati i ş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-18/2020 nömrəli, 21 yanvar 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 30 iyun 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, xxxx şəxsi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra iddiaçı) atası X12 məxsus olmuşdur. Həmin mənzilin texniki pasportunun "həyətin planı" qrafasında torpaq sahəsi 562.63 kvm göstərilmişdir. Mənzilin mülkiyyətçisi X18 həmin mənzili iddiaçıya vəsiyyət etmiş, qalan vərəsələri vərəsəlikdən məhrum etmişdir. Ölkədə aparılan torpaq islahatı ilə əlaqədar olaraq, JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə veril məsinə dair şəhadətnamə" ilə mənzilin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi X7, X4, X21, X8 və X17 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin, Mingəçevir Şəhər Məhkəməsinin 25.12.2008-ci il tarixli 2(051)-1090/2008 №-li qətnaməsi ilə İddiaçı xxxxin, miras qalmış 2ci mənzilini qəbul etmə müddəti uzadılmış, həmin mənzildə vəsiyyətnamə üzrə vərəsə kimi İddiaçı payının 10/14 hissə, məcburi pay hüququ olan vərəsələr X13, X9, X4 hər birinin payının ¼ hissə, X2, X10, X14 və X15 cəmi payının ¼ hissə olduğu müəyyən edilmiş, JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ləğv edilmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ əsasında X22 (40/56), X23 (4/56), X19 (1/56), X24 (1/56), X25 (1/56), X11 (1/56), X16 (4/56), X30 (1/56 ), X20 (1/56), X26 (1/56), X5 (1/56) adına qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı ünvan 2 ünvanda yerləşən 599.5 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması üçün Cavabdehnə (cavabdeh) müraciət etmiş, lakin sonuncu 28.02.2018-ci il tarixli 202 №-li məktubla bildirmişdir ki, sözügedən mənzil ümumi paylı mülkiyyətdə olsa da, həmin mənzilin yerləşdiyi 599.5 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və mübahisəlidir. Bu səbəbdən ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq 599.5 kv.m torpaq sahəsinin ona satılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə, xxxx ünvanında yerləşən 2 otaqlı yaşayış evinin 40/56 hissəsi ona, qalan hissəsi isə digər vərəsələrə verilmiş dir. Həmin evə onun adına MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Mingəçevir şəhər 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən qardaşı X23 2016-cı ilin noyabr ayında həmin evin 4/56 hissəsini ona bağışlamışdır. Bundan başqa, xxxx ünvanında yerləşən yaşayış evinin 599.5 kv.m torpaq sahəsi barədə 01.08.2005-ci il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Mingəçevir Şəhər Məhkəməsinin 25.12.2008-ci il tarixli 2(051)-1090/2008 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Bu səbəbdən o, həmin evin yerləşdiyi 599.5 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması üçün Cavabdehnə müraciət etmiş, lakin sonuncu ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdi r. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh tərəfindən tərtib edilmiş "ünvan 1 ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397.1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2018-ci il tаrixli 2-1(84)-641/2018 nömrəli qərarı ilə (hakim: V.Qasımov) iddia təmin edilmiş, "ünvan 3 ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397.1 kv.m torpaq sahəsinin İddiaçı hərracdan kənar qaydada satılması öhdəliyinin cavabdeh üzərinə qoyulması, cavabdehdən 60 manat ekspertiza xərcinin alınaraq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X16 apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli 2-1(107)531/2018 nömrəli qərarı ilə (sədrlik edən: E.Hüseynov, hakimlər: R.Rəfiyev və G.Abbasov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2018ci il tarixli 2-1(84)-641/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxs X1 Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli 2-1(107)-531/2018 nömrəli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2-1(102)-906/2019 nömrəli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər R.S.Nəbizadə və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2018-ci il tarixli 2-1(10 7)- 531/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2020-ci il tarixli 21(107)-18/2020 nömrəli qərardadı ilə (sədrlik edən: İ.H.Şükürov, hakimlər: E.M.Eyvazov və R.Ə.Əliyev) üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2-1(84)-641/2018 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddiaya inzibati qaydada deyil, mülki mühakimə icraatı qaydasında baxılmalıdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmas ını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçıya məxsus MA ******* saylı çıxarışda göstərilən fərdi yaşayış evi yerləşən torpaq sahəsinə dair X6 verilmiş şəhadətnamə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1090/2008 saylı qətnaməsi ilə ləğv olunmuş, torpaq sahəsinin bələdiyyə torpaq sahəsi olması müəyyən olunmuşdur. Bundan əlavə, Cavabdeh 28 fevral 2018-ci il tarixli 202 nömrəli məktubunda da göstərilir ki, mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin **********17 saylı 30 may 2018-ci il tarixli məktubunda təsdiq edilir ki, mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Şəki A pelyasiya Məhkəməsi heç bir araşdırma aparmadan, LTİ-nin verdiyi qanunsuz rəyə əsaslanmaqla, təkrar ekspertiza təyin etmədən, qərəzli olaraq, üçüncü şəxsin mənafeyini müdafiə edərək, əsassız və qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, işə baxılması və iş üzrə qərar qəbul edilməsi mümkün hesab edilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında ba xılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İşdən görünür ki, iddiaçının h üquqi marağı evinin yerləşdiyi torpaq sahəsinə hüquqlarının rəsmiləşdirilməsi ilə bağlıdır. Bu məqsədlə o, bələdiyyəyə qarşı iddia qaldıraraq evinin yerləşdiyi torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, apelyasiya instansiyası məhkəməsi həmin qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Hər iki məhkəmə instansiyası bu nəticəyə gələrkən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının qərarı ilə ləğv edilmişdir. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ona əsaslanmışdır ki, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir, məhkəmələr isə torpağın bələdiyyə və ya dövlət mülkiyyətində olması ilə bağlı ətraflı araşdırma aparmamışlar. Təkrar apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alan apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mübahisəli torpaq sahəsinin statusunun müəyyənləşdirilməsi ilə bağlı sorğu edilmiş, buna cavab olaraq Xidmətin 29 dekabr 2019-cu il tarixli arayışında bildirilmişdir ki, xxxx ev dövlət vəsaiti hesabına tikilmiş həyətyanı torpaq sahəsi olan evlərdəndir. Torpaq sahəsi evin mülkiyyətçisi tərəfindən qanunsuz istifadə edilən t orpaq deyildir. Lakin, bununla belə torpağın mülkiyyətə verilməsinə dair JN-1488A nömrəli şəhadətnamənin qanuni olmasını demək olmaz. Çünki, şəhadətnamədə mülkiyyətçi kimi yalnız evin mülkiyyətçilərinin adları qeyd oluna bilər. Bunu isə aidiyyəti sahə üzrə mütəxəssis və ya ekspert araşdıra bilər. Torpaq sahəsinin mülkiyyət növünə gəldikdə isə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatın idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin dördüncü və beşinci hissələrinə müvafiq olaraq fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 25-ci maddəsinin ikinci hissəsinə görə, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Belə olan halda, iddiaçı arzuladığı məqsədə çatmaq üçün, yəni evinin yerləşdiyi torpaq sahəsinə hüququnu rəsmiləşdirmək üçün yuxarıda qeyd edilən Qanuna əsasən mülki mü hakimə icraatı qaydasında iddia qaldıra bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mümkünsüzlüyü barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddia mümkünsüz sayılarkən məhkəmə tərəfindən heç bir araşdırma aparılmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətd ə kollegiya qeyd edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 06 yanvar 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə ai d olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub olmadığını müəyyən etməlidir. Göründüyü kimi, iddiaçı məhkəmənin işi araşdırmadan iddianı mümkünsüz saymasını mübahisələndirsə də, Konstitusiya Məhkəməsinin istinad olunan Plenum qərarında əks olunan mövqeyinə görə, məhkəmələr tərəfindən iddianın mümkünlüyünün yoxlanılması zamanı mübahisə predmetinə aid olan məsələlərə toxunulmamalı, işdə olan sübutlara qiymət verilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-18/2020 nömrəli iş üzrə 21 yanvar 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-950/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-950/2020
30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver