Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-950/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vurulmuş ziyana g örə kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1710/2020 nömrəli iş üzrə 28.10.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 may 2021ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Əra zi İdarəsinin qanunsuz çıxarış verməsi nəticəsində vurulmuş ziyana görə ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər siyahısından çıxarılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İda rəsinin cavabdeh qismində saxlanılması, iddia ərizəsində inzibati orqanın rəisinin adının çıxarılması və iddia tələbinin qalan hissədə dəyişdirilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 16 fevral 1987-ci il tarixli 1906 saylı müqavilə ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərində 28,3 kv.metr 2 otaqlı yaşayış, 13,6 kv.metr mətbəx sahəsi olan 1006 saylı bağ sahəsinin X1 ailə üzvləri ilə birlikdə icarəyə verildiyi bildirilmişdir. Müqavilədə ailə üzvləri olaraq onun, oğlunun və qızının da adları göstərilmişdir. Onlardan başqa müqavilədə keçmiş həyat yoldaşının, qaynının, onun həyat yoldaşının və oğlunun adları vardır. İcarəçilərdən Muxtarov B.N. və Muxtarov Ç.N. yəni, keçmiş həyat yoldaşı ilə qaynı 1980-cı ildən istifadələrində olan otağı və torpaq sahəsini 2012-ci ildə zəbt etdiklərindən o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. 2012-ci ilin avqust ayının 1-dən verdiyi şikayətlər əsasında Xəzər RPİ, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən müxtəlif qərarlar qəbul edilmiş və 30 iyun 2014-cü il tarixində fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 05/10064-10 saylı 28.04.2015-ci il tarixli məktubuna əsasən 13.12.2014-cü il tarixdə iş üzrə icraata xitam verilməsinə dair qəbul edilmiş qərar 28.04.2015-ci il tarixdə ləğv edilərək istintaqın Bakı şəhər Baş Polis idarəsinin İstintaq idarəsində davam etdirilməsinin təmin olunması üçün cinayət işi Bakı şəhər prokurorluğuna gönd ərilmişdir. Bu səbəbdən də bağ torpaq sahəsində və bağ evində istifadə hüququnun bərpa edilməsi və istifadə qaydalarının müəyyən edilməsi zərurəti yarandığından onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 09.07.2020-ci il tarixli, 2-1(112)2755/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad etməklə belə hesab etmişdir ki, i ddia tələbi əsassızdır.
6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.07.2020-ci il tarixli, 2-1(112)-2755/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28.10.2020-ci il tarixli, 2-1(103)-1710/2020 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Rəşad Həsənov və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09.07.2020-ci il tarixli, 2-1(112)2755/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası birinci instansiya məhkəməsinin qeyri-qanuni qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı əsassız və qeyri-hüquqidir. Belə ki, tərəfimizdən 2014-cü ildə sağ üz sinirimin, 2019-cu ilin may ayında isə sol üz sinirinin nevropatiyası ilə xəstələnməsi ilə bağlı 10 saylı BŞX-in Poliklinikasından verilmiş xəstəlik tarixindən çıxarış iddia ərizəsinə əlavə edilmişdir. Məhz iddiaçıya dəymiş fiziki və mənəvi zərər, sarsıntı və xəstəlik bağ sahəsində olan yaşayış yerindən istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş qanunsuz Çıxarışla əlaqədar pozulması və məhkəmələrdə keçirtdiyi sarsıntı ilə bağlıdır. Burada səbəblə nəticə arasında birbaşa əlaqə vardır. Bu səbəbli əlaqə iddiaçının təqdim etdiyi həkim tibb arayışlarından da görünür. Odur ki, iddiaçı ona dəymiş mənəvi zərəri 10.000 (on min) manat miqdarında dəyərləndirərək cavabdehdən tutulub verilməsini tələb edir.
10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(103)-1710/2020 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28.10.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılı ğı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, Bakı apelyasiya instansiyası məhkəməsinin 28.10.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan R espublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şə rh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”.
23. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəalar ı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zə rərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
25. Göründüyü kimi, mənəvi zərərin vurulmasını iddia edən tərəf, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsiri (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir.
26. İd diaçı istifadə hüququnun pozulması və məhkəmələrdə keçirdiyi sarsıntı nəticəsində ona həm fiziki, həm də mənəvi ziyan vurulduğunu iddia edərək, 2014-cü ildə sağ üz sinirinin, 2019-cu ilin may ayında isə sol üz sinirinin nevropatiyası ilə xəstələndiyini, ona dəyən mənəvi zərəri 10.000 manat həcmində dəyərləndirdiyini qeyd etsə də Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək iddiaçı tərəfin cavabdehin təqsirinə görə hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, bunun nəticəsində səhhətinə hər hansı bir mənəvi ziyan dəyməsini, vurulan mənəvi ziyana görə maddi təzminatın 10.000 (on min) manat miqdarında hesablanmasına əsas verən hər hansı bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir.
27. İddia tələbinin sübutu olaraq istinad etdiyi işə əlavə edilmi ş 3 saylı şəhər poliklinikası tərəfindən verilmiş epikrizi və 10 saylı BŞX-nin Poliklinikası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışa gəldikdə isə Ali Məhkəmənin İnzibati Kollegiyası həmin çıxarışı nəzərdən keçirərək, çıxarışda iddiaçının düçar olduğu xəstəlik ilə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında əlaqənin olması ilə bağlı heç bir qeydin olunmadığını müəyyən etmişdir.
28. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 28.10.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edi lməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 21(103)-1710/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.