Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-950/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarına əsasən torpaq sahəsinə dair çıxarışın verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınm az Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-378/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpaqların alqı-satqısına dair” akta əsasən, iddiaçı Şağan bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998 -ci il tarixli, 158 nömrəli qərarına müvafiq olaraq Şağan bələdiyyəsinin ərazisindən 700 kv. metr torpaq sahəsinin satılması barədə 16 nömrəli, 18 sentyabr 2007-ci il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində iddiaçı tərəfindən bank hesabına 1904 manat ödənilmişdir. Həmin akt Bakı şəhər Torpaq şöbəsinin müdirinin, iddiaçının və Şağan bələdiyyəsi sədrinin iştirakı ilə imzalanmış və Bakı şəhər Torpaq şöbəsinin, Şağan bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir, eyni zamanda akt Bakı şəhər Torpaq şöbəsində 30 oktyabr 2007-ci ildə 4458 nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Əzizbəyov rayon Şağan Bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçıya ayrı lmış 700 kv. metr torpaq sahəsinin ərazi döngə nöqtələrinin koordinatları qeyd edilmiş, torpaq sahəsinin nominal qiyməti kimi 1360 manat göstərilmişdir.
3. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 21 iyul 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanladığı 30 sentyabr 2020-ci il tarixli məktubunda elektron kadastr məlumatına əsasən, ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilmədiyi, torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılması və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmadığı, həmçinin qeyd edi lən ərazinin Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işlərinin sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirməyin mümkün olmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” haqqında qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon Şağan bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli qərarı ilə Şağ an qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən onun tərəfindən bank hesabına torpağın dəyəri olan 1904 manat pul ödənilmişdir. Həmin akt Şağan bələdiyyəsinin nümayəndəsi, iddiaçı və Bakı şəhər Torpaq şöbəsinin müdiri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Akt Bakı şəhər Torpaq şöbəsində xx.xx.2007-ci il tarixdə 4458 nömrə ilə qeydiyyata alınmışdır.
7. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən, ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmiş, torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmış və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin, qeyd edilən ərazi Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə, iddiaçıya 30 sentyabr 2020-ci il tarixli məktub göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim M.Hacıbəyova) 3 avqust 2021-ci il tarixli, 21(112)-2229/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı və alqı-satqı aktı əsasında iddiaçının qanuni istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsinin bələdiyyə torpağı olmasının müəyyən edilməməsi barədə bildirdiklərinə gəldikdə, “Torpaq islahatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən, torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Cavabdeh tərəfindən məhkəməyə Şağan bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət və ya xüsusi mülkiyyətdə olması barədə sübutlar təqdim edilməmişdir ki, bu da torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edir. Məhkəmənin gəldiyi nəticəyə əsasən, qeyd edilən hallar - torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyə tərəfindən 2007-ci ildə iddiaçıya satılması barədə qərar qəbul edilməsi, alqı-satqı aktının tərtib edilməsi, həmin alqı-satqı aktının həmin dövrdə mövcud olan Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsində qeydiyyatdan keçirilməsi torpağın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. Cavabdehin etirazda və imtina məktubunda göstərdiyi torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılması və torpaq sahəsinə münasibət bildiril məsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmaması, həmçinin qeyd edilən ərazinin Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işlərinin sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasının dəqiqləşdirilməsinin mümkün olmaması barədə bildirdikləri isə qanunvericilikdə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas kimi nəzərdə tutulmamışdır.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-378/2022 nömrəli iş üzrə 4 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağı zadə və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmişdir.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci, 67-ci, 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci, 8.0.7-ci, 11.1-ci, 23-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 4.0.1-ci, 6.5-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22-ci bəndinə ist inad olunaraq qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 21 iyul 2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində elektron kadastr məlumatına əsasən, ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla bərabər, qeyd edilən ərazi Mərdəkan bağlarının yeridir, lakin ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığı üçün iddia olunan torpaq sahəsinin hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır.
15. Qeyd olunan səbəblərdən iddiaçının ər izəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
16. Yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qe ydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə
4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək..... Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir..... 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların ə mələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orq anları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;..... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda......
21. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”: 9.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 9.23. üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir h issəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək; 9.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı: Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdi r. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məh kəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
30. İşin məhkəmələr tərəfindən araşdırılmiş hallarına görə, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı əsasında onun mülkiyyətinə verilmiş, torpaq sahəsinin alqı-satqısına dair akt, eləcə də torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsində və sahibliyindədir.
31. Cavabdehin həmin torpaq sahəsinin bələdiyyə torpağı olmasının müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı qeyd etmək lazımdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun un 3-cü maddəsinə əsasən, torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur, torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Şağan bələdiyyəsi tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin bələdiyyə torpağı olmaması, yəni dövlət və ya xüsusi mülkiyyətdə olması barədə cavabdeh heç bir sübut təqdim etməmişdir.
32. Həmçinin qeyd edilməlidir ki, “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulub. Odur ki, Şağan bələdiyyəsinin iddiaçıya torpaq sahəsi satılması barədə 18 sentyabr 2007-ci il tarixli qərarı onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır və həmin qərar hazırda qüvvədədir. Belə ki, həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də etibarsız hesab edilməsi barədə heç bir sübut mövcud deyil və cavabdeh də bu qərarın qüvvədə olmasını mübahisə etmir.
33. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.
34. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-378/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.