Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-950/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı3 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı3 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər - X15, X9 və "xxxx" MMC) qarşı “X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 10 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin 28786,06 kv.metr hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-501/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs X15 tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN–213 KOD 30104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (qeydiyyat kitabında 213 nömrə ilə xx.xx.19 99-cu il tarixdə qeydə alınmışdır) əsasən Qusar Rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə X13, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün 7,53 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən aktda sahəsi 1727,83 ha, planşet nömrəsi 213, sahəsi 10993,00 kv.m planşet nömrəsi 213A, sahəsi 20727,00 kv.m planşet nömrəsi 213V, sahəsi 28786,06 kv.m planşet nömrəsi 213M olan torpaq sahələrinin planı (cizgisi) öz əksini tapmışdır.
2. JN 548 KOD 30104018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (qeydiyyat kitabında 25-İVk nömrə ilə xx.xx.2006-cu il tarixdə qeydə alınmışdır) Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsi ilə X10 Qusar rayonunun Əcəxur kəndi ərazis indən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25.53 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən aktda müxtəlif ölçülü və müxtəlif planşet nömrəli 15 torpaq sahəsinin, o cümlədən sahəsi 28786,06 kv.m planşet nömrəsi 548J olan torpaq sahələsinin planı (cizgisi) öz əksini tapmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2018- ci il qeydiyyat tarixli çıxarışa əsasən Qusar rayon, Əcəxur kəndində yerləşən 6.926 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
4. İddiaçı xx.xx.2021-ci il tarixdə Qusar rayonu Əcəxur kəndində yerləşən torpaq sahəsinə dair X7 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.202 1-ci il tarixli, məktubla imtina cavabı verilmiş və məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İmtinada bildirilmişdir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Əcəxur kəndində yerləşən X7 adına hazırlanmış 1.3032 ha torpaq sahəsinə dair çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmə qərarı ilə mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)biri nci instansiya məhkəməsindəki icraat
6. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mövcud olmayan Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsinə əsasən X6 adına yazılmış JN 548 nömrəli KOD 30104018, 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair X21 rayonu Əcəxur Oba kəndində yerləşən 28786,06 kvadrat metr hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2018-ci il tarixli Çıxarışın müvafiq hissəsinin etibarsız hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçı t ələbini onunla əsaslandırmışdır ki, Qusar rayon AİK-nin xx.xx.1998-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə Qusar rayon Əcəxur-oba kəndində yerləşən 28786,06 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətinə verilməsinə dair JN 213 nömrəli, KOD 30104018, 23 oktyabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçıların mülkiyyətinə verildiyi vaxtdan indiyə kimi onların istifadəsindədir. Belə ki, onlar vergiləri ödəməklə həmin torpaq sahəsinə sahiblik edirlər. Məlum olmuşdur ki, sözügedən Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 213 JN nömrəli, Qusar rayon Əcəxur-Oba kəndində yerləşən 28786,06 kvadrat metr kənd təsərrüfatı təyinat lı torpaq sahəsinə qanunsuz olaraq Bakı şəhər sakini X7 adına JN 548 KOD 30104018 olan, 24 may 2006-cı il tarixli Dövlət Aktı işlənmiş və həmin torpaq sahəsinə Sənubər Qasımovanın adına RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsinin Sənubər Qasımovanın mülkiyyətinə verilməsinə dair Dövlət Aktının verilməsinə əsas kimi Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-645 a/2006 nömrəli qətnaməsi göstərilmişdir. Lakin Qusar Rayon Məhkəməsinin belə bir qətnaməsi mövcud olmamışdır. X14 və onun nümayəndəsi qismində çıxış edən qızı X3 sənədlərdən istifadə edərək iddiaçıların mülkiyyətində olan 28786,06 kvadrat metr torpaq sahəsinə yeni Dövlət Aktı və Çıxarış almışdır. X14 bir ildir ki, vəfat etmiş və hazırda onun işləri qızı və eyni za manda rəsmi nümayəndəsi X15 tərəfindən aparılır.
8. İddiaçılar İddiaçı1 münasibətdə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək X11 vərəsə kimi qəbul etdiyi 6.926 ha torpaq sahəsindən 0.57 ha torpaq sahəsinin X4 adına özgəninkilşdirilməsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən X4 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışın, həmçinin 6.356 ha torpaq sahəsindən 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkilşdirilməsinə dair Qusar Rayon notariat kontorunun xx.xx.2021- ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, xx.xx.20 21-ci il tarixli ********** qeydiyyat nömrəli **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X11 adına qeydiyyata alınmasına dair çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçının nümayəndəsi daha sonra İddiaçı1 münasibətdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Qusar Rayon Məhkəməsinin mövcud olmayan 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsinə əsasən X6 adına yazılmış JN 548 nömrəli, 30104018 kodlu, 24 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 548JN nömrəli, Qusar rayonu Əcəxur Oba kəndində yerləşən 28786,06 kvadrat metr hissəsinin və həmin Dövlət Aktına əsasən verilmiş RX seriyalı ******* nömrəl i, 10 may 2018-ci il tarixli Çıxarışın müvafiq hissəsinin ləğv edilməsi öhdəliyinin, həmçinin, X11 vərəsə kimi qəbul etdiyi 6.926 ha torpaq sahəsindən 0.57 ha torpaq sahəsinin X4 adına özgəninkilşdirilməsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən X4 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışın və X11 miras kimi qəbul etdiyi 6.356 ha torpaq sahəsindən 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninkiləşdirilməsinə dair Qusar rayon notariat kontorunun xx.xx.2021- ci il tarixli, 4Ə761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və "xxxx" MMC-nin adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarışın, xx.xx.2021-ci il tarixli ****** **** qeydiyyat nömrəli **********75 reyestr nömrəli 6.356 ha torpaq sahəsinin X11 adına qeydiyyata alınmasına dair çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə ləğv edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil etmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1593/2021 nömrəli qərardadı ilə X15, X9 və "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar.
12. Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(118)-169/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, Qusar Rayon Məhkəməsinin 2-292a /2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsi ilə iddiaçıların atası X8 özünə məxsus 2.07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satılmasına dair alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. Həmin qətnamədə Vadim Əmiraslanova məxsus 2,07 ha torpaq sahəsinin aid olduğu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının nömrəsi JN-213 olmuşdur ki, bu da JN – 213 KOD 30104018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə eynilik təşkil etdiyinə əsas verir. Bundan əlavə, məhkəmədə iddiaçının nümayəndəsi və vəkilinə saxta olduğunu iddia etdiyi Qusar Rayon Məhkəməsinin 2-645a/2006 saylı, 14 aprel 2006cı il tarixli qətnaməsinin üçüncü şəxs tərəfindən təqdim olunan 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsi kimi oxunmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə əri zə təqdim etməsi təklif olunsa da, iddiaçı tərəfindən həmin ərizənin təqdim edilməsi təmin olunmamışdır. İddiaçılar mübahisəli torpaq sahəsinin onlar tərəfindən hər hansı qaydada satılmamasına dair sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçıların mübahisələndirdikləri torpaq sahəsinin qanuni əsasla Sənubər Qasımovaya satılması və bunun nəticəsində vərəsəlik hüququ əsasında X11 həmin torpaq sahəsini özgəninkiləşdirməsi qanuni əsasla həyata keçirildiyi üçün iddia tələbi əsaslı sayıla bilməz. - İddia tələbinin digər hissəsinə - 0.57 ha torpaq sahəsinin X4 adına özgəninkilşdirilməsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli, **********76 reyestr nömrəli çıxarışın, eləcə də 3.48 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına özgəninki ləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli, 4Ə-761 reyestr nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, **********59 reyestr nömrəli çıxarışın iddiaçıların mülkiyyətinə verilmiş 28786.06 kvadrat metr torpaq sahəsinə düşən hissədə ləğv edilməsinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, həmin tələblər birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin həmin hissəsində təmin edilməsi mümkün deyil.
14. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçılar xx.xx.2022-ci il də Sumqayıt Apellyasiya Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təq dim edərək Qusar rayon Məhkəməsinin 12 aprel 2006-cı il tarixli, İş№ 2-645a/2006 - saylı qətnaməsinə əsasən X6 adına yazılmış JN 548 KOD 30104018 Torpağa mülkiyyət hüququna dair nömrəli X21 rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr topaq sahəsinə dair hissəsi və həmin Dövlət Aktına əsasən Qusar rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 10 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin 28786,06 kv.metr hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-501/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T. Məmmədo v -sədrlik edən, H.Ç. Babayeva və F.Ə. Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(118)-169/2022 nömrəli qərarı ləğv edilərək iddia təmin edilmiş, JN 548 KOD 30104018 Torpağa mülkiyyət hüququna dair nömrəli X21 rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr topaq sahəsinə dair hissəsi və həmin Dövlət Aktına əsasən Qusar rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 10 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli qeyd 28786,06 kv.metr hissədə ləğv edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı üçüncü şəxs X7 adına daşınmaz əmlakın dövlət reyestrində mövcud olmayan məhkəmə qətnaməsi əsasında aparılmış i lkin və sonrakı qeydiyyatlar əsassız olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı izahatında da üçüncü şəxslərə satılmış torpaq sahələrinin hazırkı mübahisənin predmeti olan 28786,06 kv.m torpaq sahəsinə aidiyyəti olmadığını bildirərək həmin üçüncü şəxslərlə bağlı hər-hansı tələblərinin qalmadığını, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi də dəqiqləşdirilmiş iddia tələbinin təmsil etdiyi hüquqi şəxsin maraqlarına toxunmadığını, üçüncü şəxs kimi iştiraklarına xitam verilməli olduğunu bildirmişdir. İşin qeyd edilən halı ilə bağlı kollegiya həmçinin qeyd edir ki, cavabdehin təqdim etdiyi müvafiq reyestr məlumatlarına əsasən də X7 adına qeydiyyata alınmış 6,926 ha torpaq sahəsindən X2 0,57 ha və "xxxx" MMC-yə satılmış 3,48 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinin ölçüsü - 2,876 ha məhz iddiaçıların mübahisələndirdikləri, onların adına olan JN–213 KOD 30104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında planşet nömrəsi 213M olan 28786,06 kv.m torpaq sahələrinin ölçüsünə uyğun gəlir ki, bu da həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X6 adına mövcud olmayan məhkəmə qətnaməsi, yəni hər-hansı hüquqi əsas olmadan qeydiyyatın aparılması nəticəsinə gəlməyə əsas verir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir.
19. Üçüncü şəxs X15 həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, məhkəmə kollegiyası JN 548 KOD 30104018 Torpağa mülkiyyət hüququna dair nömrəli X21 rayonu ƏcəxurOba kəndində yerləşən 28786,06 kv.metr torpaq sahəsinə dair hissəsi və həmin Dövlət Aktına əsasən Qusar rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 10 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin 28786,06 kv.metr hissəsində ləğv edilməsi barədə qərar verərkən nəzərə almamışdır ki, vərəsəlik əsasında Qusar rayonu Əcəxur-Oba kəndində yerləşən 6.356 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsasında X11 adına xx.xx.2021-ci il tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, bununla da ləğv edilməsi nəzərdə tutulan X6 torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən (torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə xitam verilir) artıq itirildiyindən, onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyrimümkün olacaqdır. Yəni məhkəmə qərarı ilə Qusar rayonu Əcəxur-Oba kəndində yerləşən 28786,06 kv.metr torpaq sahəsi üzərində X11 mülkiyyət hüquqları ləğv edilmədiyindən gələcək də iddiaçıların həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmayacaq. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçılar heç bir üzürlü səbəb göstərmədən məhkəməyə müraciət etmələri ilə əlaqədar olaraq müəyyən edilmiş iddia müddəti buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edilmiş hüquqverici fakta məlum olmayan səbəblərə görə münasibət bildirməmişdir. - Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, faktiki olaraq iddiaçıların mübahisələndirdiyi Qusar rayonunun Əcəxur oba kənd ərazisində yerləşən Torpağa mülkiyyət hüququna dair JN:213 saylı dövlət aktı ilə X12 verilmiş 28786,06 kv.m torpaq sahəsi Qusar rayon Məhkəməsinin 12 aprel 2006-cı il tarixli, İş№ 2292a/2006 - saylı qətnaməsi ilə təsdiq edilm iş alqı-satqı müqaviləsi ilə mərhum anama satılmışdır. Məhkəmənin sözü gedən qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə icra olunaraq JN:213 saylı dövlət aktı ilə X12 verilmiş 28786,06 kv.m torpaq sahəsi mərhum anam Sənubərin mülkiyyətinə keçirilmişdir. Həmin hüquqverici sənədin verilməsinə əsas olmuş Dövlət aktında texniki səhvə yol verilərək Qusar rayon məhkəməsinin 12 aprel 2006-ci il tarixli qətnaməsi əvəzinə 14 aprel 2006-ci il tarixli qətnaməsi yazılmışdır. İddiaçının Qusar rayonunun Əcəxur oba kənd ərazisində 28786,06 kv.m torpaq sahəsindən başqa torpaq sahəsi yoxdur. Həmin torpaq sahəsi JN:213 saylı dövlət aktında göstərilmiş torpaq sahəsidir. Qusar rayon Əcəxur Bələdiyyəsi sorğuya cavab verərək 24 oktyabr 2022-ciiltarixli,55 saylı məktubla bir mənalı olaraq bildirmişdir ki, İddiaçı və onun ailə üzvlərinə Əcəxur oba kəndində ev 2.87 ha pay torpaq sahəsindən əlavə torpaq sahəsi verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdiri lməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. [40] 12.2. Dövlət reyestrindən elektron çıxarışın m əzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində t əsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
16. Dövlət reyestrində düzəlişlər 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır;
24. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sə nədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilə r. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Apellyasiya mə hkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvinə yönəlmişdir.
31. Üçüncü şəxsin kassasiya şikayətinin əsaslarına görə iddiaçı hazırkı iddia üzrə iddia müddətini ötürmüşdür.
32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericilikdə müddət məhdudiyyətinin müəyyən olunması iddianın növünə bağlıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu qərarın 24-cü bəndində istinad olunan və iş üzrə tətbiq e dilən normalarda iddianın bu növü ilə bağlı müddət məhdudiyyəti müəyyən olunmamışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə Qusar rayon ƏcəxurOba kəndində yerləşən 28786,06 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətinə verilməsi ilə bağlı JN 213 nömrəli, KOD 30104018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Həmin torpaq sahəsi iddiaçıların istifadəsindədir və həmin torpaq sahəsinin X1 dair tərəflər arasında heç bir razılıq, alqı-satqı müqaviləsi olmamış, mübahisəli torpaq sahəsinin Sənubər Qasımovanın mülkiyyətinə verilməsinə dair JN 0548, KOD 31004018 nömrəli Dövlət Aktının verilməsinə əsas kimi qeyd olunmuş Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsi isə mövcud deyildir. İddiaçıların mərhum atası X13 tərəfindən 2,07 ha torpaq sahəsinin Sənubər Qasımovaya satıldığının müəyyən edildiyi Qusar Rayon Məhkəməsinin 2-292a/2006 saylı, 12 aprel 2006-cı il tarixli qətnaməsində göstərilən torpaq sahəsinin isə JN 213 nömrəli, KOD 30104018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sahəsi 28786,06 kv.m planşet nömrəsi 213M olan torpaq sahəsi olması müəyyən edilməmişdir.
34. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların adına olan JN 213 nömrəli, KOD 30104018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sahəsi 28786,06 kv.m planşet nömrəsi 213M olan torpaq sahəsinin cizgisi və koordinatları ilə üçüncü şəxs X7 adın a Qusar Rayon Məhkəməsinin 14 aprel 2006-cı il tarixli, 2-645a/2006 nömrəli qətnaməsi əsasında verildiyi göstərilən JN 548 KOD 30104018 Torpağa mülkiyyət hüququna dair nömrəli Dövlət Aktındakı sahəsi 28786,06 kv.m planşet nömrəsi 548J olan torpaq sahəsinin cizgisi və koordinatlarının eyni olması, habelə həmin torpaq sahəsinin iddiaçıların istifadəsində olması, üçüncü şəxs X15 tərəfindən sonradan digər üçüncü şəxslər X9 və "xxxx" MMC-yə satılmış torpaq sahələrinə aidiyyətinin olmaması barədə proses iştirakçılarının izahatları bu nəticəyə gəlməyə əsas verir ki, həmin torpaq sahəsi ilə bağlı üçüncü şəxs X7 adına daşınmaz əmlakın dövlət reyestrində mövcud olmayan məhkəmə qətnaməsi əsasında aparılmış ilkin və sonrakı qeydiyyatlar əsassız olmuşdur.
35. Bundan başqa, cavabdehin təqdim etdiyi müva fiq reyestr məlumatlarına əsasən də X7 adına qeydiyyata alınmış 6,926 ha torpaq sahəsindən X2 0,57 ha və "xxxx" MMCyə satılmış 3,48 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinin ölçüsü - 2,876 ha məhz iddiaçıların mübahisələndirdikləri, onların adına olan JN–213 KOD 30104018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında planşet nömrəsi 213M olan 28786,06 kv.m torpaq sahələrinin ölçüsünə uyğun gəlir ki, bu da həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X6 adına mövcud olmayan məhkəmə qətnaməsi, yəni hər-hansı hüquqi əsas olmadan qeydiyyatın aparılması nəticəsinə gəlməyə əsas verir.
36. Məhkəmə kollegiyasınin qənaətinə görə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Mü bahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-501/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.