Məhkəmə qərarları › İş №2-1(102)-950/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-950/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-950/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlak üzərində aparılmış qeydiyyatın ləğv edilməsi; iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respu blikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın 1290 kv.metr hissədə ləğv edilməsi, 2200 kv.metr, 600 kv.metr, 600 kv.metr və 100 kv.metr torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və 600 kv.metr torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(107)-425/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 17/97 nömrəli qərarına əsasən..................və “Əliabad” adına kolxozların proqramlarının təsdiq edilməsi və torpaqların püşkatma yolu ilə bölüşdürülməsi qərara alınmışdır.

2. Bundan sonra qəbul edilmiş Zaqatala rayonu AİK-nin “Rayonun............. Əliabad təsərrüfatlarında aparılan torpaq islahatı vaxtı yol verilmiş nöqsanların aradan qaldırılması haqqında” 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı ilə: - Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yerquruluşu Baş sxemləri vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin və həmin sahələrdən artıq faktiki istifadə etdi kləri sahələrin 1:2000 miqyaslı sxematik planlarının təsdiq edilməsi; - Torpaq islahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılması və s. məsələlər qərara alınmışdır.

3. Zaqatala rayonu AİK-in həmin 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında iddiaçıya ayrılmış: - 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə A seriyalı, 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - 600 kv.metr həyatyanı torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə A seriyalı, 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - 600 kv.metr həyatyanı torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə A seriyalı, 27 9232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - 100 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə A seriyalı, 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

4. Daha sonra Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncam qəbul edilmiş və bu sərəncamda 4 məsələ qərara alınmışdır:

1. Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssislər ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 01 may 2017-ci il tarixli 82 nömrəli sərəncamı ilə yaradılmış işçi qrupunun protokolunun nəzərə alınması;

2. Əliabad qəsəbəsi keçmiş “Qələbə” və “Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi;

3. Ərazidə aparılmış torpaqların elektron uçotu işləri əsasında hazırlanmış layihənin təsdiq edilməsi;

4. Torpaq payı alacaq subyektlərə torpaq sahəsi üzərində hüququ müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsinin Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması.

5. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,1291 ha torpaq sahəsi üzərində X11, X6 və X2 ümumi birgə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, **********90 reyestr nömrəli qeydiyyat aparılmışdır.

6. İddiaçı 0,1291 ha torpaq sahəsinə dair X9 və digərlərinin adına rey estrdə aparılmış qeydiyyatın ona məxsus torpaq sahəsinə münasibətdə ləğv edilməsi, həmçinin, Zaqatala rayonu AİK-in həmin 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında ona ayrılmış 2200 kv.m., 600 kv.m., 600 kv.m. və 100 kv.m. torpaq sahələri, o cümlədən, 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

7. Cavabdeh 30 iyun 2021-ci il tarixli, **********43 nömrəli və 01 oktyabr 2021-ci il tarixli, **********62 nömrəli məktubları ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki cizgilərə əsasən, torpaq sahəsi 0,06 ha qeyd edilsə də, elektron uçot xəritələrində qeyd olunan cizgilərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha təşkil edir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cizgilərində göstərilmiş torpaq sahəsinin bir hissəsi elektron uçot xəritələrinə əsasən, X9 adına qeydiyyata alınmış torpaq sahəsinin cizgiləri ilə üstüstə düşür. Daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatın ərizə əsasında ləğv edilməsi ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından, 2-ci müraciətin 1-ci müraciətlə bağlı hissədə həlli qeyd olunan daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatın ləğvindən asılı olduğundan, baxılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X1 Raziyət Həbibulla qızının adına daşınmaz ə mlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın, Zaqatala rayonu AİKin 22 may 2004-cü il tarixli 113 nömrəli qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş, A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsini, A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyin atlı və A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri, o cümlədən, 600 kv.metr həyatyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini hazırkı qərarın 1-8-ci bəndlərində qeyd olunanlarla əsaslandırmışdır.

10. Cavabdeh orqan iddia tələbinə etiraz edərək, etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı, “Zaqatala rayonu, Əliabad qəsəbəsində keçmiş “Qələbə” v ə “Əliabad” təsərrüfatlarında torpaq islahatı ilə əlaqədar görülmüş işlər haqqında” Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı və həmin sərəncama dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 13 aprel 2018-ci il tarixli “Zaqatala rayonu, Əliabad qəsəbəsində “Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrinə aid” elektron siyahısı əsasında iddiaçıya və digərlərinə də Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,12 ha ölçüdə həyətyanı və cəmi 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir.

11. Birinci instansiya məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2-1(116)-1047/2022 nömrəli qərardadı ilə X11, X6 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

12. Daha sonra məhkəmənin 17 aprel 2023-cü il tarixli, 2-1(116)-95/2023 nömrəli qərardadı ilə X3 məhkəmə icraatında iştirakına xitam verilmişdir.

13. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 25 aprel 2024-cü il tarixli 21(116)-6/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsinə dair hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, cavabdeh orqan Zaqatala RİHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamını yox, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanını yanlış tətbiq etməklə üçüncü şəxslərin adına ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatını aparmışdır. Sadalanan i nzibati aktlardan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində Zaqatala rayon AİK-in xx.xx.1996-cı il tarixli, 17/97 nömrəli, xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarları ilə torpaq islahatına dair məsələlər tənzimləmiş və aqrar islahatın əhatə dairəsinə düşməyən subyektlərə münasibətdə isə Zaqatala RİHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı qəbul edilərək bütövlükdə dürüstləşmə işləri başa çatdırılmışdır. 2018ci il tarixli sərəncam əvvəlki islahat zamanı torpaq sahəsi artıq qanuni istifadəsinə verilmiş subyektlərə münasibətdə tətbiq edilməli olmadığından, cavabdeh həmin sərəncama istinad edərək, rayon AİK-in 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında verilmiş sənədlərə düzəliş edə bilməz. Zaqatala RİH-in xx.xx.2022-ci il tarixli, 4/1432 nömrəli məktubunda qe yd etmişdir ki, 2018-ci il tarixli sərəncamla rayon AİK-in 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir. Məhkəmə qeyd edir ki, həmin qərar qüvvədə olan inzibati aktdır və iddiaçının həmin akta etimad hüququ qanunla qorunur. Odur ki, cavabdeh orqan torpaq islahatı zamanı torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə işləri aparılmış torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanını tətbiq etməklə dürüstləşdirilmiş məlumatlar əsasında yerquruluşu işləri aparmalı və hüquqların dövlət qeydiyyatını həyata keçirməlidir. İslahatın natamam aparılması nəticəsində müvafiq sənədlərin hazırlanmadığı digər torpaq sahələrinə münasibətdə isə 2018-ci il tarixli, 62 nömrəli sərəncamı və istinad oluna n Fərmanın tələblərini birgə tətbiq etməklə müvafiq sənədləşmə işlərini aparmalıdır. Sözügedən torpaq sahəsinə artıq əvvəlki islahat zamanı iddiaçının adına plan-ölçü sənədi tərtib edilmiş və həmin torpaq sahəsi, ümumiyyətlə, üçüncü şəxsin faktiki istifadəsində olmamışdır. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında 1977-ci ildən sonra, ümumiyyətlə, həmin torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə keçirilmiş yerli baxış nəticəsində müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi qapalı həyət daxilində iddiaçı tərəfindən faktiki istifadə olunur. Faktiki olaraq üçüncü şəxsin istifadə etdiyi torpaq sahəsi iddiaçının digər 600 kv.m və 100 kv.m torpaq sahələrinin yerləşdiyi ərazidəki həmin torpaq sahələri ilə üzbəüz olan fındıq kolların ın yerləşdiyi ərazidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı üçüncü şəxslərin adına reyestrdə 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın iddiaçıya məxsus 2200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.m hissədə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

15. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və Ə.V.Kərimov) 11 dekabr 2024-cü il tarixli, 21(107)-425/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instans iya məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(116)-6/2024 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia tələbinin üçüncü şəxslər X11 və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi hissəsində iddia mümkün sayılmamışdır.

17. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0,1291 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamına əsasən üçüncü şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alındığından və həmin sərəncam iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan, üçüncü şəxslərin adına dövlət reyestrində aparılmış qeydiyyatın iddiaçının “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi hissəsində iddia mümkün sayılmamalıdır.

18. Həmçinin məhkəmənin 11 dekabr 2024-cü il tarixli, 2-1(107)-425/2024 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri, o cümlədən 40 kv.m fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulmuşdur.

19. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.

20. Həmçinin iddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

21. İddiaçı qərardaddan verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadındakı hüquqi mövqeyi ilə analoji mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(102)-2612/2024 nömrəli qərarındakı hüquqi mövqeyi arasında kəskin ziddiyyət vardır. Belə ki, həmin qərarda qeyd olunur ki, “iddiaçılara məxsus Dövlət Aktının (hazırkı işə münasibətdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin) qüvvədə olmaması barədə hər hansı dəlil müəyyən edilməmişdir. Apellyasiya məhkəməsini istinad etdiyi Zaqatala rayon AİK-in xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarında da dövlət aktlarının ləğv edilməsi qeyd edilməmiş (hazırkı işə münasibətdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli, 62 nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir), sadəcə olaraq dövlət aktlarının ləğv edilməsi üçün məhkəmə orqanları qarşısında məsələ qaldırılması qeyd edilmişdir. Apellyasiya məhkəməsi özünün də bildirdiyi kimi, torpaq sahəs i üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Belə olan halda, Zaqatala rayon AİK-in xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarının (hazırkı işə münasibətdə rayon AİK-in 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarının) ləğv edilməsi barədə hər hansı sübut təqdim edilməyənədək mötəbər hesab edilməlidir”. Göründüyü kimi, həmin məhkəmə qərarında qeyd olunan hüquqi yanaşma hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarındakı hüquqi mövqe ilə üst-üstə düşür, lakin apellyasiya məhkəməsinin qərardadındakı hüquqi mövqe ilə tam ziddiyyət təşkil edir. b) kassasiya şika yətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı: 17-ci bənd..... Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanı nın hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldı qda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİ N HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, məhkəmənin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Hazırkı iş üzrə iddiaçının birinci tələbi üçüncü şəxslər X 11, X6, X2 adına dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın iddiaçıya məxsus A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi barədədir.

29. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə həmin qeydiyyatın aparılmasına əsas olmuş Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamının mübahisələndirilməli olmasını əsas gətirərək həmin hissədə iddianı mümkün saymamışdır.

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən işin halları tam araşdırılmamışdır.

31. Belə ki, işin hazırkı qərarın 1-5-ci bəndində qeyd olunan hallarından müəyyən edilir ki, Zaqatala rayonunda ilkin torpaq islahatı 1996-cı ildə aparılmış, daha sonra həmin torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə rayon AİK tərəfindən xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərar qəbul edilmiş, bu qərar əsasında 2200 kv.m., 600 kv.m., 600 kv.m. və 100 kv.m. torpaq sahələrinə dair iddiaçının adına 2010-cu ildə plan-ölçü sənədləri tərtib edilmişdir. Bundan sonra isə həmin rayon ərazisində aparılmış torpaq islahatına Zaqatala rayon İHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı ilə düzəlişlər edilmişdir.

32. Cavabdeh iddia tələbinə etirazında üçüncü şəxslərin adına 0,1291 ha torpaq sahəsinə dair mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olaraq: 1) Zaqatala rayonu AİK-in xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı; 2) İHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı; 3) həmin sərəncama dair 2018-ci il tarixli “Zaqatala rayonu, Əliabad qəsəbəsində “Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrinə aid” elektron siyahısı (sıra nömrəsi 608); 4) həmin siyahıda göstərilmiş torpaq sahələrinə, o cümlədən sözügedən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hazırlanmış elektron uçot xəritəsini göstərmişdir.

33. Bundan başqa, üçüncü şəxslərin adına qeydiyyatın aparılmasına əsas olmuş sənədlər sırasında Zaqatala rayon AİK-in xx.xx.1996-cı il tarixli, 17/97 nömrəli qərarı göstərilməsə də, iş materiallarında olan (İ cild.səh.51) “AİK-in xx.xx.1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısı” cədvəlinin 608-ci bəndində X11, X6 və X7 adları və onlara 0,09 ha həyətyanı və 0,13 ha bağ torpaq sahəsi ayrıldığı göstərilmişdir. Zaqatala rayonu İH Əliabad qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1139 nömrəli arayışda sözügedən adlı siyahıya texniki yanlışlığa yol verilərək X7 adının qeyd edildiyi, həmin şəxsin X4 ilə eyni şəxs olduğu göstərilmişdir.

34. Əliabad bələdiyyəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 44 nömrəli məktubdan və məktuba əlavə edilmiş Zaqatala rayonu Əliabad qəsəbə üzrə 2015-2020-ci illərə aid X9 təsərrüfatına dair bələdiyyənin uçot kitabından da görünür ki, siyahının 608-ci bəndində X11, X6 və X7 adla rı və onlara 0,09 ha həyətyanı və 0,13 ha bağ torpaq sahəsi ayrıldığı göstərilmişdir.

35. Göründüyü kimi, cavabdeh üçüncü şəxslərin adına qeydiyyatın aparılması əsaslarında AİK-in xx.xx.1996-cı il tarixli qərarını qeyd etməsə də, həmin qərarla təsdiq edilmiş torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında üçüncü şəxslərin də adları var.

36. Kollegiya hesab edir ki, işə təkrar baxılarkən məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğular verilərək, Zaqatala rayonunda 1996-cı ildə aparılmış ilkin torpaq islahatı zamanı iddiaçıya 2200 kv.m. kənd təsərrüfatı təyinatlı, üçüncü şəxslərə isə 0,13 ha bağ torpaq sahəsi ayrılmasına dair torpaqayırma sənədləri tələb edilərək, islahat zamanı onlara ayrılmış həmin torpaq sahələrinin ölçüsü, mümkün olduğu təqdirdə yerləşmə vəziyyəti müəyyən edilməli, bu istiqamətdə ətraflı araşdırma aparılmalıdır.

37. Bundan əlavə, işin hallarından göründüyü kimi, Zaqatala rayonu AİK-in həmin 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında 2200 kv.m torpaq sahəsinə dair iddiaçının adına DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən 2010-cu ildə tərtib edilmiş plan-ölçü sənədində torpaq sahələrinin əsas döngə nöqtələrinin koordinatları göstərilmişdir.

38. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən (İ cild. səh.144) görünür ki, TEKUİS məlumat bazasına əsasən, iddiaçının adına tərtib edilmiş A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr torpaq sahəsinin hüdudları daxilində 608 cizgisində göstərilən 0,13 ha torpaq sahəsinin 0,1145 ha hissəsi üçüncü şəxs X9 adına qeyd edilmişdir. Başqa bir ərazidə də həmin üçüncü şəxsin adına 608Z cizgisində 0,01 ha torpaq sahəsi qeyd edilmişdir.

39. Mütəxəssis rəyinə əlavə edilən TEKUİS məlumat bazasına və reyestrdən çıxarışa əsasən, həmin ərazinin yerləşmə vəziyyətinin yerquruluşu planından da müəyyən edilir ki, üçüncü şəxslərin adına 608 cizgisində 0,13 ha torpaq sahəsi göstərilmişdir.

40. Rəydən göründüyü kimi, aqrar islahat zamanı 2004-cü ildə iddiaçıya ayrılmış kənd təsərrüfatı təyinatlı 2200 kv.metr torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən, 0,1145 ha hissədə üçüncü şəxslərin xüsusi mülkiyyətində olan 0,1291 ha torpaq sahəsi ilə üst-üstə düşür.

41. İşdən görünür ki, Zaqatala rayonu AİK-in xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında 2200 kv.m torpaq sahəsinə dair iddiaçının adına 2010-c u ildə plan-ölçü sənədi tərtib edilsə də, üçüncü şəxslərə ayrılmış torpaq sahəsinin isə həmin dövrdə yerləşmə yerini göstərən texniki sənədlər mövcud deyildir.

42. Kollegiya işin bu halını, eləcə də, üçüncü şəxslərin adına mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olaraq rayon AİK-in xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı və İHB-nın xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı göstərildiyini nəzərə alaraq hesab edir ki, təkrar araşdırma zamanı "xxxx" MMC-dən AİK-in xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yerquruluşu Baş sxemləri tələb edilməli, eləcə də həm iddiaçıya ayrılmış kənd təsərrüfatı təyinatlı 2200 kv.m. torpaq sahəsinin, həm də üçüncü şəxslərə ayrılmış 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zaqatala rayonu AİK-in 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı ilə təsdiq edilmiş 1:2000 miqyaslı sxematik planlardakı yerləşmə vəziyyəti və döngə nöqtələrinin koordinatları MMC-nin arxiv məlumatları, eləcə də, digər aidiyyəti orqanlara verilmiş sorğular əsasında müəyyən edilməlidir.

43. Həmçinin, İHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı ilə təsdiq edilmiş işçi qrupunun protokolu və torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahıları, eləcə də, elektron uçotu işləri əsasında hazırlanmış layihə də aidiyyəti orqanlardan tələb olunaraq həmin sənədlərdə üçüncü şəxslərə islahat zamanı ayrılmış torpaq sahələrinin yeri ilə bağlı məlumatlar təhlil edilməli, iddiaçıya ayrılmış 2200 kv.m. torpaq sahəsinin koordinatlarının də yişdirilərək üçüncü şəxslərə ayrılmış 0,1291 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsinin səbəbləri və buna əsas olmuş sənədlər müəyyən edilməlidir.

44. Kollegiya apellyasiya məhkəməsinin ilk növbədə qeydiyyatın aparılmasına əsas olmuş inzibati aktın – İHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamının mübahisələndirilməli olmasına dair mövqeyinə münasibətdə bildirir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının yuxarıda istinad olunan 17-ci bəndinin tələbləri baxımından nəzərə almaq lazımdır ki, üçüncü şəxslərin adına qeydiyyatın aparılmasına əsas kimi göstərilən Zaqatala Rayon İHB-nin xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı birbaşa üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə inzibati akt deyil, həmin sərəncamla yuxarıda qeyd edildiyi kimi, torpaq islahatına edilən dürüstləşmə ilə əlaqədar təsdiq edilmiş sxematik planlar və elektron uçotu işlərinə dair layihələr təsdiq edilmişdir.

45. Bundan əlavə, nəzərə alınmalıdır ki, Zaqatala Rayonu İH-nin xx.xx.2022-ci il tarixli 4/1432 nömrəli məktubundan görünür ki, RİHB-nin 13 aprel 2018-ci il tarixli, 62 nömrəli sərəncamı ilə rayon AİK-in 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir.

46. Bu istiqamətdə də, apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamış, iddiaçıya ayrılmış 2200 kv.m. torpaq sahəsinin koordinatlarının 09 aprel 2021-ci il tarixdə üçüncü şəxslərin adına qeydiyyat aparılmaqla, hansı əsasla dəyişdirilməsi müəyyən edilməmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, işin mahiyyəti üzrə düzgün həll edilməsi üçün iddia olunan 2200 kv.m. torpaq sahəsinin bir hissədə TEKUİS məlumat bazasına əsasən üçüncü şəxslərin torpaq sahəsi ilə üst-üstə düşdüyünü nəzərə alaraq, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı və bu Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının tələblərinə də diqqət yetirilməsi zəruri hesab edilə bilər.

48. Belə ki, Fərmanın: - 2.3-cü bəndinə əsasən, torpaqların elektron kadastr uçotu informas iya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasının aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyinə tapşırılmışdır: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan tor paq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması;...

49. Göründüyü kimi, istinad olunan Fərmanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması zamanı fiziki şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki həyətyanı sahələrin, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması və torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması xüsusi olaraq vurğu lanmışdır.

50. Bu baxımdan, təkrar araşdırma zamanı aqrar islahat aparılarkən iddiaçıya ayrılmış 2200 kv.m., eləcə də, üçüncü şəxsə ayrılmış 0,13 ha torpaq sahəsinin, onlar üzərində müvafiq hüquqları təsdiq edən sənədlərdə göstərilən yerləşmə vəziyyəti və ölçüsü müəyyən edilməli, bundan sonra həmin torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən edilməklə iddia tələbinə hüquqi qiymət verilməlidir.

51. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərardadı ləğv edilməli, İPM-in 12.1ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir. QƏRARA ALD İ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(107)-425/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar