Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-951/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR (Açar sözlər: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı ona məxsus olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən, xxx yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin iddiaçı tərəfindən 160 (bir yüz altmış) manat qoşulma haqqı ödənilməklə enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-696/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 327 nömrəli qərarına əsasən, tələb olunan güc 5 kvt-a qədər (5 kvt da daxil olmaqla 1 fazalı) olduqda enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə nəzərdə tutulmuş 160 mana t məbləğində qoşulma haqqının iddiaçı tərəfindən ödənilmək şərtilə ona məxsus fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması işlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xxx yerləşən 0,0265 ha torpaq sahəsi İddiaçı xxx mülkiyyətindədir. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və xx.xx.2019-cu ildə cavabdeh “xxxx” ASC-yə ərizə ilə müraciət edərək həmin evin elektrik enerjisi ilə təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən evin elektrik təchizatı (5kVt-1 fazlı) ilə bağlı xx.xx.2019-cu il tarixli smeta tərtib edilmiş və işlərin ümumi qiyməti 1168,98 manat müəyyən olunmuşdur. Cavabdeh iddiaçıya göndərdiyi xx.xx.2019cu il tarixli məktubda bildirmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə “xxxx” ASC-yə məxsus 0,4 kv-luq şəbəkə mövcud deyildir. Yeni yaşayış evinin yaranması ilə əlaqədar olaraq tikinti obyektinin ETŞ-yə qoşulması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları" nın tələblərinə uyğun olaraq, texniki şərtlər və verilmiş texniki şərtlərin icrasının təmini üçün nəzərdə tutulan işlərin yerinə yetirilməsi məqsədi ilə smeta tərtib edilmişdir; smetanın dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra 20 gün müddətind ə quraşdırma işləri həyata keçiriləcəkdir. Bununla razılaşmayaraq iddiaçı məhkəməyə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli ərizə göndərərək, cavabdeh tərəfindən tərtib edimiş xx.xx.2019-cu il tarixli smeta və həmin smeta üzrə hesablanmış 1168,98 manat məbləğin qanunsuz hesab edilməsini, ona məxsus evin enerji təchizatı şəbəkəsinə qoşulması işlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, öhdəliyin icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş tələb olunan güc 5 kvt-a qədər olduqda enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə nəzərdə tutulmuş 160 manat məbləğində qoşulma haqqının iddiaçı tərəfindən cavabdehin hesab ına ödənildikdən sonra həyata keçirilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə xx.xx.2019-cu il tarixli ərizə verərək, ona məxsus olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən, xxx yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin iddiaçı tərəfindən 160 manat qoşulma haqqı ödənilməklə enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(84)-1088/2019 nömrəli (sədrlik edən hakim V.Qasımov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı məxsus olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrind ən çıxarış"da göstərilən, xxx yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin iddiaçı tərəfindən 160 manat qoşulma haqqı ödənilməklə enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(107)-696/2019 nömrəli (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və M.Hüseynov) qərarı ilə cavabdehin apelyas iya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə tərəfindən işə baxılan zaman hesablanmış smetanın hansı hüquq normasına uyğun hesablandığı nəzərə alınmamışdır. İddiaçıya məxsus fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ödənilməli olan məbləğ Nazirlər Kabinetinin 326 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması» Qaydasının 1.2.6·cı bəndinə əsasən hesablanmışdır. «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması» Qaydalarının 1.2.6·cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə tikinti obyektinin yerləşdiyi ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış» 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. Həmin fərdi yaşayış evi transformator məntəqəsindən 400 metrdən uzaq məsafədə yerləşdiyi üçün ona əlavə smeta hesablanmışdır. Qeyd olunan hal Məhkəmələr tərəfindən nəzərə alınmamış, fərdi yaşayış evinin mövcud şəbəkədən hansı məsafədə yerləşdiyini müəyyənləşdirmək üçün heç bir əlavə araşdı rma aparılmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir.Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)696/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəmə sinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən sax lanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalı dır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-696/2019 saylı qərarla, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(84)-1088/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1.1, 2.1. 3.1, 8.1, 34.1, 38.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli, 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın 1.2.5, 1.2.6, 1.3, 1.4, 1.10, 3.2-ci bəndlərinə istinad etməklə, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə hüquqi mövqeyi qanunvericiliyə uyğundur. Məhkəmə kollegiyası ilk öncə iddiaçının iddia tələbinin mahiyyətini xatırlatmağı zəruri hesab edir. Belə ki, iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli, 327 nömrəli qərarına əsasən, tələb olunan güc 5 kVt-a qədər (5 kVt da daxil olmaqla 1 fazalı) olduqda enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə nəzərdə tutulmuş 160 (bir yüz altmış) manat məbləğində qoşulma haqqının iddiaçı tərəfindən ödənilmək şərtilə ona məxsus fərdi yaşayış evinin enerji təchiza tı şəbəkəsinə qoşulması işlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli ərizə göndərərək, cavabdeh tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli smeta və həmin smeta üzrə hesablanmış 1168,98 manat məbləğin qanunsuz hesab edilməsini, ona məxsus evin enerji təchizatı şəbəkəsinə qoşulması işlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, öhdəliyin icrasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş tələb olunan güc 5 kVt-a qədər olduqda enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə nəzərdə tutulmuş 160 manat məbləğində qoşulma haqqının iddiaçı tərəfind ən cavabdehin hesabına ödənildikdən sonra həyata keçirilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli ərizə verərək, ona məxsus olan, RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»da göstərilən, xxx yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin iddiaçı tərəfindən 160 manat qoşulma haqqı ödənilməklə enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kasasiya şikayətindəki faktiki yeganə dəlili ondan ibarətdir ki, Nazirlər Kabinetinin 326 saylı xx xxxx 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydaların 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə — tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. Həmin fərdi yaşayış evi transformator məntəqəsindən 400 metrdən uzaq məsafədə yerləşdiyi üçün ona əlavə smeta hesablanmışdır. Qeyd olunan hal məhkəmə tərəfindən nəzərə alınmamış, fərdi yaşayış evinin mövcud şəbəkədən hansı məsafədə yerləşdiyi müəyyənləşdirmək üçün heç bir əlavə araşdırma aparılmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki bu yeganə dəlili əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxx yerləşən 0,0265 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və xx xxx 2019-cu ildə cavabdeh «xxxx» ASC-yə ərizə ilə müraciət edərək həmin evin elektrik enerjisi ilə təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən evin elektrik təchizatı (5kVt - 1 fazalı) ilə bağlı xx xxx 2019-cu il tarixli smeta tərtib edilmiş və işlərin ümumi qiyməti 1168,98 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh iddiaçıya göndərdiyi xx xxxx 2019-cu il tarixli məktubda bildirmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə «xxxx» ASC-yə məxsus 0,4 kV-luq şəbəkə mövcud deyildir. Yeni yaşayış evinin yaranması ilə əlaqədar olaraq tikinti obyektinin ETŞyə qoşulması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçıla rın elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları»nın tələblərinə uyğun olaraq, texniki şərtlər və verilmiş texniki şərtlərin icrasının təmini üçün nəzərdə tutulan işlərin yerinə yetirilməsi məqsədi ilə smeta tərtib edilmişdir; smetanın dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra 20 gün müddətində quraşdırma işləri həyata keçiriləcəkdir. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı «xxxx» ASC-in üzərinə «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dö vlət reyestrindən çıxarış»da göstərilən, xxx yerləşən 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin iddiaçı tərəfindən 160 (bir yüz altmış) manat qoşulma haqqı ödənilməklə enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: 1.2.5-ci bəndinə görə, qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞ-nin gücləndirilməsinə, tikinti-quraşdırma işlərin in yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.10-cu bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğdir. 1.2.6-cı bəndinə əsasən, mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. 1.3-cü bəndinə əsasən, bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır. 1.4-cü bəndinə əsasən, sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir. 1.10-cu bəndinə görə, qoşulma haqqının məbləğini sifarişçilərin tələb olunan el ektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir. 3.1-ci bəndinə görə, tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir. 3.2-ci bəndinə əsasən, qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, ele ktrik xəttində, paylayıcı lövhədə olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazalı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği»nə əsasən, güc 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) olduqda qoşulma haqqının məbləği (ƏDV ilə) 160 manat təşkil edir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi doğru olaraq hesab etmişdir ki, sadalanan normalardan görünür ki, tələb olunan gücü 5 kVt-dan artıq olmayan məişət abonentlərinin mövcud 0,4 kV-luq şəbəkəyə (1 fazalı) qoşulması üçün ödənilmə si tələb olunan qoşulma haqqının məbləği 160 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarında birinci instansiya məhkəməsinin qərarına istinadən çox düzgün olaraq qeyd etmişdir ki, cavabdehin «məhkəməyə göndərdiyi xx xxxxxx 2019-cu il tarixli məktubunda 1168,98 manatlıq smetanın «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın 1.2.6-cı bəndinə uyğun hesablandığını bildirmişdir. Deməli, cavabdehin əsaslandırması bundan ibarətdir ki, 160 manat qoşulma haqqı 0,4 kV-luq şəbəkənin artıq mövcud olduğu hala aiddir, iddiaçının məsələsi isə buna u yğun deyil. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, cavabdehin istinad etdiyi «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın 1.2.6-cı bəndinə görə, mövcud 0,4 kV-luq şəbəkə dedikdə, tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi başa düşülür. Cavabdehin özü tərəfindən tərtib edilmiş smetadan görünür ki, iddiaçının evinin şəbəkəyə qoşulması üçün cəmi 55 metr (43+12), yəni 400 metrdən az kabel tələb olunur. Deməli, iddiaçıya məxsus evə münasibətdə «mövcud 0,4 k V-luq şəbəkə» vardır və belə olan halda, iddiaçının ödəməli olduğu qoşulma haqqı 160 manat təşkil etməlidir». Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-696/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-696/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-951/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-951/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver