Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-951/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-616/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1978-ci il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən, xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixədək Azərbaycan SSR Sumqayıt şəhər 44 saylı DPTM-də təhsil almışd ır. xx.xx.1978-ci ildə Sumqayıt İstilik Elektrik Stansiyasının Tikinti İdarəsinə 2-ci dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə digər işə keçməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Sumqayıt şüşə zavodu əsas istehsalat sexinin maşın şöbəsinə yükləyici şagirdi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1980-ci ildə ixtisas komissiyasının təyin etdiyi dərəcəyə uyğun olaraq 3-cü dərəcə ilə həmin sexə köçürülmüş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir (həqiqi hərbi xidmətə çağırışla bağlı). xx.xx.1983-cü ildə 3-cü dərəcə ilə 1 saylı İstehsalata maşın sexinə yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə “Azərneftkimyazavodtəmir” Trestinin 9 saylı Təmir-tikinti İdarəsinə 3-cü dərə cə ilə elektrik-qaynaqçısı təyin edilmişdir. xx.xx.1985-ci ildə 4-cü dərəcə ilə elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.1987-ci ildə 5-ci dərəcə elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.1988-ci ildə əməyin yeni tarif şərtlərinə keçirilməsi ilə əlaqədar olaraq 4-cü dərəcə əl ilə qaynaqda elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.1989-cu ildə əl ilə qaynaqda 5-ci dərəcə elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.1990-cı ildə həmin trestin TQİ-3-də 5-ci dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmişdir. xx.xx.1990-cı ildə əl ilə qaynaqda 6-cı dərəcə elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.1999-cu ildə vaxta muzd-əmək haqqı ilə quraşdırma sahəsindən BMŞ-yə keçirilmişdir (1 aylıq). xx.xx.2002-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 11 saylı sərəncamı ilə 3 saylı TQX-ın bazasında "xxxx" ASC-i yaradıldığına görə ARDNŞ-ın xx.xx.2001-ci il tarixli, 188 saylı əmri ilə 3 saylı TQX-si ARDNŞ-ın və xx.xx.2001-ci il tarixli 26 saylı əmr ilə isə “Azneftkimyazavodtəmir” Trestinin strukturundan çıxarılmış və "xxxx" ASC-i kimi fəaliyyətə başlamışdır. xx.xx.2013cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
2. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.1983-cü il tarixində 41-k saylı, xx.xx.1983-cü il tarixli əmrlə “Azərneftkimyazavodtəmir” trestinə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul olunmuş və xx.xx.2013-cü il tarixində 29 saylı xx.xx.2013-cü il tarixli əmrlə Azərbaycan Re spublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası İqtisad İnkişaf Nazirliyinin Dövlət Departamentinin xx.xx.2001-ci il tarixli, 11 saylı sərəncamı ilə 3 saylı TQX-nın bazasında "xxxx" ASC-i yarandığına görə ARDNŞ-nin xx.xx.2001-ci il tarixli, 188 saylı əmri ilə 3 saylı TQX-si ARDNŞ-in və xx.xx.2001-ci il tarixli, 26 saylı əmri ilə isə “Azərneftkimyazavodtəmir” trestinin strukturundan çıxarılmış və "xxxx" ASC-i kimi fəaliyyətə başlamışdır. Elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş peşə və vəzifələrin Siyahısının 35-ci bölməsində güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuş dur.
3. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətinə cavabdeh tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 1.0.8, 9.1, 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edilərək qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 30 avqust 1978-ci il tarixli əmək kitabçasında xx.xx.1983-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin 1999-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqların ı ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla), xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Qeyd edilən səbəbdən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (20 il 9 ay 7 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı o lan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15827,43 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşının tamam olduğu xx.xx.2018ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia on unla əsaslandırılmışdır ki, onun ümumi 26 ildən çox əmək stajı var və həmin stajın hamısını zərərli işlərdə işləmişdir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır və cavabdehin imtinası əsassızdır. Bu onun əmək kitabçasında və digər sənədlərdə də öz əksini tapır. Lakin aidiyyəti orqan ona pensiya təyin etməkdən qanunsuz olaraq imtina etmişdir. İşlədiyi müəssisənin 1999-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmamasının və məcburi dövlət sosial sığorta haqları ödəməməsinin səbəbkarı o deyil. Bu onun təqsirindən baş verməyib. Hesab edir ki, qeyd olunan əsasa görə onun xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövrün iş stajına daxil edilməməsi tamamilə əsassızdır.
6. Cavabdehin iddiaya dair yazılı etirazı iddiaçıya ünvanl anmış imtina məktubuna uyğun əsaslandırılmışdır.
7. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə "xxxx" ASC-nin təsis sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Məktuba əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin X2 Bakı Bölgə Şöbəsinin X1 Reyestrindən çıxarışdan görünür ki, "xxxx" ASC kimi 04 aprel 2003-cü ildə 0103-p/o37526 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir (İlkin qeydiyyat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində D-3278 saylı şəhadətnamə ilə xx.xx.2001-ci ildə aparılmışdır).
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6483/2021 nömrəli, 13 o ktyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddiа təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlər (xx.xx.1978-xx.xx.1979; xx.xx.1979-xx.xx.1980; xx.xx.1983-xx.xx.1983; xx.xx.1983-xx.xx.2006;-25 il 1 ay 1 gün), təhsil müddəti (xx.xx.1977-dən -xx.xx.1978-dək – 10 ay 13 gün) və hərbi xidmət dövrü (xx.xx.1980-xx.xx.1982 - 02 il 35 gün) də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 28 il 19 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabin etinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində də (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edil məsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-616/2022 saylı, 9 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov-sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6483/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. İmtina mək tubunun və apelyasiya şikayətinin dəlillərinə əsaslanan kassasiya şikayətində iddiaçının təqdim etdiyi 30 avqust 1978-ci il tarixli əmək kitabçasında onun xx.xx.1983-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə onun işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin 1999-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci ma ddəsində qeyd edilənlər istisna olmaqla) xx.xx.1999- xx.xx.2006-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Qeyd edilən səbəbdən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (20 il 9 ay 7 gün) təşkil edir.
15. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 41000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15827,43 manat təşkil edir.
16. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilən dəlillərə hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir.
17. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 1.0.8, 9.1, 9.8-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıs ı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Ə mək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan i şçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
21. Əmək pensiyaları haqqında” Qanu nun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlər lə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
23. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndi: Əmək kitabçası iş stajını təsdiq edən sənəddir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xi dmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 25. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyib sə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali M əhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızd ırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və x üsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi stajının mövcud olmaması və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimu m məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin kassasiya şikayətində təkrarladığı dəlillərə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra- Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanun un qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
36. Eyni zamanda, bu qərarın 19-24-cü bəndlərində istinad olunan normaların müddəalarından da göründüyü kimi, əmək pensiyasının təyini zamanı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə a lınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
37. Hazırkı mübahisəyə münasibətdə əmək kitabçasının məlumatlarına əsasən iddiaçı cavabdehin mübahisələndirdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və həmin dövrdə tələb olunan tam iş stajını toplamışdır.
38. Bundan başqa, həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa əmək pensiyası hüququnu “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən (xx.xx.2006-cı il tarixə kimi) qazandığından, “Əmək pensiyaları haqqında” Qanunun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına i mkan verməsi ilə bağlı tələbi ona münasibətdə tətbiq edilə bilməz.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
40. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-616/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.