Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-951/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi; yaşa görə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-215/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, Щ 024943 nömrəli diplomun, xx.xx.1975ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin və xx.xx.1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətlərinə əsasən o, 1971-ci ildə Bakı Politexnikumunun gündüz şöbəsinə daxil olmuş, 1975-ci ildə həmin texnikumun İnşaat materialları sənayesinin maşın və avadanlıqları ixtisası üzrə tam kursu bitirmiş və ona texnik-mexanik ixtisası verilmişdir, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Astara sovxozların tikinti idarəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Telman” çayçılıq sovxozunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Ust-Kanskiye RO “Kənd təsərrüfatı kimyası”nda, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Telman” çayçılıq sovxozunda, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək X1 İstismarı İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Astara rayon Təmir-X2, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Lənkəran Rayonlararası Təmir-X2, xx.xx.1993- cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Telman” çayçılıq sovxozunda işləmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan bundan imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən 25 il 4 gün stajı olduğu halda 1979-1996-cı illərdə cəmi 4 il 7 ay məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi mövcuddur. Bu səbəbdən ona yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək texnikumda təhsil aldığı illərin, hərbi xidmətdə olduğu dövrün və işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yar andığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Astara rayonunun Telman kəndində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Astara rayonu, Çayoba kəndində yaşayır. 1971-1975-ci illərdə Politexnik texnikumunun günduz şöbəsini bitirmişdir. 1975-1977-ci illərdə 2 il SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İlk əmək fəaliyyətinə 16 avqust 1977-ci ildən başlamış və Astara rayon Su İdarəsi çayçılılıq sovxozunda işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək “Telman” adına çayçılıq sovxozunda işləmişdir. Daha sonra xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək X3 qovşağında işləmişdir. xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək Astara “Telman” sovxozunda iş fəaliyyətini dayandırmışdır. Onun yuxarıda qeyd etdiyi yerlərdə işləməyini əmək kitabçası təsdiq edir. Beləliklə, işlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Hazırda o, pensiyaya çıxmaq üçün lazımi sənədləri toplayıb, Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X4 Lənkəran şəhər filialına təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF X4 Lənkəran Şəhər filialı tərəfindən ərizəsinə rədd cavabı verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına im kan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası, hərbi bilet) əmək stajı 25 il 4 ay təşkil edir. Bunun üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etməyini tövsiyyə etmişlər.. 5.Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində ə mək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəx slərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının ümumi iş stajı arxiv arayışı, əmək kitabçasındakı əmrlər əsasında və hərbi biletdə qeyd olunmuş illər əsasında 24 il 11 ay 5 gündür. Mübahisəsiz sosial sığorta stajı 18 il 2 ay 9 gündür: xx.xx.1971-xx.xx.1975-ci illərdə təhsil aldığı müddət - 3 il 9 ay 27 gün, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmət dövrü - 1 il 11 ay 12 gün, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək “Su Sovxozu”nda işlədiyi dövrdə əmək haqqı aldığı - 10 ay (1979-cu i ldə iyun, iyul, sentyabr, oktyabr, noyabr ayları, 1980-cı ildə mart, may, iyun, iyul, avqust ayları), xx.xx.1980-xx.xx.1982-ci il illərdə “Telman” adına çayçılıq sovxozu”nda işlədiyi müddət - 1 il 1 ay (1981 -ci ildə yanvar- sentyabr, noyabr, dekabr ayları, 1982-ci ildə yanvar və fevral ayları), xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək əmrdə olduğu kimi “Telman” adına çayçılıq sovxozu”nda işlədiyi müddət - 10 ay (1982-ci ildə oktyabr, noyabr, dekabr ayları, 1983-cü ildə yanvar-iyul ayları), əmək kitabçasında qeyd olunmuş xx.xx.1983- xx.xx.1989-cu illərdə “X1 İstismarı İdarəsi”ndə əmək haqqı aldığı müddət – 4 il 7 ay (1984-cü ildə 12 ay, 1985-ci ildə 12 ay, 1986-ci ildə 12 ay, 1987-ci ildə 12 ay, 1988-ci ildə yanvar, fevral, aprel, iyun, iyul, sentyabr, oktyabr aylarında), əmək kitabçasın da qeyd olunmuş “X1 İstismarı idarəsi”ndə xx.xx.1989xx.xx.1993-cü illərdə əmək haqqı aldığı müddət - 3 il 4 ay 19 gün (1989-cu ildə sentyabrdekabr, 1990-cı ildə 12 ay, 1991-ci ildə 12 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 19 gün), xx.xx.1993-xx.xx.1996-cı il tarixədək “Telman adına çayçılıq sovxozu”nda işlədiyi müddətdə əmək haqqı aldığı müddət - 1 il 8 ay 11 gün (1993-cü ildə 11 ay 11 gün, 1994-cü ildə yanvar-sentyabr aylarında). Mübahisəli sosial sığorta stajı 6 il 8 ay 26 gündür: xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək “Su Sovxozu”nda işlədiyi dövrdə əmək haqqı almadığı dövr - 2 il 2 ay 14 gün (1977-ci ildə 4 ay 14 gün, 1978-ci ildə 12 ay, 1979-cu ildə yanvar-may, avqust, dekabr, 1980-cı ildə yanvar, fevral, aprel aylarında), xx.xx.1980xx.xx.1982-ci il illərdə “Telman adına çayçılıq sov xozu”nda işlədiyi müddət - 5 ay 14 gün (1980-ci ildə sentyabr-dekabr, 1981-ci ildə oktyabr, 1982-ci ildə mart ayında 22 gün), əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək “Serxozximiya”da işləməsinə dair əmr və əmək haqlarının hüquqi ünvanı məlum olmadığı dövr - 5 ay 6 gün, əmək kitabçasında qeyd olunmuş, xx.xx.1983-xx.xx.1989-cu illərdə “X1 İstismarı İdarəsi”ndə işlədiyi dövrdə əmək haqqı almadığı müddət - 9 ay 27 gün (1983-cü ildə 4 ay 27 gün, 1988-ci ilin mart, may, avqust, noyabr, dekabr ayları), əmək kitabçasında qeyd olunmuş, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “Astara rayon Təmir İstismar İstehsalat Birliyi”ndə işləməsinə dair əmr və əmək haqqı kitabları olmadığı dövr - 7 ay 29 gün, xx.xx.1993-xx.xx.1996-cı il tarixədək “Telman” adına çayçılıq sovxozu nda işlədiyi müddətdə işdən çıxma əmri əmək kitabçasında xx.xx.1996-cı il qeyd olunduğu halda arxiv kitablarında xx.xx.1996-cı il qeyd olunmuşdur, həmin müddətdə əmək haqları almadığı müddət - 2 il ay 26 gün (1994-cü ilin oktyabr-dekabr, 1995-ci ildə 12 ay, 1996-cı ildə 10 ay 26 gün). Həmçinin İddiaçı xx.xx.1993-xx.xx.1996-cı il tarixlərdə “Telman” adına çayçılıq sovxozunda işlədiyi müddətdə işdən çıxma əmri əmək kitabçasında xx.xx.1996-cı il qeyd olunduğu halda, arxiv kitablarında xx.xx.1996-cı il qeyd olunmuş və yoxlama zamanı arxiv arayışı öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasını n təyin edilməsi mümkün olmamışdır. 6.Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 29 iyun 2022-ci il tarixli, 21(120)-422/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı texnikumda təhsil aldığı illər, hərbi xidmətdə olduğu dövr və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulması qərara alınmışdır. 7.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun ol madığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. 8.Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının texnikumda təhsil aldığı illər, hərbi xidmətdə olduğu dövr və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır.
10. C avabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-215/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər M.K.Həsənov /sədrlik edən və məruzəçi/, Z.M.Allahyarov və O.N.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-422/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.Əlavə olaraq iddiaçının əmək kitabçasına əsasən işlədiyi 19791996-cı illərdə cəmi 4 il 7 ay məcburi dövlət sosial sığorta haqlarının ödənilmiş olması barəd ə cavabdehin imtinasının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının işəgötürənlər tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı inzibati orqan tərəfindən görülməli müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti imtina məktubunun və cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etirazın məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fi ziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bə rpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 18. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1993-cü ilədək qüvvədə olmuş "Dövlət pensiyaları haqqında" SSRİ Qanunu. Maddə 1. v) bəndinə görə, ali, orta ixtisas təhsil müəssisələrində, məktəblərdə və kadr hazırlığı kurslarında təhsil alanlar dövlət pensiyası hüququna malikdirlər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayıl an digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alı nır.
20. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında əsasnamə"nin 109-cu bəndinə görə, ali və orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.) partiya məktəblərində, sovet partiya məktəblərində, həmkarlar hərəkatı məktəblərində, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və klinik ordinaturada olma müddətləri də ümumi iş stajına daxil edilir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yet irilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır....
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qa ydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəm əsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
32. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının 25 ildən az sığorta stajı olması barədə cavabdehin dəlilləri yoxlanılmış, dəlillər təsdiqini tapmamış, iddiaçının təhsil, hərbi xidmət və iş illəri ümumilikdə 1 yanvar 2006-cı ilə qədər 25 ildən çox olmuşdur.
33. Cavabdeh əmək haqqı cədvəlləri olmadığına görə iddiaçının 1983-1989-cu illərə aid sığorta stajını qəbul etməmiş, apelyasiya məhkəməsinin araşdırması ilə iddiaçının həmin i llərdə əmək fəaliyyəti ilə məşğul olması təkzib olunmaz dəlillərlə sübuta yetmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yolverilməzdir.
35. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 2-1(106)-215/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.