Məhkəmə qərarları › İş №2-1(102)-952/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-952/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-952/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh X2 Xidmətinə (üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə)qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 Xidmətinə (üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə) qarşı “hərəkətin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2-1(103)-2738/2018 saylı qərardadından iddiaçı tərəfindən verilm iş kasasiya şikayətinə əsasən işə 27 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin iddiaçının adına 01 sentyabr 2014-cü il tarixində daxil edilmiş əmək müqaviləsi bildirişinin etibarsız sayılmasına dair hərəkətinin qanunsuz hesab edilməsi, işəgötürənlə iddiaçı arasında bağlanmış (əmr 01/29, 25.08.2003-cü il), 2009-cu ilin 01 sentyabr tarixində yenidən bağlanmış əmək müqaviləsinə dair və 2014-cü ilin 01 sentyabr tarixində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin sistemdə bərpa e dilməsi, cavabdehin qanunsuz hərəkəti nəticəsində dəymiş maddi ziyanın əvəzinin həmin orqandan tutularaq iddiaçıya ödənilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12.10.2018-ci il tarixli iş № 2-1(81)-1283/2018, (sədrlik edən hakim M.Hacıbəyova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.10.2018-ci il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13.11.2018-ci il tarixli iş № 2-1(103)-2738/2018 (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərardadı ilə birinci instansiya məhkəməsinin 12.10.2018-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,qərardadda göstərilən “2014-cü ilin sentyabr tarixində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin sistemdə bərpa olunması, iddiaçı ilə “xxxx” MMC arasında əmək müqavilələrinin bərpa edilərək davam etməsi deməkdir» qənaəti səhvdir və qanuna uyğun deyildir. Belə ki, onun iddia tələbində “işə bərpa olunmaq və işəgötürəndən m əcburi buraxılmış iş günlərinə görə kompensasiyanın ödənilməsinə” dair tələb yoxdur. İddia dövlət orqanının Əmək Məcəlləsinin 49.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalara” tamamilə zidd olan qanunsuz hərəkətinə yönəlib və bu hərəkətin ləğv olunması tələbi irəli sürülür. Eyni zamanda, dövlət orqanının hərəkəti nəticəsində ona dəymiş ziyanın - onun stasionar müalicədə olduğu dövrdə müvəqqəti əmək qabiliyyətini itirməyinə görə ödənilməli olan sosial müavinətin (xəstəlik vərəqələrinə əsasən vəsaitin - bülleten pullarının) həmin dövlət orqanı tərəfindən ödənilməsi tələbi irəli sürülür. Qərardadda göstərilən “Əmək münasibətinə xitam verilməsinin qanunauyğun olmasına artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları il ə məhkəmələr tərəfindən qiymət verilmişdir” cümləsi səhvdir. Belə ki, onunla “xxxx” MMC arasında bağlanmış (əmr 01/29, 25 avqust 2003-cü il) və 01 sentyabr 2009-cu il tarixində yenidən bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Qərardadda göstərilən “Eyni zamanda məhkəmələr tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi təsdiq edildiyi üçün həmin əmək müqaviləsinə dair bildirişin cavabdeh tərəfindən etibarsız hesab edilməsi ilə iddiaçının subyektiv hüquqları pozulmamışdır” qənaəti də səhvdir və qanuna ziddir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidməti yuxarıda sadalanan qanunsuz hərəkətləri məhkəməyə iddia verilməmişdən və məhkəmə qərarlarından əvvəl etmişdir. Eyni zamanda, iddiaçının işəgötürənə qarşı verdiyi iddia tələbləri işə bərpa və məcburi buraxılmış iş günləri üçün, habelə vurulan mənəvi zərərə görə kompensasiyanın ödənilməsinə dair olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi 13 noyabr 2018-ci il tarixli, 2-1(103)-2738/2018 nömrəli qərardadını ləğv olunması və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin ed ilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi Nümayəndə mə hkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 13 noyabr 2018-ci il tarixli, 21(103)-2738/2018 saylı qərardadla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2-1(81)-1283/2018 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 35.1, 35.3-cü maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, iddiaçının kasasiya şikayətindəki dəlillərinin əsas məğzi ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 mart 2016-cı il tarixli, 2(005)-1394/2016 saylı qətnamə ilə həll edilmiş İddiaçı orada iddiası tamamilə fərqli olmaqla, onların arasında bərabərlik işarəsi qoymaq düzgün deyil, bunlar eyni iddialar deyillər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, İddiaçı cavabdeh Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin iddiaçının adına 01 sentyabr 2014-cü il tarixində daxil edilmiş əmək müqaviləsi bildirişinin etibarsız sayılmasına dair hərəkətinin qanunsuz hesab edilməsi, işəgötürənlə iddiaçı arasında bağlanmış (əmr 01/29, 25 avqust 2003-cü il), 2009-cu ilin 01 sentyabr tarixində yenidən bağlanmış əmək müqaviləsinə dair və 2014-cü ilin 01 sentyabr tarixində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin sistemdə bərpa edilməsı, cavabdehin qanunsuz hərəkəti nəticəsində dəymiş maddi ziyanın əvəzinin həmin orqandan tutularaq iddiaçıy a ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi onunla “xxxx” MMC arasında mövcud olmuş əmək münasibətlərinin bərpa edilməsi məqsədini daşıyır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış (əmr 01/29, 25 avqust 2003-cü il), 01 sentyabr 2009-cu il tarixində yenidən bağlanmış əmək müqaviləsinə dair və 01 sentyabr 2014-cü il tarixində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin sistemdə bərpa edilməsi iddiaçı ilə “xxxx” MMC arasında əmək münasibətlərinin bərpa edilərək davam etməsi deməkdir. Halbuki iddiaçı ilə “xxxx” MMC arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinin qanunauyğun olmasına artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə məhkəmələr tərəfindən qiymət verilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 mart 2016-cı il tarixli, 2(005)1394/2016 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əmək qabiliyyətinin olmaması ilə xəstəlik vərəqələrinə (bülletenlərinə) görə ödənişin edilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşə baxılan zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış 01 sentyabr 2009-cu il tarixli, 175 saylı əmək müqaviləsi özü- özlüyündə etibarsızdır, həmin müqavi lə özü-özlüyündə etibarsız olduğuna görə iddiaçının Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə bərpa edilməsi mümkün deyildir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 mart 2016-cı il tarixli, 2(005)-1394/2016 nömrəli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4250/2016 nömrəli, 31 may 2016-cı il tarixli qətnaməsi ilə qüvvədə saxlanmışdır. Apelyasiya instansiyası məhkəməsi də “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 01 sentyabr 2009-cu il tarixli, 175 saylı əmək müqaviləsinin özü-özlüyündə etibarsız alması nəticəsinə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının qeyd edilən qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(102)-4827/16 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Ali Məh kəmə öz qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, eyni zamanda işəgötürən işçilərin hüquqlarının könüllü birliyi olan komitənin sədri vəzifəsinə bərpa olunma barədə tələbə cavab verməli olan şəxs hesab edilə bilməz, həmçinin işəgötürənin səhvi ucbatından həmkarlar ittifaqı komitəsinin sədri ilə əmək müqaviləsinin bağlanması, ona işəgötürən tərəfindən əmək haqqı ödənilməsi və həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsinin müəssisənin ştat cədvəlində əks olunması həmin vəzifənin statusunu və təyinatını dəyişdirə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 01 sentyabr 2009-cu il tarixli, 175 saylı ə mək müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, iddiaçının işə bərpa edilmə tələbinə həmin əmək müqaviləsini vaxtilə bağlamış “xxxx” MMC-nin cavab verməli olan şəxs hesab edilməməsi məsələlərinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verildiyi üçün cavabdehin iddiaçının adına 01 sentyabr 2014-cü il tarixində daxil edilmiş əmək müqaviləsi bildirişinin etibarsız sayılmasına dair hərəkətinin qanunsuz hesab edilməsi, işəgötürənlə iddiaçı arasında bağlanmış (əmr 01/29, 25 avqust 2003-cü il), 2009-cu ilin 01 sentyabr tarixində yenidən bağlanmış əmək müqaviləsinə dair və 2014-cü ilin 01 sentyabr tarixində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin sistemdə bərpa edilməsi məsələsinə baxılması hüquq nöqteyi-nəzərindən əhəmiyyət kəsb etmi r. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, məhkəmələr tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi təsdiq edildiyi üçün həmin əmək müqaviləsinə dair bildirişin cavabdeh tərəfindən etibarsız hesab edilməsi ilə iddiaçının subyektiv hüquqları pozulmamışdır, buna görə də cavabdehin həmin hərəkəti nəticəsində iddiaçıya vurulmuş hər hansı bir maddi zərərin tutulması subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-c-i maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2-1(103)2738/2018 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıkasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 21(103)-2738/2018 saylı qərardad ı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar