Məhkəmə qərarları › İş №2-1(102)-952/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-952/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-952/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə bələdiyyə qərarının ləğv edilməsi, iddianın subyektiv hüquq və müddətlə bağlı xüsusi mümkünlük şərtlərinin yoxlanılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2, üçüncü şəxs X9 və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə (X9 üçüncü şəxs olmaqla) qarşı Cavabdeh xx. xx.2014-cü il tarixli 04 nömrəli qərarının ləğv edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-702/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 1999.94 kv.m. həyətyanı torpaq sahəsi verilmiş və adına A seriyalı xxxx nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə 34 nömrə ilə uçota alınmışdır. Bundan başqa, cavabdeh Ucar rayon Bərgüşad bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 04 nömrəli qərarı ilə üçüncü şəxs X5 bələdiyyə ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha həyətyanı torpaq sahəsi satılmış, DTXK-nın Ucar rayon şöbəsi və Bərgüşad bələdiyyəsi tərəfindən satılacaq torpaq sahəsinin sxemi hazırlanaraq təsdiq edilmişdir. Torpaq sahəsinin dəyəri olan 300 manat vəsait X9 tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. V.Ədilovun satın aldığı 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 15.5 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış verilmiş və fərdi yaşayış evinin texniki pasportu hazırlanmışdır. İddiaçı daşınmaz əmlakla bağlı yaranmış mübahisəli məsələnin həllinə köməklik göstərilməsi ilə bağlı Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli **********26 nömrəli məktubla bildirmişdir ki, A seriyalı xxxx nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində mövcud deyildir. Bundan başqa, torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlar xx.xx.2018-ci il tarixdə X4 adına qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bundan sonra, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli N**********26 saylı rəsmi məktubu nəzərə alınma qla X5 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən RF seriyalı, ******* nömrəli Çıxarışın, torpaq sahələri üst-üstə düşdüyündən ləğv olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə yeni iddia ərizəsi təqdim edərək, Ucar rayon Bərgüşad bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 04 nömrəli iclasının Protokolundan verilən “çıxarışın” ləğv edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ucar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 11 saylı qərarına əsasən Ucar rayon, Bərgüşad kəndi ərazisindən ona 1999.94 kv.m. həyətyanı torpaq sahəsi verilmiş və adına A seriyalı xxxx nömrəli torpaq sah əsinin planı və ölçüsü hazırlanaraq, xx.xx.2014-ci il tarixdə Dövlət Torpaq Kadastrı kitabında 34 nömrə ilə uçota alınmışdır. Həmin torpaq sahəsinin bir hissəsi X9 tərəfindən zəbt edilib və hal-hazırda orada qanunsuz olaraq tikinti işləri aparılır, nə o, nə də ki ailə üzvləri qeyd edilən sahəyə buraxılmır. Bu səbəbdən də o, öz torpağından istifadə edə bilmir və ailələri arasında mütəmadi olaraq mübahisələr yaranır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. İşə üçüncü şəxs qismində cəlb edilmiş X9 ərizə ilə birinci instansiya məhkəməsi nə müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, o, həmin torpaq sahəsini qanuni qaydada almışdır və buna dair sənədləri var. Bu iş üzrə iddiaçının digər ailə üzvləri oxşar iddia ərizəsi ilə məhkəməyə müraciətlər etmiş, həmin işlər üzrə ekspertiza keçirilmiş və torpaq sahəsinin ona aid olmasına dair rəy verilmişdir. Buna görə iddiaçının tikintinin sökülməsi, torpaq sahəsindən çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddiası Ucar Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixdə qətnaməsi ilə rədd edilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-332/2019 nömrəli qərarı ilə (hakim: R.A.Məcidov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 04 nömrəli qərarının İddiaçı A seriyalı xxxx nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən və X=739622,0710 Y=4476653,9620, X=739626,4001 Y=4476664,1868, X=739656,5358 Y=4476658,4597 və X=739649,2480 Y=4476641,3070 koordinatlarda yerləşən 445 kv.m. torpaq sahəsinə münasibətdə ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi, mütəxəssisə ödənilməli olan 102,74 manat haqqın məbləğinin cavabdeh Ucar rayon Bərgüşad bələdiyyəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (VÖEN **********, Kapitalbank ASC-nin Xətai Filialı, Filialın Kodu: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın Hesabı: AZ23AİİB********************) ödənilməsi qər ara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi 2014-cü ildən əvvəl iddiaçının mülkiyyətində olmuşdur və 2014-cü il tarixədək torpaq sahəsinin bələdiyyəyə aid olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Bələdiyyə tərəfindən mübahisə predmeti olan qərarla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan və bununla bağlı adına mülkiyyət sənədi tərtib olunduğundan həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması istisna edilir və mütəxəsis rəyinə əsasən bələdiyyə qərarı 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin həmin qərarından üçüncü şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-702/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və V.İ.Məlikov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-332/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, ap elyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********26 nömrəli məktubunda bildirilmişdir ki, A seriyalı xxxx nömrəli torpaq sahəsinin plan və ölçü sənədi ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nin Ucar rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində mövcud deyildir. Yəni, iddiaçı tərəfindən heç bir hüquqi əsası olmayan A seriyalı xxxx nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən əsassız olaraq iddia qaldırılmışdır. Lakin hansısa səbəbdən məhkəmə tərəfindən bu məsələyə heç bir hüquqi qiymət verilməmişdir. Bundan başqa, iş materiallarından da göründüyü kimi, A seriyalı xxxx nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin natu rada sərhədlərinin iddiaçıya ayrılıb verilməsi barədə, eyni zamanda həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici müvafiq sənədlər yoxdur. Odur ki, A seriyalı xxxx nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin iddiaçıya həyətyanı sahə kimi verilməsi tam qanunsuz və əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəb ul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsin in qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, bu Mə cəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubol maması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqq ətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. İddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarın ləğv edillməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahisə ilə bağlı iddiaçının hüququ publik hüquqdan ir əli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alındığında baxılan iş üzrə yoxlanılmalı ol an ilkin mümkünlük şərti iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olub-olmamasıdır. İddiaçı, Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı və A seriyalı xxxx nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinadən onun mülkiyyətində olan torpaq sahəsinin Bərgüşad Bələdiyyəsi tərəfindən qanunsuz olaraq üçüncü şəxsə satıldığını iddia edir və qərarın ləğv olunmasını tələb edir. Üçüncü şəxs apelyasiya şikayətində iddiaçının istinad etdiyi A seriyalı xxxx nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsindən təhvil verilmiş arxiv sənədlərində mövcud olmadığına istinad edərək iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hüququnun olmadığını bildirir. İş material larında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********26 nömrəli məktubundan görünür ki, ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində iddiaçının istinad etdiyi torpaq sahəsinə dair A seriyalı xxxx nömrəli plan və ölçü sənədi tərtib edilməsi barədə məlumat yoxdur. İPM-in 87.8-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya ş ikayəti üzrə işə yenidən baxılmasının hədlərini nəzərdə tutan İnzibati Prosessual Məcəllənin 82-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati-Prossesual Məcəllənin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mah iyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mübahisələndırmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq sə lahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin sadalanan normalarının tələbləri pozulmuş, qərarda iddiaçının subyektiv hüququ ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibət bildirilməmiş, bununla bağlı araşdırma aparılmamış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********26 nömrəli məktubun da qeyd edilən məlumata əhəmiyyət verilməmiş, Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarının arxiv surəti tələb olunmaqla tədqiq edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında da dəfələrlə qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul edilməsini nəzərdə tutur (Viktor Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli və s. Qərarlar). Qərarın ədalətliliyi isə onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında ” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar. (X6rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. (Kraska İsveçrəyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərar, § 30). Apellyasiya şikayətində üçüncü şəxs iddianın digər əsasla da mümkünlüyünü mübahisələndirərək, iddia müddətinin ötürüldüyünü qeyd etmişdir. Apelyasiya məhəməsi isə bu dəlilə də hüquqi qiymət verməmişdir. Üçüncü şəxsin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın müddətlə bağlı şərti o halda yoxlanıla bilər ki, əvvəlcə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmiş olsun. Bu səbəbdən təkrar apelyasiya baxışı zamanı ilkin olaraq iddiaçının subyektiv hüququ araşdırılmalı, subyektiv hüququnun olduğu müəyyən edildiyi təqdirdə, iddia müddəti ilə bağlı mümkünlük şərtinə qiymət verilməlidir. İş materiallarından görünür ki, iddiaçının ailəsi ilə üçüncü şəxs X9 arasında bir neçə dəfə məhkəmə mübahisələri olmuş, iddiaçı hazırda ləğvini tələb etdiyi qərar barədə çoxdan məlumatlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçının ailə üzvü(bacısı) X2 hələ 2016-cı ildə cavabdeh X5 qarşı iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərar ı ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə ona verilən 1999.95 kv m torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixi qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarında Ucar rayon Bərgüşad bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 04 nömrəli qərarı ilə X5 bələdiyyə ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha həyətyanı torpaq sahəsi satıldığı qeyd edilmişdir. Eyni zamanda, iddiaçının özü 2018-cı ildə cavabdeh X5 qarşı iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə mür aciət edərək, Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə ona verilən 1999.94 kv m torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi və cavabdehin torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2018-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məh kəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Göründüyü kimi, işə baxan məhkəmələr iddianın mümkünlük şərtlərini yoxlamamışlar. Halbuki, iddia mümkünlük şərtlərinə cavab vermədiyi halda iddianın əsaslılığının yoxlanılması istisna edilir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası İnzibati Prosessual Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-702/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar