Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-952/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1009/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qərardadından iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı cavabdehə müraciət edərək, keçmiş gəlini üçüncü şəxs X1 yuxarıda qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh 2 avqust 2021-ci il tarixli, 101-22737M-3221 nömrəli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən iddiaçının müraciətinin icrasından imtina edildiyini bidirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 6 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı (üçüncü şəxs X3) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs in ona məxsus ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev 1975-ci ildən iddiaçının sahibliyində və istifadəsindədir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, evdə bütün kommunal xidmətlər mövcuddur və həmin xidmətlərə görə çəkilən xərcləri iddiaçı ödəyir. Evdə iddiaçı özü və ailə üzvləri yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Oğlu Vəkil2 həmin evə pasport qeydliyyatına düşmüşdür. Həmçinin, onun arvadı-iddiaçının keçmiş gəlini üçüncü şəxs iddiaçının faktiki sahibliyində və istifadəsində olan həmin evdə 2002-ci ildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Oğlu Vəkil2 4 dekabr 2015 -ci ildə Neft Daşlarında baş vermiş qəzada həlak olmuşdur. Üçüncü şəxs bu hadisədən sonra dövlət tərəfindən ona verilən 65.000 manat kompensasiyanı alaraq 14 yanvar 2017-ci il tarixdə digər ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus olan evdən getmişdir. Lakin hazırkı ünvanda parsport qeydiyyatında qalmışdır. Dəfələrlə üçüncü şəxsə qeydiyyatdan çıxması və öz mənzilinə qeydiyyata düşməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxsin qeydiyyatda qalması iddiaçı tərəfindən artıq kommunal xərclərinin ödənilməsinə səbəb olur.Buna da onun maddi cəhətdən imkanı yoxdur. Üçüncü şəxsin ayrı yaşayış sahəsi vardır və hazırda iddiaçıya məxsus olan evdə qeydiyyatının saxlanması iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziddir. Ona görə də iddiaçı cavabdehə mü raciət edərək üçüncü şəxsin ona məxsus evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etmişdir. Bundan başqa, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-10227/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X1 ona (hazırkı iddiaçıya) və qeyrilərinə qarşı «mənzilə köçürülmə tələbinə dair» mülki iş üzrə iddia tələbi təmin edilməmişdir. Həmin Məhkəmənin 2(011)-6024/2019 saylı iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdeh X2 qarşı «cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair» mülki iş üzrə iddia tələbi təmin edilmişdir. Qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, müvaf iq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 3) azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda – müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Əlavə olaraq bildirilmişdir ki, üçüncü şəxs 14 yanvar 2017-ci il tarixdən özünə məxsus olan mənzilə köçdükdən sonra, qeydiyyatda olduğu ünvandan çıxmış, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən onun mənzilə köçürülmə tələbi təmin edilməmiş, ona məxsus olan əşyalar mənzildən çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respubliksı Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İPM -in 2.2.2, 35.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1, 2.0.2-ci maddələrinə əsaslanaraq, üçüncü şəxsin ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmuşdur.
6. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10129/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim R.L.Kərimli) iddia mümkün sayılmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Xətai RİH başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 oktyabr 2021-ci il tarixli, 18 saylı məktubundan və prosesdə iştirak edən şəxslərin izahatlarından müəyyən edilmişdir ki, ünvan 2 ünva nında yerləşən ev özbaşına tikilidir. Bu xüsusat nəzərə alınmaqla və hüququnun olmaması əsası ilə hazırkı üçüncü şəxsin sözügedən tikiliyə köçürülməsi barədə iddia tələbi müvafiq mülki iş üzrə məhkəmə qətnaməsi ilə təmin edilməmişdir. Müvafiq ünvandakı ev özbaşına tikili olduğu halda, ona hər hansı şəxsin hüququ da yaranmış olmur. Məhkəmənin qənaətinə görə, qeyd olunan ünvandakı tikili özbaşına tikili olduğundan, iddiaçının sözügedən ünvanda qeydiyyatda olan başqa şəxsin (o cümlədən üçüncü şəxsin) qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud deyil.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbində qaldırılan məsələ ilə bağlı cavabdeh tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz.
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1009/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə - sədrlik edən və məruzəçi, A.P.Oruczadə və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10129/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsinin qərardadında göstərilmişdir ki, hazırki iş üzrə mübahisəli ünvanda yerləşən ev özbaşına tikili olduğundan, iddiaçı həmin evə mülkiyyət, icarə və ya istifadə hüququ olan şəxs qismində qəbul edilə bilməz.
15. İddiaçı həmin evə dair hər hansı iddia irəli sürmək üçün subyektiv hü quqa malik olmasaydı, onun üçüncü şəxsə qarşı “cehiz əşyalarının mənzildən çıxarılması’’ tələbi barədə iddiasına dair mülki işə baxan Xətai Rayon Məhkəməsi 2(011)-6024/2019 nömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hazırda qüvvədədir) iddiaçının iddia irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə həmin iddianı rədd edərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllə Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayı lır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqan larının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər
18. İnzibati Prosessual Məcəllə Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdi m (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandı rılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3cü bənd). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməl ərinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin bu qərarın 17-18-ci bəndlərində istinad olunan normaları baxımından iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququnun mövcudluğu barədə məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Belə ki, həmin normalara görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və q anunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apelyasiya məhkəməsi Mülki Məcəllənin 180.1-ci maddəsinə istinadən haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə şəxsin iddia etdiyi tələb hüququna malik olması üçün ən azından onun həmin yaşayış sahəsi üzərində qanuni istifadə hüququ (mülkiyyət, icarə və ya istifadə hüququ) mövcud olmalı v ə həmin hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınmalıdır. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından qeyd olunan yaşayış sahəsinin özbaşına tikili olduğu, həmin tikilinin rəsmiləşdirilmədiyi və bunun üzərindən iddiaçının həmin tikili üzərində hər hansı qanuni istifadə hüququnun mövcud olmadığı görünür. Bu baxımdan iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququ istisna olunur. Nəzərə almaq lazımdır ki, şəxsin tələb hüququna malik olması inzibati məhkəmə icraatında iddianın əsas mümkünlük şərtlərindən sayılır. Tələb hüququna malik olmayan şəxsin iddiası mümkün sayıla bilməz.
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün t ətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun olmuşdur. Odur ki, məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1009/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qərardad