Məhkəmə qərarları › İş №2-1(102)-952/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-952/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-952/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil kirayə müqaviləsinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3021/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərarından i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı "xxxx" İB-nin HİK-nin X3 şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətinə əsasən, birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 1-ci giriş 1-ci mərtəbədə 18 kv.m sahəsi olan 1 otaqlı 14 №-li mənzilin İddiaçı adına (HİK-nin qərarı, order əsasında sənədləşdirilməsi) qərara alınmışdır

2. Bakı "xxxx" İB tərəfindən verilmiş 02 fevral 2006-cı il tarixli, 0179 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1 nəfər ailə tərkibi ilə Xətai rayonu, Cavanşir küçəsindəki 4 saylı evdə yerləşən ailəlilər üçün yataqxananın 1-ci giriş 1cü mərtəbəsindəki yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 14 nömrəli mənzili tutmaq hüququna malikdir. Order Bakı "xxxx" İB-nin müdiriyyəti və HİK-nın 41 saylı protokolu ilə rəsmiləşdirilmiş, 09 noyabr 2004-cü il tarixli birgə qərarına əsas verilmişdir. İş yeri "xxxx" İB-i, növbə əsasında verilib.

3. Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 41 saylı 09 noyabr 2004-cü il tarixli protokolundan çıxarışa əsasən, Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən qeydiyyata salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız al ınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra yataqxanalarda boşalacaq mənzillərin qeyrişərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. 4. 07.01.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş təhvil qəbul aktının surətindən görünür ki, S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin 1 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Bakı şəhər MKTD-yə ünvanla nmış xx.xx.2019-cu il tarixli, 68/4-ç nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 10 binanın (keçmiş yataqxana) 14 saylı mənzilində 1993-cü ildən Ağdam rayon məcburi köçkünü X17 7 nəfər (özü, arvadı X14, oğlu X15, qızı X16, nəvəsi X11, nəvəsi X12 və nəvəsi X9) ailə üzvü ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil İddiaçı tərəfindən zəbt edilmişdir. Hal-hazırda da faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır.

6. Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti M KTD-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 02/47 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, "xxxx" zavodu tərəfindən ünvan 5 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin sosial xidmətlər idarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə ünvan 5 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verilə bilmir.

7. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5856/2019 nömrəli məktubundan görünür ki, məhkəmənin icraatında olmuş iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair 2(011)5856/2019 saylı mülki iş üzrə 30 avqust 2019-ci il tarixdə qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14042/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)5856/2019 nömrəli, xx.xx.2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2255/2020 nömrəli qərarı ilə Bakı Ape lyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)14042/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(011)-5856/2019 nömrəli qətnaməsi 02 iyul 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

8. Bakı şəhəri, Cavanşir küçəsi, ev 4 ünvanında qeydiyyatda olan X13, ünvan 6 ünvanında qeydiyyatda olan X1 və ünvan 7 ünvanında qeydiyyatda olan X6 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onlar İddiaçı ünvan 8 ünvanında 2018-ci ildən yaşadığını təsdiq edirlər.

9. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana, ev 4, mənzil 14-ə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müra ciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 10 yataqxana binasının 14 saylı mənzilinə dair onunla birgə kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanında yerləşən 1 otaqdan ibarət 14 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması

12. İddiaçı tələbini onunla əsasla ndırmışdır ki, o, uzun illərdir ki, "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onları mənzillə təmin edə bilmədikləri üçün yaşadıqları yataqxananın mənzilini növbəsində olduğu mənzil əvəzi olaraq Cavanşir küçəsi, ev 4, mənzil 14-ü order əsasında ona verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X4 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanla rında yerləşən yataqxanalarda hal hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır.

13. Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X3 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, mənzil 14 ona, İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır.

14. Göstərilən qərar əsasında həmin mənzilə dair onun adına order verilmişdir. Onun mənzilində, uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqları vaxtı-vaxtında o ödəmişdir. 15. 07.01.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir.

16. Bütün bunlardan sonra 2018-ci il tarixdə yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verildi. Onlar isə, mənzillərinə köçürülmüşlər.

17. Bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. cavabdehin etirazları.

18. Cavabdehin iddiaya dair etiraz ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyin in "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 10 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir.

19. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir.

20. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qruntlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Bina uzun müddət təmirsiz istismar ol unduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəx və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yüklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər.

21. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X5 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-c ü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 10 yataqxana binasının xüsusi təyinatlı mənzil fonduna aid 14 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X17, arvadı X14, oğlu Ruslan Əliyev, qızı Günel Əliyeva və 3 nəvəsi məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən qərar qəbul olunmasına baxmayaraq onlar faktiki olaraq göstərilən ünvanda yaşay ırlar.

22. İddiaçı isə ailə üzvləri ilə birlikdə faktiki olaraq xüsusi mülkiyyətində olan Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5B saylı evin ümumi sahəsi 46,57 kv.metr olan 2 otaqlı 74 saylı mənzilində yaşayır (telefon ***-***-**-**) və həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Buna baxmayaraq 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərkən İddiaçı iş materiallarına AZE № 05722243 saylı, xx.xx.2007-ci il tarixli şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir (həmin şəxsiyyət vəsiqəsi xx.xx.2011-ci il tarixdən hüquqi qüvvəsini itirmişdir). İddiaçı və onun ailə üzvləri qeyd edilən ünvanda yerləşən 14 saylı mənzildə bir gündə olsa yaşamamışlar.

23. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyac ı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçının Bakı şəhəri, ünvan 10 yataqxana binasının 14 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır.

24. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanl anmış xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Babaşova Gülnar Baba-Əli qızının adına ünvan 12 ünvanında yerləşən 74 saylı mənzil xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-73/2022 saylı iş 31 may 2022-ci il tarixli (hakim Ş.Həsənova) qərarı ilə iddia rədd edilmişdir.

27. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidm əti yataqxanada müvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılma sına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırı lmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Göründüyü kimi, həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunv ericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Əksinə iddiaçının mülkiyyətində hal-hazırda daşınmaz əmlakın olması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir.

28. Məhkəmə, həmçinin qeyd etmişdir ki, yerində müayinə zamanı mübahisəli otaqda 1993-cü ildən orada məskunlaşmış Ağdam rayonundan məcburi köçkün X7 olmasının müəyyən edilməsi həqiqətən də İddiaçı orada yaşamamasına dəlalət etməklə cavabdehin öz etirazında gətirdiyi dəlillinin, yəni 1993-cü ildən həmin mənzildə məskunlaşmış məcburi köçkün ailəsinin faktiki olaraq göstərilən ünvanda yaşamasının öz təsdiqini tapmasını ehtiva edir. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

29. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələb inin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3021/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, A.Hüseynov və S.Bəktaşi) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

32. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilər təşkil edir.

34. Əlavə olaraq, iddiaçı kass asiya şikayətində qeyd etmişdir ki, orderin etibarsız hesab edilməsi haqqında tələb orderin verildiyi gündən üç il ərzində verilə bilər. İddiaçıya 17 il bundan əvvəl order verilmiş, mübahisəli mənzilin yerləşdiyi yataqxana cavabdeh tərəfindən 7 il əvvəl balansa qəbul edilmişdir. Yaşayış sahəsinin verilməsi qaydaları və şərtləri pozulmuş olsa belə, cavabdeh tərəfindən orderin etibarsız hesab edilməsi haqqında tələb hüququnun müddəti ötürülmüşdür. Bundan başqa, məhkəmə orderin etibarlı sənəd olmasını qəbul edir, ancaq onun verilmə əsaslarının qanunsuz olduğunu sübut etməyə çalışır. Məhkəmə kollegiyası əsassız olaraq hesab edir ki, yataqxana xidməti yataqxanadır və order iddiaçıya xidməti yataqxanada yaşayış sahəsini tutmaq üçün verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş redaksiyası: Maddə

4. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşki latlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Maddə

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə

52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə

106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə

107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Maddə

108. M üəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə... işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

37. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə t utulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKMƏSİNİN MÖVQEYİ

40. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 41. 1.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.

42. Normanın tələbind ən göründüyü kimi, fəhlələr, qulluqçular və digər vətəndaşlar yataqxanalardan yalnız iş və təhsil dövründə istifadə edə bilərlər.

43. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir.

44. Həmin sərəncama əsasən, ünvan 10 ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə isə Bakı şəhər MKTD-nin balansına verilmişdir. 07 yanvar 2013-cü il tarixli təhvil-qəbul aktı əsasında ünvan 10 ünvanda yerləşən yataqxana binası ünvan 14 Təsərrüfatı Birliyinin balansına verilmişdir.

45. İşin materiallarında iddiaçı ilə əvvəlki balanssaxlayan arasında kirayə müqaviləsinin bağlandığına dair məlumat yoxdur.

46. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Babaşova Gülnar Baba-Əli qızının adına ünvan 12 ünvanında yerləşən 74 saylı mənzilə xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

47. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 1.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbi nəzərə alındıqda, cavabdehin iddiaçı qarşısında iddia olunan hazırkı məzmunda (o cümlədən, əvvəlki balanssaxlayandan hüquq varisliyi qaydasında keçən) öhdəliyi yoxdur və o, iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam qəbul edilməsi barədə müraciətin təmin edilməsindən imtina etməkdə haqlıdır.

48. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3021/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar