Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-952/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: cinayət təqibi ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamanın qeydiyyatı əsasları, şərti rentabellik, preyudisiallıq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Vergilər İdarəsinə qarşı “vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(104)-730/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə “X7 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keç irilmiş səyyar vergi yoxlamasının nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2021-ci tarixli qərar ləğv edilmişdir. 2. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” xx.xx.2022-ci il tarixli qərarla İddiaçı MMC-in vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilmiş, «X7 Kompleksi” MMC tərəfindən aşağıdakı vergilərin və digər icbari ödənişlərin az hesablandığı (və ya hesabat təqdim etməmək yayındırıldığı) artıq hesablandığı müəyy ən edilməsi, müvafiq faizlərin tutulması qərara alınmışdır. 3. “Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və qərarın icrası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilmişdir. 4. 07 mart 2024-cü il tarixli Səyyar vergi yoxlaması aktı ilə müəyyən edilir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC üzrə aktda qeyd oluna n tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 5. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Digər qeyd kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə əsasən vergilə r vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara, həmçinin həmin Məcəllənin 83.2.1-ci maddəsinə əsasən isə vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatlara əsasən hesablana bilər. Vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilmədiyi üçün yoxlama zamanı gəlir və xərclər yuxanda sadalanan maddələrə istinad edilməklə müəyyən edilmiş və vergilər hesablanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qeyri-qanu ni hesab edilərək “13 may 2024-cü il tarixli, **********183365 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən xx.xx.2017ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də aparılmış vergi yoxlamalarının nəticələrinə dair qəbul edilmiş 16 mart 2021-ci il tarixli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasında 2-1(102)-544/2022 saylı xx.xx.2022-ci il tarixli yekun qərar çıxarılmışdır. Uyğun olaraq Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi” haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin yuxarıdakı qərarını icra edərək, müəssisəyə qarşı “məsuliyyətə cəlb etmə” haqqında qərarı ləğv etmiş, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər idarələri nəinki qərarı bütövlükdə icra etmək, əksinə olaraq 2020-ci ilin yanvar ayında Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri əsas tutaraq (38.3.6-cı maddəsi) xx.xx.2022-ci il tarixdə müəssisənin iyul 2015-iyun 2022 dövrlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini qərara almışdır. Həmin yoxlamanın nəticələri üzrə 13 may 2024-cii il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul etmişdir.
8. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, uçotbaza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi xx.xx.2010-cu il tarixdə fəaliyyət növü “Buğdanın becərilməsi" olmaqla uçota alınmış və həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçı “X7 Kom pleksi" MMC-nin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m. olan "Restoran” adlı təsərrüfat subyektinin (obyektinin), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan "X7 Kompleksi” adlı təsərrüfat subyektinin (obyektinin), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m. olan “AQROPARK YEMƏKXANA” adlı təsərrüfat subyektinin (obyektinin) və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m. olan “AQROMARKET” adlı təsərrüfat subyektinin (obyektinin) uçotda olduğu müəyyən edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında 18 iyul 2022-ci il tarixli Qərarına əsasən cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin 29 iyul 2022-ci il tarixli “Səyyar vergi yoxlamasının keçi rilməsi haqqında” Qərarı ilə İddiaçındə 01 iyul 2015-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan vergi dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri 07 mart 2024-cü il tarixli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq buğda emalı sənayesi məhsullarının istehsalı, yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi və kənd təsərrüfatı bitkiləri məhsullarının emalı üzrə xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Sənədlər təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan sənədlər əsasında aparılmışdır.
9. Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-1(112)-2889/2024 nömrəli qər arı ilə (hakim X5) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin “13 may 2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv olunmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, 7 illik dövrün yoxlanılması barədə norma 2020-ci ildən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə xx.xx.2020-ci il tarixdən əlavə edilmiş həmin normaya görə, “xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Göründüyü kimi, hətta inzibati orqan 7 illik dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi hüququna malik olsaydı belə, həmin yoxlama xx.xx.2020-ci il tarixdən əvvəlki dövrü əhatə edə bilməzdi. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətə malik olduğu da cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisələndirilən qərarı qəbul edərkən, cavabdeh xx.xx.2017xx.xx.2020-ci illər i əhatə edən vergi dövrü üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğuna və bu üzdən həmin dövrün eyni əsaslarla yenidən yoxlanılmasının yolverilməz olduğuna diqqət yetirməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində də araşdırıla bilməz. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsinə dair əvvəlki iş üzrə məhkəmə icraatı zamanı iddiaçının kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olduğu, investisiya təşviqi sənədinə malik olduğu və bununla da Vergi Məcəlləsinin tələblərinə əsasən vergi öhdəliyindən azad olunduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ca vabdehin əsaslandığı istintaq orqanının qərarında da vergi yoxlamasının keçirilməsi üçün əsas qismində məhz azad olunan dövriyyənin müəyyən olunmasına, yəni əvvəlki məhkəmə icraatı zamanı müəyyən olunmuş hala istinad edilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-7304/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2-1(112)-2889/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh vergi orqanı tərəfindən iddiaçının vergilər üzrə qanunvericiliyə əməl etməsinin düzgünlüyünün yoxlanılması məqsədilə aparılmış növbədənkənar səyyar vergi yoxlamas ı, həmçinin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi vahid məlumat reyestrində qeydiyyata alınması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə Vergi Məcəlləsinin 38, 67.1, 67.14, 67.15, 83.9, 104, 108, 130.1, 159.1 və s. maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-1-ci bəndin ə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Bildirilmişdir ki, səyyar vergi yoxlaması nəticəsində Vergi Məcəlləsinin 83.9-cu, 104-cü, 105-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli Qərarlarına əsasən cəmiyyət tərəfindən 2018-ci il üzrə 55707,30 manat, 2019-cu il üzrə 44037,04 manat, 2020-ci il üzrə 5073,98 manat və 2021-ci il üzrə 5362,27 manat, cəmi 110180,59 manat mənfəət vergisinin azaldıldığı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin azaldılmasına görə 55090,30 manat maliyyə sanksiyasının tətbiq edilməli olduğu müəyyən edilmişdir.
17. Daha sonra qeyd edilmişdir ki, məhkəmə kollegiyası qərar qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış, yoxlama ilə müəyyən edilmiş vergi öhdəliyinin mahiyyətinin fərqinə varmamış və nəticədə qərar qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmənin qərarının formal olaraq preyudisial əhəmiyyətə malik olduğunu vurğulamışdır. Belə ki, məhkəmə kollegiyası vergi orqanının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin fəaliyyətinin yoxlanılması, habelə vergidən yayınma halının və vergi hüquq pozuntularının aşkar edilməsi məqsədilə həyata keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi barədə qəbul etdiyi inzibati aktın (səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarı) məhkəmədə mübahisələndirilməsi üzrə qanuni qüvvəyə minmiş qərarı ilə cinayət işinin istintaqı və şəxsin təqsirinin müəyyənləşdirilməsi ilə əlaqədar istintaq orqanının müraciəti əsasında dövrün yenidən vergi orqanı tərəfindən yoxlanılması və yoxlamanın nəticəsi üzrə qəbul etdiyi inzibati aktı fərqləndirilməmişdir. Halbuki hər iki qərar üzrə hesablanmış vergi məbləğləri bir-birindən kəskin fərqlənir. O cümlədən Ali Məhkəmənin qərarı ilə ləğv edilmiş inzibati aktda əks olunan dövrdə digər vergi məbləğlərinin yayındırılmaması faktı reallıqda istisna edilməmişdir. Belə olan halda qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı öz əhəmiyyətini itirir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
67. Vergitutma obyektinin ayrı-ay rı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. ey ni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ö dəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Mə cəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər ar asında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Mə cəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri -yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişd irilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəf indən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibka rların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktları n tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə İ. Ümumi müddəalar 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlar ının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.5-1. Bu Əsasnamən in müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əsasnaməsi
2. Baş idarənin əsas fəaliyyət istiqamətləri 2.0 Baş idarənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:... 2.0.3 Qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etməklə səyyar vergi yoxlamalarının, operativ vergi nəzarətinin və vergidən, habelə sığorta haqlarından yayınmaya qarşı preventiv tədbirlərin həyata keçirilməsini təmin etmək;
23. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə
7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları 7.0. Azərbaycan Respublikasının cinayət-pros essual qanunvericiliyində aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 7.0.4. cinayət təqibi -cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir;... 7.0.6. cinayət işi- törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur; Maddə
52. Cinayət təqibi üzrə icraatın materialları 52.1. Sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanl ar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir.... 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsin də götürülür.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şik ayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmiş, f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, iddianın təmin edilməsi əsasını düzgün müəyyən etməmişdir.
32. Hazırkı mübahisədə iddiaçının hüquqi mara ğı cavabdeh orqan tərəfindən qəbul edilmiş 13 may 2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsinə yönəlmişdir.
33. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsaslı olması qənaətinə gəlmiş və iddianın təmini əsası kimi 1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-1-ci maddəsinə əsasən reyestrə daxil edilməməsinə;
2. Yoxlanması nəzərdə tutulan dövrlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına istinad etmişlər.
34. Məhkəmə kollegiyası aşağı instan siya məhkəmələri tərəfindən iddianın təmini əsası kimi qəbul edilmiş halların hər birini şərh etməklə onlara münasibət bildirməyi məqsədə müvafiq hesab edir. 1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-1-ci maddəsinə əsasən reyestrə daxil edilməməsi
35. Hazırkı mübahisənin yaranma əsası inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar olmuşdur. 36. xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tib bi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar “Səyyar vergi yoxlamasının nəticələri haqqında” 07 mart 2024-cü il tarixli akt əsasında qəbul edilmişdir.
37. Məhkəmələr iddianı təmin edərkən bildirmişlər ki, növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başlamış, yoxlama müddətində cavabdeh 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 13 dəfə müddətin müvəqqəti dayandırılması, 1 dəfə isə (xx.xx.2023-cü il tarixdə) aktın tərtibi müddətinin uzadılması barədə qərarlar qəbul etmiş, yoxlamanın başlanması, müddətinin uzadılması, dayandırılması barədə qərarlar Reyestrə daxil edilməmişdir. Bu hal “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublik asının Qanunun 2.2-1-ci maddəsinin tələbinə ziddir. Belə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
38. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Səyyar vergi yoxlamasının nəticələri haqqında” 07 mart 2024-cü il tarixli aktda yoxlamanın istintaq orqanını qərarı əsasında aparıldığı qeyd edilmişdir. Belə ki, aktda göstərilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaq olunan İddiaçı MMC ilə bağlı cinayət işi üzrə “Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərar qəbul edilmiş və qərarın icrası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq 14 saylı Ərazi Vergi lər İdarəsinə həvalə edilmişdir (cild 1 iş vər 58).
39. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən “Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” qərar qəbul etməsi onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əsasnaməsində təsbit edilən çox saylı fəaliyyət istiqamətlərindən biridir. Həmin Əsasnamənin tələbinə görə Baş İdarə qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etməklə səyyar vergi yoxlamalarının, operativ vergi nəzarətinin və vergidən, habelə sığorta haqlarından yayınmaya qarşı preventiv tədbirlərin həyata keçirilməsini təmin edə bilər. Odur ki, “Növbədən kənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərarın icrasını Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə etməkdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi səlahiyyətli olmuşdur.
40. Növbədənkənar səyyar vergi yoxlamasının xx.xx.2022-ci il tarixdə başlanması, yoxlama müddətində cavabdehin 2 dəfə yoxlama müddətinin uzadılması, 13 dəfə müddətin müvəqqəti dayandırılması, 1 dəfə isə (xx.xx.2023-cü il tarixdə) aktın tərtibi müddətinin uzadılması barədə qərarların Reyestrə daxil edilməməsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, həm “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun, həm də Azər baycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Lakin adı çəkilən Qanunun 2.2-1-ci maddəsində, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-1-ci maddəsində təsbit edilmiş tələbə əsasən Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmaması ilə bağlı tələb cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Başqa sözlə cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların qeydiyyatdan keçirilməsi qanunvericilik səviyyəsində istisna edilən haldır.
41. Məhkəmə kollegiyası bildirir ki, cinayət təqibi dedikdə, cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyət başa düşülür. Cinayət işi cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materia lların məcmusudur. Cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar cinayət işinin tərkib hissəsi sayılır ki, bura cinayət işinin başlanması, cinayət işi əlaqədar hər hansı istintaq hərəkətlərinin aparılması daxildir.
42. Hazırkı iş materiallarında cinayət işinin başlanması barədə qərar olmasa belə, iddiaçının təqdim etdiyi iddia ərizəsində, cavabdehə ünvanlandığı məktubda (cild 2, iş vər 169-məktubun məzmunu- müəssisənin yarandığı gündən 2021-ci ilin noyabr ayınadək olan dövrünü əhatə edən bütün mühasibatlıq sənədləri, kompüter avadanlıqları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqi Coşqun Bayramov tərəfindən aktlaşdırılaraq götürülmüşdür), eləcə də cavabdehin mövqeyinin əks etdirildiyi bir çox prosessual sənədlərdə hazırkı işlə əlaqəd ar cinayət işinin olduğu və yoxlamanın məhz cinayət təqibi ilə əlaqədar aparıldığı müəyyən edilir. Başqa sözlə, iş materiallarında səyyar vergi yoxlamasının aparılma əsasının məhz cinayət təqibi ilə bağlı olduğu dolayı yolla təsdiq edilir.
43. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət təqibi çərçivəsində səyyar vergi yoxlama tədbiri keçirilməsi barədə qərar qəbul edildikdə və həmin yoxlama tədbiri vergi nəzarətini həyata keçirən hər hansı orqana həvalə edildikdə, vergi nəzarətini həyata keçirən orqanın apardığı yoxlama tədbiri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-1-ci maddəsində və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasn amənin 1.5-1-ci maddəsində əks edilmiş müddəalara uyğun olaraq, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı deyildir.
2. Yoxlanması nəzərdə tutulan dövrlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması
44. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın təmini əsas kimi istinad edilən hallardan biri də xx.xx.2017-xx.xx.2020-ci illərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması faktıdır.
45. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyinə qiymət verməzdən əvvəl iş materiallarının ətraflı təhlil edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, inzibati orqan tərəfindən İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama dövrü ərzində İddiaçı MMC mənfəət vergisinin ödəyicisi olmuşdur.
46. Məhkəmə kollegiyası inzibati orqan tərəfindən aparılmış yoxlamanı dövrlərə bölməklə mövqeyini aşağıdakı kimi şərh edir. a. 2015-2017-ci illər üzrə b. 2018-2019-cu illər üzrə c. 2020-2021-ci illər üzrə a. 2015-2017-ci illər üzrə
47. İş materiallarında iddiaçının bu dövrlərlə bağlı vergi məsuliyyətinə cəlb edildiyi təsdiq edilmir. Hətta cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması nəticəsində Vergi Məcəlləsinin 83.9, 104, 105-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2011-ci il tarixli 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli Qərarlarına əsasən cəmiyyət tərəfindən 2018-ci il üzrə 55707,30 manat, 2019-cu il üzrə 44037,04 manat, 2020-ci il üzrə 5073,98 mana t və 2021ci il üzrə 5362,27 manat, cəmi 110180,59 manat mənfəət vergisinin azaldıldığı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin azaldılmasına görə 55090,30 manat maliyyə sanksiyasının tətbiq edilməli olduğu müəyyən edilmişdir.
48. Göründüyü kimi iddiaçı tərəfindən vergilərin azaldılmasına görə vergi məsuliyyəti 2018-2021-ci illərlə bağlı təyin edilmiş, 2015-2017-ci illərlə bağlı iddiaçı hər hansı vergiyə cəlb edilməmişdir. b. 2018-2019-cu illər üzrə
49. Bu dövrlə bağlı mübahisənin həlli apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edilərək əsaslandırılmışdır. İddiaçının 2018-ci il və 2019-cu il üzrə mənfəət vergisinə cəlb edilməsi barədə vergi orqan tərəfindən qəbul edilmiş 16 mart 2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericili yinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə vergi orqanının 16 mart 2021-ci il tarixli qərarı ləğv edilmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
51. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun inzibati prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
52. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaə t edilməsinə yönəlmişdir.
53. Odur ki, məhkəmə kollegiyası bildirir ki, 2018-2019-cu illər üzrə mənfəət vergisi ilə bağlı vergi orqanının qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edildiyindən həmin dövrlərlə bağlı iddiaçı yenidən mənfəət vergisi üzrə əlavə vergi məsuliyyətinə cəlb edilə bilməz. c. 2020-2021-ci illər üzrə
54. İş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya 2020-2021-ci illər də daxil olmaqla bütün yoxlama dövrü üzrə (2018-2021) vergi hesablayarkən vergi ödəyicisinin gəlirinə şərti rentabellik göstəricisi tətbiq etməklə mənfəət hesablamışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı barəsində birbaşa şərti rentabellik tətbiq etməklə vergi qanunvericiliyinin normasını düzgün qiymətləndirməmişdir. Belə ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
56. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2020-ci il üzrə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəl irləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
57. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2020-ci ildə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Lakin cavabdeh Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmişdir.
58. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasının tələbinə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğ ul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
59. Beləliklə, Vergi Məcəlləsinin normalarından (67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur.
60. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan nor malarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tə tbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır. Odur ki, gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin təqdim edilməməsi halına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2018 və 2019-cu illər də daxil olmaqla 2020 və 2021-ci illər üzrə mənfəət vergisinin hesablanması barədə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır.
61. Məhkəmə kollegiyası İPM-in 96.7-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıd a göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(104)-730/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.