Məhkəmə qərarları › İş №2-1(102)-953/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-953/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-953/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-953/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli 2in(82)-1945/2012 saylı qərarının icrasını təmin etmədiyinə görə borclu DSM F-nin Xətai rayon şöbəsinin cərimə olunması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2834/2018 saylı qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)-1945/2012 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin İddiaçı ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xxxx 2013-cü il tarixli, 2-1inz(103)-281/2013 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2013-cü il tarixli 2-2(102)498/2013 saylı qərarları ilə təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra xxxx 2013-cü il tarixli, 2in(82)-1945/2012 saylı məktubla icra edilməsi üçün DSMF-nin Xətai rayon şöbəsinə göndərilmiş, eyni zamanda həmin iş üzrə xxxx 2013-cü il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndə rilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın keçən müddət ərzində qanuni qüvvəsini almış məhkəmə qərarını icra etmədiyini, cavabdehin məktubları əsasında yazılmış Xətai rayon İcra şöbəsinin icraata xitam verilməsi barədə 3 təqdimatın məhkəmə tərəfindən təmin edilmədiyini göstərərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)-1945/2012 saylı qərarını icra etmədiyinə görə DSMF-nin Xətai rayon şöbəsinə İnzibati Prosessual Məcəllənin 119-120-ci maddələrinə əsasən cərimə təyin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli 2in(82)-1945/2012 saylı qərardadı ilə borclu DSMF-nin Xətai rayon şöbəsinin cərimə olunması barədə iş üzrə tələbkar İddiaçı ərizəsi təmin edilməmişdir (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-1005/2017 saylı qərardadı ilə (sədrlik edən S.Q.Hüseynov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx2017ci il tarixli, 2-1(102)-1662/2017 saylı qərarı ilə (sədrlik edən R.S.Nəbizadə, hakimlər A.S.Hüseynov və X.S.Məmmədov) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xxxx 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-87/18 saylı, xxxx 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)-1945/2012 saylı qərarı ilə üzərinə qoyulmuş öhdəliyi lazımı qaydada icra etmədiyinə görə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1616/18 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.İ.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyaisya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli q ərardadı ləğv edilərək, iş təkrar apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2834/2018 saylı qərardadı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) tələbkar İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş öhdəliyi lazımı qaydada icra etmədiyinə görə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından cavabdeh Dövlət Sosial Müdaf iə Fondunun Xətai rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddiaçının cərimə təyin edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçıya, məhkəmənin qanuni qüvvəyə minmiş xxxx 2012-ci il tarixli qərarı ilə xxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmiş və pensiya təyin olunan zaman xxxx 2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17 və 71-ci maddəsinə əsasən 2004-2005-ci illər orta aylıq əmək haqqısı əsa s götürülmüş, həmçinin 01.01.2006-cı ildən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu qüvvəsini itirdiyindən, həmin normalar əsasında iddiaçının 2007-2008-ci illərdə aldığı əmək haqqı əsas götürülə bilməzdi, bununla bağlı olaraq müvafiq məktubla məhkəməyə məlumat verilmiş və qərarın qanunvericiliyə uyğun şəkildə icra olunduğu qeyd olunsa da, məhkəmə həmin halı nəzərə almamış, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçının cərimə təyin edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəb ul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhk əməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2834/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)-1945/2012 saylı qərarı ilə İddiaçı iddiası təmin edilərək, İddiaçı xxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xxxx 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin İddiaçı ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xxxx 2013-cü il tarixli, 2-1inz(103)-281/2013 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2013-cü il tarixli 2-2(102)-498/2013 saylı qərarları ilə təmin edilməmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra xxxx 2013-cü il tarixli, 2in(82)-1945/2012 saylı məktubla icra edilməsi üçün DSMF-nin Xətai rayon şöbəsinə göndərilmiş, eyni zamanda həmin iş üzrə x xxx 2013-cü il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş, iş üzrə tələbkar İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)-1945/2012 saylı qərarını icra etmədiyinə görə DSMF-nin Xətai rayon şöbəsinə İnzibati Prosessual Məcəllənin 119-120-ci maddələrinə əsasən cərimə təyin edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2in(82)-1945/2012 saylı qərardadı ilə DSMF-nin Xətai rayon şöbəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci tarixli, 2in(82)1945/2012 saylı qərarının icrası ilə bağlı məktubu və ona əlavə edilmiş sənədlər araşdırılması və müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinə göndərilməsi, mütəxəssis rəyində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)-1945/2012 saylı qərarının DSMF-nin Xətai rayon şöbəsi tərəfindən düzgün icra edilib-edilməməsi göstərilməsi və əsaslandırılması, mütəxəssis rəyi məhkəməyə təqdim edilənə kimi ərizəyə baxılması təxirə salınmış, DSMF-nin Xətai rayon şöbəsinin xxxx 2018-ci il tarixli, ***** saylı məktubuna əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2012-ci il tarixli 2in(82)-1945/2012 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra İddiaçı xxxx 2008-ci il tarixdən güzəştli şərlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və məhkəmə qərarı tərəflərindən tam icra olunmuş və bu barədə Xətai rayon İcra şöbəsinə məlumat verilmiş, İddiaçı əmək pensiyasının məbləğinin düzg ün hesablandığı bildirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin hüquqi əsası kimi İPM-nin 120-ci maddəsində nəzərdə tutulduğundan, ərizədə göstərilən mübahisə ilə bağlı “İcra haqqında” Qanunun müddəalarına istinad etməyə zərurət olmamış, cavabdeh tərəfindən icra edilməli sənəd məhkəmə tərəfindən İPM-nin 73.1-ci maddəsinə istinad edilərək qəbul edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə 2008ci il xxxx tarixdən təyin edilmiş əmək pensiyası hazırda 200.18 manat (110 manat baza hissəsi + 65,48 manat 2006-cı il xxxx tarixədək qazanılmış sığorta hissəsi + 24,70 manat 2006-cı il xxxx tarixdən sonra fərdi hesabla toplanan pensiya kapitalına əsasən müəyyənləşdirilən sığorta hissəsi) məbləğində hesablanmış, cavabdeh 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)-1945/2012 saylı qərarında nəzərdə tutulduğu kimi ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanmalı olduğu halda 2006-cı il xxxx tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına uyğun olaraq hesablanmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2013-cü il tarixli qərardadı ilə xxxx 2012-ci il tarixli məhkəmə qərarının icra edilməsi üçün borcluya 10 gün müddət təyin edilmiş, təyin edilmiş müddət ərzində borclu qoyulmuş öhdəlikləri icra etmədiyi təqdirdə barəsində İPM-in 120.3-cü maddəsi ilə müəyyən edilmiş həddə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarının icra edilməsi ilə bağlı borclu DSMF-nin Xətai rayon şöbəsinə qərardad alındığı (təqdim edildiyi) gündən 20 gün müddət təyin edilmiş, DSMF-nin Xətai rayon şöbəsinin xxxx 2018-ci il tarixli, 19/1588-01 saylı məktubu ilə bildirilmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)-1945/2012 saylı qərarı tərəflərindən tam icra edilmiş və İddiaçı xxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş dövr ərzində yaranmış fərq iddiaçıya tam ödənilmiş, halhazırda onun pensiyasının məbləği 583.44 manat təşkil edir, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarix li qərarının qanuni qüvvəyə minməsindən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq icrası təmin edilməmiş, bununla da iddiaçının hüquqları pozulmuş, məhkəmə tərəfindən icra sənədinin icra olunması məqsədilə müvafıq tədbirlərin görülməsinə baxmayaraq, qərarın icrası cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Xətai rayon şöbəsi tərəfindən təmin olunmadığı üçün cavabdeh 500 manat məbləğində cərimə olunmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəlikl ər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Məcəllənin 120.2-ci maddəsinə görə bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qəra rlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (15.2) Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir ( 15.3). “Faber Firm və Cəfərov Azərbaycana qarşı” İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin X1 Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Təbii ki, 6-cı maddənin 1-ci bəndinin məhkəmə qərarlarının icrasını təmin etmədən tərəflərə hər hansı prosessual təminatlar( ədalətli, açıq və sürətli məhkəmə baxışı) verməsini təsəvvür etmək mümkün deyil. 6-cı maddənin yalnız “məhkəməyə çıxış” və “məhkəmə prosesinin aparılması” prinsipləri ilə əlaqələndirərək şərh olunması X1 Tərəflərin Konvensiyanı ratifikasiya edərkən öz öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinin düzgün tətbiq olunmaması ilə nəticələnə bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmələr iş materiallarına istinad etməklə ərizənin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2012-ci il tarixli qərarının qanuni qüvvəyə minməsindən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq icrasının təmin edilmədiyini, bununla da iddiaçının hüquqları pozulduğu nu, mövcud qanunvericiliyin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyinin onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan etdiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosess ual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2834/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2834/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar