Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-953/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işdən azad olunma barədə əmrin ləğv olunması; işə bərpa; məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 21(103)-1240/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin **********7 nömrəli, 2019-cu il 13 iyun tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 4 saylı region üzrə X4 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən iddiaçı ilə 2012-ci il 12 iyul tarixdə bağlanmış əmək müqavi ləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilmişdir (əmrin 1.3-cü bəndi). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 15 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının işdən azad olunmağının qanunsuz hesab edilməklə cavabdehin **********7 saylı, 2019-cu il 13 iyun tarixli əmrinin ləğv edilməsini, əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 4 saylı region üzrə X4 baş məsləhətçi baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün 2019-cu il 13 iyun tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavab dehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinə əlavə və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2019-cu il 13 iyun tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 4 saylı region üzrə X4 baş məsləhətçi baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 2012-ci il 12 iyul tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır, buna baxmayaraq, iddiaçı barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir, ancaq hər hansı xidməti araşdırmanın aparılması zəruri hesab edilməmişdir. İddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdür. Həmkarlar təşkilatının onun işdən azad edilməsinə razılıq verdiyinə baxmayaraq, iddiaçı müvafiq məsələyə baxılması üçün həmkarlar iclasına dəvət edilməmişdir. Həmçinin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı müddətdə əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəblərdən iddiaçı hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əmək qabiliyyə tinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə əsası iddia tələbinin əsaslarından çıxarıb, xəstəlik vərəqəsinin təsdiqlənmiş surətinin qaytarılmasını, iddia tələbinə isə digər əsaslarla qiymət verilib tam təmin edilməsini xahiş etmişdir. İddiaçının vəsatəti təmin edilmiş, xəstəlik vərəqəsinin təsdiqlənmiş surəti iddiaçıya geri qaytarılmışdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 2019-cu il 13 iyun tarixdə "Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İşdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında X11 Xidmətinin rəisi E.Cəfərovun 2019-cu il 07 iyun tarixli, **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərildiyi kimi araşdırma zamanı müəyyən edilmişdir ki, X7 "xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti 2019-cu il 23 may tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 daxil olmuşdur. Həmin müraciətə yerində baxıb vətəndaşların müraciətinin cavablandırılması məqsədilə 2019-cu il 27 may tarixdə 4 saylı region üzrə X8 göndərilmişdir. 2019-cu il 27 may tarixdə 4 saylı region üzrə X8 daxil olmuş materialların araşdırılması baş əmək müfəttişləri X1 və İddiaçı tapşırılmışdır. Araşdırma zamanı 4 saylı region üzrə X5 əməkdaşları X və İddiaçı tərəfindən müraciətin araşdırılması üçün müəssisənin səlahiyyətli nümayəndəsinin 4 saylı region üzrə X8 dəvət olunması üçün məktub hazırlanmış, lakin məktub poçt ilə göndərilməmişdir, həmin müfəttişliyin əməkdaşı Telman Alıyevə verilmiş və ona məktubu müəssisənin rəhbərliyinə təqdim etmək tapşırılmışdır. Məktub müəssisənin mühasibi tərəfindən qəbul edilməkdən imtina edildikdən sonra poçt vasitəsilə həmin müəssisəyə göndərilmişdir. X dəvət məktubunu təqdim edərkən cəmiyyətin səlahiyyətli nümayəndəsi ilə görüşərək müəssisəyə A.Əhmədovun əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması ilə əlaqədar AR İXM-nin 192.1-ci maddəsinə əsasən 20000-25000 manat inzibati tənbeh olunacağını bildirərək məsələnin onların xeyrinə həll olunması üçün köməklik edə biləcəyini vəd edərək ondan rüşvət tələb etmişdir. Göründü yü kimi 4 saylı region üzrə X5 baş əmək müfəttişləri X2, İddiaçı və əmək müfəttişi X10 vətəndaşın müraciətinin araşdırılması zamanı nöqsanlara yol vermişlər, qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişlər, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdikləri orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 mart tarixli, 2-1(112)-161/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mövcud faktiki hallarına əsasən iddiaçı bir dövlət qulluqçusu kimi vəzifəsinin icrası zamanı öz vəzifə təlimatına uyğun olmay araq, vətəndaşın müraciəti əsasında icra etdiyi məktubu şöbənin digər əməkdaşı vasitəsilə haqqında şikayət daxil olmuş quruma göndərməklə, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, X11 tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində Dövlət qulluğu haqqında Qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri – dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2-1(103)-1240/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, istər cavabdehin ********* *7 nömrəli, 2019-cu il 13 iyun tarixli əmrinin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəddə, istərsə də 2019-cu il 13 iyun tarixli əmrin məzmununda ümumi şəkildə ifadə olunmuş əmək funksiyalarının icrasında yol verilən nöqsanlar iş materialları ilə təsdiq olunmamaqla yanaşı, cavabdeh orqan tərəfindən də iddiaya etirazın əsası kimi istinad olunan bu hallar məhkəmədə sübuta yetirilməmişdir. Məhz bu səbəbdən də işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin səhvlərini təkrarlayaraq qəbul etdiyi qərarda bu və ya digər hala istinad edə bilməmiş, yalnız “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının bəzi müddəalarının məzmununu qərarında sadalamaqla hesab etmişdir ki, apellyasiya şikayəti təm in edilməməlidir. İstər iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi, istərsə də bu məhkəmənin səhvlərini təkrarlayan apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdikləri qərarlarında nəzərə almamışlar ki, iddiaçı barəsində olan əmr ümumi ifadələrlə, yəni əmək funksiyalarının icrası zamanı guya yol verdiyi nöqsanlara istinadən əsaslandırılmışdır. Əmrdə əmək funksiyasının hansı qaydada icra edilə bilməməsi, hansı nöqsana yol verilməsi göstərilməmişdir. Belə ki, iddiaçı barəsində olan əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəd də ümumi sözlərlə əsaslandırılmışdır. Həmin sənəddən də dəqiq müəyyən edilməmişdir ki, iddiaçı hansı nöqsanlara yol vermişdir. Məhkəmə kollegiyasının iclası zamanı iddiaçı yazılı məruzənin tərtib edilməsinə əsas olmuş araşdırma materi allarının məhkəməyə təqdim edilməsinin təmin olunmasını məhkəmədən xahiş etsə də, məhkəmə həmin materialları tələb etməmiş, cavabdeh orqan tərəfindən isə həmin materiallar məhkəməyə təqdim olunmamışdır.
13. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etirazın məzmunundan, eləcə də iddiaçı barəsində olan əmrin verilməsinə əsas olmuş yazılı məruzənin məzmunundan ümumilikdə belə anlaşılmışdır ki, iddiaçının işdən azad edilməsinə iki hal və ya iki haldan biri səbəb olmuşdur. Birincisi Xin dəvət məktubunu təqdim edərkən rüşvət tələb etməsi, ikincisi isə dəvət məktubunu poçt vasitəsi ilə deyil, X vasitəsi ilə “xxxx” MMC-yə göndərilməsi. Ehtimal etsək ki, hansısa təşkilatın, hansısa əməkdaşından rüşvət tələb edilmişdir və guya iddiaçı da rüşvətin tələb edilməsində iştirak et miş, onda bu xüsusat nəinki iddiaçının işdən azad edilməsinə, eləcə də barəsində cinayət işinin başlanmasına əsasdır. Qeyd olunmuşdur ki, “yazılı məruzə”də ifadə edilən bu xüsusat yanlışdır və xidmət rəisinin subyektiv mülahizəsi olmaqla heç bir araşdırmanın nəticəsinə əsaslanmamışdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, yuxarıda istinad “yazılı məruzə”nin mətnində bu xüsusat araşdırmanın nəticəsi kimi dəqiq ifadə olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, işdə olan “xxxx” MMC-nin direktoru X tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri X ünvanlanmış, eləcə də qeyd edilən məktubda göstərilənlərin təsdiqi barədə həmin cəmiyyət tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 2020-ci il 03 fevral tarixli, 06/20 nömrəli məktubların məzmunundan görünür ki, nə iddiaçı barəsində, nə də ki, digərləri barəsində həmin cəmiyyətdən hər hansı orqana qanun pozuntusu barədə müraciət olunmamışdır. Sözügedən məktublarda, həmçinin göstərilmişdir ki, iddiaçı tərəfindən bu müəssisəyə qarşı korrupsiya və ona şərait yaradan hər hansı bir hala da yol verilməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 2019-cu il 13 iyun tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İşdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi Xn 2019-cu il 07 iyun tarixli, **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə qeyd olunmuşdur ki, 4 saylı region üzrə X5 baş əmək müfəttişləri X2, İddiaçı və əmək müfəttişi X10 vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol vermiş, qanunvericiliyin tətbiqini düzgün həyata keçirməmiş, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermişdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli), 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında ba xmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq barələrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunması xahiş edilmişdir. İddiaçı vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildiyi üçün işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında d övlət qulluğundan azad edilmə hallarına əsaslanır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
16. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;...
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan so nra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şika yət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Cavabdeh əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir.
23. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər.
24. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. 25. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. 26. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun.
27. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut işdə yoxd ur. 28. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur.
29. Beləliklə, cavabdehin əmrinin əsasları və məhkəmənin əsaslandığı hallar, həmçinin istinad etdiyi hüquq normalarının dispozisiya şərtləri “Dövlət qulluğu haqqında” Qanunun 25.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun yoxlanılmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
30. Mübahisələndirilən inzibati aktda onun faktiki və hüquqi əsası kimi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanun unun müddəalarına hər hansı istinad olmadığı halda, məhkəmələr iddiaçıya münasibətdə həmin Qanunun müddəalarını tətbiq etmiş, onların məhkəmə tərəfindən öz təşəbbüsü ilə tətbiqinin hansı zərurətdən irəli gəldiyini, məhz hansı faktiki hallara tətbiq etdiklərini və həmin faktların hansı sübutlarla təsdiq edildiyini əsaslandırmamışlar.
31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini qərarında göstərsə də, həmin dəlillərə qərarında münasibət bildirməmişdir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmini barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 21(103)-1240/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.