Məhkəmə qərarları › İş №2-1(102)-953/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-953/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-953/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə sosial müavinətin təyin edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nü mayəndəliyinə qаrşı “yaşa görə sosial müavinətin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-175/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanıda qeydiyyatda olmaqla yaşayır. (AZE ********)

2. Bakı Baş Səhiyyə İdarəsinin 41 nömrəli, 18 fevral 2019-cu il tarixli tibbi arayışına əsasən, iddiaçının 28 iyun 1992-ci il təvəllüdlü qızı X3 9 nömrəli Birləşmiş şəhər uşaq xəstəxanasının poliklinika şöbəsində 10 iyul 1992-ci il tarixdən 28 iyun 2010-cu il tarixədək “Orta dərəcəli kəmağıllıq” diaqn ozu ilə dispanser qeydiyyatda olmuşdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 117344 №-li arayışından görünür ki, X3 xx.xx.2010-cu ildən 2-ci qrup əlildir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(102)- 3260/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, həmin qərar ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı ailə başçısını itirməyə gorə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1932/2019 nömrəli, 8 avqust 2019-cu il tarixli qərarından cavabdehi n verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1932/2019 nömrəli, 8 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərarda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X3 xx.xx.1992-ci ildə doğulduğu andan xx.xx.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibbi müəssisələrdə müayinədən keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra ona (1 saylı Zona TSEK tərəfindən) xx.xx.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Beləliklə, iddiaçının qızı İddiaçı faktiki olaraq doğulduğu v axtdan kəmağıllılıq diaqnozu ilə xəstəliyi olmuş, mütəmadi müalicə olunmuş, yəni sağlamlıq imkanları məhdud olmuşdur.

5. Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 415 №-li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 21-də qeydiyyatdadır və yaşayır. Qonşuların aktına əsasən xx.xx.1992-ci il təvəllüdlü X3 8 (səkkiz) yaşa kimi onun himayəsində yaşamışdır.

6. İddiaçı sağlamlıq imkanı məhdud uşağa 8 yaşınadək qulluq etməsini əsas gətirərək ona yaşa görə (57 il 6 ay) sosial müavinətin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan isə onun övladının doğulduğu vaxtdan 18 yaşınadək dövrü üzrə sağl amlıq imkanları məhdud olmasının Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilən forma 88 arayışı üzrə təsdiq olunmamasını əsas gətirərək müraciəti təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. Bundan sonra iddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Qaradağ rayon şöbəsinin üzərinə ona yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin qoyulması barə də qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının razılığı ilə əsl olmayan cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi ilə əvəz edilmişdir.

9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə xx.xx.2020-ci il tarixdən ona yaşa görə sosial müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin əriz ə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qızı doğulduğu gündən ona orta dərəcəli kəmağıllıq diaqnozu qoyulmuş və mütəmadi dərmanlar qəbul etməklə bu günə qədər həmin diaqnoz ilə müalicə olunur. Bildirmişdir ki, Həkim Məsləhət Komissiyasının (HMK) xx.xx.2005-ci il tarixli arayışı və sonradan təkrar olaraq Bakı Baş Səhiyyə İdarəsi X2 xx.xx.2010-cu il tarixli, 560/0 saylı rəyi əsasında orta dərəcəli kəmağılıq diaqnozu qoyulmuşdur. Bakı Baş Səhiyyə İdarəsi X2 xx.xx.2010-cu il tarixli arayışı ilə ona ensefalopatiya (orqanik-reidual fonda əql inktşaf geriliyi) ilə orta dərəcəli kəmağıllılıq diaqnozu qoyulmuş və buna müvafiq ona dərmanlar yazılmışdır. X2 4030 saylı xəstəlik tarixçəsində xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi Azə rbaycan Respublikası Uşaq Nevroloji xəstəxanasında müayinə və müalicə olunmuş, evə buraxılarkən mütəmadi qəbul etməsi üçün dərman preparatları yazılmışdır. 1 saylı Zona TSEK (117344 saylı arayış) tərəfindən xx.xx.2010-cu il tarixli müayinə aktı əsasında ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Onun qızı faktiki olaraq doğulduğu vaxtdan kəmağıllıq diaqnozu ilə xəstəliyi olmuş, mütəmadi müalicə olunmuş, yəni, sağlamlıq imkanları məhdud olmuşdur. 28.06.92-ci il təvəllüdlü X3 8 yaşına kimi onun himayəsində olmuşdur. Sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 (beş) il azaldılmaqla yaşa görə müavinət təyin olunur. 01 iyul 2019- 30 iyun 2020ci illər üçün kişilər 64 il 6 ay, qadınlar 61 il 6 ay yaşa çatdıqda yaşa görə əmək pensiyası hüq uqu vardır. Bu baxımdan 61 il 6 aydan 5 il çıxıldıqda 57 il 6 ay təşkil edir. Onun bu yaşı xx.xx.2019-cu ildə tamamlanmışdır. Qeyd olunanları nəzərə alaraq o yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh ona yaşa görə sosial müavinətin təyin edilməsindən imtina etmişdir. Sözügedən müavinətin təyin olunması barədəki rəsmi müraciətlərinə cavab olaraq aldığı Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli, eləcə də bu fondun Qaradağ rayon şöbəsinin xx.xx.2020ci il tarixli məktublarından göründüyü kimi “Əlilliyi olan şəxslərin hüququ haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud, 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edildiyindən, ona yaşa görə müavinətin təyin edilməsi və yaş həddinə güzəşt in tətbiq edilməsi üçün 28.06.92-ci il tarixdə doğulduğu andan əlil olan (orta dərəcəli kəmağıllılıq) və 8 yaşınadək tərbiyə etdiyi qızının əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi sosial ekspertiza komissiyasının müayinə aktından çıxarışın təqdim olunması hüquqi əsas kimi tələb olunur.

11. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həd dində olan və həmin yaşla bağlı güzəştlər tətbiq edilən şəxslər “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Yəni bu kateqoriyadan olan şəxs kimi sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin edilə bilər. Sözügedən müavinətin təyin edilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.7-ci bəndi ilə müavinət təyin edilərkən sağlamlıq imkanlarının məhdudluğunun müəy yən edilməsi barədə tələb olunan müayinə aktından çıxarış əsas götürülür. Həmçinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli Əlavədə nəzərdə tutulmuş “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 2.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı da tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-c i il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci və 1.5-ci bəndlərinə görə 8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.02-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, iddiaçıya yaşa görə müavinətin təyin edilməsi üçün onun səkkiz yaşınadək tərbiyə etdiyi uşağın əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluqunun müəyyən edilməsi bərədə qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi-sosial ek spert komissiyasının müayinə aktından çıxarış mövcud olmalıdır. Lakin iş materiallarından görünmüşdür ki, iddiaçının xx.xx.1992-ci il təvəllüdlü qızı X1 əlilliyi xx.xx.2010-cu ildə - on səkkiz yaşı tamam olduqdan sonra müəyyən edilmişdir. Bu da iddiaçıya münasibətdə sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara edilən güzəştin tətbiq edilməsini istisna edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim – Şəlalə Həsənova) xx.xx.2021-ci il tarixli, 2-1(112)-1657/2021 saylı qərarı ilə iddia təmin edilərək, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaç ının övladı X1 xx.xx.1992-ci ildə doğulduğu andan xx.xx.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkməklə sağlamlıq imkanlarının məhdudluğu qanuni qüvvəsini almış məhkəmə qərarları ilə, həmçinin həmin uşağa 8 yaşınadək iddiaçının qulluq etməsi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəsi tərəfindən verilmiş arayışı ilə öz təsdiqini tapmışdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər – Aida Hüseyn – sədrlik edən, Mirzə Tağızadə və Azər Hüseynov) birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq xx.xx.2022-ci il tarixli, 2-1(103)-175/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərarını dəyişdirmədən saxlamışdır.

16. Məhkəmə qərarı cavabdehə xx.xx.2022-ci il tarixində təqdim edilmişdir.

17. Cavabdeh həmin qərardan xx.xx.2022-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-175/2022 nömrəli qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya yaşa görə müavinətin təyin edilməsi üçün onun səkkiz yaşınadək tərbiyə etdiyi uşağın əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış mövcud olmalıdır. Lakin iş materiallarına əsasən, iddiaçının xx.xx.1992-ci il təvəllüdlü qızı X1 əlilliyi on səkkiz yaşı tamam olduqdan sonra müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE- 01 №117344 saylı Arayışından (ilkin müayinədən keçən əlillər üçün) görünür ki, 339 nömrəli xx.xx.2010-cu il tarixli müayinə aktına əsasən P.A.Məmmədova ümumi xəstəlik səbəbindən xx.xx.2010-cu ildən müddətsiz ikinci qrup əlil müəyyən edilmişdir. Bu da iddiaçıya münasibətdə sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara edilən güzəştin tətbiq edilməsini istisna edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:... Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə

8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası... 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:... 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmə rəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq 22. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

23. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 24. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasını n Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə).

25. İnzibati Prosessual Məcəllə:... Maddə 12.1. Məhk əmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətç inin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışın ın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 31. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyini bildirib yaş həddi 5 il azaldılmaqla lazımi miqdarda sığorta stajı olmadığından yaşa görə sosial müavinət hüququ olduğunu bildirmişdir.

32. Cavabdehin dəlilinə görə iddiaçının övladının 8 yaşadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair mötəbər sübut mövcud olmamışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(102)- 3260/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qızı X3 xx.xx.1992-ci ildə doğulduğu andan xx.xx.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibbi müəssisələrində müayinədən keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra ona (1 saylı Zona TSEK tərəfindən) xx.xx.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hər bir halda iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğu öz təsdiqini tapmışdır.

34. Qanunu qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının qızının 8 yaşadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyindən, cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.

35. Qanunvericiliyin yuxarıda istinad olunan nor malarına görə apelyasiya məhkəməsi iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1 03)-175/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar