Məhkəmə qərarları › İş №2-1(102)-953/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-953/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-953/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergi lər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(104)-588/2023 saylı, 1 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1231 nömrəli qərar ilə İddiaçı istifadəsində olan Betonzavoda operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən f iziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” 003889 nömrəli, 30 yanvar 2020-ci il tarixli aktın surətindən görünür ki, Gəncə şəhər Poçt qutusu ünvanda İddiaçı məxsus ünvanda 5 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb olunması müəyyən edilmişdir. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir. 4. xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli əmək müqavilələrindən görünür ki, Aslan Paşayev xx.xx.2019-cu il tarixdən, Zaməddin Abbasov isə xx.xx.2018-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsinin işçiləridirlər. 5. 20 iyun 2012-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “"xxxx"” ASC-nin beton sexi İddiaçı icarəyə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi q anunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarın və aktın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi 5 nəfər işçinin işləməsinə dair əmək müqaviləsinin qüvvəyə minməməsi ilə bağlı operativ vergi yoxlaması nəticəsində qərar qəbul etmişdir. Fəaliyyəti zamanı tərəfindən heç bir vaxt vergi qanunvericiliyinin tələblərini pozmamış, lakin əsassız olaraq cavabdeh tərəfindən onun barəsində maliyyə sanksiyası və vergi məsuliyyətinə cəlb olunması barədə operativ vergi yoxlamasına dair **********1974 saylı qəra r və akt tərtib edilərək göndərilmişdir. Həmin qərar və akt özü-özlüyündə etibarsızdır. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdən aparılan bütün əməliyyatlar qanuni şəkildə icra olunmuş, istehsal sahəsində işləyən işçilərin hər biri ilə əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə əmək müqaviləsi bağlamış və onların məcburi dövlət ayırmaları müəyyən olunmuş qaydada icra olunmuşdur. Akta adı göstərilən X3 adlı şəxs "xxxx" kiçik müəssisəsinin işçisidir, X9 isə fiziki şəxs kimi fəaliyyət göstərir, həm də həmin vaxt "xxxx" kiçik müəssisəsinin işçisi olub. Aktda göstərilən adı yazılan 3 nəfəri isə ümumiyyətlə tanımır, onun işçiləri deyil. Vergi əməkdaşları iddiaçının icarəyə götürdüyü iş yerinə gələn zaman o, xəstə olduğu üçün evdə olmuş, həmin vaxt iş yerində heç bi r iş getməmişdir. Vergi əməkdaşları onu evdən çağırtdırmışlar və o iş yerinə gələrək əməkdaşların təklifi ilə xəstə olduğu və qohumu Məhəmmədəli müəllimin dediyi üçün göstərdikləri bütün sənədlərə imza atmışdır, lakin sənədlər ağ olmuş, heç bir yazı yazılmamışdır. İddiaçı yalnız beton sexini icarəyə götürmüşdür, həmin sahədə bir neçə istehsal sahəsi var və ola bilsin ki, həmin işçilər qeyd olunan obyektlərin işçiləri olmuşlar. Faktiki olaraq iddiaçı işləməmişdir və aktda göstərilən adamlar onun işçiləri olmamış, həmin şəxslərin adları akt imzalandıqdan sonra yazılmışdır. Bu səbəbdən də hesab edir ki, tərtib edilmiş akt və qərar etibarsız hesab edilməlidir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy i yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

9. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" ASC özünə məxsus beton sexini İddiaçı icarəyə vermişdir. İddiaçı “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizəsi ilə sahəsi 10000 m2 olan Betonzavod vergi ödəyicisin in təsərrüfat subyekti kimi uçota alınmışdır. Göründüyü kimi həmin obyekt bütövlükdə İddiaçı tərəfindən icarəyə götürülmüşdür. İddiaçı isə iddia ərizəsində ancaq beton sexin icarəyə götürdüyünü, həmin sahədə bir neçə istehsal sahəsinin olduğunu qeyd etmişdir. İddiaçı təqdim etdiyi sadələşdirilmiş vergi hesabatlarına əsasən 2019-cu ilin 1-ci rübü üzrə 30000 manat, 2019-cu ilin 2-ci rübü üzrə 15000 manat, 2019-cu ilin 3-cü rübü üzrə 20600 manat, 2019-cu ilin 4-cü rübü üzrə 91800 manat dövriyyəsi olmuşdur. Lakin 2019-cu il üzrə İddiaçı tərəfindən təqdim olunmuş hesabatların muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması bölməsində işçi sayı göstərilməmişdir. Həmçinin, iddiaçının əmək müqaviləsi bildirişinin elektron bazasının məlumatlarından da görünür ki, operativ vergi nəzarətinin həyat a keçirildiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə əmək müqaviləsi ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçisi olmamışdır. Əmək müqaviləsi bildirişinin elektron bazasında vergi ödəyicisinin, ümumiyyətlə, 2 nəfər işçisi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, ondan əvvəlki dövrlərdə heç bir işçi qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunanlardan da görünür ki, İddiaçı 2019-cu il üzrə cəmi 157400 manat dövriyyəsi olmuş, buna baxmayaraq heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. İddiaçı yoxlama dövründə heç bir işçisi olmadığını bildirsə də bəyannamədə qeyd edilən həcmdə dövriyyənin işçisiz həyata keçirilməsi mümkün deyil.

10. Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(114)-981/2020 nömrəli qərarı ilə (hakim F.C.Hüseynov) iddia tələbin in təmin edilməsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və digər sahibkarlar eyni xırdalayıcıdan növbə ilə istifadə edirlər və aktda adı olan şəxslərdən Aslan və Zaməddinin digər sahibkarla əmək müqaviləsi bağlaması onların iddiaçının işlərinə kömək göstərilmələrini istisna etmir və bu hal hüquq pozuntusu hesab edilə bilməz. Aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyekt də olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırkı halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hal isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər: (A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.H.Hüseynzadə) 24 noyabr 2020-ci il tarixli, 2-1(104)-779/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, izahat vermək şəxsin hüququdur, inzibati orqanın, o, cümlədən vergi orqanının əməkdaşı hər hansı şəxsdən məcburi qaydada izahatın alınmasını təmin edə bilməz. Digər tərəfdən, bu barədə vergi qanunvericiliyində də hər hansı məcburi göstəriş mövcud deyil. Həmçinin iş materiallarında olan İddiaçı vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi hesabatlarına əsasən 2019-cu ilin 1-ci rübü üzrə 30000 manat, 2019-cu ilin 2-ci rübü üzrə 15000 manat, 2019-cu ilin 3-cü rübü üzrə 20600 manat, 2019-cu ilin 4-cü rübü üzrə 91800 manat dövriyyəsi olmuşdur. La kin 2019-cu il üzrə İddiaçı tərəfindən təqdim olunmuş hesabatların muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması bölməsində işçi sayı göstərilməmişdir. Həmçinin, iddiaçının əmək müqaviləsi bildirişinin elektron bazasının məlumatlarından da görünür ki, operativ vergi nəzarətinin həyata keçirildiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə əmək müqaviləsi ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçisi olmamışdır. İş materialları ilə müəyyən edilir ki, vergi ödəyicisinin, 2 nəfər işçisi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, ondan əvvəlki dövrlərdə heç bir işçi qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunanlardan da görünür ki, İddiaçı 2019-cu il üzrə cəmi 157400 manat dövriyyəsi olmuş, buna baxmayaraq heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. Göründüyü kimi, iddiaçı yoxlama dövründə heç bir işçisi olmadığını bildirsə də, bəyannamədə qeyd edilən həcmdə dövriyyənin işçisiz həyata keçirilməsi faktiki cəhətdən mümkün deyildir. Bu fakt da özü-özlüyündə iddiaçının müəssisədə fiziki şəxsləri əmək müqaviləsi olmadan, həmin, şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə gəlməyə əsas verir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev (sədrlik edən və məruzəçi), R.S.Nəbizadə və S.Ə.Kərimov) 2-1(102)1023/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edi lmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2-1(104)-779/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********1231 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Betonzavoda operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə cavabdehin qənaətinə görə əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsin, yəni X5, X6, X7 və X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli, 003889 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir. Lakin işdə olan əmək müqaviləsindən görünür ki, Aslan Paşayev xx.xx.2019-cu il tarixdən, Z aməddin Abbasov isə xx.xx.2018-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsinin işçiləridirlər. Qeyd edilməlidir ki, işin sözügedən halı tam və hərtərəfli araşdırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, mübahisəli aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Yəni, cavabdeh bu məsələyə səthi yanaşmış, apellyasiya məhkəməsi isə həmin istiqamətdə araşdırma aparmamışdır. Belə ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırkı halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxslə ri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Lakin apellyasiya instansiyası məhkəməsi sözügedən hallarını tam və hərtərəfli araşdırmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətinə cavabdehin mübahisəli xx.xx.2020-ci il tarixli qərarında adı çəkilən 4 nəfərin izahatları (Ş.Nəcəfov, G. Səfərov, Z.Abbasov, A.Paşayev) əlavə olunmuş, lakin izahatlarda yazılanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, eyni zamanda kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli protokolda qeyd edilənlər də araşdırma predmeti olmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən çox sayda sübutları araşdırmamış, bunun nəticəsində də iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Gəncə Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-588/2023 saylı, 1 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.V.İsgəndərova (sədrlik edən və məruzəçi), Ş.Q.Rzquliyev və Ə.G.Abdullayev) apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(114)-981/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

19. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır, lakin qohumluq əlaqəsi yoxdur. Həmin gün onu Vidadi Novruzov ora çağırmışdı və o, orada yerləşən tamet sexini müqavilə bağlayıb icarəyə götürməli idi. Dostu Elçini də özü ilə ora aparmışdı. 5-10 dəqiqə idi ki, həmin yerdə durmuşdular, verginin işçiləri girdi və onlardan soruşdular ki, burada işləyirsinizmi və burada nə işləri var? Onlar sexi arendaya götürməyə gəldiklərini bildirdilər. Sonradan ad, soyad soruşdular, yazdılar və getdilər. Həmin vaxtı o, beton zavodda işləmirdi. 5-6 ay olar orada işləyir. Hazırda da İddiaçılə işləmir və həmin günü ora tamet sexini icarəyə götürməyə getmişdi, lakin pandemiya düşdü və iş alınmadı. O sexə gələndə İddiaçı orada yox idi, sonradan gəldi.

20. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən X11 ifadəsində qeyd etmişdir ki, o, yükdaşıma işi ilə məşğuldur. Hazırda ölkə xaricinə şəxsi tırını idarə edir. İddiaçı tanımır. Məhkəmə tərəfindən göndərilən bildiriş 10 gün bundan qabaq gəldi, o də Gəraya zəng edərək Yaşarın adına ona məktub gəldiyini bildirdi. O, beton zavodda işləmir. Gəray Səfərov onun sinif yoldaşıdır və eyni kənddə yaşayırlar. Həmin gün o na zəng etdi ki, gəl zavoda apar, bəs o orada sex götürmüşdür. O da öz maşını ilə Gərayı ora apardı. Ümumiyyətlə həmin zavodun ona hər hansı bir aidiyyəti yoxdur. Həmin vaxtı o, Bakıda işləyirdi. O, zavodda birinci dəfə idi ki, olurdu. Həmin gün onlar izahat verməmişlər və onlara vergi işçiləri tərəfindən izahat verilməsi təklif olunmamışdır. Dövlət işçiləri olduğu üçün adını və soyadını deyib, şəxsiyyət vəsiqəsini təqdim etmişdir.

21. Apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli əmək müqavilələrindən görünür ki, Aslan Paşayev xx.xx.2019-cu il tarixdən, Zaməddin Abbasov isə xx.xx.2018-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsinin işçiləridirlər. 11 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X2 adlı şəxsi tanı madığını və işçisi olmadığını, oraya iş axtarmaq üçün getdiyini bildirmişdir. 15 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X9 "xxxx" KM-nin işçisi olduğunu bildirmişdir. 19 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X3 “"xxxx"” ASC ilə icarə müqaviləsi bağlayaraq işlədiklərini, "xxxx" KM-nin işçisi olduğunu, vergi əməkdaşları gələndə də beton hazırladıqlarını, ifadəsinin məhkəmədə düzgün bildirmədiyini qeyd etmişdir. “"xxxx"” ASCnin sədri X4 apellyasiya icraatı zamanı təqdim etdiyi 27 oktyabr 2023-cü il tarixli, 12 nömrəli məktubda qeyd edilmişdir ki, rəhbərlik etdiyi ““ünvan 2 ünvanda yerləşən daşqırma sexini müqavilə əsasında İddiaçı icarəyə vermişdir. İddiaçı 30 oktyabr 2019-cu il tarixdə fəaliyyətini dayandırdığı üçün bağla nmış müqaviləyə xitam verilməsini xahiş etmiş, o da icarə müqaviləsini ləğv etmişdir, qəbul edilən avadanlıqlar isə qaytarılmışdır. Göründüyü kimi iddiaçı və digər sahibkarlar eyni xırdalayıcıdan növbə ilə istifadə edirlər və aktda adı olan şəxslərdən Aslan və Zaməddinin digər sahibkarla əmək müqaviləsi bağlaması onların iddiaçının işlərinə kömək göstərilmələrini istisna etmir və bu hal hüquq pozuntusu hesab edilə bilməz. Aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqlar ı olduğu halda bunu etməmişlər, ona görə də hazırkı halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hal isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

22. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" ASC özünə məxsus beton sexini İddiaçı icarəyə vermişdir. İddiaçı “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektin in) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizəsi ilə sahəsi 10000 m2 olan Betonzavod vergi ödəyicisinin təsərrüfat subyekti kimi uçota alınmışdır. Göründüyü kimi həmin obyekt bütövlükdə İddiaçı tərəfindən icarəyə götürülmüşdür. xx.xx.2020-ci il tarixdə tərtib olunmuş sərbəst aktda qeyd edilir ki, İddiaçı, eyni zamanda işlərin yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxs heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. Vergi Məcəlləsində işçilərdən, eləcə də vergi ödəyicisindən operativ vergi nəzarəti zamanı izahatın alınması barədə hər hansı göstəriş yoxdur. İzahat vermək işçilərin və vergi ödəyicisinin hüququ olduğu üçün vergi orqanın əməkdaşları məcburi olaraq izahatın alınmasını təmin edə bilməz. Lakin “izahat verilməmə halı” heç bir qanunvericiliyə söy kənən əsası olmadan işə baxan məhkəmə tərəfindən vergi orqanının əleyhinə olan hal kimi qiymətləndirilmişdir. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutları hərtərəfli və obyektiv araşdırmamışdır. Yalnız iddiaçının subyektiv mülahizələrini və onun asanlıqla təsir etmə imkanına malik olduğu şahidlərin izahatlarını əsas götürmüşdür. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının əmək müqaviləsi bildirişinin elektron bazasının məlumatlarından da görünür ki, operativ vergi nəzarətinin həyata keçirildiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə əmək müqaviləsi ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçisi olmamışdır. Bununla bağlı çıxarışlar tərəfimizdən dəfələrlə iş materiallarına əlavə edilib sübut kimi qiymətləndirilməsi üçün təqdim edilsə də, nədənsə məhkəmə həmin hala ümumiyyətlə qiymət verməmişdir. Nəzarət tədbirinin keçirildiyi tarixə işçinin olmaması şahidlərin izahatının da doğru olmadığını bir daha sübut edir. Əmək müqaviləsi bildirişinin elektron bazasında vergi ödəyicisinin, ümumiyyətlə, 2 nəfər işçisi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, ondan əvvəlki dövrlərdə heç bir işçi qeydiyyata alınmamışdır. Bununla yanaşı, məhkəmə bir halı diqqətə almamışdır ki, X1 və X5 "xxxx" Kiçik Müəssisəsinin işçiləri olmaları faktı həmin şəxslərin İddiaçı məxsus betonzavodda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini istisna etmir. Əlavə olaraq məhkəmə kollegiyasının diqqətinə bir nüansı çatdırmaq istəyirik. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ciil tarixli icarə mü qaviləsinə əsasən "xxxx" ASC özünə məxsus 10000 m2 beton sexini İddiaçı icarəyə vermişdir. İddiaçı “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizəsi ilə AZ 2000, Gəncə şəhəri, Poçt Qutusu ünvanında yerləşən sahəsi 10000 m2 olan Betonzavod vergi ödəyicisinin təsərrüfat subyekti kimi uçota alınmışdır. Göründüyü kimi həmin obyekt subyekti kimi uçota alınmışdır. Göründüyü kimi həmin obyekt bütövlükdə İddiaçı tərəfindən icarəyə götürülmüşdür. İşə baxan həm birinci instansiya məhkəməsi, həm apellyasiya məhkəməsi belə olan halda İddiaçı məxsus betonzavodda, eyni zamanda "xxxx" Kiçik Müəssisəsinin işçilərinin işləməsi ağlabatan deyil. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə kollegiyasının diqqə tinə çatdırırıq ki, İddiaçı (VÖEN: **********) təqdim etdiyi sadələşdirilmiş vergi hesabatlarına əsasən 2019-cu ilin 1-ci rübü üzrə 30000 manat, 2019-cu ilin 2-ci rübü üzrə 15000 manat, 2019-cu ilin 3-cü rübü üzrə 20600 manat, 2019cu ilin 4-cü rübü üzrə 91800 manat dövriyyəsi olmuşdur. Lakin 2019-cu il üzrə İddiaçı (VÖEN: **********) tərəfindən təqdim olunmuş hesabatların muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması bölməsində işçi sayı göstərilməmişdir. Əmək müqaviləsi bildirişinin elektron bazasında vergi ödəyicisinin, ümumiyyətlə, 2 nəfər işçisi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, ondan əvvəlki dövrlərdə heç bir işçi qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunanlardan da görünür ki, İddiaçı (VÖEN: **********) 2019-cu il üzrə cəmi 157400,0 manat dövriyyəsi olmuş, buna baxm ayaraq heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. İddiaçının fəaliyyət növünün (çınqıl və qum istehsalı) ağırlığı da nəzərə alındıqda, işçi olmadan bu fəaliyyətin həyata keçirilməsi yalnız əmək müqavilələrinin rəsmiləşdirilmədən, yəni qanunvericiliyin tələblərini pozmaqla qeyri-rəsmi qaydada fiziki şəxslərin işə cəlb edilməsi halında mümkün ola biləcəyi qənaətinə gəlməyə əsas verir. Məhkəmənin “vergi orqanı tərəfindən foto və video çəkiliş hüququndan istifadə edilməmişdir” dəlilinə münasibətdə bildiririk ki, operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı normalar Vergi Məcəlləsinin 50-ci maddəsində təsbit edilmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinin tələbinə görə operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin 39-43-cü və 46-49-cu maddələrinin müd dəaları tətbiq edilir. Başqa sözlə desək, operativ vergi nəzarəti zamanı münasibətləri Vergi Məcəlləsinin 50-ci maddəsi ilə yanaşı, 39-43-cü və 46-49-cu maddələri də tənzimləyir. Foto və video çəkilişin aparılmasını nəzərdə tutan 41.1-ci maddə Vergi Məcəlləsinin 39-43-cü və 46-49-cu maddələri ilə kompleks şəkildə qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 48-ci maddəsində tərtib edilən protokola dair ümumi tələblərdə foto və video çəkilişin aparılması tələblər siyahısında nəzərdə tutulmadığından səyyar vergi yoxlamaları və OVN zamanı icra olunan hərəkətlər əsasən protokol və aktlarla rəsmiləşdirilir, yalnız zərurət olduqda bu hərəkətlərlə bağlı foto və video çəkiliş aparılır. Eyni zamanda bildiririk ki, sözügedən normanın (41-ci maddə) məzmunundan da göründüyü kimi foto və ya video çəkili şdən istifadə olunması imperativ tələb kimi nəzərdə tutulmamışdır. Vergi orqanları baxış zamanı aşkar olunmuş pozuntu hallarının qeydə alınması zamanı foto və video çəkilişdən istifadəni həyata keçirməkdə səlahiyyətlidir. Bütövlükdə səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinin təsərrüfat obyektində həyata keçirildiyindən, pozuntular (və ya vergidən yayınmalar) müəyyən edilərək, nəticələrinin rəsmiləşməsinə dair qanunla konkret müddəalar müəyyən edildiyindən, (VM-nin 49-cu və 50-ci maddələri) həmin yoxlama və nəzarət tədbirləri zamanı mütləq qaydada həm də ayrıca 41-ci maddə ilə müəyyən edilmiş baxışın keçirilməsi və nəticəsi üzrə protokolun tərtib edilməsi qanunvericiliyin tələbi kimi müəyyən edilməmişdir. Məsələn, OVN tədbirinin nəticəsi üzrə akt tərti b edilir (pozuntu təsvir olunmaqla) və daha sonra yekun məsuliyyət qərarı qəbul edilir. Bir qayda olaraq VM-nin 41-47-ci maddələri nəzarət tədbirləri zamanı vergi orqanları tərəfindən həyata keçirilməsinə səlahiyyət verilmiş hərəkətləri müəyyən edir. Digər tərəfdən bildiririk ki, Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2022-ci il **********192100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.14-cü maddəsinə əsasən, nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Normadan da görüldüyü kimi, video və foto çəkilişlərin edilməsi imperativ xarakter daşımır və diskresion səlahiyyət kimi vergi orqanının ixtiyarına verilmişdir Bu məqsədlə vergi ödəy icisindən və ya onun səlahiyyətli nümayəndəsindən iltizam alınmalıdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi belə iltizamı verməkdən imtina etdikdə, çəkilişin aparılmaması barədə vergi nəzarətini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə sərbəst formada akt tərtib edilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmiş, lakin məhkəmə düzgün araşdırma aparmayaraq qanunsuz və əsassız qərar çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikas ı Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrin də (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktın ı təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul o lan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 150.1. Aşağıdakı şəxslər (v ergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşd irmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin ele ktron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüqu q normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəy işdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 12 saylı Ərazi V ergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********1231 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Betonzavoda operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə cavabdehin qənaətinə görə əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsin, yəni X12, X5, X6, X7 və X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli, 003889 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərd ə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir.

36. İş materiallarında olan əmək müqavilələrindən görünür ki, Aslan Paşayev xx.xx.2019-cu il tarixdən, Zaməddin Abbasov isə xx.xx.2018-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsinin işçiləridirlər.

37. X9 izahatında "xxxx" KM-nin işçisi olduğunu bildirmişdir.

38. X12 izahatında Yaşar adlı şəxsi tanımadığını və işçisi olmadığını, oraya iş axtarmaq üçün getdiyini bildirmişdir.

39. X3 izahatında "xxxx" ASC ilə icarə müqaviləsi bağlayaraq işdədiklərini, "xxxx" KM-nin işçisi olduğunu, vergi əməkdaşları gələndə də beton hazırladıqlarını, ifadəsinin məhkəmədə düzgün bildirmədi yini qeyd etmişdir.

40. Apellyasiya baxışı zamanı X10 verdiyi izahatında İddiaçı tanıdığını, lakin qohumluq əlaqəsi olmadığını, həmin gün onu Vidadi Novruzovun ora çağırdığını və o, orada yerləşən tamet sexini müqavilə bağlayıb icarəyə götürməli olduğunu, dostu Elçini də özü ilə ora apardığını, 5-10 dəqiqə idi ki, həmin yerdə durduqlarını, verginin işçilərinin girdiyini və onlardan burada işləyib-işləmədiklərini və burada nə işləri olduğunu soruşduqlarını, onların sexi arendaya götürməyə gəldiklərini bildirdiklərini, sonradan ad, soyad soruşduqlarını, yazıb və getdiklərini, həmin vaxtı beton zavodda işləmədiyini, 5-6 ay olar orada işlədiyini, hazırda da İddiaçılə işləmədiyini və həmin günü ora tamet sexini icarəyə götürməyə getdiyini, lakin pandemiya düşdüyündən işin alınmadığını, sexə g ələndə İddiaçı orada olmadığını, sonradan gəldiyini qeyd etmişdir.

41. Apellyasiya baxışı zamanı X11 verdiyi izahatında qeyd etmişdir ki, o, yükdaşıma işi ilə məşğuldur. Hazırda ölkə xaricinə şəxsi tırını idarə edir. İddiaçı tanımır. Məhkəmə tərəfindən göndərilən bildiriş 10 gün bundan qabaq gəldi, o də Gəraya zəng edərək Yaşarın adına ona məktub gəldiyini bildirdi. O, beton zavodda işləmir. Gəray Səfərov onun sinif yoldaşıdır və eyni kənddə yaşayırlar. Həmin gün ona zəng etdi ki, gəl zavoda apar, bəs o orada sex götürmüşdür. O da öz maşını ilə Gərayı ora apardı. Ümumiyyətlə həmin zavodun ona hər hansı bir aidiyyəti yoxdur. Həmin vaxtı o, Bakıda işləyirdi. O, zavodda birinci dəfə idi ki, olurdu. Həmin gün onlar izahat verməmişlər və onlara vergi işçiləri tərəfindən izahat verilməsi təklif olunmamışdır. Dövlət işçiləri olduğu üçün adını və soyadını deyib, şəxsiyyət vəsiqəsini təqdim etmişdir.

42. Göründüyü kimi hazırkı işdə olan sübutlarla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarın qəbuluna əsas olmuş hal-iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinin pozulması, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunmur.

43. Mübahisələndirilən qərarda cavabdehin əsaslandığı faktiki halları təsdiq edən sübutlar göstərilməmiş, həmin qərar icraat zamanı tədqiq olunmuş faktlar v ə sübutlarla əsaslandırılmamışdır.

44. İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

45. Hazırkı halda cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

46. Bundan başqa, kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 41-ci maddəsinin müddəalarının tələbinə görə, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Bu Məcəllənin 41.1-ci maddəsi il ə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.

47. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə, həm də ilk növbədə inzibati icraat çərçivəsində istifadə edilməsi üçün foto və (və ya) video çəkilişdən istifadə olunduğu qanun normasında aşkar olaraq təsbit edilmişdir. Vergi orqanının həmin səlahiyyətdən hər hansı səbəbdən istifadə etməməsi onu vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarını sübut etmək öhdə liyindən azad etmir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-588/2023 saylı, 1 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar