Məhkəmə qərarları › İş №2-1(102)-953/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-953/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-953/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə qəbulla əlaqədar keçirilmiş test imtahanında səhv olduğu müəyyən edilmiş test tapşırığının şəxsin xeyrinə hesablanması) 21.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “səhvliyi müəyyən olunmuş test tapşırığının xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizəd kimi vergi xidmətinə işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərh ələsinə buraxılması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(104)-695/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş, 69% (69 bal) nəticə göstərməklə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid balını (70%) toplamamışdır.

2. İddiaçı imtahanda ona təqdim edilmiş “İqtisadiyyat və digər ixtisas sahələri” istiqaməti üzrə “A” variantı “Yeni tarix və dünyagörüşü” kateqoriyasında 77-ci test tapşırığının səhv olduğunu və iki düzgün cavab variantının olduğunu əsas gətirərək, həmin tapşırığın onun xeyrinə hesablanması, bununla da keçid balını yığan namizəd kimi müsabiqənin müsahibə mərhələsinə buraxılması barədə cavabdehə müraciət etmişdir.

3. Sözügedən test tapşırığında göstərilmişdir: Yazıçı Anar göstərilən filmlərdən hansının ssenari müəllifi olmuşdur? A) “Koroğlu”; B) “Dədə Qorqud”; C) “Babək”; D) “Nəsimi”.

4. Azərbaycan Yazıçılar Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Nəsimi” sənədli filminin (1971) və “Dədə Qorqud” bədii filminin (1975) ssenari müəllifi Anar, “Nəsimi” bədii filminin (1973) ssenari müəllifi isə İsa Hüseynovdur.

5. Cavabdeh iddiaçının mübahisələndirdiyi test tapşırığının (“İqtisadiyyat və digər ixtisas sahələri” istiqa məti, “A” variantı 77 nömrəli tapşırıq) ümumi dünyagörüşü səviyyəsinə uyğun tərtib edildiyinə, tapşırığın məzmununun imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğuna istinadən iddiaçının imtahanda əldə etdiyi nəticənin (topladığı balın) və biliyinin düzgün qiymətləndirildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən keçirilmiş test imtahanı nəticəsinin ona münasibətdə dəyişdirilməsi, “A” variantı “Yeni tarix və dünyagörüşü” kateqoriyasında 77-ci test tapşırığında səhvliyin müəyyən olunması və həmin test tapşırığının onun xeyrinə hesablanması və bunun nəti cəsində keçid balını yığan namizəd kimi dövlət vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi keçirilmişdir. İddiaçı da (iş nömrəsi: 790215) “İqtisadiyyat və digər ixtisas sahələri” istiqaməti üzrə həmin imtahan mərhələsində iştirak etmiş, “A” variantı üzrə təqdim edilən test kitabçasında 100 test tapşırığından 69-nu düzgün həll etmiş, lakin test imtahanında müvəffəqiyyət əldə etməmişdir. İddiaçı imtahan zamanı verilən test tapşırıqları arasında 77-ci sualda səhvlik aşkar etmiş, bu barədə dərhal nəzarətçini məlumatlandırmış, nəzarətçi isə imtahanın gedişatı pozulmasın deyə imtahan bitdikdən sonra X2 müraciət etməsini tövsiyə etmişdir. İddiaçı kimi bir neçə namizəd də imtahan zamanı həmin test tapşırığının səhv olması barədə nəzarətçiləri məlumatlandırmış, hər bir namizədə eyni qaydada cavab verilmişdir. İddiaçı hesab edir ki, imtahanın nəticəsi dəyişdirilməli və həmin səhv test tapşırığı imtahanda iştirak edən namizəd kimi onun xeyrinə hesablanmalıdır. Belə ki, “A” variantı “Yeni tarix və dünyagörüşü” kateqoriyasında 77-ci test tapşırığı belədir: Yazıçı Anarın ssenari müəllifi olduğu film hansıdır: a) “Koroğlu”; b) “Dədə Qorqud”; c) “Babək”; d) “Nəsimi”. Məlum olduğu kimi, “Nəsimi” sənədli filminin (1971) və “Dədə Qorqud” (1975) bədii filminin ssenari müəllifi Anar Rzazadə, “Nəsimi” bədii filminin ssenari müəllifi isə İsa Hüseynovdur. Həmin test tapşırığında yalnız bədii film deyil, ümumilikdə film nəzərdə tutulmuşdur. Bir test tapşırığında iki düzgün variantın qeyd olunması qanunvericiliyin tələblərinə ziddir. İmtahan nəticələri elan olunduqdan dərhal sonra iddiaçı imtahanın nəticəsinin dəyişdirilməsi, səhv test tapşırığının namizəd kimi onun xeyrinə hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh, mübahisələndirilən test tapşırığının müvafiq olaraq rəqəmsal məlumatların təhlili bacarıqları və ümumi dünyagörüşü səviyyəsinə uyğun şəkildə tərtib edildiyini, tapşırığın məzmununun isə imtahan üçün daha əvvəl elan edilən proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olduğunu qeyd edərək onun imtahanda əldə etdiyi nəticə və biliyin düzgün qiymətləndirildiyini bildirmişdir.

8. Cavabde hin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli, 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən, müsabiqənin test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra Xidmət) təklifi əsasında Mərkəz tərəfindən aparılır. Həmin Əsasnamənin 3.7-ci bəndinə əsasən test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Həmin Əsasnamənin 3.10-cu bəndinə əsasən test imtahanında mümkün olan baldan ən azı 70 faizini top lamış namizəd müsahibəyə buraxılır. İddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70%) az - 69% (69 bal) nəticə göstərdiyi üçün müvəffəqiyyət əldə etməmişdir. İddiaçının Apellyasiya Komissiyasına müraciəti əsasında narazı qaldığı sual (77-ci test tapşırığı) bir daha araşdırılmışdır. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından, apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Mərkəzin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya izah edilmişdir ki, sözügedən i mtahanda istifadə edilən test tapşırıqlarının məzmunu əvvəlcədən ekspertlər tərəfindən ekspertizadan keçirilmiş və imtahanda yalnız ekspertizadan keçirilmiş, məzmunu ilə bağlı heç bir elmi-metodiki və texniki qüsur aşkar edilməmiş test tapşırıqları istifadə edilmişdir. Ekspert qrupunun rəyinə əsasən, müvafiq test tapşırıqları ümumi dünyagörüşü səviyyəsinə uyğun şəkildə tərtib edilmiş və tapşırıqların məzmunu imtahan üçün daha əvvəl elan edilmiş proqrama, akademik nəşrlərə (vəsait və dərsliklərə) uyğun olaraq hazırlanmışdır. Buna görə də iddiaçının 77-ci test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırığının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Qeyd edilənlərə əsasən, iddianın təmi n olunmaması xahiş edilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin (hakim: Gülşən Əliyeva) 26 iyul 2024-cü il tarixli, 2-1(114)-3125/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən test imtahanında verilən ümumi dünyagörüşü ilə bağlı suallar namizədin dünyagörüşü məlumatının ölkədə və cəmiyyətdə baş verən mühüm hadisələrə münasibətdə hansı ölçüdə olmasını müəyyən etmək məqsədilə verilir. Burada dünyagörüşü Azərbaycan tarixi, coğrafiya, mədəniyyət və ədəbiyyat sahələri üzrə ümumi bilikləri əhatə edir. Bu zaman həmin sahə üzrə spesifik suallar deyil, mühüm əhəmiyyət kəsb edən hallarla bağlı ümumi xarakterli suallar tərtib edilir. İddiaçının mübahisələndirdiyi “A” variantı 77-ci sualdan görünür ki, orada yazıçı Anarın ssenari müəllifi olduğu film soruşulmuş, iddiaçı isə, Anarın həm “Dədə Qorqud” bədii filminin, həm də “Nəsimi” sənədli filminin ssenari müəllifi olduğunu bildirməklə həmin sualda iki düzgün cavabın olduğunu iddia etmişdir. Doğrudur, yazıçı Anarın “Dədə Qorqud” bədii filmi ilə yanaşı 1971-ci ildə çəkilmiş “Nəsimi” qısametrajlı sənədli filminin də ssenari müəllifi olması mübahisəsizdir. Lakin məhkəmə hesab edir ki, bu hal mübahisəli sualın düzgün olmaması qənaətinə gəlmək üçün hələ kifayət deyildir. Çünki sualda sənədli filmdən deyil, məhz bədii filmdən bəhs olunması aşkardır. Belə ki, birincisi, sualda qeyd olunan digər cavabların hamısı bədii filmdir, bu isə sualla tanış olan namizəddə ondan sənədli deyil, məhz bədii filmin soruşu lması fikrini yaradır. İkincisi, sualda göstərilən bütün filmlər Azərbaycan kinematoqrafiyasında xüsusi yeri olan, hamıya bəlli olan filmlərdir və əgər sənədli film olması xüsusi qeyd edilmirsə, həmin adlar (o cümlədən “Nəsimi”) çəkildikdə, bədii filmdən bəhs edilməsi hamıya bəlli olan haldır. Üçüncüsü, rəydə də göstərildiyi kimi, sualların hazırlanması üçün istifadə edilən mənbələrdə “Nəsimi” bədii filmindən sadəcə film, “Nəsimi” sənədli filmindən isə sənədli film olaraq bəhs edilmişdir. Bu zaman o da nəzərə alınmalıdır ki, həmin sual mədəniyyət sahəsi üzrə hər hansı bir vəzifəyə qulluğa qəbul üçün nəzərdə tutulan test imtahanında iştirak edən şəxsin ixtisası üzrə biliyinin yoxlanması məqsədilə deyil, dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün ümumi dünyagörüşünü ö lçmək məqsədilə hazırlanmışdır.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Rəşad Mamedov) 23 oktyabr 2024-cü il tarixli, 2-1(104)-695/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı sözügedən test tapşırığını cavablandırarkən bilməli idi ki, sualda filmin sənədli olması xüsusi olaraq qeyd edilməmişdirsə, o, doğru cavab var iantı kimi filmin məhz bədii film növünə aid olan variantını seçməlidir. Həmin test tapşırığında filmin sənədli deyil, bədii növündən bəhs olunması verilmiş cavablardan da tam aşkardır. Testin digər variantlarına diqqət yetirildikdə də görünür ki, onların hamısı bədii film nümunələridir və adları qeyd olunan bədii filmlərdən (“Koroğlu”, “Dədə Qorqud”, “Babək”) heç biri ilə eyni adda sənədli film yoxdur. Lakin iddiaçı digər variantları təhlil edib testin düzgün cavabını müəyyən etmək əvəzinə, “D” variantını (“Nəsimi”) düzgün variant kimi seçmişdir. Digər tərəfdən test sualında iki düzgün cavabın verilməsinin mümkünsüzlüyü də iddiaçı tərəfindən qiymətləndirilməmişdir.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli, 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə” 1.2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq ə sasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 1.3. Test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında X3 (bundan sonra – Mərkəz) tərəfindən aparılır. 3.7. Test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 3.8. Test imtahanının nəticələri Mərkəz tərəfindən Komissiyaya təqdim edilir. 3.9. Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin internet portalında yerləşdirilir. Namizədin müraciəti əsasında t est imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat verilir. 3.10. Test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. 18. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. film — yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrlarda yaradılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə və eşitmə qavrayışı üçün nəzərdə tutulan, kinolentə və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetrajlı film — 52 dəqiqədən az olmayan, qısametrajlı film — 52 dəqiqədən az olan film).

19. Azərbaycan Respublikasının İnzibati Pro sessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımd an lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində ona təqdim edilmiş “İqtisadiyyat və digər ixtisas sahələri” istiqaməti üzrə “A” variantı “Yeni tarix və dünya görüşü” kateqoriyasında 77-ci test tapşırığının düzgün olmadığının müəyyən edilməsinə və bunun üzərindən həmin test tapşırığının onun xeyrinə hesablanması nəticəsində keçid balını yığan namizəd kimi dövlət vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılmasına nail olmaqdan ibarətdir.

25. İş üzrə materiallardan görünür ki, sözügedən test tapşırığının sualı aşağıdakı qaydada tərtib olunmuşdur: Yazıçı Anar göstərilən filmlərdən hansının ssenari müəllifi olmuşdur? A) “Koroğlu”; B) “Dədə Qorqud”; C) “Babək”; D) “Nəsimi”.

26. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, həmin test tapşırığında yalnız bədii film deyil, ümumilikdə film nəzərdə tutulmuşdur. Yazıçı Anar isə həm “Nəsimi” sənədli filminin və həm də “Dədə Qorqud” bədii filminin ssenari müəlli fidir. Bu səbəbdən, həmin test tapşırığında iki düzgün cavab variantı mövcuddur.

27. İddianı rədd edən aşağı instansiya məhkəmələrinin qənaətinə görə, iddiaçı sözügedən test tapşırığını cavablandırarkən bilməli idi ki, sualda filmin sənədli olması xüsusi olaraq qeyd edilməmişdirsə, o, doğru cavab kimi filmin məhz bədii növünə aid variantını seçməlidir. Həmin test tapşırığında filmin sənədli deyil, bədii növündən bəhs olunması verilmiş cavab variantlarından da tam aşkardır. Testin digər cavab variantlarına diqqət yetirildikdə də görünür ki, onların hamısı bədii film nümunələridir və adları qeyd olunan bədii filmlərdən (“Koroğlu”, “Dədə Qorqud”, “Babək”) heç biri ilə eyni adda sənədli film yoxdur. Lakin iddiaçı digər variantları təhlil edib testin düzgün cavabını müəyyən etmək əvəzinə, düzgü n cavab variantı kimi “D” variantını (“Nəsimi”) seçmişdir. Digər tərəfdən, test sualında iki düzgün cavabın verilməsinin mümkünsüzlüyü də iddiaçı tərəfindən qiymətləndirilməmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh müvafiq test nümunələrini Dövlət Vergi Xidməti ilə birgə hazırlamış olsa da, son nəticədə dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin keçirilməsi, o cümlədən müsabiqədə namizədlərə təqdim ediləcək test tapşırıqlarının ekspertizadan keçirilib təsdiq edilməsi və müsabiqənin nəticələrinin qiymətləndirilməsi onun məsuliyyət sferasına aiddir. Bu baxımdan müsabiqədə namizədlərə təqdim ediləcək test tapşırıqlarının şərtlərinin və cavablarının dəqiq, aydın və birmənalı tərtib olunmasının təmin edilməsi, habelə həmin tapşırıqlarda sualın birdən artıq cavabının istisna edilməsi cavabdehin xidməti vəzifələrinə aiddir.

29. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, imtahan və ya test tapşırıqlarının korrektliyi və verilən cavabların qiymətləndirilməsi ilə bağlı hüquqtətbiqi təcrübəsinin prinsipləri baxımından, hər bir test tapşırığı və ya sualı dəqiq, aydın və birmənalı ifadə edilməli, subyektiv interpretasiya və çoxmənalı təfsir imkanlarını istisna edən şəkildə formulə olunmalıdır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, hüquq normalarının təfsiri ilə bağlı hamılıqla qəbul olunmuş ümumi qaydaya əsasən, qeyri-dəqiq və qeyri-müəyyən ifadələr, barəsində qeyri-müəyyənliyin yarandığı şəxsin xeyrinə təfsir olunmalıdır (in dubio pro reo). Tədris prosesinə münasibətdə də həmin qayda tətbiq olunmalı, test tapşırıqlarında istifadə olunmuş qeyri-müəyyən və qeyri-dəqiq ifadələr namizədin xeyrinə təfsir edilməlidir. Belə yanaşma obyektivlik, hüquqi müəyyənlik və ədalət prinsiplərindən irəli gəlir.

30. Hazırkı qərarın 18-ci bəndində istinad edilən normadan görünür ki, “film” ümumi anlayışdır və bədii, sənədli, xronikal, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrları ehtiva edir. Bu mənada test tapşırığında sadəcə film anlayışından istifadə olunduğu və bu zaman həmin filmin sənədli və ya bədii olması ilə bağlı dəqiqləşdirmə nəzərdə tutulmadığı hallarda, namizəd janrından asılı olmayaraq istənilən filmi cavab qismində göstərməyə haqlı sayılmalıdır. Əgər cavabdeh məhz bədii filmlə bağlı cavabın verilməsini gözləyirsə, o zaman tapşırığı dəqiq və birmənalı tər tib etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, tapşırığın tərtibində yol verilmiş səhv cavabdehin məsuliyyətinə aid edilməli, namizədin cavabı tapşırığın şərtləri baxımından korrekt sayılmalıdır. Belə yanaşma imtahanların obyektivliyi və akademik dürüstlük tələblərinə əsaslanır.

31. Hazırkı mübahisəyə münasibətdə test tapşırığının mətnində hər hansı janr məhdudiyyəti qoyulmadan film anlayışından istifadə olunmuşdur. Belə ki, mübahisələndirilən test tapşırığının şərti yazıçı Anarın göstərilən filmlərdən hansının ssenari müəllifi olduğunun cavablandırılmasından ibarətdir.

32. İş üzrə materiallardan görünür ki, yazıçı Anar həm sənədli film janrında olan “Nəsimi” filminin, həm də test tapşırığında düzgün cavab variantı kimi nəzərdə tutulan “Dədə Qorqud” bədii filminin ssenari müəllifi dir.

33. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının sənədli filmin müəllifi ilə bağlı cavabı korrekt və verilmiş tapşırığın şərtlərinə uyğun, test tapşırığı həddində əsaslı və düzgün cavab kimi qəbul edilməlidir. İddiaçının cavabının başqa cür qiymətləndirilməsi obyektivlik, hüquqi müəyyənlik və ədalət prinsiplərinin pozulmasına səbəb olardı.

34. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində təqdim edilmiş “İqtisadiyyat və digər ixtisas sahələri” istiqaməti üzrə “A” variantı “Yeni tarix və dünyagörüşü” kateqoriyasında 77-ci test tapşırığının düzgün olmadığı müəyyən edildiyindən, həmin test tapşırığının iddiaçının xeyrinə hesablanması və bununla da iddiaçının keçid balını yığan namizəd kimi dövlət vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(104)-695/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin t est imtahanı mərhələsində təqdim edilmiş “İqtisadiyyat və digər ixtisas sahələri” istiqaməti üzrə “A” variantı “Yeni tarix və dünyagörüşü” kateqoriyasında 77-ci test tapşırığının düzgün olmadığı müəyyən edildiyindən, həmin test tapşırığının iddiaçının xeyrinə hesablanması və bununla da iddiaçının keçid balını yığan namizəd kimi dövlət vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar