Məhkəmə qərarları › İş №2-1(102)-954/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-954/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-954/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi yardımın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1967-ci il təvəllüdlü; FİN:2LHYSQP; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)339/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona maddi yardımın ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçıya bildirmişdir ki, “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən “Fərdi (mikro) sahibkara ödənişlər üzrə müraciət” forması təqdim edildikdə vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlməməsi, ver gi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılması və 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmaması kimi uyğunsuzluqlar aşkarlana bilər ki, bu cür uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən düzəlişlərin edilməsi mümkün olan uyğunsuzluqlar üzrə dəyişikliklər aparılmalı və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilməlidir. Vergi Məcəlləsi və vergi qanunvericiliyinə dair qüvvədə olan digər normativ hüquqi aktları, Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Qanunvericilik" bölməsindən, hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları isə qeyd edilən rəsmi internet səhifəsinin “Bəyannamə” bölməsinin “Bəyannamə və ərizə formaları arayış və hesabatlar” alt bölməsindən əldə edilə bilər. Əlavə məluma t almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) və 195-1 Çağrı Mərkəzinə müraciət edilə bilər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 9 fevral 2021-ci il tarixli **********531200 saylı məktubu və ona əlavə edilmiş sənədlər ilə müəyyən edilmişdir ki, uçot-baza məlumatlarına əsasən fiziki şəxs X5 tərəfindən 1 oktyabr 2018-ci il tarixdən 30 sentyabr 2019-cu il tarixədək olan dövr üçün vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə 2019-cu il ərzində 299,22 manat vergi məbləği hesablanmışdır. 2019cu il ərzində fiziki şəxs X3 vergi yoxlaması nəticəsində əlavə vergi məbləğinin hesablandığı müəyyən edilməmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 13 noyabr 2020-ci il tarixli, **********722000 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçıya 156 manat məbləğində əlavə vergi borcu hesablanmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” **********1 saylı bildirişdən müəyyən olunmuşdur ki, iddiaçının muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 16 noyabr 2020-ci il tarixə ümumilikdə 119.92 manat məbləğində borcunun 5 gün ərzində ödənilməs i tələb olunmuşdur.

6. İddiaçıya məxsus şəxsi hesab vərəqəsi müəyyən olunmuşdur ki, 6 noyabr 2017-ci il tarixdə iddiaçının 1.870,55 manat məbləğində artıq ödəməsi olmuş və həmin məbləğ hesabına 14 oktyabr 2020-ci il tarixə qədər vergi ödənişləri həyata keçirilmişdir. İddiaçının 14 oktyabr 2020-ci il tarixə 1.042,41 manat məbləğində artıq ödəməsi (saldosu) olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 22 may 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanma ların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq tədbirlər planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildən hazırkı vaxta qədər iddiaçı turizm sahəsində (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərir. İddiaçı həmin vaxtdan vergi və sosial müdafiə fonduna aid olan hesabatlarını və ödənişlərini hər rüb geciktirmədən vermişdir. 2017-ci ildə Vergilər Nazirliyi iddiaçının bank hesabından səhvən 1900 (min doqquz yüz) manat pul silmişdir. İddiaçı cavabdehin səhvini sübut etdikdən sonra Nazirliyin əməkdaşı iddiaçıya bildirmişdir ki, bu məbləğ onun vergilər hesabında qalacaq və iddiaçı hər rüb hesabat verdikcə bu məbləğdən çıxılacaq. 2020-ci ilin mart ayında dünyada yaranmış koronavirus pandemiyası səbəbindən iddiaçının çalışdığı sahədə işlər dayanmışdır. Bu səbəbdən Vergilər İdarəsinin onlayn qeydiyyatindan keçib yardımdan yararlanmaq üçün iddiaçı cavabdehə müraciət etmişdir. Qeydiyyat zamanı bir səhv kimi onun 2019-cu ildə vergi ödənişinin olmaması göstərilmişdir. Lakin 2019-cu ildə hər rüb hesabatı olmuş, vəsait isə onun artıq pulundan silinmişdir. Artıq 2 aydan çox müddətdir ki, iddiaçı sahibkar kimi fə aliyyət göstərmir. İddiaçı dəfələrlə vergi orqanlarına məktub yazıb vəziyyəti izah etmişdir. Lakin cavab olaraq ona həmişə bildirilmişdir ki, onlayn qeydiyyatdan keçmək lazımdır. Təkrar məktub yazıb vəziyyəti izah edəndə yenə də həmin cavab verilmişdir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İqtisadiyyat Nazirliyinin 8 aprel 2020-ci il tarixli, F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. Metodiki Göstə rişə əsasən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi yalnız müəyyən kateqoriya və konkret şərtlərə cavab verən vergi ödəyiciləri üzrə nəzərdə tutulmuşdur və Metodiki Göstəriş digər əsaslarla yanaşı, 2019-cu il ərzində vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin edilməsini mütləq şərt özündə əks etdirmişdir. Lakin hazırkı halda iş materiallarının, o cümlədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən 2019cu il ərzində dövlət büdcəsinə heç bir vergi ödənişi edilməmişdir (şəxsi hesab vərəqə əlavə olunur). Bununla da, iddiaçının maliyyə dəstəyindən yararlanması üçün nəzərdə tutulan şərtlərə cavab verməməsi müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluğun aşkar edilməsinə səbəb olmuşdur. İddia ərizəsində istinad olunan artıq ödəmə məbləği şəxsi hesab vərəqəyə əsasən 6 noyabr 2017-ci il tarixdə yaranmışdır. Artıq ödəmə də iddiaçı tərəfindən 2019-cu il ərzində edilmiş hər hansı ödənişlər hesabına deyil, 2017-ci ildəki ödəniş, hesablama və ya azalmalar nəticəsində formalaşmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı, 2-1(112)-988/2021 nömrəli qərarı (hakim X4) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam ının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi iddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsas ən maddi yardımın ödənilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçı tərəfindən, guya 2019cu ildə vergi, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəməməsi göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının 6 noyabr 2017-ci il tarixdə 1.870,55 manat məbləğində artıq ödəməsinin olduğu və həmin məbləğin iddiaçıya geri qaytarılmadığı, əvəzində 14 oktyabr 2020-ci il tarixə qədər həmin pul vəsaiti hesabına vergi ödənişlərinin həyata keçirildiyi müəyyən edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi, 14 oktyabr 2020-ci il tarixə 1.042,41 manat məbləğində artıq ödəməsi (saldosu) olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin qeyd edilən əsasla iddiaçıya maddi yardımının ödənilməsindən imtinası əsassız olmuşdu r. Belə ki, iddiaçı tərəfindən artıq ödənilmiş vəsait hesabına olsa da, yenə də onun 2019-cu il üçün vergilər ödənilmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)-339/2022 nömrəli qərarı (hakimlər: X6 - sədrlik edən və məruzəçi, X2 və X16) ilə Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 2019-cu ildə dövlət büdcəsinə birbaşa olaraq heç bir ödəniş etməsə də, daha əvvəlki illərdə yaranmış artıq ödəmə hesabına 2019-cu İldə onun konkret vergi öhdəlikləri icra edilmişdir. Başqa sözlə, məhkəmənin mövqeyinə görə artıq ödəmə hesabına vergi öhdəliyinin yerinə yetirilməsi dövlət büdcəsinə birbaşa ödəniş faktı kimi nəzərə alınmalıdır. Məhkəmənin dəlili İlə bağlı bildirilməlidir ki, Metodiki Göstərişin mənasına görə maliyyə dəstəyinin göstərilməsi üçün 2019-cu ildə birbaşa dövlət büdcəsinə ödənişin həyata keçirilməsi zəruridir. X8 artıq ödəmə hesabına ve rgi öhdəliklərinin icra edilməsi imkanı nəzərdə tutulmamışdır. Başqa sözlə, məhkəmə Metodiki Göstərişin müddəalarını əsassız olaraq genişləndirici şəkildə təfsir etmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin normalarından irəli gələn məntiq də artıq ödənilmiş vergilər hesabına növbəti vergi öhdəliklərinin əvəzləşdirilməsini ödəniş faktı kimi qəbul etmir. Vergi Məcəlləsinin 55,1.5-ci maddəsinin və 59.1-ci maddəsinin əlaqəli şəkildə təhlilindən göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi vergi məbləğini ödəmədiyi və bu öhdəliyi onun artıq ödənilmiş vergi məbləği ilə əvəzləşdirildiyi halda ödənilməmiş vergi məbləğinə görə faiz hesablanmır. Başqa sözlə, vergi ödəyicisinin cari vergi öhdəliyinin artıq ödənilmiş məbləğlərin hesabına əvəzləşdirilməsi həmin şəxsin təqsirini istisna edən hal olduğund an ona faiz hesablanmır. Beləliklə, qanunverici artıq ödənilmiş vergi məbləğini ödəniş faktı kimi qəbul etmir, əks halda artıq ödənilmiş vergi məbləğinin vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən ayrıca hal kimi Vergi Məcəlləsində əks etdirilməsinə zərurət yaranmaz.

17. Məhkəmə iddia tələbinin prosessual baxımdan mümkünlüyü ilə bağlı məsələni də həll edərkən səhvə yol vermişdir. Məhkəmə qeyd etmişdir ki, Metodikə Göstərişə əsasən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi prosedurunun icrasını təmin etmək Dövlət Vergi Xidmətinə həvalə edildiyindən, birinci instansiya məhkəməsi maliyyə dəstəyinin ödənilməsi öhdəliyi üzrə cavabdeh şəxs kimi Dövlət Vergi Xidmətini tanımaqda haqlı olmuşdur. Məhkəmənin dəlili ilə razılaşmayaraq bildirilməlidir ki, Metod iki Göstərişin 3.8-ci bəndinə əsasən cavabdeh Dövlət Vergi Xidməti yalnız vergi ödəyicisinə dair məlumatların yoxlanılması və Maliyyə Nazirliyinə göndərilməsi funksiyasını icra edir. X9 3.9-cu bəndinə əsasən Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Göründüyü kimi, maliyyə dəstəyinin ödənilməsini bilavasitə Maliyyə Nazirliyi həyata keçirir və cavabdeh ödənişi həyata keçirən subyekt kimi çıxış etmir. Buna baxmayaraq, məhkəmə 250,0 manat maliyyə dəstəyinin ödənilməsi öhdəliyi üzrə cavabdeh şəxs kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini tanımışdır. Halbuki, iddia tələbinin hazırkı məzmununa münasibətdə vəsaitin ödənilməsi vəzifəsi üzrə cavabdeh qismində yalnız Maliyyə Nazirliyi çıxış edə bilər. Başqa sözlə, məhkəm ə iddianın ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyini nəzərə almadan prosessual hüquq normalarının tələblərini pozmaqla işə mahiyyəti üzrə baxmaqda davam etməklə qanunsuz və əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın İ bölməsinin 3-cü bəndi: pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə).

20. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş "Koronavirus Dİ̇İVOC(-19( pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro( sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qa ydalarına dair” Metodiki Göstəriş (bundan sonra mətndə - Metodiki Göstəriş(: 1.2. X15 koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi Maddə (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X13 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 3.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün fərdi sahibkarlara “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına S MS-lərin göndərilməsi təmin edilir. 3.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus DİVOC)-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 3.3-cü Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada doldurulur: 3.3.1. Vergi uçotunda olduğu vergi orqanının adı; 3.3.2. VÖEN; 3.3.3. Aktiv bank hesabları; 3.3.4. 2019-cu il ərzində ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları; 3.4. Müraciət formasında aşağıdakı vergi rejimi barədə məlumatlar vergi ödəyicisi tərəfindən onlayn doldurulur: 3.4.1. 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olması; 3.4.2. sabit qəbz almaqla fəaliyyət göstərməsi; 3.4.3. daşıma fəaliyyəti ilə məşğul olması; 3.4.4. gəlir vergisi mükəlləfiyyəti olan mikro sahibkarlıq subyekti olması. 3.4.5. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı. 3.5. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır: 3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. 3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarl andıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir. 3.8. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 3.9. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit hesab vasitəsilə vergi ödəyicilərinin bank hesablarına köçürülən vəsaitlər barədə hər günün yekunu üzrə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir. 3.10. Vergi ödəyicisinin borcu ilə bağlı köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka Sərəncam göndərilmir, mövcud S ərəncamlar isə geri götürülür. 3.11. Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Qeyd olunduğu kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarla rında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq tədbirlər planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi iddia təmin edərək Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus” (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin d alğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi iddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin hazırkı qərarın 19-20-ci bəndlərində istinad olunan normalarına uyğun olaraq apellyasiya məhkəməsi vergi ödəyici sinə dair məlumatların yoxlanılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Metodiki Göstərişin 3.8-ci bəndinə əsasən cavabdeh Dövlət Vergi Xidməti yalnız vergi ödəyicisinə dair məlumatların yoxlanılması və Maliyyə Nazirliyinə göndərilməsi funksiyasını icra edir. X9 3.9-cu bəndinə əsasən Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Göründüyü kimi, maliyyə dəstəyinin ödənilməsini bilavasitə Maliyyə Nazirliyi hə yata keçirir və cavabdeh ödənişi həyata keçirən subyekt kimi çıxış etmir.

28. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab edir. Belə ki, Metodiki Göstərişin 3.8 və 3.9-cu bəndlərindən müəyyən olunur ki, Dövlət Vergi Xidməti yalnız vergi ödəyicisinə dair məlumatların yoxlanılması və Maliyyə Nazirliyinə göndərilməsi funksiyasını icra edir. İddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi – ödənişin bilavasitə icrası isə cavabdehin deyil Maliyyə Nazirliyinin vəzifəsidir.

29. Beləliklə, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqti sadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixdə təsdiq edilmiş müvafiq Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi iddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi barədə məlumatların Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 21(103)-339/2022 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Prezidentini n 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsi istiqamətində fərdi (mikro) sahibkar kimi iddiaçıya 250 manat məbləğində maliyyə dəstəyinin göstərilməsi barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsi cavabdehə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Şikayət qalan hiss

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar