Məhkəmə qərarları › İş №2-1(102)-954/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-954/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-954/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-553/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* nömrəli və ИТ-İ ******* nömrəli əmək kitabçalarının qeydlərinə əsasən, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Qubadlı rayon pioner evində dərnək rəhbəri, xx.xx.1980-cı il tarixdən Qubadlı rayon Göyərcik kənd orta məktəbində musiqi müəllimi, xx.xx.1989-cu il tarixdən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun müəllimi, xx.xx.1990-cı il tarixdən G öyərcik kənd orta məktəbində rus dili müəllimi təyin edilmiş, xx.xx.2010-cu il tarixdən həmin vəzifədən azad edilmiş, xx.xx.2005-ci il tarixində 15 saylı DDSO-nə bosman vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixində qazma avadanlıqlarının təmiri sexinə 4-cü dərəcəli təmirçi çilingər keçirilmiş, xx.xx.2012-ci il tarixində öz xahişi ilə işdən azad edilmiş (AR DNŞ-nin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007ci il tarixli, 60 nömrəli əmrlərinə əsasən “Bayıl Limanı” X7 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X9” Trestinin tabeliyinə verilmişdir), xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “X9” X8 İşləri İdarəsinə qazma avadanlıqlarına xidmət sexində 6-cı dərəcəli təmirçi çilingər işləmiş, xx.xx.2014-cü il tarixində “X9“ Te rstində logistika bölümünün Qazma avadanlıqlarına və daxili yanma mühərriklərinə xidmət sexinə 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən Mexanika avadanlıqları və xidmət Sahəsinə 6cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir.

2. H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 23 may 1978-ci il tarixdən 23 may 1980-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, Ə-236/01 saylı arayışdan görünür ki, iddiaçı 1998-ci ilin iyul ayından 2010-cu ilin avqust ayınadək Qubadlı rayon Göyərcik kənd orta məktəbində orta aylıq əmək haqqı almışdır.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X9“ Tresti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********81200598X00038 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı “Bayıl Limanı" X7 İdarəsi üzrə xx.xx.2005-xx-xx.2006-cı illərdə 15 saylı DSÖ-də bosman, xx.xx.2006-xx.xx.2012-ci illərdə qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmirçi çilingər, Sahil qazma işləri İdarəsi üzrə xx.xx.2012xx.xx.2013-cü illərdə qazma avadanlıqlarına xidmət sexində təmirçi çilingər, Qazmaservis və Logistika İdarəsi üzrə xx.xx.2013-xx.xx.2014-cü illərdə qazma avadanlıqlarına xidmət sexində təmirçi çilingər, “X9" Trestinin Logistika bölümü üzrə xx.xx.2014-xx.xx.2021-ci illərdə qazma avadanlıqlarına və daxiliyanma mühərriklərinə xidmət sahəsində təmirçi çilingər işləmişdir və xx.x x.2021-ci ildən hal-hazıradək “X9“ X1 bölümünün Mexanika avadanlıqlarına xidmət sahəsində təmirçi çilingər peşəsində işləyir. Arayış SOCAR “X9” Tresti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı (Siyahı 10.1) nəzərə alınmaqla əmək kitabçasına əsasən verilmişdir.

5. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixinə (60 yaş) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 59783,95 manat təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında həmin pensiya kapitalının iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyini bildirmişdir.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

7. Cavabdeh 25 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi SOCAR-ın “Kompeks qazma işləri” Trestinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli, SOCAR***** *****81200598X00038 nömrəli arayışında onun xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək adıçəkilən Trestin qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmirçi çilingər və qazma avadanlıqlarına xidmət sexində təmirçi-çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi təmirçi-çilingər peşəsinin yuxarıda qeyd olunan bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinə aid olub-olmaması barədə hər hansı bir məlumat qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 60 yaşının tamamı olduğu tarixdən, yəni 12 noyabr 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edi lməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdə başlamışdır. İddiaçı əmək fəaliyyəti ilə bağlı işin hallarında qeyd olunanlara istinad edərək hal-hazıradək Azərbaycan Dövlət Neft Şirkətinin “X9” Trestində işlədiyini, 45 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq xüsusi stajının olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 60 yaşı tamam olduğuna görə xx.xx.2019-cu il tarixində əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı“ bölməsində “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” peşəsi nəzərdə tutulur, yəni adı çəkilən işlərdə çalışan kişilər 25 il iş ümumi stajı olduqda, zərərli iş yerində 12,6 il işlədikdə və 60 yaşına çatdıqda güzəştli əmək pensiyası hüququ əldə edirlər. SOCAR-ın xx.xx.2021-ci il tarixli arayışında onun “Kompeks qazma işləri” Trestində ağır əmək şəraitində və zərərli hesab edilən peşələrdə işlədiyi təsdiq edilmişdir. Qeyd edir ki, bilavasitə buruqlarda təmirçi-çilingər vəzifəsini icra etmişdir və hazırda da icra edir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etm işdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmi n arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalış masını müəyyən etməyə imkan verməlidir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə xx.xx.2021-ci il tarixli, SOCAR**********81200598X00038 nömrəli arayış əlavə etmişdir ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışda çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzi fələrin və göstəricilərin siyahısı”na nəzərdə tutulmuş hansı peşəyə uyğun olması barədə məlumat qeyd edilmədiyindən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

11. Sumqayıt İnzibati Məhkəməsinin 6 iyun 2022-ci il tarixli, 2-1(118)-570/2022 nömrəli qərarı (hakim: X3) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işlədiyi SOCAR “X9” Trestinin xx.xx.2021-ci il tarixli arayışını təqdim etmişdir. Həmin arayışda iddiaçının Trestin müxtəlif sexlərində (təmir, kirayə və xidmət) təmirçi çilingər peşəsində işləməsi və arayışın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı nəzərə alınmaqla verildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə iddiaçının işlədiyi SOCAR “X9” Trestinə sorğu ünvanlaya raq iddiaçının işlədiyi təmir və xidmət sexlərində təmirçi-çilingər peşəsinin bilavasitə buruqlarda avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsi ilə eyni olub-olmaması və yerinə yetirdiyi funksiyaların uyğunluğu barədə məlumat tələb etmişdir. SOCAR şirkəti məhkəmənin sorğusuna cavab olaraq həmin peşə sahiblərinin əmək şəraitinin fərqli olduğunu, sexin (sahənin) təmirçi-çilingərləri sex şəraitində avadanlığın təmirini həyata keçirdiyi halda, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlərin iş yeri buruq olmaqla, fasiləsiz istehsalatda qazma prosesinin gedişatında təmir işlərini yerinə yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsinin “Qazma” adlanan 10.1-ci qrafasında “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin Siyahıda da “bilavasitə buruqlarda” ifadəsinin işlədilməsi göstərilən peşəni iddiaçının işlədiyi sexlərdə avadanlığın təmiri üzrə təmirçi çilingər peşəsindən fərqləndirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 6 ay xüsusi stajı yaranmamış olur.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya in stansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022ci il tarixli, 2-1(105)-553/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X4 və X6) ilə Sumqayıt İnzibati Məhkəməsinin 6 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya 12 noyabr 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmət dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olması sübuta yetirilir. Cavabdeh inzibati orqan tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixinə (60 yaş) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 59783,95 manat təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında həmin pensiya kapitalının iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyini bildirmişdir. Həmçinin Socar tərəfindən sorğuya əsasən verdiyi arayışa əlavə edilən mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi-çilingərin “vəzifə standartı”ndan görünür ki, vəzifənin icra etdiyi fəaliyyətlərin sırasının 3-cü bəndində “Qazma avadanlıqları, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi, quyuağzı avadanlığın (preventor və kəmər başlıqları) quraşdırılması” fəaliyyəti və müvafiq olaraq fəaliyyətin əmək funksiyasına “Özül və buruqlarda aparılan bütün təmir i şlərinin yerinə yetirilməsi” aid edilmişdir. Bundan əlavə, iddiaçı da məhkəmə iclasında izahatında faktiki olaraq əsas əmək fəaliyyətinin həm quruda, həm də dənizdə olan buruqlarda avadanlıqların təmir edilməsi ilə bağlı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi çilingərin əmək fəaliyyətinə həm də qazma avadanlıqları, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi də aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısından görünür ki, iddiaçının “X9“ Trestində işlədiyi bilavasitə buruqlarda av adanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsi Siyahının 10cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin 10.1-ci bəndinə uyğun gəlir

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti şin hallarını, imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlayır. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsu silə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət ed ilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirməd ən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yaln ız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlayır. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də cavabdehin imtina məktubuna və iddia tələbinə qarşı etirazına əsaslanan və şikayətdə təkrarlanan dəlillərdən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 60 yaşd an güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının (cavabdeh pensiya kapitalını mübahisələndirmir) mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərinin, o cümlədən də iddiaçının işlədiyi peşənin güzəştli pensiya hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş peşəyə uyğunluğunun müəyyən olunması üçün iddiaçının iş yerindən təmirçi-çilingərin “Vəzifə standartı” və izahlı arayış tələb olunmuş, həmin peşə üzrə görülən işlərin, həmin peşəyə aid əmək funksiyalarının məzmunu və xarakteri araşdırılmış və bundan sonra peşələrin uyğunluğuna qiymət verilmişdir. Belə ki, ARDNŞ tərəfindən sorğuya cavab olaraq təqdim olunmuş arayışa əlavə edilən mexanika avadanlığına xi dmət sahəsində işləyən təmirçi-çilingərin “Vəzifə standartı”ndan görünür ki, həmin vəzifədə çalışan şəxsin həyata keçirdiyi fəaliyyətlər sırasında 3-cü bənddə “Qazma avadanlıqları, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi, quyuağzı avadanlığın (preventor və kəmər başlıqları) quraşdırılması” fəaliyyəti də nəzərdə tutulmuşdur və “Özül və buruqlarda aparılan bütün təmir işlərinin yerinə yetirilməsi” funksiyası da müvafiq olaraq onun əmək funksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mexanika avadanlığına xidmət sahəsində işləyən təmirçi-çilingərin əmək funksiyalarına həm də qazma avadanlıqlarının, daxiliyanma mühərriklərinin özül və buruqlarda təmir edilməsi də aiddir.

30. Nəzərə almaq lazımdır ki, müəyyən hallarda peşələrin uyğu nluğuna qiymət verilməsi üçün siyahıda nəzərdə tutulmuş peşə adlarının sadəcə olaraq hərfi ifadə tərzindən çıxış etmək yetərli sayılmaya bilər (peşə adının dəyişikliyə uğraması, tərcümə və ya yazı xətaları və s. səbəblərdən) və bu xüsusat, xüsusən də iddiaçının və iş yerinin təkid etdiyi hallarda, ətraflı araşdırılmadan iddiaçının ziyanına təfsir oluna bilməz. Bu zaman peşələrin məzmun baxımından uyğunluğu həm də şəxsin işlədiyi peşə üzrə vəzifə təlimatlarına və standartlarına əsasən mütləq yoxlanılmalı və yoxlamanın nəticəsi nəzərə alınmaqla qiymətləndirilməlidir.

31. Hazırkı mübahisəyə münasibətdə məhkəmələr tərəfindən qeyd edilən qaydada araşdırma aparılmış və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud old uğu müəyyən edilmişdir. Odur ki, iddiaçının bu qərarın 19-20-ci bəndlərində istinad olunan normalarda təsbit edilmiş şərtlərə uyğun olaraq, 12 noyabr 2019-ci il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli iş stajının və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının mövcud olduğuna və bununla bağlı yaşa görə əmək pensiyası hüququnun yarandığına dair apelyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslı hesab olunmalıdır.

32. Xüsusi olaraq qeyd olunmalıdır ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində aydın olmayan və ya ziddiyy ətli halların araşdırılması məqsədi ilə müvafiq tədbirlər görmək, sorğular vermək, eləcə də müvafiq sənədlərin və arayışların (o cümlədən iş yerindən güzəştli arayışın, onun işlədiyi vəzifə və ya peşə üzrə gördüyü işin xarakteri, funksional məzmunu barədə təlimatların, vəzifə standartlarının, izahlı arayışların) tələb olunmasını və qiymətləndirilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

33. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir və obyektiv qanunauyğun qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Nəzərə almaq lazımdır ki, bu zaman inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 30-34-cü bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Əksinə, cavabdehin əvəzinə məhkəmələr tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmı ş və iş üzrə obyektiv qanunauyğun qərar qəbul olunmuşdur.

35. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-553/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar