Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-954/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat birdəfəlik ödəmənin və mənəvi ziyanın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “birdəfəlik ödəmənin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3094/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsa sən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2020-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdan keçmiş, xx.xx.2021-ci il tarixdən isə işsiz şəxs kimi qeydiyyata alınmışdır.
2. İddiaçı 190 manat birdəfəlik ödəmənin alınması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktubu ilə bildirmişdir ki, o, aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün ona birdəfəlik ödənişlə təmin olunmasına imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 6 dəfə ödənmiş 190 manat birdəfəlik ödəmən in və 10000 manat mənəvi ziyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixidə cavabdehə müraciət edərək işsiz kimi qeydiyyata alınmağını istəmişdir. Lakin bilmədiyi səbəbdən onun işsiz kimi qeydiyyata almaqdan imtina edilmişdir. Təkrarən xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində və tarixlərini unutduğu vaxtlarda dəfələrlə müraciətlər ünvanlamışdır. Çoxsaylı müraciətlərdən sonra iddiaçını 2020-ci ilin oktyabr ayında guya vakant yeri olan bir neçə yerə işə göndərmiş, göndərdikləri iş yerlərinin hamısında eyni mənzərəylə qarşılaşmışdır. Ona bildirilmişdir ki, iş yeri yoxdur. Saysız yazışmadan sonra iddiaçını xx.xx.2021-ci il tarixində işsi z kimi qeydiyyata almışlar. Bundan sonra iddiaçı Nazirliyə müraciət edərək ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən 190 manatın verilməsini tələb etmişdir. Lakin bu dəfə də iddiaçıya cavab verilmişdir ki, o aztəminatlılıq meyarına uyğun gəlmir. Dəfələrlə müraciət ünvanlayaraq hansı səbəbdən aztəminatlılıq meyarına uyğun gəlmədiyini soruşsa da bu günə kimi müraciətləri cavabsız olaraq qalır. Azərbaycan Respublikası “Məşğulluq haqqında” Qanunda görünür ki, iddiaçıya beş iş günü müddətində iş verilməzsə, o işsiz kimi qeydiyyata alınmalı idi. Lakin o nədənsə müraciətdindən 1 il 4 ay sonra qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun tarixli 216 saylı qərarında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel t arixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Bundan əlavə müxtəlif vaxtlarda eyni məzmunlu 4 dəfə də qərar qəbul edilmişdir. Qərarın məzmunundan aydın olur ki, həmin 190 manat məbləğində ödəməni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçıya ödəməli idi. Hər dəfəsində o haqq ını tələb etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getdiyində Nazirliyin əməkdaşları tərəfindən polis çağırılıb bölməyə aparılıb ona şər, böhtan ataraq həbs etdirilməsi cəhdləri olmuşdur. Lakin hər dəfəsində polislər iddiaçının günahsız olduğu qənaətinə gələrək onu bir neçə saat sonra azad etmişlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçıya 6 dəfə ödənmiş 190 manat olan birdəfəlik ödəməni ödəməli bundan əlavə, iş yerinin olmadığını bilə-bilə onu müxtəlif yerlərə işə düzəlmək üçün boş göndərməsini, onu şərləyərək 10 dəfəyə yaxın polis bölməsinə apardılmasını və illərlə müraciətinə baxmayaraq süründürməsini nəzərə alaraq iddiaçıya 1000 manat mənəvi ziyan verməlidir. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya etiraz, sonradan etiraza əlavə verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X3 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xxxnin Mərkəzləşdirilmiş Elektron X1” altsistemində” i şsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. “MAS”dan əldə edilmiş məlumata əsasən, iddiaçı xx.xx.2020-ci il tarixində qeyd edilən sistemdə “işaxtaran” kimi qeydiyyatdan keçmiş və xx.xx.2021-ci il tarixindən indiki dövrə qədər qeyd edilən sistemdə işsiz kimi qeydiyyatdadır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası N azirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı məhz işsiz şəxslərə münasibətdə birdəfəlik ödənişlə bağlı müddəaları nəzərdə tutmaqdadır. Yəni, müvafiq araşdırmanın aparılmasından öncə yoxlanılması vacib olan məqam şəxslərin işsiz statusunun olubolmaması məsələsidir. İddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən əldə olunmaqla araşdırma aparılan zamanı onun aztəminatlılıq meyarına uyğun gəlməməsi tələbindən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Analoji məsələyə dair Ali Məhkəmənin 22 sentyabr 2021 ci il tarixli, 2-1(10 2)- 32/2021 saylı Qərarının 29-cu paraqrafına əsasən, nikahın pozulması barədə qeydin müvafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, istinad edilən qərar da məhz 190 (yüz doxsan) manat birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə qoyulması ilə bağlı olmuşdur. Beləliklə, İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən ifadə olu nmaqla araşdırma aparılan zaman həm aztəminatlılıq meyarına uyğun gəlmədiyi, həm də müvafiq sistemdə işsiz statusunun olmaması səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur.
6. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulması, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci və 8-ci bəndlərinə əsasən “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fə al ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsu liyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia ərizəsinin sadə təhlilindən müəyyən olunur ki, iddiaçı mənəvi zərərə münasibətdə cavabdeh tərəfindən edilmiş hərəkət və hərəkətsizliyin sözügedən zərərlə səbəb-nəticə əlaqəsi barədə əsaslandırma etməmişdir. Ümumi formada ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etmişdir ki, bu da qanunvericiliyin dəymiş zərərlə əlaqədar müvafiq tənzimləməsinin tələblərinə uyğun olma maqla əsassızdır.
7. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 02/341 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı daxil olmaqla ailə üzvləri (cəmi 3 nəfər) ilə birlikdə Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 82 nömrəli qərarına əsasən Babək rayonu, Çeşməbasar kəndində Torpağa mülkiyyət hüququna dair JN-350 nömrəli Dövlət Aktı əsasında 8664,97 kv.m kənd təsərrüfatı təyinatlı, Torpağın mülkiyyətə verilməsinə dair JN-90A nömrəli Şəhadətnamə əsasında 805,40 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2020-ci il tarixdə, Babək rayon notariat ofisinin 21 sentyabr 2020-ci il tarixli, 2V108 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si əsasında Babək rayonu, Çeşməbasar kəndində yerləşən ümumi sahəsi 805,40 kv.m həyətyanı torpaq sahəsinin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi X2 adına qeydiyyata alınmışdır. Notariat ofisindən daxil olan məlumata əsasən daşınmaz əmlakın dövlət reyestrində bəhs olunan torpaq sahəsinin Naxçıvan şəhər 3 saylı notariat ofisinin 10 noyabr 2020-ci il tarixli, 4/Ə-292 nömrəli bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirilməsi barədə qeydlər aparılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(112)-4344/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə icraatı gedişində əldə edilmiş əmlakla bağlı sorğuya cavablardan müəy yən olunur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 82 nömrəli qərarına əsasən Babək rayonu, Çeşməbasar kəndində Torpağa mülkiyyət hüququna dair JN-350 nömrəli Dövlət Aktı əsasında iddiaçı da daxil olmaqla 3 nəfər ailə üzvü birlikdə 8664,97 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin, Torpağın mülkiyyətə verilməsinə dair JN-90A nömrəli Şəhadətnamə əsasında 805,40 kv.m həyətyanı torpaq sahələri verilmişdir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.11-ci yarımbəndinə əsasən mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara birdəfəlik ödənişin verilməsindən imtina edilir. Bu baxımdan, iş üzrə müəyyən olunur ki, iddiaçının 2020-ci ilin aprel, may aylarında birdəfəlik müavinətin verildiyi vaxt mülkiyyətində müxtəlif ünvanda 2 daşınmaz əmlakı olmuş, bununla da iddiaçı aztəminatlılıq meyarına cavab vermədiyindən birdəfəlik ödəməni almaq hüququ da yaranmamışdır.
10. Mənəvi zərərlə bağlı isə qeyd edilmişdir ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. Hazırkı işin hallarınından cavabdeh inzibati o rqanın qanunsuz hərəkətləri və belə hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı müəyyən olunmur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3094/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq mənəvi zərər in ödənilməsi ilə bağlı qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki halda isə cavabdeh inzibati orqanın birbaşa hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən olunmur. Belə ki, inzibati icraat gedişində iddiaçının tələbinin təmin edilməsi və ya təmin edilməməsi nəticəsindən asılı olmayaraq cavabdeh sosial müdafiə orqanının hərəkətləri (və ya hərəkətsizliyi) bilavasitə və təqsirli olaraq iddiaçıya zərər vurulmasına əsas olan hərəkət kimi qəbul edilə bilməz. İddiaç ı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulduğunu bildirsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir.
14. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1, 1.2, 1.4, 2.1, 2.2, 2.3-cü bəndlərinə, Mülki Məcəllənin 21.1, 21.2, 109 6.1, 1096.2, 1097.1 maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına istinad etmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, işsizdir və heç bir gəliri yoxdur. Lakin o, (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə AR NK qərarı ilə təsdiq edilmiş birdəfəlik ödənişi ala bilməmişdir.
17. Kassator qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “Məşğulluq haqqında” Qanunun 1.1.1-ci maddəsinin tələblərini pozuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Məşğulluq haqqında” Qanun Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:..... 1.1.6. işsiz şəxs-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;.....
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, xxxnin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri... 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara;
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses i ştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
23. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkə məsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunl a eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İddia ərizəsindən göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir: 1) 6 dəfə ödənilən 190 manat birdəfəlik ödəmənin və 2) 10000 manat mənəvi ziyanın verilməsi.
30. İddianın birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin araşdırılmış hallarına əsasən, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 82 nömrəli qərarı ilə Babək ra yonu, Çeşməbasar kəndində Torpağa mülkiyyət hüququna dair JN-350 nömrəli Dövlət Aktı əsasında iddiaçı da daxil olmaqla 3 nəfər ailə üzvü birlikdə 8664,97 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-90A nömrəli Şəhadətnamə əsasında 805,40 kv.m həyətyanı torpaq sahələri verilmişdir.
31. Hazırkı qərarın 20-ci bəndində qeyd olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın tələblərindən göründüyü kimi, mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara birdəfəlik ödəm ə verilmir.
32. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçı aztəminatlılıq meyarına cavab vermədiyindən birdəfəlik ödəməni almaq hüququ da yaranmamışdır.”
33. Həmçinin iddiaçının mənəvi zərərlə bağlı ziyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsu b olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması v ə ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
34. İddiaçıya mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı birinci və apellyasi ya instansiyalarında aparılan araşdırma zamanı hər hansı əsas müəyyən edilmədiyi kimi, iddiaçı tərəfindən də onun iztirab və sarsıntı keçirməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-21(a) və 23-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 21(103)-3094/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.