Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-955/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərl ə İş Departamentinin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı (Dövlət Sərhəd Xidməti üçüncü şəxs olmaqla) pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2645/2018 nömrəli, 29 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 15 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddia çı) Dövlət Sərhəd Xidməti rəisinin 27.06.2017-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq, “Horadiz” Sərhəd Dəstəsi komandirinin 04.04.2017-ci il tarixli nizami hissə üzrə əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməsinin 120-ci maddəsinə müvafiq olaraq 70 (yetmiş) gün müddətinə növbəti məzuniyyət verilərək, 08.09.2017-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilmişdir. İddiaçının 08 sentyabr 2017-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılması və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr ə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərilməsinə dair Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2002 saylı Hərbi Hissə Komandiri tərəfindən 04 iyul 2017-ci il tarixdə 0159 saylı əmr verilmiş, onun 07 sentyabr 2017-ci il tarixə olan xidmət illəri 28 il 05 ay hesablanmışdır. İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş idarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 08.02.2018-ci il tarixli, 03/89/02-126 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı iddia ərizəsi və sonradan cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə ilə 1 saylı Bakı İnzibai-İqtisadi Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidmətində 20 təqvim ilindən yuxarı xidmət etdiyini nəzərə alaraq ona aid pensiyanın yenidən, yəni 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi məbləğinə hər sonrakı il üçün 3 faiz miqdarında əlavə məbləğ hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 20 ildən çox müddətdə xidmətdə olmuş, komandanlığın 27 iyun 2017-ci il tarixli əmri ilə şəxsi heyət siyahısından və bütün təminat növlərindən çıxarılaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, lakin cavabdeh tərəfindən ona hesablanmış pensiya ehtiyata buraxıldığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin t ələblərinə uyğun olmamışdır. Bununla bağlı o, ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı 08.02.2018-ci il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, barəsində Dövlət Sərhəd Xidmətindən göndərilmiş məlumat vərəqəsinə əsasən təminat xərcliyi 822,00 manat təşkil edir. Ona 28 il 5 ay xidmət illərinə görə təminat xərcliyinin 71,84 faizi, yəni 590,52 manat məbləğində pensiya qanuna müvafiq olaraq düzgün hesablanmışdır və ödənilir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 495 və 499 nömrəli Fər manlarının 2.2 və 4-cü bəndlərinə əsasən 01 yanvar 2007-ci il tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təyin edilməsi üçün göndərilmiş “məlumat vərəqi”nə və həmçinin 16.10.2017-ci il tarixli iddiaçının ərizəsinə əsasən “məlumat vərəqi”ndə tərxis edildiyi 07.09.2017-ci il tarixdən müvafiq təminat xərcliyinin 71,84 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavəyə əsasən 3 faiz - 2 faizlə əvəz edilmişdir. Qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ, iddiaçının müraciəti qanunda dəyişiklik e dilmiş tarixdən sonrakı vaxtları əhatə etdiyindən iddia tələbi birbaşa qanunvericiliyin tələblərinə ziddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(81)2053/2018 nömrəli qərarı ilə (sədrlik edən: E.Q.Məmmədov) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərlə iddiaçının 07 sentyabr 2017-ci il tarixdən ehtiyata buraxıldığı müəyyən edildiyindən cavabdeh haqlı olaraq 2017ci il iyulun 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri tətbiq edərək iddiaçıya pensiya hesablamışdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 21(103)-2645/201 8 nömrəli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli, 2-1(81)-2053/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-1(103)-2645/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmə mişdir. Belə ki, iddiaçı "Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər edilənədək güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır. Bu səbəbdən də qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi onun hüquqlarını məhdudlaşdırmır. İddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, 01 iyul 2017-ci il tarixədək pensiya hüququ qazanmış və həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən olunmuş əlavələr nəzərdə tutulmuşdur və yenidən hesablanmaqla ödənilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən 27 iyun 2017-ci il tarixli əmr imzalanmasına toxunulsa da, hüquqi əsaslandırmada nəzərə alınmamı şdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-1(103)-2645/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxs təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şi kayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada) 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Həmin Qanu nun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (...) 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 f aizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;... Qeyd edilən normaların məzmunundan göründüyü kimi, 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular pensiya hüququ əldə edirlər. İddiaçı həmin şərti ödəyərək əmək pensiyası hüququnu, həm də 2017-ci il 1 iyul tarixdən əvvəl - “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər qüvvəyə minənədək qazanmışdır. İddiaçının pensiya hüququnun yaranmasından sonra şərtlərin dəyişdirilməsi və ya qanunda yeni şərtlərin nəzərdə tutulması onun hüququna təsir etmir. Başqa sözlə, ona bir dəfə məxsus olan tələb hüququ mövcud olaraq qalmaqda davam edir. Məhkəmə kollegiyası qeyd edir ki, azı 20 təqvim ili xidmət etmiş iddiaçının pensiya hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yarandığından, ona 2017-ci il 1 iyul tarixədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanmalıdır. Belə ki, iddiaçı 2017-ci il 1 iyul tarixədək 20 ildən artıq hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olmuş redaksi yasında 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərdə tutulmuşdur. 2017-ci il 1 iyul tarixdən sonrakı müddətə gəldikdə, iddiaçı həmin müddət üçün müəyyən edilən əlavəni almaq hüququnu məhz həmin tarixdən sonrakı xidmət müddətinə görə qazandığından, iddiaçının əmək pensiyasına 2017-ci il 1 iyul tarixdən sonrakı müddət üçün əlavəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyasına uyğun (20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında) təyin etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Beləliklə, şikayət qismən təmin olunmaqla apelyasiya instansiyası məhkəməsinin qəra rı iddia tələbinin 2017-ci il 1 iyul tarixədək müddətə aid hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-1(103)-2645/2018 nömrəli qərarı qismən - iddia tələbinin 2017-ci il 1 iyul tarixədək olan hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-955/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-955/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver