Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-955/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar söz: kompensasiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı Iddiaçı cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-239/2019 nömrəli, 05.12.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14.04.2020-ci il tarixdə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı Abşeron rayonu, X sovxozu ərazisində 0,03 ha. torpaq sahəsi üzərində icarə hüququ cavabdehlə bağlanmış 27.03.2007-ci il tarixli, 107 nömrəli icarə müqaviləsi və 03.02.2015-ci il tarixli, **-** nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi adına qeydə alınmış, ona RX seriyalı, **** nömrəli, 08.02.2015-ci il tarixli çıxarış və həmin torpaq sahəsinə dair xx seriyalı, **** nömrəli, 17.02.2015-ci il tarixli plan və ölçü sənədi verilmişdir. 2016-cı ilin yay aylarında iddiaçıya məxsus sözügedən yaşayış evi Abşeron rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən heç bir xəbərdarlıq edilmədən sökülmüşdür. İddiaçı, bu faktla bağlı prokurorluq və polis orqanlarına müraciət etmiş, 14.02.2017ci il tarixli qərarla cinayə t işinin başlanılmasından rədd edilmişdir. Həmin evlə bağlı iddiaçı ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyin müraciət etmiş, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Abşeron rayonunun keçmiş X savxozunun ərazisində 99 il müddətinə icarə qaydasında verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədi təyinatı dəyişdirilərək orada tikinti işləri apardığına görə Abşeron RİH-in yaratdığı komissiya tərəfindən həmin ərazidə bir sıra yarımçıq tikililər sökülərək torpağın əvvəlki təyinatı üzrə istifadə vəziyyətinə qaytarılması məqsədəmüvafiq olmuşdur. İddiaçı, icarə hüququ əsasında ona məxsus olan torpaq sahsində tikdirdiyi fərdi yaşayış evinin Abşeron RİH-in əməkdaşları tərəfindən söküldüyünü bildirərək müvafiq kömək göstərilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu isə **** saylı, 11.08.2017ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya məxsus evin Abşeron RİH-in əməkdaşları tərəfindən söküldüyü müyyən olunmamış və eyni zamanda həmin torpağın kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onun icarəsində olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Abşeron RİH-in əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsind ona vurulmuş ziyana görə 70000 manat kompensasiyanın ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərs alma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə sözügedən evin sökülməsi ilə bağlı cavabdeh tərəfindən xəbərdarlıq edilməmiş, onunla bu barədə heç bir söhbət aparılmamış, həmin evin sökülməsi barədə heç bir qurum tərəfindən müvafiq qaydalara uyğun olaraq məhkəməyə müraciət edilməmişdir və onun qanunsuz hesab edilərək sökülməsi barədə də heç bir məhkəmə qərarı yoxdur. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazda göstərilmişdir ki, iddiaçının icarəsində olan Abşeron rayonu, X sovxozunun ərazisində yerləşən 0,03 ha. torpaq sahəsi cavabdehin idarəçiliyində olmaqla Dövlət Torpaq Fonduna aid k ənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin torpaqlarda əsaslı tikinti işlərinin aparılması qanunvericiliyə görə yolverilməzdir. Buna baxmayaraq, həmin tikili cavabdeh tərəfindən sökülməmişdir və bununla bağlı hər hansı bir inzibati akt qəbul olunmamış, iddiaçı da həmin tikilinin cavabdeh tərəfindən sökülməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmələrin mövqeyi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2-1(85)-198/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, sözügedən fərdi yaşayış evinin içərisindəki əşyalarla birlikdə sökülməsi, iddiçıya tələb etdiyi məbləğdə ziyanın vurulması təsdiq edilməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamış, evin cavabdeh tərəfindən sökülməsi iş materialları ilə sübuta ye tirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini isə müəyyən etmək mümkün olmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2-1(85)-198/2018 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2018-ci il tarixli, 2-1(105)-275/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2-1(85)-198/2018 nömrəli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı, evinin sökülməsində Abşeron RİH-in X1 adlı əməkdaşının iştirak etdiy ini bildirsə də bu dəlil birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, məhkəmə tədqiqatı son dərəcə səthi aparılmış, iddiaçının dəlilləri yoxlanılmamış, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2018-ci il tarixli, 2-1(105)-275/2018 nömrəli qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin baxılması üçün yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13.12.2018-ci il tarixli, 2-1(102)-2207/2018 nömrəli qərarına əsasən, cavabdehin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 17.07.2018-ci il tarixli, 2-1(105)-275/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin hazırki işin birinci instansiya məhkəməsinə göndərilməsi üçün istinad etdiyi hallar həmin məhkəmənin özü tərəfindən araşdırıla və işin müəyyən edilmiş halları əsasında müvafiq qərar qəbul edilə bilər. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(105)-239/2019 nömrəli qərarına əsasən, apelyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2-1(85)-198/2018 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın qismən təmin edilməsi, Abşeron RİH-dən, i ddiaçının icarəsində olan 0,03 ha. torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 39281 manat məbləğində pulun tutularaq iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cavabdehdən 40 manat, iddiaçıdan 10 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, sözügedən tikilinin cavabdeh tərəfindən sökülməsi iddiaçının nümayəndəsinin və məhkəmə kollegiyasına dəvət edilən şahidlərin ifadələri ilə təsdiq olunur. Bundan başqa, iddiaçı sökülmüş tikilidə istifadə olunmuş tikinti materiallarının və həmin tikilidə istifadə olunmuş əmlakların mülkiyyətçisi olduğundan tikili sökülərkən bu əmlakları götürmək hüququna malik olsa da, belə şərait yaradılmamışdır. Həmçinin, cavabdeh orqan tərəfindən iddiaçının sahibliyində olan əmlakın sökülməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə iş materiallarında hər hansı məlumat yoxdur. Göstərilənlərə əsasən, iddiaçı hal-hazırda bu əmlakların dəyəri həcmində kompensasiya tələb etməkdə haqlıdır. İddiaçı 70000 manat tələb etsə də, təyin edilmiş məhkəmə-tikinti ekspertiza rəyinə əsasən ona vurulmuş ziyan 39281,0 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(105)-239/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi q ərarı ləğv edərkən ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin məktubuna əsaslansa da, həmin məktub cavabdehin mövqeyi ilə ziddiyyətli olduğundan sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh, dövlət mülkiyyətində olan və Abşeron RİH-in balansında olan torpaqların istifadəsinə nəzarət etmək üçün komissiya yaratsa da, həmin komissiya ancaq söküntü işləri ilə məşğul deyil. Bundan başqa, cavabdeh şikayətində iddia etmişdir ki, komissiya üzvlərinin ərazidə olmadığı vaxt iddiaçı həmin tikilini tikmiş, daha sonra onu sökmüş və tikilinin cavabdeh tərəfindən söküldüyünü iddia edib Abşeron RİH-ə qarşı iddia qaldırmış, apellyasiya instansiya məhkəməsi isə bu halı araşdırmamışdır. Cavabdehin kassasiya şikayətinin növbəti dəlilinə görə apellyasiya instansiya məhkəməsi iddiaya hansı orqanın cavab verməli olduğunu araşdırmamışdır. Belə ki, Abşeron RİH-in balansında pul məbləği olmadığından işə Azərbaycan Respubikası Maliyyə Nazirliyi cəlb edilməli və qərarın icrası həmin orqana həvalə olunmalıdır. Kassator, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 92.0.6 və 96.9cu maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(105)-239/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinə yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydası nda baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası, işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(105)239/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göstərilən normaya uyğun olaraq cavabdehin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası həmin dəlillərin əsassız olduğunu hesab edir. Belə ki, şikayətin birinci dəlilində sözügedən evin cavabdeh tərəfindən sökülməsinin apellyasiya instansiya məhkəməsində öz təsdiqini tapmadığı və həmin məhkəmənin bununla bağlı hərtərəfli araşdırma aparmadığı qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılarkən evin kim tərəfindən sökülməsinin müəyyən edilməsi məqsədilə araşdırma aparılmış, iş materiallarında olan ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 28.09.2016-cı il tarixli, **** nömrəli məktubuna əsasən, iddiaçının icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatı dəyişdirilərək orada tikinti işləri aparıldığına görə Abşeron RİH-in yaratdığı komissiya tərəfindən həmin ərazidə bir sıra yarımçıq tikililərin sökülərək torpağın əvvəlki təyinatı üzrə istifadə vəziyyətinə qaytarılması məqsədəmüvafiq hesab olunmuşdur. Həmçinin, iddiaçının nümayəndəsi və məhkəmə iclaslarında dəvət edilmiş şahidlər ifadələrində iddiaçının icarəsində olan evin cavabdeh tərəfindən söküldüyünü bildirmiş və beləliklə, cavabdeh iddiaçıya məxsus tikilinin onun tərəfindən sökülmədiyini bəyan etsə də, bu hal həm iş materiallarına əlavə edilmiş sənədlər, həm də şahid ifadələri ilə təkzib olunmuşdur. Göründüyü kimi, cavabdeh, yuxarıda qeyd edilən məktub onun mövqeyi ilə ziddiyyət təşkil etdiyindən mötəbər olmadığına istinad edərək cavabdeh tərəfindən tikilinin sökülməsinin apellyasiya instansiya məhkəməsində təsdiqlənmədiyini bildirsə də, bu məsələ ilə bağlı məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış və tikilinin cavabdeh tərəfindən sökülməsi tək sözügedən məktubla yox, həmçinin şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. “Önəryıldız Türkiyəyə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,... şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı...Qeyd etmək lazımdır ki, bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi Önəryıldızın vəziyyətinə dövlər orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi, bu isə cari işi Xanım Çepmenin işindən (bax: Çepmen Birləşmiş Krallığa qarşı [GC], ərizə №27238/95, AİHM 2001-1) fərqləndirməyə imkan verir; həmin işdə mənşəcə qaraçı olan ərizəçinin məskunlaşdığı torpaq sahəsini tərk etməsi barədə order verilmişdi; ərizəçi qanuni yaşayış yeri üçün daxili qanunvericiliyin tələb etdiyi icazəni almadan özünün köçəri ev avadanlıqlarını orada yerləşdirmişdi və həmin yeri tərk etməzdən əvvəl iki dəfə cərimə olunmuşdu. Həmin işin spesifik kontekstində Məhkəm ə qeyd etdi ki, qanunun qoyduğu qadağalara bilərəkdən məhəl qoymayan şəxslərə Konvensiyanın 8-ci maddəsi üzrə müdafiə təqdim edilməsi düzgün olmazdı və həmin işin hallarını nəzərə alaraq, bu nəticəyə gəldi ki, bu işdə ərizəçiyə tətbiq edilən məhkəmə tədbirləri, ətraf mühiti mühafizə etmək vasitəsilə “digər şəxslərin hüquqlarının müdafiəsindən” ibarət qanuni məqsədə mütənasib hesab edilə bilər. Yekunda, məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir (142-ci bənd) (bax: İatridisin işi üzrə yuxarıda adı çəkilən qərara, bənd 55). Göstərilən qərara əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq Avropa Məhkəməsinin presedent hüququnu hazırki işə tətbiq edərək hesab etmişdir ki, hazırki halda iddiaçı icarəsində olan torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edərkən, o, həmin evin tikintisinə sərf olunmuş materialların, evin təmiri üçün ödədiyi xidmət haqqının sahibi idi, həmin evin tikintisinə və təmirinə çəkilmiş xərc, vəsait, istifadə olunan əmlak ona məxsus idi və iddiaçı üçün iqtisadi maraq kəsb edirdi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona qanuni əsaslarla icarəsinə ayrılmış torpaq sahəsində inşa etdiyi tikilidə istifadə olunmuş tikinti materiallarının və həmin tikilidə olunan əmlakın mülkiyyətçisi olduğundan, tikili sökülərkən, ən azından həmin əmlakları götürmək hüququna malik olmuşdur. Ona belə şərait yaradılmadığı halda isə iddiaçı bu əmlakların dəyəri həcmində kompensasiya tələb etməkdə haqlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilən normanın tələbindən görünür ki, lazımi icazə alınmadan və ya şəhərsalma tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular yalnız məhkəmə qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiya məhkə məsində baxarkən hazırki iş üzrə cavabdeh icra hakimiyyəti orqanının iddiaçının sahibliyində olan əmlakın sökülməsi ilə bağlı məhkəməyə müraciət etməsi barədə iş materiallarında hər hansı məlumat aşkarlanmamışdır. Sözügedən tikilinin cavabdeh tərəfindən söküldüyü təsdiq olunduqdan sonra apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və 30.10.2019-cu il tarixli, ***** nömrəli ekspertiza rəyinə əsasən, Abşeron rayonu, X sovxozunun ərazisində yerləşən iddiaçının icarəsində olan 0,03 ha. torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin (həyətyanı tikili və daş hasar nəzərə alınmaqla) tikintisi və təmirinə çəkilmiş xərclərin (xidmət haqqı və tikinti materialları da daxil olmaqla) ümumi təqribi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq 39281,0 manat məbləğində müəyyən edilmişdir. İddiaçının 70000 manat məbləğində kompensasiya tələb etdiyini, ekspertiza rəyinə əsasən isə dəymiş zərərin 39281,0 manat məbləğində müəyyən olunduğunu nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmiş, cavabdehən 39281 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul etmişdir. Kassasiya şikayətinin digər dəlilində cavabdeh, Azərbaycan Respubikası Maliyyə Nazirliyinin işə cəlb olunaraq məhkəmə qərarını icra etməli olduğunu bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxa rı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işə baxan zaman göstərilən normanın tələbinə riayət etmiş, qəbul ediləcək məhkəmə qərarının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maraqlarına toxunma ehtimalı aşkarlanmamış, mübahisəli tikilinin cavabdeh tərəfindən söküldüyü sübut olunduğundan məhkəmə qərarının da cavabdeh Abşeron RİH tərəfindən icra olunmalı olduğu qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya mə hkəməsi haqlı olaraq qeyd etmişdir ki, yerli icra hakimiyyəti orqanlarına tikinti norma və qaydalarına riayət olunmayan tikililəri sökmək səlahiyyəti verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müddəalarına görə yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mümarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir (bənd 3.11.1); tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir (bənd 3.11.5). Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlər ini nəzərdə tutan əsasnamədə tikinti norma və qaydalarına riayət olunmadığının aşkar edildiyi təqdirdə, yerli icra hakimiyyəti orqanının başçısının bu barədə ya məhkəməyə, ya da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etməsi nəzərdə tutulsa da, cavabdeh orqan bu normanın da tələbini pozmuş, iddiaçıya məxsus tikilini adıçəkilən orqanlara müraciət etmədən sökmüşdür. Azərbacan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd ed ilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli, 2-1(105)-239/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-955/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-955/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver